Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

95
Düşünmək üçün suallar
1.  Qızarkən qəzəbiniz adamadır yoxsa əməlinə?
2.  Rəbbiniz  üçün  çox  qəzəblənirsiniz  yoxsa  nəfsiniz 
üçün?
3.  Allah üçün qəzəbiniz şiddətlidir yoxsa nəfsiniz üçün 
sevginiz?
4.  Allah  üçün  sevginiz  böyükdür  yoxsa  nəfsiniz  üçün 
qəzəbiniz?
5.  Hansı təhlükə daha böyükdür: Allahın bağışladıqla-
rını  bağışlamamaq  yaxud  Allahın  bağışlamadıqlarını  ba-
ğışlamaq?
6.  Qəzəblənməyiniz çox olur yoxsa qəzəbləndirməyiniz?
7.  Sizdən  zəifə  qəzəbinizi  yenə  bilməyəndə  Allahın 
sizdən daha güclü, qəzəbinin daha şiddətli olduğunu dü-
şünürsünüzmü?
8.  Özünüzdən qüdrətliyə qəzəbinizlə özünüzdən zəifə 
qəzəbiniz eynidirmi?
9.  Qəzəblənərkən  sünnəyə  uyursunuzmu:  1)  Rəcim 
şey tandan Allaha sığınırsınızmı? 2) Dəstəmaz alırsınızmı? 
3) Ayaq dasınızsa oturursunuzmu, oturmusunuzsa uzanır-
sınızmı?  4)  Susursunuzmu  yaxud  yalnız  haqqı  söyləyir-
sinizmi?
10. Sevdiyiniz  adama  qəzəblənərkən  hansı  daha  böyük 
görünür: Ona olan sevginiz yoxsa onun işlədiyi xəta?
11. Sevmədiyiniz adama qəzəblənərkən hansı daha şid-
dətli  olur:  ondan  intiqam  almaq  duyğusu  yoxsa  onu  əfv 
etmək hissi? Bağışlamağı xoşlayırsınız ya cəzalandırmağı?
12. Eyni adamı neçə dəfə bağışlaya bilirsiniz?
13. Qəzəbləndiyiniz  adama  qarşı  etmək  istədiklərinizi 
qəzəbləndirdiyiniz adamın sizə qarşı etməsini istərdinizmi?


96
5. SUİ­ZƏNN
“Ey  iman  edənlər!  Çox  zəndən  çəkinin.  Həqiqətən, 
zənnin bəzisi günahdır” (əl-Hucurat, 12).
“Su” pis, zənn isə düşüncə anlamındadır. Sui-zənn baş-
qasının haqqında yaxşı olmayan fikir, güman, rəy deməkdir. 
Mənəvi  mərəzlər  içində  ən  yayğın  olanıdır.  İmanlı  da, 
imansız da bu xəstəliyə mübtəladır. Kiminsə ondan qurtul-
ması zor, hətta mümkünsüz görünür. Hədisdə buyuruldu:
“İnsan üç şeydən qurtula bilməz: Sui-zənn, tayərə (uğur-
suzluğa inam) və həsəd.”
Əslində,  zənnin  nəinki  pisi  pisdir,  elə  yaxşısı  da  yaxşı 
deyil. Yəni zənnin özü bəyənilməz. Çünki haqq mənbədən 
yox,  şəxsi  mülahizədən  qaynaqlanır  və  bir  qayda  olaraq, 
səhvdən, xətadan, hətta günahdan xali olmur.
“Onların  əksəriyyəti  zəndən  başqa  bir  şeyə  uymaz. 
Şübhəsiz, zənn haqq olan heç bir şeyi əvəz etməz” (Yu-
nus, 36).
İBRƏT Abdullah ibn Utbə ibn Məsud (radiyallahu ənh) 
rəvayət  etmişdir:  “Hz.Ömərdən  (radiyallahu  ənh)  eşitdim: 
“Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) sağlığında bəzi 
insanların  gizli  əməlləri  nazil  olan  vəhylərlə  ifşa  edilirdi. 
Artıq  vəhy  kəsildi,  ayə  enməyəcək  və  bundan  sonra  biz 
sizinlə əməllərinizə görə rəftar etmək məcburiyyətindəyik. 
Davranışları yaxşı olan adamı etibarlı qəbul edər, onu ara-
mıza qatarıq. Onun qəlbində olanlar bizi ilgiləndirməz, ba-
tini  təmamilə Allaha  aiddir.  Davranışları  pis  olan  adama 
da, ürəyinin təmiz olduğunu söyləsə belə, əsla güvənməz, 
etibar etmərik.”
Düz əgər üzdədisə, hər cürə zəndən çəkinin
Düz əgər altdadısa üzdə üzəndən çəkinin.
Yalnız öz fikrini rəhbər tutana cahil uyar
Haqqa üz qırışdırıb dodaq büzəndən çəkinin.


97
Dərdin ən müdhişi dərmanların səhv düşməsidir
Dünyanı əzizləyib Dini əzəndən çəkinin.
Nagüman olduğunuz hər kişidən gen yürüyün
Naməhrəm olduğunuz hər cür zənəndən çəkinin.
Həqiqət əhli azadlıqda və azlıqda olur
Xaliqə üsyan edib xalqa dözəndən çəkinin.
Yaddısa zəhmətə qul, zənni xilas etməz onu
İşrətdən çəkinməyib işdən bezəndən çəkinin.
Quran elmin özü, sünnət əməlin kəndisidi
Kitab haqq, sünnə haqdır, haqsız gəzəndən çəkinin.
Sui-zənnin  ən  pisi  Haqq  Təala  haqqında  bulunandır. 
Çünki bütün nöqsanlardan pak olan Uca Rəbbimizə iftira 
yaxılır.
“Şirk  qoşanlar  deyəcəklər:  “Əgər Allah  diləsəydi,  nə 
biz ortaq qoşardıq, nə də atalarımız. Və heç bir şeyi də 
haram qılmazdıq.” Onlardan öncəkilər də əzabımızı da-
dıncaya  qədər  bu  cür  təkzib  etmişdilər.  De:  “Yanınızda 
Bizə qarşı çıxara biləcəyiniz bir elmmi var? Siz, sadəcə, 
zənnə uyursunuz və yalan söyləyirsiniz” (əl-Ənam, 148).
Haqq Allahın Özüdür, Ondandır. Başqasından, o cüm-
lədən insanlardan haqq gələ bilməz. Adəm oğlu bilmədiyi 
şey barəsində yalnız zənnini ortaya qoya bilər ki, bu da şəxsi 
düşüncəsinin  məhsulundan  qeyri  bir  şey  deyildir.  Onun 
bildiyi doğru şeylər isə ancaq hər şeyi bilənin, yəni Allahın 
bildirdiyidir. Mələklərdən dürüst və pak məxluq yoxdur. 
Halbuki onlar Allahın Adəmə (əleyhissalam) öyrətdikləri ilə 
əlaqədar demişdilər:
“Sən  Subhansan!  Sənin  bizə  öyrətdiklərindən  başqa 
biz heç bir şey bilmirik. Şübhəsiz, Sən Bilənsən, hikmət 
Sahibisən” (əl-Bəqərə, 32).


98
Allah haqqında nəinki gözəl olmayan, hətta gözəl olan 
sözləri  də  zənnə  qapılaraq  söyləmək  caiz  deyildir.  Onun 
vəsfi də Özünün öyrətdiyi şəkildə olmalıdır. Allah Rəsu-
lunun (salləllahu əleyhi və səlləm) bir duası beləydi:
“Allahım! Sənin cəzandan Sənin əfvinə, qəzəbindən riza-
na və Səndən Sənə sığınıram. Allahım, Səni öyməyə acizəm. 
Sən, ancaq Özünü öydüyün kimisən!”
İBRƏT  Bəyazid  Bistami  həzrətləri  bir  gün  əlindəki  al-
maya: “Nə lətif almadır” deyərkən gizli bir səs eşitdi:
“Ya Bəyazid, utanmazmısan ki, adımı (Lətif Uca Allahın 
gözəl isimlərindən biridir) meyvəyə qoyursan?”
Bəyazid Bistami andda bulundu: “Nə qədər ki, diriyəm, 
Bistam meyvəsindən yeməyəcəyəm.”
Həqiqət daima var, əhli həqiqət varmı?
Təriqət indi də var, əhli təriqət varmı?
Haqqa sadiqliyini zənn eləyən boldu bu gün
Zənn, güman hamıda var, amma sədaqət varmı?
Sidq, şəhadətdən uca, nübüvvətdən aşağıdır
Nəbilər olmayacaq, alt məqamlar fəqət varmı?
Həyat cənnətlər üçün yarış deyil, başqa nədir
Behişt haqdır, şübhəsiz, amma rəqabət varmı?
Əvvəli xoşbəxt olan gör nə qədər bədbəxt var
Xoşbəxtlik ummaq üçün kafi məşəqqət varmı?
Düşmüşük bir yola ki, vəslə qədər dincliyi yox
O niyyət, əlbəttə, var, amma o taqət varmı?
Mövladan qeyrisinin yox ləyağı həmdə, qələm
Bəs Onun vəsfi üçün səndə ləyaqət varmı?
Mömin və müttəqi kimsələr, şübhəsiz ki, Allahdan bəd-
güman  olmazlar.  Bundan  çəkinərlər.  Lakin  söhbət  təqva 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə