Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 420 Kb.

səhifə1/17
tarix26.08.2018
ölçüsü420 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
64600


BU  SAYDA

Ölümə qarşı tək çarə sevişmək

Həqiqət axtarışında (resenziya)

Kinoda uşaq obrazları

Sadist, eqoist və dahi rejissor

Disconnect

Sevgi hekayəsi: S. Gainsbourg və J. Birikin

17 AN: Cavid Təvəkkül

Martin Skorsesenin məktubu

Sənədli kino sənəti

Jan Švankmajer: 

Sürrealizm dahisi ilə müsahibə

Derek Cianfrance:



Atalar və oğullar haqqında

Kinoda minimalizm: Carlos Reygadas

İyrənc, amma gözəl fotoların müəllifi

1



Bu sayımız Azərbaycan kinosunun ən istedadlı

aktyorlarından biri, Ruslan Nəsirovun əziz ruhuna ithaf edilir. 

Allah Rəhmət Eləsin!



Tərcümə

Şahin Xəlil



Ölümə qarşı tək

çarə sevişmək

İlk dəfədir xəstəliyimdən 

utanmadım. Bunun üçün 

çox təşəkkürlər!

3


Nə qədər qəribə olsa da, İtaliyada xəstəliklər haqqında 

danışmaq, xəstəlik mövzuları tabuya çevrilib. Demək olar, heç 

bir məşhur İtaliya filminin mövzusunda xərçəng xəstəliyinə rast 

gələ bilməzsiniz. Türk əsilli italiyan rejissor 2014-cü ildə çəkdiyi 

"Allacciate le cinture" (“Kəmərləri bağlayın”) filmi ilə bu tabunu 

yıxdı. Nəticədə, İtaliyada bir çox tənqidçi və jurnalist filmi 

baykot etməyə çalışdılar. Rejissorun twitter hesabına isə bir 

xərçəng xəstəsi: "İlk dəfədir xəstəliyimdən utanmadım. Bunun 

üçün çox təşəkkürlər!" – yazmışdı. Sizə Ayşe Armanın 

rejissorla məhz bu film haqda olan müsahibəsini təqdim edirik:



4


– Yenə möhtəşəm bir sevgi filmi ilə 

qarşımızdasınız: "Allacciate le cinture". 

Bu film də digərləri kimi seanslara girən 

andan qiyamət qoparmağı bacardı...

– Bəli, taxtaya (gözə gəlməsin deyə taxtaya 

vurmaq inancı) vur! Hələ ki ilk həftədəyik və 

filmin seansları zamanı salonlar dolur.



– Niyə, sizcə?

– İtalyanlar dramatik film sevmirlər. 

Kinoteatra gedəndə ağlamaq istəmirlər. 

Amma bu film başqadır. Qəhqəhələr 

arasında burun çəkmə səsləri eşidə 

bilirsən. Həm ağladır, həm güldürür. Həm 

dram, həm komediyadır. Bu kombinasiyanı 

italiyan tamaşaçı sevir. Bir də Ferzan 

Özpetek filmi olmasının da təsiri var. Təbii 

ki, mövzusu da cəlbedicidir. Damara işləyən 

bir sevgi hekayəsi...

– Yaxşı, bəs bu sevgi hekayəsində sizə 

ən çox nə təsir etdi?

– Çox sevdiyim bir rəfiqəm xərçəngə 

yoluxdu. Bunu öyrənən zaman xəstəliyi 

inkişaf etmişdi. Fiziki çökdü. Mən də onu 

xoşbəxt etmək istədim. Şərəfinə 40 

nəfərlik şam yeməyi ziyafəti təşkil etdim. 

Umberto Veronesi adlı bir cərrah var

İtaliyada çox məşhurdur. Döş xərçəngində 

döşü tamamən kəsmə üsulunu son çarə 

olaraq görən bir həkimdir. Peşəsində cığır 

açmış biridir. Bir qadın üçün döşlərin 

vacibliyini bilən bir cərrahdır. Əvvəlcə 

xərçəngi kiçildir, sonra cərrahi mərhələyə 

keçir.


– Və?

– Onu ziyafətə dəvət etdim. Sırf rəfiqəmin 

xoşuna gəlsin deyə. "Əlbəttə, gələrəm," – 

dedi. Məşhur aktyorlar dəvət etdim. Gözəl 

insanlar, gözəl qadınlar... Yeməklər də 

möhtəşəm. Rəfiqəm çox bəyəndi. Uşaq 

kimi xoşbəxt oldu. Qonaqlıq vaxtı 

dedi-qodu da etdik. "Bunun paltarına bax, 

o birinin bilmirəm nəyinə bax" – deyə... 

Sevgi elə bir şeydir ki

vücudu da, fiziki gerçəyi 

də aşa bilir.





5



Çox sevimli yoldaşı var. Yoldaşı da 

ortalıqda kiminləsə söhbət edir. Birdən 

çevrilib rəfiqəmə: "Sən ərinlə hələ də eyni 

yataqda yatırsan?" – sualını verdim. 

Bilmirəm necə dedim, amma dedim. 

Deyən kimi də peşman oldum. Amma çox 

yaxın olduğumuz üçün bu axmaq suala 

görə hirslənmədi. Mən əslində: "Sən 

şahanə qadınsan, amma bu halın çox 

bərbaddır. Bu halda hələ də ərinlə sevişə 

bilirsən?" – demək istəmişdim. 

Gülümsədi... "Bilirsən, hələ də deyilir" – 

dedi. "Bu kişilərin mədəsi heç nədən 

bulanmır. Sevirlərsə, heç nədən 

iyrənmirlər" – dedi. Bu dedikləri məni çox 

təsirləndirdi. Rəfiqəm əcaib halda idi: üzü 

şişmiş, bədəni çox zəifləmişdi. Amma əri 

bu vəziyyətində belə onu cəlbedici hesab 

edirdi. O zaman qərar verdim. "Əsl sevgi 

budur" – dedim.



– Və bu gerçəyi gələcəkdə rəfiqənizin 

xatirəsinə çəkəcəyiniz filmdə də 

göstərmək istədiniz.

– Bəli. Bunu da düşündüm. Birini 

sevirsən, bədəni səni dəli edir. Gündə 3-4 

dəfə sevişirsiniz. Gecələri "şirin yuxular" 

öpüşü ilə sevişməyə başlayırsan. 

Səhərləri "sabahın xeyir"lə davam 

edirsən. Amma bu insan bir gün fiziki 

olaraq dəyişə bilər, çirkinləşə, xəstələnə 

bilər. Bəs onda? Onu yenə eyni ehtirasla 

arzulaya bilərsən? Bax filmdə anlatmağa 

çalışdığım şeylərdən biri də bu idi. Bəli 

edərsən! Çünki, sevgi elə bir şeydir ki, 

vücudu da, fiziki gerçəyi də aşa bilir.

– İnsan özünün tam tərsi olan birinə 

aşiq ola bilərmi?

– Əlbəttə!



– Yaxşı, o zaman belə soruşum: 

İntellektual, düşüncəli, zərif bir qadın, 

cahil, kobud, hətta irqçi, faşist birinə 

aşiq ola bilərmi?

6




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə