Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   2   3   4   5   6   7   8   9   ...   77

11
Ya Rəbb, övladlarımı Özün ilə məşğul eylə
Sənin ancaq Kitabın, sözün ilə məşğul eylə.
Tutma nankorlar ilə bir səfdə zürriyyətimi
Sənə və valideynə şükür edən oğul eylə.
Zəngin et onları, yoxsulluq əgər ziyandısa
Zənginlik zərərdirsə, kərəm buyur, yoxsul eylə.
Sənə qulluqda qüsur etmədiyim bir günüm yox
Belimdən gələnləri məndən daha çox qul eylə.
Sənə qul olmayanın məqamdan bir nəsibi yox
Binəsib qılma bizi, bəndəlikdə məsul eylə.
Ya Rəbb, övladlarımı cahil bulunmaqdan qoru
Amma hirsi, həsədi onlar üçün məchul eylə.
Bəşər  tarixində  ilk  həsəd  qadınla  bağlı  olsa  da,  nəsillər 
artdıqca, tayfalara, qəbilələrə bölündükcə paxıllıq doğuran 
amillər  də  şaxələnməyə  başladı.  Şöhrət  bunların  önündə 
gələnlərdən  biridir.  Başqasının  məşhurluğunu  qısqanmaq, 
adətən, rəqabət yaradır və niyyət dürüst, yəni Allah üçün ol-
madığından nəinki bəyənilməyən, hətta bəyənilən işlərdə də 
acı nəticələr doğura bilir. Halbuki Uca Rəbbimiz buyurdu: 
“Onlara (Cənnət əhlinə) möhürlü şərabdan içir dilə cək­
dir.  Onun  möhürü  müşkdür.  Qoy  yarışanlar  onun  üçün 
yarışsınlar.  Onun  qatışığı  isə  təsnimdəndir.  O  elə  bir 
çeşmədir ki, ondan Allaha yaxın olanlar içər” (əl-Mutəffifin, 
25-28).
Dünyəvi şöhrət üçün yarışanların niyyəti pozuqdur və 
möhtəşəm  qələbələri  müdhiş  məğlubiyyətdən  başqa  bir 
şey deyildir. Lakin Allahdan uzaq olduqları üçün bunu an-
lamazlar.


12
İBRƏT Yəmən hökmdarı səxavəti və ehsanları ilə tanın-
sa da, məclislərdə Hatim Tainin comərdliyindən daha çox 
bəhs edilməsinə dözə bilmir və onu öldürtməyi qərara alır. 
Cox  qüvvətli  bir  cavanı  muzdla  tutaraq  iyirmi  qızıl  verir 
və bir o qədər də axırda verəcəyini vəd edərək bu işi ona 
tapşırır.
Cavan soruşa-soruşa Tay qəbiləsinə gəlib çıxır. Burada 
özü kimi boy-buxunlu bir şəxsə rast gəlir. O şəxs cavanın, 
qərib və yorğun halını görüb onu öz evinə qonaq aparır və 
bir neçə gün ikramda bulunur. 
Cavan bir işlə əlaqədar getmək istəyini bildirəndə ev sa-
hibi ondan nə işi olduğunu soruşub köməyini təklif edir. 
Qonaq yardımsız keçinə bilməyəcəyini anladığından yaxş-
lıq  gördüyü  və  isnişdiyi  bu  şəxsə  etibar  edərək  gəlişinin 
səbəbini açıqlayır.
Ev  sahibi  yardımçı  olmağa  razılıq  verib  deyir:  “Hatim 
də sənin kimi bir igiddir. Mən sənə nə etmək lazım olduğu-
nu tərif edəcəm. Ancaq öldürə bilməsən sənə kömək etdi-
yim üçün məni öldürə bilər. Ona görə də mənim əllərimi-
ayaqlarımı bağla ki, bu işə məcbur edildiyim düşünülsün.”
Cavan təklifi bəyənib onun əl-qolunu yaxşıca bağlayır. 
Bu işi görüb qurtardıqdan sonra ev sahibi qonağına deyir: 
“Hatim deyilən şəxs mənəm. Mənim başım sənin işinə ya-
rayacaqsa niyə də onu verməyim? Qonağın istəyini yerinə 
gətirmək, könlünü xoş etmək mənim ən böyük arzumdur. 
Dərhal öldür, kimsə eşitmədən buradan get.”
Cavan nə ilə qarşılaşdığını görüncə çaşıb qalır, Hatimin 
ayaqlarına qapanaraq üzrxahlıqda bulunur. Halallaşıb ora-
dan ayrılır. Birbaş Yəmən hökmdarının yanına gələrək baş 
verənləri  danışır.  Hökmdar  özü  də  comərd  olduğundan 
xətasını  başa  düşüb:  “Daşınmış  su  ilə  dəyirman  işləməz. 
Comərdlik mal ilə deyilmiş. Hatimin comərdliyi yaradılı-
şından, fitrətindən, gözəl xasiyyətindən irəli gəlir. Sən tap-
şırılan vəzifəni artıqlaması ilə yerinə yetirdin” deyərək iyir-
mi əvəzinə qırx qızıl verir.


13
Dərdi, ey qul, paxılın səlahiyyət və sərvətdir
Dərmanı paxıllığın sədəqə və səxavətdir.
Çox vaxt cinslər arası birtərəfli hərbdi həsəd
Çünki ən çox fal açan gizli tərəf qız-övrətdi.
Nəfsin istəklərini boğazlamaq, boğmaqdı Din
Hissin ən qorxulusu kor ehtiras və şəhvətdir.
Ol qohum düşmən ilə, qohum ilə düşmən olma
Ən pisi yamanlığın əqrəbayla ədavətdir.
Dünyanı etsən fəda, bu nə gözəl bir qurbandı
Dinini peşkəş etsən, bu nə çirkin bir rüşvətdi.
Qalma, Adəm balası, adamlara yaxşılıqdan
Çünki insanə qalan insanlıqdı, mürüvvətdi.
Ey könül, vəslə tələs, hirsdən, həsəddən aralan
Qəlbin hər döyüntüsü halal eşqə haqq dəvətdi.
Həsəd, paxıllıq qəzavü-qədəri bəyənməmək, dolayısıyla 
ilahi bölgüdəki elm, hikmət və ədaləti şübhə altına almaqdır. 
Unudulur ki, nemətin mütləq Sahibi Allah Təaladır. Kimə 
nəyi, nə qədər, nə vaxt verməyi qullarından yaxşı bilir. Baş-
qasının malının və ya özünün zavalını istəyənlər və buna ça-
lışanlar kamal sahibi, yəni gerçək iman əhli ola bilməz. Çün-
ki Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu: 
“Bir qulun qəlbində imanla həsəd bir araya gəlməz.”
Ruzi  bölgüsü  Allaha  aiddir.  Bu  iş  insanlara  buraxıl-
saydı,  bəlkə  də  çoxdan  bir-birilərinin  ətini  yemişdilər. 
Özünə az, başqasına çox verildiyini, yaxud özünü başqa-
sından  üstün,  bacarıqlı  sayaraq  qabiliyyətlərin  düzgün 
qiymətləndirilmədiyini zənn edənlər böyük xəta üzrədirlər. 
Çünki Allahın  rizasından  məhrumdurlar.  Hz.Ömər  (radi-
yallahu ənh) Bəsrə valisi Əbu Musaya (radiyallahu ənh) yaz-


14
mışdı: “Bütün xeyirlər rizadadır (Allahın təqdirinə razı ol-
maqdadır). Gücün yetərsə razı ol, yoxsa səbir et.”
İBRƏT  Muğirə  ibn  Şubə  (radiyallahu  ənh)  Əbu  Cəhllə 
birlikdə Məkkə küçələrindən birində Rəsulullaha (salləllahu 
əleyhi və səlləm) ilk dəfə necə rast gəldiyini, onun Əbu Cəhli 
İslama dəvətini nəql etdikdən sonra deyir: “Rəsulullah ora-
dan uzaqlaşınca Əbu Cəhl mənə dedi: “Nə yalan danışım, 
bilirəm ki, onun söylədikləri həqiqətdir. Lakin bir şey mane 
olur. Onun babalarından Bəni Qusay: “Kəbənin açarlarını 
daşımaq  bizə  aiddir”  dedi,  qəbul  etdik,  “Hacılara  su  ik-
ram etmə vəzifəsi bizə aiddir” dedilər, qəbul etdik, “Hərb 
və  sülh  qərarlarının  verildiyi,  nikahların  bağlanıldığı 
məşvərət bizə aiddir” dedilər, bunu da qəbul etdik. Bir yerə 
əsgər göndərəndə “Bayraqdarlıq vəzifəsi bizə məxsusdur” 
dedilər, buna da bir şey demədik və razı olduq. Onlar da 
kasıbları  yedizdirir,  biz  də  yedizdiririk.  Axırda  onlarla 
təmamilə eyni səviyyəyə gəldiyimiz zaman indi də deyirlər 
ki:  “Peyğəmbər  də  bizdən  çıxdı.”  Yox,  vallah,  buna  dözə 
bilmərəm.”
Hər şey hikmət ilədir, kim hikmətə razı deyil
Demək, o, Allaha və Muhəmmədə razı deyil.
Allahın hikmətləri rəhmətinin içindədir
Hökmə narazı olan o rəhmətə razı deyil.
Ruhu kimdirsə verən, ruzini də bölən Odur
Paxıl o kimsədi ki, haqq qismətə razı deyil.
Hər qulun qiymətini Rəbbi quldan yaxşı bilir
Yalnız ən dəyərsizlər o qiymətə razı deyil.
Nəfsinə töhmət edən Rəbbinə həmd eyləmişdir
Nankor o kimsədi ki, o töhmətə razı deyil.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə