Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

79
Bu gün hər yanda müsəlmandı qıran bir-birini
Çatdırıb arzuya şeytanı hərəkətlərimiz.
Ağzı göyçəklərimiz ağzına baxdıqca yadın
Axır düşmən cibinə ruzi-bərəkətlərimiz.
Baxırsan əsrimizə əcnəbi fironluq edir
Açıb ağuşları müşriklərə şirkətlərimiz.
Rüku əhliylə rüku etməyi Allah buyurub
Nədən amma ayırır bizləri rükətlərimiz?
Nəfsani qəzəbə yol verməmək Peyğəmbərlər (əleyhimus-
salam) əxlaqındandır. Çünki nəfsi üçün qəzəblənən şəxsin 
içində qəzəbləndirən şəxsdən dərhal intiqam almaq, onun, 
necə deyərlər, yerindəcə dərsini vermək istəyi şiddətlə baş 
qaldırır və bu duyğu qəzəb soyuyanadək davam edir. Hal-
buki Allahın ən yüksək məqama seçdiyi kimsələr bu cür hiss 
və hallardan çox uzaqdı. Əks təqdirdə, əsla seçilməzdilər.
İBRƏT  Keçmiş  peyğəmbərlərdən  (əleyhimussalam)  biri 
öz qövmünə belə buyurdu: “Sizdən hər hansı biriniz qəzəb-
lənməməyə dair mənə söz verib öhdəlik götürərsə, mənim 
mərtəbəmə  yüksəlir  və  məndən  sonra  peyğəmbər  olur.” 
O qövmdən bir cavan: “Mən kəfil oldum və qəbul etdim” 
dedi.  O  Peyğəmbər  eyni  sualı  təkrar  soruşunca  o  cavan 
eyni cavabı verdi və kəfalətinə (öhdəliyinə) sadiq qalaraq 
Peyğəmbərin vəfatına qədər qəzəbinə hakim oldu.
Peyğəmbərin ölümündən sonra peyğəmbərlik ona veril-
di. Rəvayətə görə Quranda Zulkifl (kəfalət sahibi) adı ilə 
keçən bu peyğəmbərdir.
Dinsizin yaxşısına, yamanına inanmayın
Andına inanmayın, amanına inanmayın.


80
Könül sultanlarının əhdi səma qanunudur
Dünya sultanlarının fərmanına inanmayın.
Cismi xəstə düşənin, inanın, yüz çarəsi var
Qəlbi bimar olanın dərmanına inanmayın.
Kim zina əhlidisə cinsi onun bəlli deyil
Nacinsin, nakişinin imanına inanmayın.
Səbir etdikcə kasıb, dövrü onun qabaqdadır
Naşükür zənginlərin zamanına inanmayın.
Axirət qazancının damlası dəryayə dönər
Dünyanın damlası heç, ümmanına inanmayın.
İslamda  nəfsə  qızmaq  var,  nəfs  üçün  qızmaq  yoxdur. 
İslamda  Haqqa  qızmaq  yoxdur,  Haqq  üçün  qızmaq  var. 
Hz.Aişə (radiyallahu ənhə) rəvayət etmişdir:
“Rəsulullahın  (salləllahu  əleyhi  və  səlləm)  özünə  edilən 
haqsızlıqdan  dolayı  intiqam  aldığını  görmədim.  Allahın 
haram qıldığı bir şey işləndiyində çox qızardı.”
Digər rəvayətdə belədir: “Öz nəfsi üçün intiqam almaz-
dı. Fəqət Allahın yasaqladığı bir şey işlənirsə, Allah üçün 
ondan intiqam alırdı.”
Hz.Ənəs (radiyallahu ənh) rəvayət etmişdir: “Rəsulullah 
(salləllahu əleyhi və səlləm) söyən, lənət edən, pis söz söyləyən 
birisi  deyildi.  Birimizə  qızdığında:  “Alnın  torpaqlansın” 
deyirdi.”
Cadə  ibn  Xalid  (radiyallahu  ənh)  rəvayət  etmişdir:  “Bir 
gün  Rəsulullahın  (salləllahu  əleyhi  və  səlləm)  yanına  onu 
öldürməyə  təşəbbüs  edən  birisi  gətirildi.  Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm)  ona:  “Bunu  bacara  bilməzsən. 
Əgər  bunu  etməyə  çalışsan  Allah  səni  buna  müvəffəq 
etməz” deməkdən başqa bir şey yapmadı.


81
İbn Ömər (radiyallahu ənh) rəvayət etmişdir: “Hz.Ömər 
qızdığında yanında Allahdan bəhs edildiyi və ya əzabıyla 
qorxudulduğu yaxud bir kimsə tərəfindən ayə oxunduğu 
zaman etmək istədiyi şeydən dərhal vaz keçdiyini görür-
düm.”
Hz.Əsləm (radiyallahu ənh) anlatmışdır: “Hz.Ömər yax-
şı  bir  insandı.  Fəqət  qızdığı  zaman  durum  fərqli  olurdu. 
Qızarkən yanında Quran oxunsa, qəzəbi dərhal keçərdi.”
Hz.Malik əd-Dar (radiyallahu ənh) rəvayət etmişdir: “Hz.
Ömər bir gün mənə qəzəblənib vurmaq üçün dəyənəyini 
qaldırınca: “Sənə Allahı xatırladıram” dedim. O da: “Mənə 
böyük bir şeyi xatırlatdın” deyərək dəyənəyi fırladıb atdı.”
Yaxşı iş görsən əgər, gör o işi Allah üçün
Nəfsə xatirdisə, at hər vərdişi Allah üçün.
Sənə kim açsa ağız, bəhanə yox, vasitə gəz
Yetir ancaq yerinə o xahişi Allah üçün.
Ver dəyər-dəyməzinə dünyanı düşkünlərinə
Küsünü qoy kənara, um behişti Allah üçün.
Gönlərin rənginə yox, könüllərin rənginə bax
Varsa imanı əgər, sev həbəşi Allah üçün.
Axtar axtarmayanı, əfv elə əfv etməyəni
Qısma səndən qısana, payla, kişi, Allah üçün.
Hubbifillah  və  buğzifillah,  yəni  Allah  üçün  məhəbbət 
və Allah üçün qəzəb qula ən zor gələn və əcri ən çox olan 
ibadətlərdəndi. Çünki böyük cihaddan, başqa sözlə, nəfsə 
qarşı mücadilədən söhbət gedir. Adəm oğlunun ən zəif bu-
lunduğu savaş, adətən, özgələrlə deyil, özüylə apardığıdır. 
Ən aciz, ən gücsüz durumu isə bu savaşı, bu mübarizəni 
aparmadıqda olur. Hədisdə buyuruldu: 


82
Əsil igid güləşdə güclü olan deyil, qəzəbləndikdə nəfsinə 
hakim olandır.”
Adəm oğlu, adətən, öz qələbəsinə sevinəndir. Qələbə nə 
qədər şanlı olursa, sevinc bir o qədər möhtəşəm olur. Bu ba-
xımdan gerçək qalib, həqiqi müzəffər öz düşmənlərinə de-
yil, Allahın düşmənlərinə zəfər çalandır. Allahın düşmənləri 
ikidir: Nəfs və şeytan. Bu sonuncu isə həm görünməyən, 
həm də görünən məxluqlardan, yəni cinlərdən və insanlar-
dandır.
Şübhəsiz  ki,  görünən  şeytanlarla  mübarizə  bir  mömin 
üçün  qat-qat  çətin  və  əzablıdır.  Çünki  aralarında  nəfsin 
sevdiyi  yaxud  səmimi  münasibətdə  bulunduğu  kimsələr 
də  vardır.  Belələrinə  qarşı  Allaha  xatir  qəzəb  etmək, 
düşmənlik dərəcələrinə uyğun davranmaq böyük qurban, 
yəni əsil iman tələb edir.
“Allaha və Rəsuluna düşmən olanlar ki, var, onlar ən 
rəzillər arasındadır. Allah: “Əlbəttə, Mən və elçilərim qa-
lib gələcəyik” deyə yazmışdır. Şübhəsiz ki, Allah Qəvi və 
Əzizdir (Qüvvətli və Qalibdir).
Allaha və Axirət gününə inanan bir qövmün, ataları, 
oğulları, qardaşları yaxud qohumları da olsa, Allaha və 
Rəsuluna  qarşı  çıxanlarla  dostluq  etdiyini  görməzsən. 
Bunlar o kimsələrdi ki, Allah qəlblərinə iman yazmış və 
onları Özündən bir ruh ilə dəstəkləmişdir” (əl-Mücadilə, 
20-22).
Allah  üçün  qəzəblənmək  şeytanı  qəzəbləndirməkdir. 
Nəfs üçün qəzəblənmək isə şeytanı sevindirər. Uca Dostu 
məmnun, alçaq düşməni isə məyus etməkdən gözəl nə ola 
bilər? Yarışanlar bunun üçün yarışsınlar.
HİKMƏT Allah Təala Hz.Musaya (əleyhissalam) buyur-
du: “Ya Musa! Mənim üçün nə iş gördün?”
Hz Musa (əleyhissalam) dedi: “Ya Rəbb! Sənin üçün na-
maz qıldım. Oruc tutdum. Zəkat verdim. İsmini çox zikr 
etdim.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə