Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

50
böyük bir təhlükəyə düşmüş olaram. Yox, əgər Allah adına 
yalan uyduran birisisənsə, səninlə danışmağa tənəzzül belə 
etmərəm” dedilər.
Qardaşlar  dəvətə  qarşı  nifrətlərində  daha  da  irəli 
getdilər və onların təhrikiylə küçədəki uşaqlar Rəsulullahı 
(salləllahu əleyhi və səlləm) daşa basaraq mübarək vücudunu 
yaraladılar.
Xalqa nifrət edənlər bu cahanda necə məğrur
Cənnətdə nifrət olmur, cənnətsizlər necə mənfur.
Adəm övladları qoy qaçmasınlar şöhrət üçün
Cənnətdə, Cəhənnəmdə bəllənəcək kimdi məşhur.
Xalqa yol göstərilib, dünya seçim dünyasıdı
Qul özü küfrü seçir, Rəbbi onu etməz məcbur.
Tövbə dərvazələri gündüz-gecə taybataydı
Üzür dünyada olur, Axirətdə yoxdu məzur.
Baxtından, taleyindən eyləməsin kimsə giley
Dində yox uğursuzluq, dünyada bəs varmı uğur?
Azmaqdan asan, azmamaqdan çətin şey, bəlkə də yox-
dur. Allah nəfsə zor, şeytan isə xoş gələni sevdirmək istər. 
Təcrübə  göstərir  ki,  çətinlik  görən,  aza  qane  olan  sadə 
təbiətli insanları Allahın istədiyi şeyə inandırmaq, Allahın 
lütfü ilə daha tez və uğurla başa gəlir. Rəsulullahın (salləllahu 
əleyhi  və  səlləm)  dəvətinə  ilk  cavab  verənlərin  kölələrdən, 
kasıblardan, kimsəsizlərdən olması buna sübutdur. Lakin 
həyatda ciddi sıxıntılar, sarsıntılar yaşamayan, sərvət və ya 
səltənətinə güvənib nəfsini ilah edən harınlaşmış kimsələr 
şeytanın istədiyi şeyə daha sadiq və ya meyilli olur, haqqa 
daha dözümsüz yanaşırlar.


51
“Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriy­
yəti haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istək­
lə rinə uysaydı, göylər, yer və bunlarda bulunanlar pozu-
lub gedərdi. Xeyr, Biz onlar üçün gətirdik, onlar isə zikrə 
arxa çevirirlər” (əl-Muminun, 70-71).
Ümumiyyətlə, haqqa nifrət iki şəkildə özünü biruzə verir:
1) Haqqın özünə nifrət;
2) Haqqı gətirənə, təbliğ edənə nifrət;
Haqqın  özünə  nifrət,  əsasən,  Allaha  şərik  qoşanlarda, 
Axirətə inanmayan yaxud yalnız dünya həyatı üçün çalışan 
kimsələrdə  olur.  Haqqın  kim  tərəfindən  gətirilməsi  onlar 
üçün çox önəm daşımaz. Vacib olan, belələrinin dünyasını 
təhdid edən bir şeyin gətirilməməsidir. İstər İslam, istər də 
əvvəlki haqq dinlər Axirət həyatını önə çəkdiyi, zəiflərin, 
məzlumların müdafiəsində durduğu üçün daima ən barış-
maz müqavimətlə qarşılanmışlar. 
“Tayfasının  kafir  olan, Axirətə  qovuşacaqlarını  yalan 
hesab  edən  və  dünyada  nemət  verdiyimiz  əyan­əşrafı 
(tabeliklərində olanlara) dedi:
“Bu sizin kimi ancaq adi bir insandır, yediyinizdən ye-
yir, içdiyinizdən içir. Əgər siz özünüz kimi adi bir insana 
itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. O sizə ölüb 
torpaq  və  sür­sümük  olduqdan  sonra  çıxarılacağınızımı 
vəd edir? Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! Bi-
zim həyatımız yalnız bu dünyadadır” (əl-Muminun, 33-37).
Hz.Muhəmməd (salləllahu əleyhi və səlləm) peyğəm bərli-
yinin  Məkkə  dövründə  həcc  mövsümü  zamanı  Yəmənin 
Kində  qəbiləsinə  İslamı  anladarkən  onlar  soruşdular: 
“Müvəffəq olduğun təqdirdə səltənəti özündən sonra bizə 
verərsənmi?”
Rəsulullah (salləllahu əleyhi və səlləm)“Mülk və səltənət 
Allaha aiddir, onu dilədiyinə verər” buyurduqda Kindənin 
öndə gedənləri bu həyasız cavabda bulundular: “Onda bi-
zim sənin gətirdiyinə ehtiyacımız yoxdur.”


52
Fəzilət əhli olmaq, sanma yalnız fitrətdəndi
Hər kim olmazsa, səbəb, nəfslərdə nifrətdəndi.
Sevgidən ayrı düşən, şeytanıyla baş-başadı
Sevgidən ayrı düşmək Rəbbi ilə firqətdəndi.
Qəlbə hicrət edənlər xeyirləri götürdülər
bəla gəlsə qula, qəlbdən nəfsə hicrətdəndi.
Dünyaya aşiq olan Axirətə asi düşər
Orda qəm-qüssə görmək burda eyş-işrətdəndi.
Ey könül, arif isən, bir anı da zay eləmə
Hər gələn gün xeyratdan, hər gedən gün ibrətdəndi.
Haqqa  nifrət  zamanla  haqqı  gətirənə  də  nifrət  oyadır. 
Necə  ki,  Hz.Muhəmmədə  də  (salləllahu  əleyhi  və  səlləm) 
peyğəmbərliyə qədər Məkkəlilərin bir kini-küdurəti yoxdu. 
Əksinə, o Həzrət (salləllahu əleyhi və səlləm) onu tanıyanların 
etibarını qazanmış, “Əmin” ləqəbi ilə məşhur olmuşdu.
Məsələn, “Ən yaxın qohumlarını qorxut” (əş-Şuara, 214) 
ayəsi endikdən sonra Rəsulullah (salləllahu əleyhi və səlləm) 
öz  qövmünü  Səfa  təpəsinin  ətəyinə  toplayaraq  soruşdu: 
“Nə deyirsiniz? Bu vadidə bəzi atlıların sizə hücum etmək 
üzrə olduğunu xəbər versəm, mənə inanarsınızmı?”
Onlar da: “Səndən heç bir yalan eşitmədik. Elə deyir sən-
sə,  doğrudur”  dedilər.  Onda  o  Həzrət  (salləllahu  əleyhi  və 
səlləm) buyurdu: “Elə isə qəti olaraq bilin ki, mən şiddətli 
bir əzabın yaxın olduğu bu zamanda sizə xəbərdar edici bir 
peyğəmbər olaraq göndərildim.”
Lakin bu sözləri deyən kimi əmisi Əbu Ləhəb aranı qatdı 
və gələnlər dağılışdılar.
Məkkə  müşriklərindən  Utbə  ibn  Rəbiyə  isə  Qureyşin 
Hz.Muhəmmədə  (salləllahu  əleyhi  və  səlləm)  münasibətini 
belə ifadə etmişdi: “Bax, əmioğlu! Səni aramızda ailə baxı-


53
mından orta səviyyəli, lakin mövqe etibarı ilə ən üstün adam 
kimi  görürəm.  Amma,  sən  bizim  başımıza  heç  kimin  öz 
qövmünə rəva görmədiyi bir iş gətirdin. Bu söylədiklərinlə 
mal  yığmaq  istəyirsənsə,  qövmün  bu  məsələdə  öhdəsinə 
düşəni  dərhal  yerinə  yetirər  və  sən  də  bizim  ən  varlımız 
olarsan. Şərəf dalınca qaçırsınsa, sənə səlahiyyət verərik ki, 
qövmün içində ən yüksək mövqe sahibi olasan. Yox, əgər 
sənə cin toxunduğu üçün belə sözlər danışır və bundan da 
xilas ola bilmirsənsə, var-dövlətimizi xərcləyər, hər şeyi bu 
yolda fəda edər, səni sağaldarıq. Yox, əgər hökmdar olmaq 
istəyirsənsə, buna razıyıq.”
Göründüyü kimi Məkkəlilərin Hz.Muhəmmədə müna-
sibəti Rəsulullaha (salləllahu əleyhi və səlləm) münasibət dən 
fərqlidir. Yəni o Həzrət risalətini elan etməsə, İslamı yay-
masa  Qureyşin  mötəbər  üzvlərindəndir.  Lakin,  “Bu  ilahi 
təbliğ vəzifəmi tərk etməyim üçün günəşi sağ əlimə, ayı da 
sol əlimə versələr yenə bu yoldan dönmərəm. Allah mənə 
yetər”  buyuraraq  qətiyyətini  ortaya  qoyduqda  Haqqa 
ədavət edənlər haqlıya da qənim kəsildilər.
Yalqız o kimsədi ki, Vahid ilə üzləti yox
Xalqdan ayrılmayanın Xaliq ilə vüsləti yox.
Ayrılıq adamının yeganə təskinliyi var
Hicr müddətli olur, vəslin amma müddəti yox.
Ey qul, haqq sevgi bizə lütfüdü haqq Sahibinin
Qulun istəklərinə çünki qulun qüdrəti yox.
Aşiq ərşül-əzimin ən fədakar işçisidir
Eşq o işdir ki, bu dünyada onun üçrəti yox.
Ən asan əcrə belə yox niyyəti münafiqin
Ən kiçik bir suça da müttəqinin cürəti yox.
Ey könül, Rəbbinə dön, gir qulların zümrəsinə
O elə zümrədi ki, məxluq ilə ülfəti yox.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə