Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

46
Gizlənibdir donunun, dərisinin altda bəşər
Çılpağın eybi məlum, bürünənlər səksəndirir.
Kinsizlik  Cənnət  əhlinin  xüsusiyyətlərindəndir.  Orası 
qəlblərin əbədi hüzur, rahatlıq bulduğu, hər hansı xarici və 
daxili gərginliyin əsla yaşanmadığı göz və könül oxşayan 
əmin-amanlıq yurdudur. Əgər bu məkanda da kin-kidurət 
olsaydı,  insanlar  bir-birinə  can  deyib  can  eşitməsəydilər 
cənnətin cahanla fərqi qalmazdı. Bu baxımdan kinin ziddi 
qardaşlıqdır. Çünki Rəbbimiz buyurdu:
“Biz onların (cənnət əhlinin) köksündəki kin­kidurəti 
çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı­qarşıya 
əyləşən qardaşlar olacaqlar” (əl-Hicr, 47).
Zatən İslamın əsas məqsədi kafirləri mömin, möminləri 
qardaş etməkdir. Çünki Cənnətə bunlardan başqası girməz.
“Həqiqətən, möminlər qardaşdırlar. Elə isə qardaşları-
nızın arasını islah edin” (əl-Hucurat, 10).
Allah  Rəsulu  da  (salləllahu  əleyhi  və  səlləm)  Məkkədən 
Mədinəyə  hicrət  edərkən  ilk  gördüyü  iş,  mühacirlərlə 
ənsar  arasında  qardaşlıq  əqdi  bağlamaq  olmuşdur.  Çün-
ki  müsəlmanlar  arasında  əsil  qardaşlıq  ruhu  təşəkkül 
tapmazsa,  İslama  girənlər  girməzdən  əvvəlki  kin  və 
düşmənçiliklərdən təmizlənməsələr İslamın böyük fütuha-
tından söhbət də gedə bilməzdi. Rəsulullah (salləllahu əleyhi 
və səlləm) ömrünün sonuna qədər bu ruhu qorumağa çalış-
dı. Vida xitbəsi bunun bariz nümunəsidir.
“Bir-birinizlə  əlaqəni  kəsməyin!  Bir-birinizə  arxa  çe-
vir məyin!  Bir-birinizə  kin  saxlamayın!  Həsəd  etməyin! 
Ey Allahın qulları! Qardaş olun!”
Bu hədisə uyan möminlər hər iki dünyada cənnətdədirlər. 
Uya  bilməyən  möminləri  isə  Axirətdə  Allah,  dilərsə,  bu 
mərəzlərdən təmizləyib sonra Behiştə daxil edəcəkdir.
İBRƏT  Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  bir  gün 
əshabına buyurdu: “Ümmətimdən biri Aləmlərin Rəbbinin 
hüzurunda diz çöküb: “Ya Rəbb, mənim haqqımı ondan al, 


47
mənə zülm etmişdir, haqqımı istəyirəm” – deyəcək. Allah 
Təala digərinə: “Bunun haqqını ver” – buyuracaq. O kimsə: 
“Ya Rəbb, bütün yaxşılıqlarımı, savablarımı düşmənlərim 
aldı, məndə heç bir şey qalmadı” – deyəcək. Məzlum: “Ya 
Rəbb, günahlarımı ona yüklə” – deyəcək. Beləcə, günahla-
rı ona yüklənər. Yenə də zülmü bitməz. Sonra Allah Təala 
zülm olunana: “Bax, nə görürsən?” – buyuracaq. “Ya Rəbb, 
gümüşdən  şəhərlər,  qızıldan  bəzənmiş  saraylar  görürəm. 
Hansı  Peyğəmbərin,  hansı  siddiqin,  yaxud  hansı  şəhidin 
olduğunu bilmirəm” – deyəcək.
Allah  Təala:  “Bunlar  satılır”  –  buyuracaq.  “Ya  Rəbb, 
bunların qiymətini kim verə bilər?” – deyəcək. Allah Təala: 
“Sən verərsən” – buyuracaq. “Ya Rəbb, mən bunu nə ilə ala 
bilərəm?”  –  deyəcək.  Allah  Təala:  “Din  qardaşını  əfv  et-
məklə” – buyuracaq. “Ya Rəbb, onu əfv etdim” – deyəcək. 
Allah Təala: “Qalx, əlindən tut və ikiniz də Cənnətə girin” 
– buyuracaq.”
Bundan sonra Rəsulullah (salləllahu əleyhi və səlləm) bu-
yurdu: “Allahdan qorxun və müsəlmanları barışdırın. Çün-
ki Allah Təala Qiyamət Günü müsəlmanları barışdıracaq.”
Torpaqdan yaransa da nə gil, nə də daşdı bəşər
Nəsliyik bir atanın, bacı ya qardaşdı bəşər.
Əsrimiz, əyyamımız olsa da ayrı, aralı
Həmcins olmasaq belə Behiştdə həmyaşdı bəşər.
Fərli o övladdı ki, cinlərlə qardaşlığı yox
Fərsiz olduqca fəqət şeytana fərraşdı bəşər.
Mələklər kinsiz olur, cin-şəyatin tərsinədi
Nəfsinə çalsa zəfər, gör kimlə yurddaşdı bəşər.
Cənnət əcdadımızın ilk yeri, son arzusudu
Cahanı bilsə vətən nə pis vətəndaşdı bəşər.


48
Rəhman öz qullarını sadə və saf görmək umar
Dünyada dikbaş isə, məhşərdə külbaşdı bəşər.
Zikrdən qaldıqca qul, hər zillətə qabil olur
Zikrə etdikcə davam, Rəbbiylə sirdaşdı bəşər.
Düşünmək üçün suallar
1.  Kinli olduğunuzu düşünürsünüzmü?
2.  Haqqınızda  xoşunuza  gəlməyən  bir  söz  eşitdikdə 
onu xeyirə yozursunuz yoxsa şərə?
3.  Təkzib  edildiyiniz  zaman  tələsik  qərarlar  verib 
tədbirlər görürsünüzmü?
4.  Sizə edilən pisliyi tez unudursunuz yoxsa yaxşılığı?
5.  Pisliyə  pisliklə  yoxsa  yaxşılıqla  cavab  vermək  sizə 
xoş gəlir?
6.  Zarafat zamanı səslənən kobudluqları ciddiyə alır-
sınızmı?
7.  Bağışlamaq yaxud bağışlanmaq üçün ilk addımı at-
mağa meyillisinizmi?
8.  Sevdiyiniz adama sevginizi bildirirsinizmi? Bəs ki-
ninizi necə?
9.  Kin bəslədiyiniz adamın xeyrinəmi yoxsa ziyanına-
mı danışırsınız və ya susmağa üstünlük verirsiniz?
10.  Kin  bəslədiyiniz  yaxud  sizə  kin  bəsləyən  şəxs 
barəsində xeyir-duada bulunursunuzmu?
11.  Zaman və ya məkan fərqi kininizi azaldır yoxsa ar-
tırır?


49
3. NİFRƏT
“Əgər O, ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, 
onlar azğınlıq və (haqqa) nifrətdə dirənib durmaqdadır-
lar” (əl-Mulk, 21).
Nifrət  hər  hansı  bir  şeydən  yaxud  şəxsdən  və  ya 
hərəkətdən xoşlanmamanın, ikrah etmənin, üz çevirmənin, 
diksinmənin  şiddətli  dərəcəsidir.  Həm  Haqqa,  həm  xal-
qa  qarşı  olur.  Haqdan  xoşlanmayanların  xəstəliyi  daha 
dözülməzdir. Çünki gedişat daha ağrılı, nəticə daha qorxu-
ludur. Başqa sözlə, həm dünyada, həm də Axirətdə rahatlıq 
tapa  bilmirlər.  Ən  dəhşətlisi  isə  odur  ki,  haqsızlara  haqq 
təbliğ olunanda nifrətləri daha da şiddətlənir.
“Onlara: “Rəhmana səcdə edin” – deyildiyi zaman on-
lar “Rəhman nədir? Bizə əmr etdiyin şeyəmi səcdə edə­
cəyik?” – deyə cavab verərlər. Bu, onların nifrətini daha 
da artırar” (əl-Furqan, 60).
İBRƏT Rəsulullah (salləllahu əleyhi və səlləm) əmisi Əbu 
Talib və xanımı Hz.Xədicənin (əleyhasalam) vəfatından son-
ra Məkkədə himayəsiz qalaraq oğulluğu Zeyd ibn Harisə 
(radiyallahu  ənh)  ilə  birgə  Taif  şəhərinə  üz  tutdu.  Burada 
Bəni Əbdi-Yəlil qəbiləsinin başçılarından olan üç qardaşla 
görüşdü, İslamı onlara anladaraq yardımda bulunmalarını 
istədi. Çünki Taifdə bir qəbilənin himayəsi altına girmədən 
yeni Dinin təbliği mümkün olmayacaqdı. Lakin Əbdi-Yəlil 
oğulları  Hz.Peyğəmbərə  (salləllahu  əleyhi  və  səlləm)  ana 
tərəfdən qohum olsalar da, qardaşlar onu aşağılamaqdan 
çəkinmədilər.  Biri:  “Əgər Allah  səni  bir  şeylə  göndərdisə 
mən  Kəbənin  örtüyünü  oğurlamış  olum”,  digəri:  “Allah 
Peyğəmbər olaraq səndən başqa göndərməyə adam bulma-
dımı?”, üçüncüsü də: “Artıq səninlə heç bir zaman danış-
mayacağam. Çünki bir peyğəmbərsənsə, səni rədd etməklə 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə