Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

71
Qışqıra-qışqıra Quran oxunan gördünmü heç
Halbuki ən uca söz olduğu bir gerçəklikdir.
Kim əsəb əhlidisə, sanma ədəb əhlidi o
İşi hər biədəbin təhlükə ya təlxəklikdir.
Qəlblər tez sınsa da nazik şüşə tək olmalıdır
Qurtaran sonda qulu köntöylük yox, kövrəklikdir.
Hər kəsin elmi onun mənbəyinin məhsuludur
Arıdan ibrət alın, qonduğu gül-çiçəklikdir.
Qəzəb  şeytanın  iki  əsas  tələsindən  biri  hesab  olunur. 
Adəm oğlunu bu dünyada qızdırıb o dünyada yandırmaq 
onun başlıca məqsədidir. Nə yazıq ki, bir çoxları bu şeytani 
məqsədin qarşısını elə şeytani vasitələrlə almağa cəhd edir, 
mənəvi odu maddi atəşlə söndürməyə çalışırlar. Məsələn, 
öz halal övrətinə qızanlardan soyumaq, sakitləşmək üçün 
naməhrəm xanımların yanına, yəni zinaya tələsənlər var-
dır.  Halbuki,  İblisin  ikinci  əsas  tələsi  məhz  qadınlardır. 
Yaxud bir çox kişilər, o cümlədən qadınların bəziləri kimə 
və nəyəsə hirslənən kimi dərhal siqaretə, yəni oddan oda 
cumurlar.  Həqiqətən,  dövrün  insanları  get-gedə  bir  barıt 
çəlləyinə bənzəməkdədir.
Şeytani məqsədlərin önünə şəri (Dini) vasitələrlə çıxmaq 
daha münasib və məqsədəuyğundur. Çünki bu yolu tutan-
lara Allah Özü yardımçı olur. Rəsulullah (salləllahu əleyhi və 
səlləm) buyurdu: 
“Qəzəb şeytanın vəsvəsəsindən hasil olur. Şeytan atəşdən 
yaradılmışdır. Atəşi su ilə söndürərlər. Qəzəblənəndə dəstə-
maz alın.”
İslamın gözəlliyi məhz ondadır ki, nəinki xətaların qarşı-
sını alır, hətta, xəta doğuracaq şeyi savaba çevirir. Dəstəmaz 
isə Dinin ən gözəl ayinlərindən biri olaraq insanı təkcə özü-
nün deyil, başqalarının da qəzəbinin şərindən qoruyur.


72
İBRƏT Rəvayətə görə Hz.Ömər (radiyallahu ənh) səhabə-
lərdən  birini  Kəbənin  örtüsü  üçün  Misirə  göndərir.  Səfər 
zamanı o, bir keşişin evinin yaxınlığında gecələməli olur. 
Xəlifənin elçisi keşişin bilgisindən faydalanmaq məqsədilə 
onun  evinə  gəlib  qapısını  döyür.  Fəqət  qapı  xeyli 
müddətdən sonra açılır və səhabə içəri girərək keşişin elmi-
nin dərəcəsini müəyyən etmək üçün bəzi suallar soruşur. 
Cavablar xoşuna gəlsə də qapının üzünə gec açılmasından 
narazılığını bildirir. 
Keşiş bu izahda bulunur: “Qapımıza gəldiyiniz zaman 
səni  hökmdar  ədasında  gördüyümüz  üçün  səndən  qorx-
duq.  Səni  gözlətməyimizin  səbəbi  isə  budur: Allah  Təala 
Hz.Musaya  (əleyhissalam):  “Ey  Musa,  bir  hökmdar  tərə-
findən təhdid edildiyin zaman sən və ailə üzvlərin dərhal 
dəstəmaz alın. Çünki dəstəmazlılar Mənim himayəm altına 
girərək qorxduqları şeylərdən əmin olarlar” – buyurdu. Biz 
də ailəliklə dəstəmaz alıb namaz qılaraq sənin qorxundan 
əmin oluncaya qədər qapını üzünə açmadıq.”
Ey könül, hər səhvdən yox, son səhvdən, son xətadan qorx
Hər səhvi sonuncu bil, qarşıdakı vidadan qorx.
Odu od ilə deyil, nur ilə söndürməyə bax
Qəzəbin, ehtirasın doğurduğu ədadan qorx.
Ölüm son, bəlkə də ilk çağırtıdı, göz-qulaq ol
Səslər dünyasıdı yer, sən səmavi sədadan qorx.
Bir könül əhli ara, bulmasan da xeyirləsən
Dünya bir kənddi kiçik, o kənddə hər xudadan qorx.
Qul qızmaz qismətinə, verməyən O, verən Odur
Haqq olan aclıqdan yox, haram olan qidadan qorx.
Qul qızdığı zaman, adətən, qızışdıranı, yəni şeytanı unu-
dur. Unutmasa, durumun fərqinə vara bilsə, sürükləndiyi 


73
xəta  yaxud  xətalar  önlənə  bilər.  Allah  Rəsulu  (salləllahu 
əleyhi və səlləm) qızışdırıcını və Qoruyucunu nişan verərək 
qəzəbin  şərindən  qorunmanın  yolunu  göstərmişdir.  O 
Həzrət (salləllahu əleyhi və səlləm) qızğın mübahisə edən iki 
nəfərin ədəb həddini keçdiyini görəndə buyurdu:
“Mən  bir  kəlmə  bilirəm,  əgər  bu  adam  bunu  söylərsə 
qəzəbi  keçər.  O  kəlmə:  “Əuzu  billahi  minəş  şeytanir  rə-
cim”dir.”
Şübhəsiz  ki,  bu  nəsihətdən  ən  çox  faydalananlar  müt-
təqilər, yəni Allaha qarşı gəlməkdən saqınan kimsə lər dir. 
Çünki  təqvasızlar,  günahlardan  çox  çəkin mə yən lər  üçün 
fərqi yoxdur. Onlar nəinki qəzəbli, heç qəzəbsiz hallarında 
da Allahı az zikr edərlər.
“Allahdan çəkinənlərə Şeytandan bir vəsvəsə toxundu-
ğu zaman onlar xatırlayıb düşünər və dərhal görən olar-
lar” (əl-Əraf, 201).
İBRƏT Ariflərdən biri şeytandan Adəm oğlunu necə ələ 
aldığını soruşur. Şeytan deyir: “Qəzəb və azğın istəkləri qa-
bardığı zaman onu ələ alıram.”
Arif o kimsədi sərvətdə dəxi zikrdədi
Aşkarı bir yana, xəlvətdə dəxi zikrdədi.
Fani dünyanı vətən saymayan bir quldu fəqir
Qərib o kimsədi qürbətdə dəxi zikrdədi.
Kim könül əhli deyil, əhli zikr sayma onu
Kim könül əhlidi şəhvətdə dəxi zikrdədi.
Yaxşı əhvalda şükür çox nadir əhvalat deyil
Gerçək haqq yolçusu hiddətdə dəxi zikrdədi.
Təkcə Dost sevgisiylə əhli zikrin bitməz işi
Nəfsə, Şeytanə ədavətdə dəxi zikrdədi.


74
Daim Xaliq ilə həmsöhbət olar əhli zikr
Amma ki, xalq ilə söhbətdə dəxi zikrdədi.
Ey qul, çox öyünməsin rahib olan zikri ilə
Zakir o kimsədi külfətdə dəxi zikrdədi.
Qəzəbin ən böyük təhlükəsi hakimlərlə, idarəçilərlə bağ-
lıdır. Çünki insan taleyini həll edirlər. Hədisdə buyuruldu:
“Bir  hakim  qəzəbli  olduğu  zaman  iki  şəxs  arasında 
hökm verməsin.”
Bu qayda, tabeliyində yaxud hökmü altında bircə nəfə-
rin  də  olduğu  bütün  idarəçilərə,  o  cümlədən,  ailə  başçı-
larına  aiddir.  Sonuncularla  bağlı  üzülərək  qeyd  edək  ki, 
bəzi əsəbi ərlər övrətinə qəzəblənərək onları boşadıqlarını 
bəyan  edir,  ata  evinə  göndərir,  hətta  məsələni  məhkəmə 
həddinə  çatdırır,  qəzəbi  soyuyandan  sonra  isə  barışaraq 
əvvəlki ailə həyatlarını davam etdirirlər və bu hal dəfələrlə 
təkrar olunur. Halbuki kişinin üç dəfə təlaq verməsindən, 
yəni “boşayıram” deməsindən sonra xanımı ona əbədiyyən 
haram olur. Yalnız başqa kişinin nikahı altına girib ondan 
boşandıqdan sonra əvvəlki ərinə dönə bilər.
Bir  mömin  ,  tabeliyində  heç  kəs  olmasa  belə,  yenə 
idarəçidir. Yəni hər kəs özünü idarə etməli, xüsusilə qəzəbli 
hallarında nəfsinə hakim olmağı, özünü ələ almağı bacar-
malı, şəxsi həyatıyla bağlı yanlış qərarları verməməlidir.
Şübhəsiz ki, ən təhlükəli qəzəb, səlahiyyətləri və qüdrəti 
ən  çox  olan  idarəçilərin  qəzəbidir.  Çünki  onlar  təkcə 
fərdlərin, ailələrin deyil, bütöv bir xalqın yaxud xalqların 
müqəddəratına məsuldurlar. Belələrinin xətaları istər baş-
qalarına, istər də özlərinə çox baha başa gəlir.
İBRƏT  Möminlərin  Əmiri  Hz.Ömər  (radiyallahu  ənh) 
bir sərxoşu cəzalandırarkən ona əməlindən dolayı qızaraq 
sərt  sözlər  deməyə  başlayır.  Dərhal  da  qəzəbli  olduğunu 
düşünərək cəzanın tətbiqini təxirə salır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə