Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

75
* * *
Əməvi  xəlifəsi  Ömər  ibn  Əbdüləziz  həzrətləri  də  bir 
nəfərə cəza verəcəkdi. Qəzəbləndiyi üçün o kimsəyə ağır 
sözlər söyləməkdən özünü saxlaya bilmir. Lakin tez də du-
rumun fərqinə varır və günahkarı azad edərək deyir: “Əgər 
məni qəzəbləndirməsəydin, sənə cəza verəcəkdim.”
Uyma, ey qul, qəzəbə, insafı, imanı pozar
Elə bir dərddi qəzəb, birbaşa dərmanı pozar.
Sirr deyil, səltənəti ədalətdi sabit edən
Bir sitəmdir ki, əsəb ən adil fərmanı pozar.
Baxmaz o başçıların nəhənginə, xırdasına
Yurdda, həm ailədə qırx illik sahmanı pozar.
Görmürsənmi azacıq sirkə balı xərab elər
Elə bir oddu qəzəb, bütöv bir ormanı pozar.
Rəbbinin rəhminə, əlbəttə, könül, bəslə ümid
Qəhrindən amma ki, qorx, ərzi, asimanı pozar.
Nəfsi  üçün  qızan  kimsənin  əsas  şəri  dilindən  olur.  Bu 
elə bir şərdir ki, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) ona 
xüsusi diqqət çəkmişdir: 
“Sizdən biriniz qəzəblənərsə sussun.”
Gerçəkdən,  əgər  qəzəbsiz  halında  birinin  dilini  tuta 
bilməməsi  özünə  və  başqalarına  kifayət  qədər  ciddi  ra-
hatsızlıqlar yaşada bilirsə, o kimsənin qəzəbli ikən ağzına 
yiyəlik etməyi bacarmamasının nə kimi fəsadlara yol aça-
cağını təsəvvür etmək çətin deyildir.
Qızarkən  qəzəbini  boğa  bilməyənlərin  düşünmədən, 
yəni  ağlına  yox,  ağzına  gələni  qarşısındakının  ünvanına 
söyləməsi həyatda tez-tez rast gəlinən hallardandır. Hətta, 
bəziləri sakitləşəndən sonra etiraf edirlər ki, o anlarda su-


76
sub  danışmasalar  ürəkləri  partlaya  bilər.  Bu  baxımdan 
demək  mümkündür  ki,  qəzəbləndiyi  zaman  dilinə  sahib 
olan qəzəbinə də hakim olmuşdur.
Nəfsi  üçün  qızanın  Rəbbi  üçün  susmasından  gözəl  nə 
ola bilər? Gerçək ibadət budur.
İBRƏT Bir gün Allah Rəsulu (salləllahu əleyhi və səlləm) 
dəvəsinə minib əshab ilə yola çıxmışdı. Səhabələrdən heç 
biri  onun  önünə  keçmir,  sağında  və  solunda  gedirdilər. 
Muaz ibn Cəbəl (radiyallahu ənh) dedi: “Ey Allahın Rəsulu! 
Allahdan sənin ölümünü bizim ölümümüzdən önə keçir-
məməsini diləyirəm. Allah o günü bizə göstərməsin. Ancaq 
sizə bir şey olursa, sizdən sonra hansı əməllərdə bulunma-
mızı tövsiyə edirsiniz?”
Rəsulullah  (salləllahu  əleyhi  və  səlləm)  buyurdu:  “Allah 
yolunda cihad edin.”
– Anam-atam sənə fəda olsun.
– Allah yolunda cihad nə gözəldir. Fəqət bu günkü insan-
lar üçün bundan daha gözəl bir şey vardır.
– Ondan daha önəmlisi, hər halda oruc tutmaq və zəkat 
verməkdir.
– Oruc və zəkat, əlbəttə, önəmli məsələlərdir. Fəqət on-
lardan da önəmli bir şey vardır.
O zaman Muaz bildiyi bütün saleh əməlləri sıra ilə bir-
bir söylədi. Rəsulullah (salləllahu əleyhi və səlləm) hamısında 
da “Bundan daha önəmli şey vardır” deyə cavab verdi.
Nəhayət Muaz: “Ya Rəsulallah, bizə bu önəmli şeyi açıq-
larmısınız?” – deyə soruşdu.
Rəsulullah (salləllahu əleyhi və səlləm) mübarək dilinə işarət 
edərək: “Bununla xeyirdən başqa bir söz söyləməməkdir” 
buyurdu.
–  Ya  Rəsulallah,  biz  söylədiyimiz  şeylərdən  sorğu-sual 
ediləcəyikmi?
– Anan səni itirsin. İnsanları üzüüstə cəhənnəmə sürük-
lə yən,  dilləriylə  söylədikləri  pis  şeylərdən  başqa  bir  şey-


77
midir?  Kim  Allaha  və  Axirət  Gününə  inanırsa  ya  xeyir 
danışsın, ya da sussun. Gözəl şeylər söyləyin ki, yaxşılıq 
görəsiniz. Pis şeyləri söyləməkdən də çəkinin ki, salamat 
qalasınız.
Ey iman əhli, susun, şirkin çoxu bəyandadır
Orta ümmətdən olun, xalq o yanda, bu yandadır.
Qəzəbi cilovlayın, dil qəzəbin cilovudur
Yəhərsiz, yüyənsiz at, yiyəsinin boynundadır.
Demirəm ki, mələyək, mən deyirəm ulamayaq
Hər halda Din-bərəkət qurdda deyil, qoyundadır.
Hər səsin var ölçüsü, ölçməyənlər zillətdədir,
Hər sözün var çəkisi, çəkməyənlər ziyandadır.
Elm haqq sükutdadır, batil sədalarda deyil
Qızdı söz oyunları, yalnız cahil oyundadır.
Qulda yoxdursa səbir, nə var isə dilindədir
Qulda yoxdursa şükür, qəlbi onun hədyandadır.
İçlər yoxsul olmasa, zəngin, fağır xeyir bulur
İçlər zəngin olmasa, hər ikisi üsyandadır.
Qəzəb dalğaya bənzər. Dəniz həmişə qabarmadığı kimi, 
insan  da  daima  coşmaz.  Hərdən  coşanda  da  bu,  uzun 
çəkməz,  sakitləşər.  Bu  baxımdan  qəzəb  xəstəliyi  kin  və 
nifrət kimi mənəvi mərəzlərdən fərqlənir. Əgər qəzəb uzun 
müddət soyumursa, keçmirsə, o artıq qəzəb olmur, kinə çev-
rilir. Əgər qəzəb edilən şəxslərə və ya şeylərə qarşı qəlbdə 
şiddətli və davamlı ikrah halı yaşanırsa, bu artıq nifrətdir. 
Mömin  tam  qəzəbsiz  yaşaya  bilməz.  Çünki  öz  əlində 
deyildir.  Üstəlik  qəzəbin  fəzilət  tərəfi  də  var.  Buna,  inşa-


78
allah, bir az irəlidə qayıdacağıq. Burada isə onu qeyd edək 
ki, mömin hərdən qızsa da, özünü tez ələ almağı bacarma-
lı, qəzəbinin davamlı olmasına, kinə, nifrətə çevrilməsinə 
əsla imkan verməməlidir. Çünki bu sonuncular fəzilətdən 
məhrumdur. Hədislərdə buyuruldu:
“Mömin kinli olmaz.”
“Kim, din qardaşını bir il tərk edib küsülü durarsa, onun 
qanını tökmüş kimi günaha girər.”
“Kim  müsəlman  qardaşını  üç  gündən  artıq  tərk  edib 
küsü saxlar və o hal üzrə ölərsə, cəhənnəmə girər.”
“Din  qardaşı  ilə  arasında  ədavət  bulunan  şəxs  istisna 
olmaqla, Allaha şərik qoşmayan hər qulun günahları ba-
ğışlanır. Mələklərə: “Siz bu iki şəxs bir-biriylə barışıncaya 
qədər gözləyin” buyurular.”
“İki müsəlman qarşılaşırlar. Biri bir tərəfə, digəri o biri 
tərəfə üzünü döndərər. Halbuki o ikisinin ən xeyirlisi öncə 
salam verəndir.”
İBRƏT Yezid ibn Harun (rahmətullahi əleyh) vəfatından 
sonra  röyada  görüldü.  Ondan:  “Münkər,  Nəkir  haqdır, 
elə deyilmi?” – deyə soruşuldu. O da bu cavabda bulun-
du: “Bəli, Özündən başqa ilah olmayan Allaha and içirəm 
ki,  məni  oturtdular,  məndən:  “Rəbbin  kim?  Dinin  nə? 
Peyğəmbərin kim?” – deyə soruşdular. Mən də ağ saqqa-
lımdan torpağı silkələyərək: “Mənim kimi birinə bu suallar 
verilirmi? Mən Yezid ibn Harun əl-Vasitiyəm. Dünya yur-
dunda insanlara altmış il bunu öyrətdim” dedim.
Biri: “Doğru söylədi. O, Yezid ibn Harundur. Rahat uyu, 
bu gündən sonra sənə qorxu yoxdur” dedi.
Digəri isə: “Sən Hüreyz ibn Osmandan hədis yazdınmı:” 
deyə soruşdu. Mən də: “Bəli, hədisdə sağlamdı” dedim. O 
da: “Sağlamdı, ancaq Hz.Əliyə qəzəb edərdi, Allah da ona 
qəzəb etsin” dedi.”
Artmasın, neyləsin İslamda fəlakətlərimiz
Qoymayır birliyə qol İslam məmləkətlərimiz.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə