Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   2   3   4   5   6   7   8   9   ...   77

23
İBRƏT  İmami-Əzəm  Əbu  Hənifə  həzrətləri  həyatında 
heç kimə həsəd etməsə də, həmişə həsəd edilən olmuşdu. 
Onun paxıllığını edənlərdən biri, Xəlifə Mənsurun yaxın-
larından  sayılan  Əbul-Abbas  Tusiydi.  Daima  fürsət  tapıb 
xəlifəni  Əbu  Hənifənin  əleyhinə  çevirməyə  çalışırdı.  Bir 
dəfə sarayda təşkil edilmiş elm məclisində əvvəlcədən ha-
zırladığı sualı qərəzli bir şəkildə Əbu Hənifəyə ünvanladı: 
“Ya Əba Hənifə, nə deyirsiniz bu işə? Möminlərin Əmiri 
cəlladını  çağırır,  “filankəsin  boynunu  vuracaqsan”  deyir. 
Buna səlahiyyəti varmı?”
İmami-Əzəm “var” desə haqqa ziddi. Qazıdan fətva ol-
ma dan, hətta xəlifə də bunu edə bilməz. “Yox” desə, Mən-
surun ipə-sapa yatmayan qəzəbinə bələddi. Qızsa əlindən 
hər  şey  gələ  bilər.  Hər  iki  cavab  təhlükəliydi.  Zatən  sual 
verən də bunu hesaba almışdı.
İmami Əzəm ona belə bir sualla müraciət edir:
–  Əmirəlmöminin  cəlladına  verdiyi  əmrində  haqq 
üzrəmidir, batil üzrəmidir?
–  Haşa!  Əmirəlmöminin,  heç  batil  üzrə  əmr  verərmi, 
əlbəttə, haqq üzrədir.
– Elə isə haqq üzrə verilən bir əmrin icrasında səlahiyyət 
soruşmağa hacət varmı? Nə üçün soruşursan?
Bu  dəfə  Tusi  çətin  duruma  düşdü.  Əbu  Hənifə  onun 
udqunduğunu görərək yanındakının qulağına dedi: “Tusi 
məni çuxura düşürmək istədi, mən isə onu quyuya atdım.”
Elminin mənbəyini, ey qul, hədis, Quran eylə
Haqq budur, Haqqa əks hər nə ki, var qurban eylə.
İç gözündən bulağın, təşnəliyə çarə budur
Dərdə dərd Göndərənin Kitabıyla dərman eylə.
Sənə alim desələr zalimlərə nəsihət ver
Sənə amir desələr öz nəfsinə fərman eylə.
Bir qığılcım bəs edər ormanı yox etmək üçün
Sən su ol, atəş olma, bir fidan ək, orman eylə.


24
Haqqı var hər nemətin, vermədikcə küfran olur
Ən böyük nemətdir haqq, haqla isən, şükran eylə.
Şərqə ya Qərbə deyil, göylərə tut qəlb yönünü
Məlunlar yerdə olur, mələklərlə dövran eylə.
Nəfsinə heyran isən, ərzdə boldu belələri
Rəbbinə heyran isən, Ərş əhlini heyran eylə.
Həsəd  bəşər  tarixində  bütün  dövrlərin  daima  təzə-tər 
qalan xəstəliklərindəndir. Allah yer üzünü istedadlı insan-
lardan məhrum etməz. İstedad olan yerdə paxıllıq labüd-
dür. Çünki, öncədən qeyd etdiyimiz kimi o bir şərdir. Şey-
tanın  zəhərli  oxlarından  bir  oxdur.  Xeyir  onsuz  təsəvvür 
olunmaz. Gecə və gündüz kimi Qiyamətə qədər qoşa bu-
lunacaqlar. İnsan onların mübarizəsindən keçməlidir. Xe-
yir yalnız göylərdə şərsizdir və şəriksizdir. Ərzdə də belə 
olması lazım gəlsəydi, insan və iblis yer üzünə eyni vaxtda 
endirilməzdilər.
“Biz  də  (Adəmə,  Həvvaya  və  şeytana)  dedik:  “Bir­
birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən 
vaxta qədər sığınacaq və yaşayış vasitələri var!” (Taha, 123)
İstedada paxıllıq min illər öncə necəydisə indi də elədir 
və yəqin ki, yer üzündə həyat davam etsə, min il sonra da 
belə olacaqdır.
İBRƏT Şair Məmməd Rahimin ömrünün son dövründə 
yazıçı Gülhüseyn Hüseynoğlu 1937-38-ci illər repressiyası-
na işarə edərək ondan soruşur:
– Niyə o vaxt Mikayıl Müşfiqi “ifşa” edib tutdurdunuz?
– Məmməd Rahim deyir:
– Nə biləydim, mən tək deyildim ki...
– O birilər kim idi?
Deyirsən deyim, yenə günaha batım?


25
İns və cin var olduqca fitnə və fəsad olacaq
Hirs və kin var olduqca nalə və fəryad olacaq.
Dünya durduqca həsəd istedadın qənimidir
Qiyamət qopmadıqca yerdə istedad olacaq.
Rəhmanın qullarına qul Sahibi yardımçıdır
Şeytanın qullarına bəs hardan imdad olacaq?
Haqq bu ki, hər alimin fövqündə bir alim də var
Qövmün nadanlarına kim görən ustad olacaq?
Rəhman Adildi ədalət ya da rəhmət eləyər
Zülmlə abad olan zülmsüz bərbad olacaq.
O yalnız olsa Rəhim, kim axırda qəm yeyəcək
O ancaq Adil olsa, kim sonda bəs şad olacaq?
Həsəd fərdi olduğu kimi, həm də kütləvidir. Yəni təkcə 
ayrı-ayrı  şəxslər  deyil,  bütöv  xalqlar  da  paxıl  ola  bilir. 
Məsələn,  yəhudilər  axır  zaman  nəbisinin  özlərindən  ol-
mamasını qısqanaraq Hz.Muhəmmədin (salləllahu əleyhi və 
səlləm) peyğəmbərliyinə qarşı çıxdılar. Allah Təala öz Kita-
bında buyurdu:
“Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeylərə 
görə insanlara həsəd aparırlar?” (ən-Nisa,54)
Bu  həsəd  və  qısqanclıq  o  dərəcədə  şiddətli  idi  ki, 
Mədinədə  yaşayan  ayrı-ayrı  yəhudi  qəbilələri  bütün 
qəbilənin sürgün olunmasına, yaxud kişilərinin təmamən 
qətlə  yetirilməsinə  razı  olsalar  da,  İslam  Peyğəmbərini 
(salləllahu əleyhi və səlləm) təsdiq etmək istəmədilər. Halbuki 
haqsız olduqlarını bilirdilər.
Məsələn,  Allah  Rəsulu  (salləllahu  əleyhi  və  səlləm)  ilə 
müqaviləyə  xəyanət  etmiş  Bəni-Qureyza  qəbiləsi  müsəl-


26
manlar tərəfindən mühasirəyə alınanda qəbilə başçısı Kəab 
ibn Əsəd öz qövmünə xitabən bir neçə təklifdə bulundu. 
Onlardan birincisi bu idi:
“Ey  yəhudilər!  Gəlin  hamımız  birdən  Muhəmmədə 
tabe olalım və onun peyğəmbərliyini təsdiq edəlim. Zatən 
Onun Allah tərəfindən göndərilmiş bir Rəsul olduğunu ha-
mınız bilirsiniz! Tövratda vəsfləri yazılıdır. Əgər ona iman 
edərsək qanlarımız, mallarımız, cocuqlarımız və qadınları-
mız qurtulmuş olur. Nə deyirsiniz?”
Yəhudilər dedilər: “Xeyr! Biz heç bir zaman bizdən ol-
mayan bir Peyğəmbərə tabe olmarıq. Tövratı başqa kitaba 
dəyişdirmərik.”
Bu kor inadkarlığın nəticəsində qalada olan 700-ə qədər 
kişi (bəzi mənbələrə görə 400) xəndəklərin yanına gətirilərək 
boyunları vuruldu. Hətta, qəbilə başçılarından Huyey ibn 
Əxtab öldürülməyə aparılarkən əynindəki qiymətli libasını 
müsəlmanların işinə yaramasın deyə parça-parça etmişdi.
Kin, həsəd, paxıllıq, heç şübhəsiz, təkcə yəhudilərin milli 
xəstəliyi deyildi. Nə yazıq ki, bu müdhiş mərəz müsəlman 
toplumlardan  da  yan  keçmədi.  Bir  çoxları  Axirətin 
müsəlmanların,  dünyanın  isə  qeyri  ümmətlərin  olması-
nı  həzm  edə  bilmədilər.  Allah  Rəsulu  (salləllahu  əleyhi  və 
səlləm) buyurdu: 
“Sizə  əvəlki  millətlərin  xəstəliyi  bulaşdı.  Bu,  həsəd  və 
ədavətdir.  Bu  qazıyıcıdır.  Biləsiniz,  qazıyıcı  deyərkən 
saçı  qazımağı  demirəm.  O,  Dini  qazıyıcıdır.  Nəfsimi 
qüdrət əlində tutan Zati Zülcəlala and içirəm, sizlər iman 
etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə 
də iman etmiş olmazsınız.”
Kim kinin, paxıllığın, rəqabətin dışındadır
Hər iki dünyada o, müsibətin dışındadır.
Bir yönü-yöntəmi var qul qulu qısqansa əgər
Qövmə qövmün həsədi təbabətin dışındadır.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə