Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

43
Din qardaşını sevməmək olar, çünki sevgi insanın əlində 
deyildir. Lakin ona kin bəsləmək qəlb xəstəliyindən xəbər 
verir. Ölülərə qarşı kinli olmaq, onları bağışlaya bilməmək 
isə bu mərəzin ən şiddətli göstəricisidir. Çünki artıq haqq 
dünyasındadırlar.  Əgər  Allah,  onları  bağışlamayıbsa,  bu 
cəza  onlara  yetər.  Əgər  bağışlayıbsa,  onda  sənin  kin  və 
nifrətin təkcə bağışlanana deyil, həm də Bağışlayana qarşı 
çevrilmiş olur.
“Sonra gələnlər deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən 
öncə iman gətirən qardaşlarımızı bağışla. Qəlblərimizdə 
iman  gətirənlərə  qarşı  kinə  yer  vermə.  Ey  Rəbbimiz, 
həqiqətən Sən Rauf (şəfqətli) və Rəhimsən!” (əl-Həşr, 10).
Üzülərək deməliyik ki, 1400 ildən artıq vaxt keçməsinə 
baxmayaraq hələ də bəzi Din qardaşlarımız Hz.Əbu Bəkr 
Siddiqi  (radiyallahu  ənh)  və  bir  çox  səhabələri  xeyirlə  an-
mırlar.  Səbəb  olaraq  da  Hz.Peyğəmbərin  (salləllahu  əleyhi 
və  səlləm)  vəfatından  sonra  xilafət  məqamına  Hz.Əlinin 
(radiyallahu  ənh)  deyil,  Hz.Əbu  Bəkirin  (radiyallahu  ənh) 
gətirilməsini göstərirlər. Halbuki Hz.Əli (əleyhissalam) özü 
bu məsələdə ən gözəl nümunəni göstərmişdir.
İBRƏT Hz.Əbu Bəkir (radiyallahu ənh) xəlifə seçiləndən 
sonra  Əbu  Sufyan  Hz.Əli  (əleyhissalam)  ilə  Hz.Abbasın 
(radiyallahu  ənh)  yanına  gedərək  dedi:  “Ey  Əli  və  sən, 
ey Abbas!  Niyə  xilafət  Qureyşin  ən  zəif  və  ən  kiçik  olan 
sülaləsinin  əlindədir!  Vallah,  əgər  istəsəniz,  Əbu  Bəkirin 
üzərinə  hücum  etmək  üçün  Mədinəni  atlı  və  piyadalarla 
dolduraram.”
Hz.Əli  (əleyhissalam):  “Sən  hələ  də  İslama  və  müsəl-
manlara ədavət edirsən! Amma bu, İslama və Möminlərə 
heç bir zərər verməz. Biz Əbu Bəkiri xilafət məqamına layiq 
gördük” buyuraraq Əbu Sufyanı yanından uzaqlaşdırdı.
Möminlərin anası Hz.Aişə (radiyallahu ənhə) rəvayət edir: 
“Atam qılıncına qurşanmış, atına minmiş, Zul-Qassaya doğru 
getmək üçün yola çıxmışdı. Əli ibn Əbu Talib (əleyhissalam) 


44
gəldi, atamın miniyinin cilovundan tutaraq dedi: “Hara, ey 
Allah Rəsulunun xəlifəsi! Mən Uhud günü Rəsulullahın sənə 
dediyi sözləri təkrarlayacağam: “Qılıncını qınına qoy, bizi də 
özünlə birgə müsibətlərə düçar etmə! Ey Allah Rəsulunun 
xəlifəsi! Allaha and olsun ki, sən öldürülsən, İslamın birlik 
və nizamı birdəfəlik pozular.” Bu xəbərdarlığın nəticəsində 
atam geri qayıdıb ordunu göndərdi.
Hz.Əbu Bəkirin (radiyallahu ənh) vəfatından sonra Hz.Əli 
(əleyhissalam) bu nitqdə bulundu:
“Sən  fırtınaların  və  ən  şiddətli  qasırğaların  tərpədə 
bilmədiyi  bir  dağ  idin.  Rəsulullahın  (salləllahu  əleyhi  və 
səlləm)  buyurduğu  kimi,  sən  bədənində  zəif,  Allahın 
dinində qüvvətli, mütəvazi, Allahın yanında və yer üzündə 
məqamı uca, möminlərin yanında böyükdün. Heç kimsənin 
sənə kini yoxdu. Heç kimsənin səndə dəyərsiz bulduğu bir 
vəsf  yoxdu.  Qüvvətli  olan,  zəifin  haqqını  alıncaya  qədər, 
sənin yanında zəifdi. Zəif olan da haqqını alıncaya qədər, 
qüvvətliydi.  Allah  sənin  əcrindən  bizi  məhrum  etməsin. 
Bizi səndən sonra sarsıtmasın.”
Ayırıb nəfsləri, könülləri birləşdirin
Belləyib köksləri, sünbülləri birləşdirin.
Qəlblərə bağban olun, viranə bir yer qalmasın
Bayquşlar düşsün pərən, bülbülləri birləşdirin.
Səf tutub sədd çəkin şirkin, nifaqın qarşısına
Müşrikə, münafiqə müşkülləri birləşdirin.
Kökü dərin olanın şaxəsi yüksəkdə gəzər
Pis sözün yox təməli, özülləri birləşdirin.
Gülzara ətri verən gül-çiçəyin sıxlığıdı
Alaq hər yerdə bitir, siz gülləri birləşdirin.
Təməli düz qoyulan hər bir işin var uğuru
Din bətndən başlayır, sütülləri birləşdirin.


45
Kin duyğusu təkəbbürlü, özündən razı kimsələrdə daha 
güclü olur. Belələri haqsız tərəfdisə üzr istəməyi, haqlıdır-
larsa bağışlamağı özlərinə sığışdırmır, qarşı tərəfin ilk ad-
dım atmasına da adətən, şərait yaratmırlar.
Yaxından  tanıdığım  iki  qonşu  vardı.  Önəmsiz  bir  şey 
üstə bir-biriləriylə haqq-salamı kəsmiş, illərdi danışmırdı-
lar. Onlardan biri “mən, mən” deyənlərdən idi. Övladının 
xeyir  işində  nüfuzlu  bir  tanışımı  dəvət  edib-etməməklə 
bağlı məndən münasibətimi soruşdu. Ondansa küsü saxla-
dığı qonşunu çağırmağı məsləhət gördüm. Tərəddüd etsə 
də,  xeyli  təkiddən  sonra  razı  sala  bildim.  Amma  tədbirə 
gələndə dəvət göndərmədiyi məlum oldu.
Aradan  yenə  illər  keçdi.  Özümün  təşkil  etdiyim  bir 
ziyafətə  hər  iki  qonşunu  çağırdım.  Bu  dəfə  digər  qonşu-
dan tədbirdə qonşuyla salamlaşmağı, umu-küsünü aradan 
götürməyi xahiş etdim. Etirazda bulunmadı və o qədər isti 
qarşılıq görməsə də, üzərinə düşəni lazımınca yerinə yetirdi.
Barış üçün ilk güzəşti şənlərinə nöqsan sayanlar bunun nə 
böyük fəzilət olduğunu bilsəydilər, bir gecəni də küsülü hal-
da keçirməzdilər. Heyhat! Təkəbbür və buna bənzər şeylər 
bir qətrə çirkli sudan yaradılan Adəm övladına mane olur.
Gözlərdə kin görürəm, görünənlər səksəndirir
Sözlərdə cin görürəm, törənənlər səksəndirir.
Küsdürən, küsən boldu, barışdıran, barışan az
Küsmək dəhşətli deyil, dirənənlər səksəndirir.
Vaxt, zaman tələsdirir, tutammırıq səmtimizi
Qorxudur əylənənlər, ərinənlər səksəndirir.
Bu yolun yolçuluğu elm, mərifət ilədir
Baxıram öyrədənə, öyrənənlər səksəndirir.
Kim könül, yəni səma əhlidisə, əndişə yox
Amma bu qıvrılanlar, sürünənlər səksəndirir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə