Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

66
Hz.Aişə (radiyallahu ənh) rəvayət etmişdir: “Allah Rəsu-
luna (salləllahu əleyhi və səlləm) iki şeydən birini seçməkdə 
sərbəstlik verilsəydi, günah olmamaq şərti ilə ümməti üçün 
ən  asanını  seçərdi.  O  iş  günah  olardısa,  ondan  ən  uzaq 
adam yenə özü olardı.”
Ey bacı-qardaşlarım, nəvazişdən utanmayın
Nifrətə öyrənməyin, məhəbbətdən usanmayın.
Pisi pis ilə deyil, haqq söz ilə dəf eləyin
Sevgidən, Sevgilidən başqasına uzanmayın.
Xeyir yığmaqdadısa, Axirətdən yaxşı yer yox
Xeyir bölməkdədisə, xeyir işə yubanmayın.
Dünyanı səhra bilin, aldatmasın ilğım sizi
Su görüb qızışmayın, atəş görüb sulanmayın.
Ömür bir dağ çayıdır, azalması, artması var
Artsanız köpüklənib kükrəməyin, bulanmayın.
Xoş rayihəli insandan ətir, pis qoxulu insandan üfunət 
yayıldığı kimi xəbis sözdən qəlbə ağırlıq, xeyir sözdən yün-
güllük gələr. Sevə bilməyənlər, sevinə bilməyənlər sevdirə 
bilməzlər, sevindirə bilməzlər.
İBRƏT İki qələm əhli bir gün şəhərdə rastlaşır. Biri digə-
rindən  halını  soruşur.  O  isə  gileylənir:  “Əşşi,  halım  necə 
olacaq?! Çox pis! Oğlum Tibb Universitetini bitirir, onu ha-
radasa yerləşdirmək lazımdır. Bağımı təmir etdirib qurta-
ran kimi maşınımın təmiri məsələsi ortaya çıxdı. Maşının 
xərci lap məni çökdürdü. Əlimdə olan getdi...”
Dostu onun sözünü kəsir: “A kişi, insafın olsun! Bundan 
gözəl nə ola bilər ki, oğlun ali təhsilini başa vura, bağını 
səliqə-sahmana saldırasan, hələ üstəlik maşınını da təmir 


67
elətdirəsən. Mənə bu xəbərləri elə verəydin ki, səni təbrik 
edəydim də.”
İslam insanlara “insanları sev” xitabıdır
Quran qəlbində qərəz olmayanın kitabıdır.
Neçə cür fəziləti bir turş sifət batil edər
Bir gülər üz nə qədər ayıbların hicabıdır.
Sevinc və sevda ilə könülləri abad edin
Sevincsiz, sevgisiz ev evlərin ən xarabıdır.
Kinsiz, küfransız həyat yer üzünü cənnət elər
Şənsiz, şükransız ömür cəhənnəmin əzabıdır.
Ədəb sahibləri ənsar və mühacir kimidir
Əsəb sahibləri əksərdə şeytan əshabıdır.
Gün ibrət, ibadət və istirahət üçlüyüdür
İstirahət fəqirin öz nəfsindən hesabıdır.
Qulluq Haqdan saqınıb Haqqa sığınmaqdı, ey qul
Təşnə olsan bu işə, əcri Behişt şərabıdır.
Ey qul! Sənə kimin pislik etdiyini deyil, nə üçün pislik 
etdiyini düşün. Əgər səbəbi özündə görə bilirsənsə, daha 
başqa səbəb arama, özünü islah elə. Əgər səbəbi başqasın-
da görürsənsə, unut getsin.
Ey qul! Birinin sənə etdiyi yaxşılıqları unudub etmədiyi 
yaxşılıqları  xatırlamaq  Allahın  sənə  verdiklərini  unudub 
vermədiklərini xatırlamaq kimidir. Çünki insandan gələn 
yaxşılıq  da  Allahdandır.  İnsan  yalnız  vasitədir.  Həm  də 
unutma ki, Allahın vermədiyi verdiyindən xeyirlidir.


68
Düşünmək üçün suallar
1.  Nifrətinizə səbəb olan şey nifrətə dəyirmi?
2.  Qəlbinizin dərinliyində nifrət daha sevimlidir yoxsa 
sevgi daha mənfur?
3.  Nifrət etdiyiniz şeydə xeyir, xoşladığınız şeydə zərər 
olduğunu  düşünürsünüzmü  yoxsa  nifrət  sağlam  dü şü-
ncəyə mane olur?
4.  İşinizə nifrət etməyiniz işləməyinizə mane olmursa, 
ibadətə  nifrət  etmədiyiniz  halda  ibadət  etməyinizə  əngəl 
nədir?
5.  Nifrətə  sevgiylə  cavab  vermək  asanmı,  sevgiyə  nif-
rətlə cavab vermək zormu?
6.  Başqasının  nöqsanı  sizdə  nifrət  doğururmu?  Eyni 
eyib özünüzdə də varsa münasibətiniz necə olur?
7.  Haqqa çox nifrət edirsiniz yoxsa xalqa?
8.  Nifrət etdiyiniz şəxsin imanlı olub-olmamasının sizin 
üçün bir fərqi varmı?
9.  Nifrət etməmək və ya nifrət doğurmamaq üçün cəhd-
də bulunursunuzmu?
10. Sevindirdikləriniz çoxdur yoxsa incitdikləriniz? Hə-
vəs ləndirdikləriniz çoxdur yoxsa usandırdıqlarınız?
11. Hansından daha çox zövq alırsınız: Sevindirilməkdən 
yoxsa sevindirməkdən?


69
4. QƏZƏB
“Bizi  doğru  yola  yönəlt,  nemət  verdiklərinin  yoluna, 
qəzəbə uğramışların və azmışların yox” (əl-Fatihə, 6-7).
Qəzəb  insanın  xoşlanmadığı  bir  durum  qarşısında 
əlindən və ya dilindən xəta çıxa biləcək şəkildə öz ruhi və 
zehni  tarazlığını  qeyb  etməsidir. Bu halın  daşıyıcısı olan, 
həssas  dönəmdə  tarazlığını,  təmkinini  qoruya  bilməyən 
kimsə təkcə öz dünyasını deyil, Din və Axirətini də təhdid 
və  təhlükə  altına  almış  bulunur.  Çünki  Allah  Rəsulu 
(salləllahu əleyhi və səlləm) buyurdu:
“Müsəlman, əlindən və dilindən başqalarının əmin oldu-
ğu kimsədir.” 
İBRƏT  Ədalət  və  təqvası  ilə  tanınan  Əməvi  xəlifəsi 
Ömər  ibn  Əbdüləziz  həzrətlərinə  biri  nalayiq  sözlər  söy-
lədi. Möminlərin Əmiri başını önünə əyib buyurdu: “Sən 
şeytanın  məni  qəzəbləndirməsini,  sultan  olduğum  üçün 
yerimdən  qalxıb  səni  döyməyimi  istəyirsən.  Bu  gün  mən 
qəzəblənim, Qiyamətdə isə mükafatımdan məhrum olum. 
Bunu əsla etmərəm.” 
Bundan başqa bir söz demədi.
Səndən, ey qul, qohum ya qonşu qorxsa, vay halına!
Səndə hirsdən savayı heç nə yoxsa, vay halına!
Bəşər mövcud olalı acla toxun hərbi gedir
Gözün hey ac, gödənin amma toxsa, vay halına!
Kim bu dünyada savab, kim də ki, sərvət qazanır
Malın əcrindən əgər xeyli çoxsa, vay halına!
Dışarı kim-kimə, lakin içəri kim-kimidi
Qorxma, boğ nəfsini, o, çünki boğsa, vay halına!


70
Ərşü-Rəhmandı könül, şeytan üçün eyləmə fərş
Cin-şəyatin özünü qəlbə soxsa, vay halına!
Qəlbin öz dünyası, öz Məğribi, öz Məşriqi var
Günəş ömrün sonunda qərbdən doğsa, vay halına!
Qəzəb  dışdan  görünən  iç  xəstəliyidir.  Onun  insanı 
gözəl göstərmədiyi məlum bir gerçəkdir. Söz var, deyərlər: 
“Filankəs hirslənəndə üzünü görmə!” Əgər qızmış birinin 
sir-sifəti  görüləsi  deyilsə,  içinin  nə  halda  olduğunu  dü-
şün! Zatən eləsinin zehni də zahirindən geri qalmaz, yəni 
düşünmə qabiliyyəti də zəifləyər. “Hirsli başda ağıl olmaz” 
məsəli də zamanın sınağından çoxdan çıxıb.
İnsanı  heyvandan  ayıran  əsas  üstünlük  təfəkkürdür. 
Hirs, hiddət isə bu fərqi anən və asanlıqla aradan qaldıra 
bilir. Adəm oğlu, hətta, heyvanın belə etməyəcəyi bir çox 
vəhşiliklərə məhz qəzəb anında qol qoyur.
Sərxoşluq  da,  divanəlik  də  huşu  başdan  alan  amil lər-
dəndir. Lakin sərxoş da, divanə də əsəbini cilovlaya bil mə-
yən “ağıllılar” qədər təhlükəli olmurlar. İmam Cəfər Sadi-
qin (əleyhissalam): “Qəzəb bütün pisliklərin açarıdır”, “Kim 
qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil” buyurduğu 
rəvayət olunur.
HƏDİS İbn Ömərdən (radiyallahu ənh) nəql edilmişdir: 
“Rəsulullahdan (salləllahu əleyhi və səlləm) soruşduq: “Allah 
Təalanın qəzəbindən uzaqlaşdıracaq şey nədir?” Buyurdu 
ki:  “Qəzəblənməmə.”  Neçə  dəfə  soruşuldusa  eyni  cavabı 
təkrarladı.” 
Abdullah  ibn  Mübarək  həzrətləri  də  gözəl  əxlaqın  bir 
kəlməylə ifadə edilməsini istəyənlərə: “Qəzəblənməməkdir” 
dedi.
Bağırmaq, bağrı yarmaq, zənn eləmə erkəklikdir
Səsin ən gur yerinə salmaq ancaq eşşəklikdir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə