Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   2   3   4   5   6   7   8   9   ...   17

5. “Hayat var” – Hayat

Türk kinematoqrafiyasından daha bir 

obraz  –  Hayat  (Elit  İşcan).  2008-ci 

ildə Reha Erdem çəkib filmi. Getdiyi 

mağazada  satıcının  ona  təcavüz 

edib,  qarşılığı  olaraq  bir  şokolad 

verdiyi  Hayat,  əsəbiləşərək  əlinə 

yerləşdirə  bildiyi  qədər  şokolad 

götürür.  Hissləri  qarışdıran  bu 

situasiyayla Reha Erdem öz sıfırdan 

işlədiyi  obrazları  arasına  ən 

unudulmazını qatmış olub.



6. “The 400 blows” (“400 zərbə”) 

– Antoine Doinel

Jean-Pierre  Leaudun  ifa  etdyi  səfil, 

valideyn  məsuliyyətsizliyinin  qurbanı 

olan  bu  uşaq  heç  bir  mənəvi  dəyər 

sahibi  deyil.  Amma  oğurluğa  görə 

uşaq  islah  düşərgəsinə  aparılarkən 

ağlayır.  Bu  ağlamağın  səbəbi  nə 

ailəsidir,  nə  dostu,  nə  də  yaşadığı 

yer. Amma  nəsə  var  bu  görüntüdə. 

İfadəolunmaz bir şey…



7. “Şərikli çörək” – Vaqif

Azərbaycan 

kinosunda 

uşaq 


obrazlarının xüsusi yeri olub. Burada 

“Pəncərə”  filminin  Vasifi  barədə  də 

yazmaq  olar.  Amma  Vaqif  obrazını 

Kamran Rəcəbli o qədər peşəkarlıqla 

ifa  edib  ki,  əgər  burada  bir 

Azərbaycan  filminə  yer  verməyi 

düşünürəmsə,  həmin  yer  “Şərikli 

çörək”in olmalıdır. 1969-cu ildə Şamil 

Mahmudbəyovun 

çəkdiyi 


film 

müharibə dövrü uşaqlığının ən yaxşı 

ifadələrindəndir.

20



8. “Landscape in the mist” 

(“Dumanlı peyzaj”) – Alexandros

Rejissor Theodoros Angelopoulosun 

“Eternity and a day” (“Əbədilik və 

bir gün”) filmində də uşaq 

xarakterləri dəqiqliklə işlənsə də, 

“Landscape in the mist”-də 

Yunanıstan kinosunun ən kiçik 

obrazlarından birini Michalis Zeke 

canlandırıb.

9. “Mossafer (“Səyahətçi”) 

– Qassem

Daha  bir  Abbas  Kiarostami  filmində 

sevdiyi  futbol  klubunun  oyununa 

getməkçün vasitələr axtaran Qassem, 

siyahımızda  olması  vaciblərdəndir. 

Obrazı 1974-cü ildə Hassan Darabi ifa 

edib.

10. “The white ribbon” 

(Ağ lent”)

2009-cu il rejissor Michael 

Haneke filmində bütün uşaq 

obrazları fərqlidir. Hər şeyin 

səbəbkarı, həm də qurbanı 

olan bu uşaqlar cəmiyyətin 

müxtəlif təbəqəli ailələrinin 

övladlarıdır. Müxtəlif cəzalar, 

rəftarlar görür, müxtəlif 

davranışlar sərgiləyirlər.



Qeyd:

 

Yuxarıdakı filmlər fərqli obrazlara görə seçilib.



Dramatizmə xüsusi önəm verilməyib.

21


5

fb.com/intibahmagazine

www.intibahmagazine.com




CHARLIE CHAPLIN

Tərcümə


Tural Məmmədli

Sadist, eqoist və dahi rejissor



     Mənə komediya çəkmək 

üçün üç şey lazımdır: park, 

polis nəfəri və gözəl qız.

23


Chaplin nə qədər məşhur idi? 1920-ci illərdə şöhrətinin zirvəsində olarkən London 

səyahətində iki gün ərzində 73000-dən çox məktub almışdı. “Time” jurnalının üz 

qabığında yer alan ilk rejissor və ilk aktyor o idi. 1916-cı ildə “Pa’s Imported Son in 

law” adı altında qəzetdə yayımlanan karikatura seriyasında canlandırılan ilk yaşayan 

aktyor da o oldu. “Körpə” (“The Kid”) obrazı ən çox tanınan uydurma personajlardan 

biri oldu və Chaplini 30 yaşında milyonçu etdi. Sərvət əldə etdikdən sonra da, o, 

nəmli otel otaqlarında yaşamağa, həmişə eyni paltarları geyinməyə və maaş çeklərini 

bir sandığın içində saxlamağa davam etdi. Deyilənə görə, Sərsəri obrazını London 

East-Enddə keçirtdiyi öz dərbədər gəncliyindən təsirlənərək yaratmışdır.

Chaplinin anası və atası 1889-cu ildə onun doğumundan bir müddət sonra ayrıldılar. 

İçki düşkünü olan atası ölənə qədər içməyə davam etdi. Anası isə dəlixanada yatdı. 

Özlərini məhv etmədən öncə oğullarını inglis musiqi zalı ilə tanış etmələri sonradan 

Chaplinin Viktoryen yetimxanalarından çıxış bileti oldu. 1910-cu ildə ilk Amerika 

turnesinə çıxmazdan əvvəl uzun müddət Britaniyada səhnəyə çıxaraq obrazlarını 

kəskinləşdirdi. 1913-cü ildə prodüser Mack Sennett onu kəşf etdi. Chaplinlə birlikdə 

Hollivudda qısa komediya filmləri çəkdilər. Beləcə, Chaplinin 1936-cı ildə 

obrazının kinoda sonuncu dəfə görünməsinə qədər davam edən yaradıcılıq dönəmi 

başladı. 1917-ci ildə bu obraz o qədər populyarlaşmışdı ki, ona öz 

işi üzərində tək yaradıcı güc olmaq şansı verildi.

Yaradıcılığını istədiyi kimi istifadə edən Chaplin bir sıra gözəl filmlər ərsəyə gətirdi. 

Şəxsi həyatında baş verənlər isə ardından mübahisəli bir ad buraxmağına səbəb 

oldu. Özündən çox gənc qadınlarla olan iki məcburi evliliyi qalmaqal və boşanma ilə 

nəticələndi. 1943-cü ildə aktrisa Joan Barrynin ona qarşı qaldırdığı atalıq davası 

səbəbinə fahişəliyə məcbur etmə məqsədi ilə insan qaçırtmaq ittihamını gətirsə də, 

sübuta yetirilə bilmədi, Chaplin bundan bəraət aldı. Onun bəzilərinə görə pedofillik 

sayıla biləcək şorgözlüyü burjua əxlaqçılarının qəzəbinə səbəb olsa da, solçuluğu 

başına daha böyük bəla oldu. İkinci Dünya Müharibəsində Amerikaya dəstək 

verməməyi, Soveti dəstəkləyən fikirləri və kapitalizmə qarşı nifrətini gizlətməməyi 

parlamentdəki atəşli kommunizm əleyhdarlarının diqqətini çəkdi. “Amerika əleyhinə 

fəaliyyətləri izləmə komitəsi”nin hüzuruna çıxarılması gündəmə gəlsə də, Chaplinin 

ifadə verməyə Sərsəri obrazının kostyumu ilə gəlib iclası lağa qoymaq təhdidindən 

sonra bu məsələdən imtina edildi. Son gülən tərəf isə McCarthy-çi anti-kommunistlər 

oldu. 1952-ci ildə çıxdığı Avropa gəzintisindən sonra Chaplinin Amerikaya girişinə 

qadağa qoyuldu. O, İsveçrəyə köçdü və öz ölkəsinə 1972-ci ilə qədər dönmədi. 

Uzun müddət davam edən fiziki və ruhi çöküş mərhələsinin ardından 

1977-ci ilin Milad günü həyata gözlərini yumdu.

Chaplinin gənc qadınları seçdiyini söyləmək yüngül səslənər. 1918-ci ildə evləndiyi ilk 

arvadı Mildred Harris 16, Chaplin isə 29 yaşında idi. Harris hamilə olduğunu iddia 

edərək onu özü ilə evlənməyə məcbur etdi. Əslində isə hamilə deyildi. Evləndikdən 

qısa bir müddət sonra Harris hamilə qalsa da, ciddi doğum qüsurlarıyla dünyaya 

gələn körpə yalnız üç gün yaşadı. Bu fırtınalı evlilik çətinliklə də olsa, bir il daha 

davam etdi. Sonda qarşılıqlı qarayaxıcı ittihamlarla sona çatdı. Chaplin Harrisin onu 

başqası ilə aldatdığını iddia edərkən, Harris Chaplinin onu 

yataqda şillələdiyini söylədi.

Chaplin bir müddət sonra şansını başqa bir 16 yaşlı aktrisa Lillita McMurray ilə 

sınadı. Vladimir Nabokov “Lolita” romanını ondan təsirlənərək yazmışdı. 



24


Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə