Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

83
Uca Rəbbimiz buyurdu: “Namazın mömin olmağına də-
lil dir.  Səni  pis  işlərdən  qoruyar.  Oruc  qalxandır.  Səni  cə-
hənnəm atəşindən qoruyar. Zəkat Məhşərdə kölgədir. Sənə 
rahatlıq gətirər. Zikr nurdur, zülmətdən qurtarar. Mənim 
üçün nə etdin?”
Hz.Musa (əleyhissalam): “Ya Rəbb! Sənin üçün olan əməl 
nədir, onu mənə bildir” deyə yalvardı.
Allah Təala buyurdu: “Sevdiklərimi sevdinmi? Düşmən-
lərimlə düşmən oldunmu?”
Nifrəti danmaq olar, sevgini inkar eləmə
Tövbəni anmaq olar, günahı aşkar eləmə.
İttifaq Dostla olur, düşmən ilə təhlükədir
Nəfsi yad tutmaq olar, şeytanı həmkar eləmə.
Gözü nurdan, qulağı səsdən edəndir qocalıq
Yaş çoxaldıqca çalış, qəlbini kor, kar eləmə.
Günahkar qövmə uyan günahlara ortaq olur
Nə bəla ensə sənə qövmü səbəbkar eləmə.
Faydasız zəhmətdən çox, sən zəhmətsiz faydadan qaç
Nəfsini məşğul edib könlünü bikar eləmə.
Məzlum kim olsa saqın, Ərşə çıxan naləsi var
Mömindən ovçu çıxmaz, həm onu şikar eləmə.
Ancaq Allah çəkidən və ölçüdən münəzzehdi
Hər kəsin var qəlibi, gədanı kübar eləmə.
Mömin təkcə nə yediyinə, nə içdiyinə deyil, kimlə yeyib-
içdiyinə  də  diqqət  etməlidir.  Məzlumlarla  həmsüfrə  olan 
Allahla, zalimlərlə həmsüfrə ola Şeytan ilə birgədir.


84
İBRƏT Allah Təala Hz.Yuşaya (əleyhissalam) vəhy etdi: 
“Ey Yuşa! Qövmündən qırx min saleh və altmış min fasiq 
kimsəyə əzab verəcəyəm.”
Hz.Yuşa (əleyhissalam) soruşdu: “Ya Rəbb! Fasiqlərə, ha-
ram  işləyənlərə  əzabın  haqdır.  Bəs  salehlərə  qəzəb  etmə-
yinin səbəbi nədir?”
Allah Təala buyurdu: “Mənim qəzəb etdiklərimə onlar 
qəzəb etmədilər. Birlikdə yeyib-içdilər.”
Fərqi nə, Adəm oğlu, şahzadə ya nə zadə ol
Adam olmaq diləsən, halaldan ye və sadə ol.
Eşq dolu piyalədi, çəkmə başa birnəfəsə
Bu yolun yolçuluğu atla deyil, piyadə ol.
Qabağa cumsan əgər, yol yükünü yüngül elə
Zirvəni umsan əgər, zikrində çox ziyadə ol.
Kimdi suçlu doğulan? Sınaq hələ qabaqdadır
Kimdi suçsuz dirilən? Amma müşrik nəbadə ol.
Əsri aşsaq belə dünya həyatı an kimidir
Qısa hicrandı cahan, uzun vəslə amadə ol.
Qula  yaraşan  hirs  deyil,  helmdir,  həlim  xasiyyətli  ol-
maqdır.  Mömin  Rəbbi  üçün  elə  qəzəb  etməlidir  ki,  sanki 
sinirdən ibarət, nəfsi üçünsə elə mülayim davranmalıdır ki, 
sanki sinirsizdir.
“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olan-
lar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər” 
(əl-Fəth, 29).
Allahın əfv etmədiklərini əfv etmək, bağışladıqlarını isə 
bağşlamamaq böyük qəbahətlərdəndir. Qəzəb intiqam his-
si, helm əfv duyğusu oyadır. Allah əfv edən, əfvi sevəndi. 
Bir hədisdə buyuruldu:


85
“Allah  məxluqatı  yaratdığı  zaman  yanında  bulunan, 
Ərşin üstündəki bir kitaba bunu yazdı: “Şübhəsiz ki, rəh-
mətim qəzəbimi keçmişdir.”
Əgər  Allahın  rəhməti  qəzəbinin  önündədisə,  onda 
bəndə də qəzəbini rəhmindən arxaya keçirməlidir. Əməlin 
gözəli,  əlbəttə  ki,  ümumiyyətlə  əsəbləşməməkdir.  Lakin 
helmli olmaq nəinki cahillərin, hətta bir çox elmlilərin də 
sahib olmadığı nemətdir, lütfdür. Ona görə də bir mömin 
qəzəblənməyə bilmirsə, onda onu qəzəbləndirmiş din qar-
daşının haqlı yaxud üzürlü olduğunu düşünməli və müm-
kün  qədər  tez  bağışlamağa  çalışmalıdır.  Çünki  əfvin  ən 
fəzilətlisi qəzəbin ilk anında olandır.
“O  kəslər  (müttəqilər)  bolluqda  və  darlıqda  Allah 
üçün  xərcləyər,  qəzəblərini  udar,  insanları  əfv  edərlər. 
Allah ehsan edənləri sevər” (Ali-İmran, 134).
“O kəslər (Rəbbinə iman edib güvənənlər) böyük gü-
nahlardan və əxlaqsız əməllərdən qaçar, qəzəbləndikləri 
zaman bağışlayarlar” (əş-Şura, 37).
İBRƏT Bəni-İsraildə bir-birini çox sevən və bir dağ ba-
şında ibadətə çəkilən iki adam vardı. Biri bazarlıq etmək 
üçün  şəhərə  endi.  Meyxanadakı  bir  qadına  gözü  sataşıb 
ona vuruldu və istər-istəməz onunla qaldı.
Bir neçə gündən sonra yoldaşı onu axtarmağa gəldi, ba-
şından keçənləri öyrənib yanına getdi. O isə utandığından 
özünü tanımamazlığa vurdu. Yoldaşı: “Kədərlənmə, sənə 
qarşı olan sevgim bu gün səndən ayrılacaq qədər az deyil” 
deyərək onu qucaqlayıb öpdü. Bu şəfqəti görəndə yoldaşı-
nın gözündən düşmədiyini anladı. Qalxdı, tövbədə bulu-
nub onunla getdi.
Hirsli qəlblərdə hüzur, təravət ya intizam yox
Hirssiz qəlblərdə həsəd, ədavət ya intiqam yox.
Qullar qardaşdısa qulluq dəxi qardaşlıq olur
Qula kin varsa onun Rəbbinə də ehtiram yox.


86
Qəzəb Rəbbanidisə, nə möhtəşəm duyğudu o
Sevgi nəfsanidisə, o hissdə bir ehtişam yox.
Bu nə sirdir ki, qəzəb milyonları cəm eləyir
Sevgi mülkündə fəqət seyrəklikdi, izdiham yox.
Mövla, ey əhli qəzəb, qəlbi qırıqlar ilədir
Qırmayın qəlbləri ki, bundan böyük ittiham yox.
Allah  Təala  Öz  Kitabında  möminləri  qardaş  adlan-
dırmış  və  aralarında  sülhün  bulunmasını  buyurmuşdur. 
Əgər möminlər qardaşdırsa, demək, qardaşlıq imandan bir 
hissədir. Şübhəsiz ki, qan qardaşları kimi Din qardaşları da 
nəfsli məxluqdurlar, yəni insandırlar. Onlar da bir-birindən 
inciyə, soyuya, aralana bilərlər. Lakin bu qısa və müvəqqəti 
olmalı,  qardaş  incikliyi  qardaşlığın  pozulmasına,  qardaş-
lıqdan çıxarmağa gətirməməlidir. Bu hal baş verərsə, bais-
karlar, yəni barışmaz mövqe tutanlar təkcə Din qardaşını 
deyil, həm də imanının bir hissəsini itirmiş olur.
Din  qardaşları  arasında  qəzəb,  adətən,  nəfsani  yaxud 
şeytanidir. Bunu Allah üçün olan qəzəb halına gətirmək la-
zım deyil və qardaşın özünə yox, əməlinə yönələ bilər. Əks 
təqdirdə, barışığa çox az yer qalar. Halbuki mömin mömi-
nin güzgüsüdür və qardaşında bir ayıb görərsə, o ayıbın 
ifşası üçün deyil, islahı üçün çalışmalı, əməllərə görə qar-
daşlığın üstündən xətt çəkməməlidir. Allah buyurdu:
“Əgər sənə qarşı çıxsalar, de: “Şübhəsiz ki, mən sizin 
əməllərinizdən bəriyəm” (əş-Şuara, 216).
Bu  ayə  yaxın  qohumlarla  əlaqədar  ensə  də,  uzaq 
əqrəbaya, yəni bütün Adəm övladlarına da aid edilə bilər. 
Çünki digər bir ayədə buyuruldu: 
“(Lut)  dedi:  Həqiqətən,  mən  sizin  əməlinizə  qəzəb 
edənlərdənəm” ş-Şuara, 168).
İstənilən  şəxs  pis  əməllərindən  tövbə  edib  Allaha  dö-
nürsə, Onun mərhəmətini görür. O bağışlayırsa, biz nə de-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə