Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

58
Rəbbi ona Məkkənin fəthini nəsib edərkən bütün zalimləri 
bağışladı.
İmam  Zeynəlabidin  (əleyhissalam)  buyurdu:  “Öz  millə-
tinin  sənin  boynunda  haqqı  onun  salamatlığını  istəmək, 
ona qarşı mərhəmətli və mülayim olmaq, pisləri ilə güzəştli 
davranıb ünsiyyət yaratmaq, islah olmalarını diləməkdir. 
Bütün millətə duada bulun... Böyüklərini öz atan, kiçiklərini 
öz övladın kimi tanı, orta yaşlılarını öz qardaşın bil...”
Mömin millətindən və məmləkətindən ayrı düşərsə on-
ların əleyhinə olan söz və hərəkətdə bulunmamalı, lehinə 
olan  məsələlərdə  isə  bacardığı  köməyi  və  xeyir-duasını 
əsirgəməməlidir.  Çünki  boynunda  haqq  var.  Qürbətdə 
yaşamaq  bu  haqqı  düşürməz.  Yurdun  tərki  qulun  Dinini 
qorumaq  üçündürsə  bu  bir  hicrət,  dünyasını  qurtarmaq 
üçündürsə bir fərardır.
“Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, 
bir­birinizdən  ayrılmayın!  Allahın  sizə  verdiyi  neməti 
xatırlayın  ki,  siz  bir­birinizə  düşmən  ikən  O,  sizin 
qəlblərinizi  birləşdirdi  və  Onun  neməti  sayəsində  bir­
birinizlə qardaş oldunuz” (Ali-İmran, 113).
“Açıq­aydın dəlillər gəldikdən sonra bir­birindən ayrı-
lan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük 
bir əzaba düçar olacaqlar” (Ali-İmran, 105).
İBRƏT  Hz.Yunus  (əleyhissalam)  qövmünün  imana 
gəlməsi  üçün  bir  qərinə,  yəni  33  il  çalışdı. Ancaq  nə  ya-
zıq ki, iki nəfər dəvəti qəbul etdi. O Həzrət də qövmünə 
bəd  duada  bulundu.  Ona:  “Qullarıma  bəd  dua  etməkdə 
nə qədər tələsdin! Geri dön, onları qırx gün daha Allahın 
dininə çağır” deyə vəhy edildi.
Hz.Yunus  (əleyhissalam)  dönüb  qövmünü  otuz  yeddi 
gün də haqqa çağırdı, fəqət onlar yenə iman gətirmədikdə 
buyurdu: “Sizə üç günə qədər bir əzab gələcəkdir. Bunun 
ilk əlaməti olaraq bənizləriniz saralacaq.”


59
Ertəsi  gün  oyandıqda  bənizlərinin  qaçdığını  görüb 
Hz.Yu nusun yalan söyləmədiyini anladılar. Bir-birilərinə: 
“Gözləyin, əgər Yunus aramızda gecələrsə əzabdan qorx-
mayın. Əgər aramızdan ayrılarsa, bilin ki, əzab bizi yaxala-
yacaq” dedilər.
Qırxıncı günün tamamında qapqara buludlar hər tərəfi 
qaplamağa  başladı.  Adamlar  əzabın  haqq  olduğunu  an-
layaraq  tövbə  etmək  üçün  Hz.Yunusu  (əleyhissalam)  ara-
dılarsa da tapa bilmədilər. Hamılıqla bir təpəyə qalxaraq 
fəryad içində Allaha həmd-sənalarda bulunub yalvardılar: 
“Ey Rəbbimiz! Bizim günahımız böyükdür, fəqət Sən daha 
böyüksən. Sən bizə layiq olduğumuzu deyil, Sənə yaraşanı 
rəva gör...”
Allah  dualarını  qəbul  edərək  əzabı  onların  üzərindən 
qaldırdı.
“Elə bir bölgə əhalisi yoxdur ki, əzabı gördükdən sonra 
imanları onlara fayda vermiş olsun. Yalnız Yunus qövmü 
müstəsnadır.  Onlar  iman  etdikdə  dünya  həyatlarındakı 
rüsvayedici  əzabı  onlardan  qaldırdıq  və  bəlli  bir  vaxta 
qədər  (ölənədək)  onları  nemətlərimizə  qovuşdurduq” 
(Yunus, 98).
Hz.Yunus  (əleyhissalam)  öz  bölgəsindən  aralı  olduğun-
dan qövmünün tövbəsindən və Allahın onları bağışlama-
sından xəbərsizdi. Lakin ilahi izin almadan qövmünü tərk 
etməsi ona baha başa gəldi və dənizdə ikən nəhəng bir ba-
lıq tərəfindən uduldu.
“Zun­Nunu (balıq sahibi Yunusu) da xatırla. Qəzəb lə­
nərək qövmünü tərk etmiş və Bizim də onu möhnətə dü-
çar etməyəcəyimizi sanmışdı. Sonra qaranlıqlar içində: 
“Səndən başqa ilah yoxdur! Sən Subhansan! Mən isə, 
həqiqətən,  özümə  zülm  edənlərdən  oldum.”  –  deyib 
dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu 
sıxıntıdan qurtardıq. Biz möminlərə belə nicat veririk” 
(əl-Ənbiya, 87-88).


60
Elmimiz xalqımıza faydamızın mislindədi
Əcrimiz Mövlamıza sevdamızın mislindədi.
Allahdan başqasına yalvaranın yaxşısı yox
Dinimiz, imanımız duamızın mislindədi.
Hər kəsin müsibəti səbrinə nisbətdə olur
Dərdimiz artıq deyil, dəvamızın mislindədir.
Qədər və qismət ilə barışmaqdı məqsədimiz
Sülhümüz nəfsimizlə qovğamızın mislindədi.
Vəznimiz və ölçümüz zöhdümüzün miqdarında
Qədrimiz-qiymətimiz təqvamızın mislindədi.
Şükür Allaha, müsəlmandı, könül, millətimiz
Haqq Onundur, kim axı Mövlamızın mislindədi?
Nifrətin  ziddi  sevgidir.  Nifrət  sevə  bilməmək,  sevgi 
nifrət  edə  bilməməkdir. Allah  insanları,  o  cümlədən,  əks 
cinsləri bir-birinə qarşı yox, bir-biri üçün yaradıb.
“Bu  Onun  ayətlərindəndir  ki,  təskinlik  (sakitlik)  ta-
pasınız deyə özlərinizdən sizə zövcələr yaratmış, aranıza 
sevgi və rəhmət qoymuşdur. Həqiqətən, bunda təfəkkür 
edən qövm üçün ibrətlər vardır” (ər-Rum, 21).
Göründüyü kimi, Allahın muradı insanlar arasında sev-
gi və mərhəmətdir. Kin və nifrət daşıyıcıları ilahi iradəyə 
qarşı  çıxanlardır.  Başqa  sözlə,  sevgi  fitri,  anadangəlmə, 
nifrət isə kəsbi, sonradan qazanılmadır.
Məhəbbət əhvalı, ey qul, fəqirə fitrətdəndi
Hər kimi görsən xəbis, o sonrakı nifrətdəndi.
Allah hər bir quluna qabiliyyət bəxş eləyib
İşarət anlamamaq eyşdəndi-işrətdəndi.


61
Yeri gəlmişkən, bəzən Allah üçün olan kin və nifrətdən 
danışılır və bunun caiz, hətta vacib olduğu bildirilir. Dü-
şünürük  ki,  burada  terminlər  yerində  deyil.  Çünki  nifrət 
sözü Quranda bir neçə yerdə keçsə də, yalnız kafirlərə və 
müşriklərə aid edilib. O bir qəlb xəstəliyidir və Rəhmani 
bir tərəfi yoxdur. Ayələrdə, adətən, Allahın filan kimsələri, 
məsələn, kafirləri, zalımları, naşükürləri, xəsisləri sevmədiyi 
yaxud onlara qəzəb etdiyi buyurulur. Bu baxımdan Allah 
üçün nifrət deyil, Allah üçün qəzəb ifadəsi, fikrimizcə daha 
çox yerindədir. “Qəzəb” bölməsində, inşaallah, bu mövzu 
daha geniş şərh olunacaqdır.
Allah sevgisi yaxud Allah üçün sevgi möminlərin bulaş-
dığı hər cür qəlb mərəzlərini, xüsusən kin-nifrəti müalicə 
etməyə,  kökündən  silib  atmağa  qadirdir.  Sevənlər  zatən 
fitrət üzrədirlər, yəni sevmək fitrətə qayıtmaqdır. Fitrətdə 
isə,  öncədən  qeyd  etdiyimiz  kimi  nifrət  kimi  xəstəliklər 
yoxdur. Allah Təalaya layiq olan ən gözəl və kamil ibadət 
məhz sevgidən doğan ibadətdir.
İBRƏT Yəhya ibn Muaz həzrətləri rəvayət etmişdir: “Bir 
gecə Bəyazidin məğrib və işa namazlarını qıldıqdan sonra 
səhərə qədər iki dizinin üstünə oturub heyrət və təəccüb 
içində baxdığını və sonunda uzun bir səcdə etdiyini gör-
düm. Sonra geri dönüb məni gördü. “Bu hallardan mənə 
danış” dedim.
O da bunları dedi: “Sənə uyğun olanları söyləyim. Məni 
ən yüksək və ən aşağı mələkutda (məna aləmində) dolaş-
dırdılar. Ərş, Kürsi, göylər və bütün cənnətlər gəzdirilib: 
“Bunlardan  hansını  istəyirsən  seç,  verək”  dedilər.  Mən: 
“Bunlardan  heç  birini  istəmirəm  (Bunları  yaradanı 
istəyirəm)” – dedim. Sonra Allah Təala: “Sən Mənim həqiqi 
qulumsan” buyurdu.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə