Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

39
sözləri  nə  cür  söyləyirsən?”  deyərək  yəhudiyə  həddini 
bildirmək  üçün  hərəkətə  keçəndə  Rəsulullah  (salləllahu 
əleyhi  və  səlləm)  onu  saxladı.  Təbəssüm  edərək  buyurdu: 
“Səndən bunu heç gözləməzdim, ya Ömər. Borc sahibi haqq 
sahibidir.  Sən  ona  alacağını  daha  nəzakətlə  istəməsini 
öyrətməli,  mənə  də  borcumu  daha  tez  ödəməmi  tövsiyə 
etməliydin. İndi qalx, bu adama haqq etdiyindən əlavə 20 
sa xurma ver.”
Hz.Ömər  tapşırığı  yerinə  yetirəndə  Zeyd  ibn  Səanə  20 
sa xurmanın əlavə olaraq verilməsinin səbəbini soruşdu. O 
da: “Səni qorxutduğum üçün” deyə cavab verdi.
Zeyd ibn Səanənin məhz bu hadisədən təsirlənərək İsla-
ma girdiyi rəvayət olunur.
Adil olmaq diləsən zindanları təhqiq eylə
Evin əvvəl içinə ədaləti tətbiq eylə.
Zindan nə gündədisə ölkə də o durumdadı
İçəri düzəlməsə, istefanı təsdiq elə.
Hər şeyin öz haqqı var, o haqqı verməkdi ədl
Xalqı dünyaya dönük, Axirətə aşiq eylə.
Dostu düşmən eləmək cin işi, şeytan işidir
Bəni-Adəmsən əgər, rəqibləri rəfiq eylə.
Rəbbindən, ey könül, ilham dilə, irfanə sarıl
Ədalət dərk olunmaz təkcə ağıl-məntiq ilə.
Kin o qədər dərin və dəhşətli xəstəlikdir ki, öz sahibi-
ni haqsızlığın, ədalətsizliyin ən amansız şəkli olan qətlə də 
sürükləyə bilər. Hz.Ömərin (radiyallahu ənh) bir atəşpərəst 
kölə,  Hz.Əlinin  (əleyhissalam)  bir  nadan  müsəlman 
tərəfindən sübh namazında öldürülməsi həmin xəstəliyin 
nəticəsidir.  Bu  mərəz  təkcə  kafirlərin,  nadanların  deyil, 
Dində irəli gedən möminlərin də qəlb gözünü qanla örtmək 
gücündədir.


40
İBRƏT Rəsulullah (salləllahu əleyhi və səlləm) Bəni Müs-
təliq qəbiləsi üzərinə yürüşdən zəfərlə Mədinəyə dönərkən 
münafiqlərin  başçısı Abdullah  ibn  Ubey:  “Bizi  öz  yurdu-
muzda bir-birimizə qarşı qoydular. Vallahi, Mədinəyə ça-
tan kimi əziz olan zəlil olanı sürüb çıxaracaqdır” dedi. Son-
ra bunu dansa da, ayə nazil olaraq onun bu çirkin sözləri 
söylədiyini təsdiqlədi:
“Münafiqlər:  “Əgər  Mədinəyə  dönərsək,  and  olsun 
ki,  əziz  olan  zəlil  olanı  oradan  çıxaracaqdır”  dedilər. 
Halbuki izzət Allaha, Peyğəmbərə və möminlərə aiddir” 
(əl-Münafiqun, 8).
Abdullah  ibn  Ubeyin  oğlu  Abdullah  atasından  tam 
fərqli olaraq sadiq və saleh bir mömin idi. Ayənin nüzu-
lundan  sonra Allah  Rəsulunun  (salləllahu  əleyhi  və  səlləm) 
hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu, atam ibn Ubeyin 
öldürüləcəyinə dair xəbər aldım. Əgər bu qərar sənindirsə, 
mənə əmr et, onu öz əlimlə öldürüm. Vallah, xazrəclilər də 
yaxşı bilir ki, atası ilə mənim qədər yaxşı rəftar edən övlad 
yoxdur. Amma, bir şeydən narahatam: Sən atamı öldürməyi 
başqa  birinə  həvalə  etsən  və  o  da  atamı  öldürsə,  qorxu-
ram  ki,  nəfsim  atamın  qatilinin  insanlar  arasında  gəzib-
dolaşmasına tab gətirməz. Bu dəfə də mən o kafirə (atama) 
görə onu öldürən müsəlmanı qətlə yetirər və Cəhənnəmə 
gedərəm.” Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu: 
“Xeyr. Bizimlə qaldığı müddətdə onunla şəfqətli davrana-
caq, mülayim rəftar edəcəyik.”
HAŞİYƏ Usamə ibn Zeyd rəvayət edir: “Peyğəmbərimiz 
(salləllahu  əleyhi  və  səlləm)  Bəni  Müstəliq  səfərindən  qayı-
darkən  Abdullah  qılıncını  çəkib  münafiqlərin  başçı-
sı  olan  atası  Abdullah  ibn  Ubeyin  qabağını  kəsdi:  “Bax, 
ata!  Muhəmməd  əziz,  mən  isə  zəliləm”  demədikcə  qılın-
cımı  qınına  qoymayacağam”  dedi.  Atası:  “Yaxşı,  yaxşı. 
Muhəmməd əziz, mən zəliləm!” – dedi.”
Qoyma qoynunda, ey qul, dünya Dinə qalib gəlsin
Cəhd et insan ilana, mələk cinə qalib gəlsin.


41
İçlər zidd qüvvələrin, duyğuların məskənidir
Çalış nur qaranlığa, sevgi kinə qalib gəlsin.
Xalqı haqdan ayıran, Din haqqında gümanlardır
Xalqa yox, Haqqa uy ki, yəqin zənnə qalib gəlsin.
Bir yalan sözdü guya qaliblərə yoxdu divan
Bil ki, şeytan sözüdü, qoyma sənə qalib gəlsin.
Haqqın nəzdində bütün səmtlərin öz hikməti var
Qoyma sol səndə sağa, arxa önə qalib gəlsin.
Qalib olmaq diləsən, nəfsinə sən çal qələbə
Zəfərə öyrənib o, qoyma yenə qalib gəlsin.
Uğur tam mənada, son nəticədə ruhanidir
Bacar, can təndə ikən ruh bədənə qalib gəlsin.
El  arasında  “Filankəs  dəvə  kimi  kinlidir”  ifadəsi  məş-
hur dur.  Bir  təmsildə  isə  dəvənin  ondan  halallıq  istəyən 
sahibinə: “Hər haqqımı halal edirəm, amma bir dəfə məni 
eşşəyin quyruğuna bağlamışdın, onu sənə bağışlamayaca-
ğam” deyə cavab verdiyi bildirilir.
Gerçəkdən də kin çox zaman qəlbin qırılmasından qay-
naqlanır. Yersiz bir söz, yaxud sükut, hərəkət yaxud hə rə-
kət sizlik aylarla, illərlə davam edən gizli və ya açıq ədavətə 
səbəb  olur. Adəm  oğlu  danışmaq  və  ya  susmaq  ədəbinə 
mükəmməl yiyələnsəydi, yer üzündə münaqişələr, kim bi-
lir, nə qədər az olardı.
Rəvayət  olunur  ki,  Hz.Musa  (əleyhissalam)  münacatında 
Allah Təaladan soruşdu: “Ya Rəbbi! Səni harada axtarım?” 
Allah Təala buyurdu: “Məni qəlbiqırıqların yanında axtar.”
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) kimsənin qəlbinə 
toxunmamağa  xüsusi  diqqət  edər,  küsülüləri  barışdırar, 
əshabını küsməkdən və küsdürməkdən çəkindirərdi.


42
İBRƏT Əbu Sufyan bir dəstə adamla Hz.Salman, Hz.Su-
heyb və Hz.Bilalın (radiyallahu ənhum) yanından keçirdi. O 
əsnada Əbu Sufyan haqqında belə dedilər: “Allahın qılınc-
ları heç cür bu Allah düşməninin boynuna tuş gəlmədi!”
Hz.Əbu Bəkir (radiyallahu ənh) onlara irad tutdu: “Siz nə 
haqla Qüreyşin böyüyü barəsində belə sözlər söyləyirsiniz?” 
Ardınca da Rəsulullahın (salləllahu əleyhi və səlləm) yanına 
gedərək olanları danışdı.
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) ona buyurdu: İn-
şaallah, qardaşlarını qəzəbləndirməmişsən. Onların qəlbini 
qırdınsa, Rəbbini də incitmiş oldun.”
Hz.Əbu Bəkir üzrxahlıq etmək üçün dərhal qayıdıb yoldaş-
larından soruşdu: “Qardaşlarım, sizin qəlbinizi qırdımmı?”
Onlar da: “Xeyr. Allah səni bağışlasın, qardaşım!” dedilər.
İncidin nəfsləri, siz ürəyə toxunmayın
Sındırın köntöyləri, siz kövrəyə toxunmayın.
Qula Mövlası yetər, qulun varı onsuz da yox
Toxunun mülkə-mala, duz-çörəyə toxunmayın.
İçlərə yaxşı baxın, daş-kəsəkdən təmizləyin
Vurun hər cür alağı, gül-çiçəyə toxunmayın.
Küsdürmək bir-birini cavanların adətidir
Ey gənclər, ağsaqqala, ağbirçəyə toxunmayın.
Sizlər, ey xalqa xeyri toxunmayan ziyanlılar
Sizə vermirsə zərər, heç böcəyə toxunmayın.
Çox zaman kin nifrətin sinonimi kimi işlənsə də bunları 
ayıran cəhətlər vardır. Əsas fərq ondan ibarətdir ki, nifrət 
canlı-cansız hər şeyə aid edilə bildiyi halda, kin ancaq in-
sanlara qarşı olur və tədbir görülməsə qəlbdə daha çox kök 
salır.  Bəzən  o  qədər  dərinə  işləyir  ki,  təkcə  diriləri  deyil, 
ölüləri də əhatə edir. Halbuki hədislərdə buyuruldu:
“Ölülərinizin yaxşılıqlarını anın, pisliklərini örtün.”
“Ölənlər haqqında ya xeyir danışın ya da susun.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə