Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

87
yib Din qardaşımızı bağışlamayaq? Allah Rəsulu (salləllahu 
əleyhi və səlləm) ən çox pislik gördüyü kimsənin tövbəsini 
eşidən kimi dərhal ona şəfqət qanadını açardı.
Bir qəlbdə Allah sevgisi qul xətasından böyük və ya ağır 
olarsa, bağışlanmayan günah yoxdur. Yetər ki, qul üzr və ya 
tövbədə bulunsun. Kim bağışlaya bilmirsə, demək, qəlb du-
rumu tərsinədir, yəni günah sevgidən böyük ya ağır görünür.
İBRƏT Hz.İbrahim (əleyhissalam) mələkut aləminə qal-
dırılıb  ilahi  möcüzələri  seyr  edərkən  yer  üzündə  birinin 
zina etdiyini gördü. Qəzəbə gələrək: “Allahım, onu həlak 
et” dedi. O da dərhal həlak oldu.
Sonra ikinci, ardınca üçüncü şəxsi də eyni günah işləyən 
görüb  onların  da  həlakını  istədi.  Rəbbi  Öz  xəlilinin  bu 
istəklərini də gerçəkləşdirdi. Lakin Hz.İbrahim (əleyhissalam) 
günah edən dördüncü adamın da həlakı üçün duada bu-
lunanda Allah Təala onu saxlayıb buyurdu: “Dur, ya İbra-
him! Hər günah işləyəni həlak etsəydim yer üzündə kimsə 
qalmazdı. Günah işləyənə möhlət verərəm. Tövbə edərsə, 
qəbul edər, günahda israr edənlərin əzablarını təxirə salar, 
Axirətə saxlaram. O Mənim mülkmdən çıxmayacaqdır.”
Allaha xatir əməl, hərçənddi çox çətin olur
Kim üçün etdiyini amma bilən mətin olur.
Əzabdan qorxursa qul, qorxutmasın qəzəbiylə
Yoxsa dünyada ikən qorxduğu şey təlqin olur.
Kim nəfs əhlidisə şəkkə salar hirsi onu
Kim könül əhlidisə, şəksiz, əhli yəqin olur.
Qul haram üzrədirsə, halal olur atəş ona
Kim halal üzrədirsə, atəşdən o əmin olur.
Varlıq tövhid kəlamı üstə, könül, tutdu qərar
Var isək, haqq bəyana tək kəlməmiz “Amin” olur.


88
Nəfsə xatir başqasına qəzəblənməmək çox böyük fəzilət 
sayılsa  da,  başqasını  qəzəbləndirməmək  ondan  fəzilətsiz 
deyil.  Hər  yerdə  və  hər  zaman,  əlbəttə,  haqqı  demək  və 
etmək lazımdır. Lakin bu, ziyanlı yaxud faydasız olmaya-
cağı təqdirdə belədir. Haqq, yerində və vaxtında deyilmirsə 
o  yerin,  o  vaxtın  haqqı  verilməmişdir.  Yaxşı  bir  adamın 
yaxşılıqlarını özünə söyləmək onu pozacaqsa, söyləməmək 
daha xeyirli olduğu kimi, pis bir adamın pisliklərini özünə 
demək onu daha pis edəcəksə, susmaq daha faydalıdır.
İBRƏT Rəsulullahın (salləllahu əleyhi və səlləm) yanına bir 
müsafir gələrək içəri girməyə izn istədi. O Həzrət (salləllahu 
əleyhi və səlləm)“O çox pis adamdır” buyuraraq girməsinə 
izn verdi.
Həmin şəxs içəri keçdikdə onunla şirin-şirin söhbət etdi, 
xoş davranaraq ikramda bulundu. Musafir getdikdən sonra 
evdəkilər bu yumşaq rəftarın səbəbini soruşdular. Buyur-
du: “Qiyamətdə ən pis yerdə olacaq şəxs, dünyada şərindən 
qorunmaq üçün ikram olunan kimsədir.”
Qardaşı qardaşa kim qarşı qoysa, məlun olur
Yalnız İblis buna çünki sevinir, məmnun olur.
Çalış, mindirmə nəfs əhlini sən cin atına
Süvari piyadədən daha qorxunc qoşun olur.
Qorun o kimsədən ki, aşkar əxlaq pozğunudur
Qorx o kəsdən ki, onun əsəbləri pozğun olur.
Qanun şahlar çəkinən gerçək qəzəb olmalıdır
Yoxsa rəhbər qəzəbi rəiyyətə qanun olur.
Məzlumun naləsinə qarşı hələ yoxdu silah
Elə bir gücdü qəzəb, sərçə dönür quzğun olur.
Ey könül, nəfsin üçün hər hissdə bir təhlükə var
Ancaq Haqq naminə sevda və qəzəb uyğun olur.


89
Mömin başqalarında qəzəb və ya qıcıq doğuran söz və 
davranışdan çəkinməli, yaradacağı durumun fərqinə var-
malıdır.  Zatən  qıcıq  qəzəb  qığılcımından  başqa  bir  şey 
deyildir.  Tez  hirslənib  özündən  çıxan  adamla  ölçülüb-
biçilməyən rəftarda bulunmaq ağıl əlaməti sayılmaz. Əgər 
adam səlahiyyət sahibidisə, ona qarşı daha həssas yanaşıl-
malıdır.  Bir  rəvayətdə  təsvir  edildiyi  kimi,  yuxu  görmüş 
hökmdara:  “Yaxınlarının  hamısı  səndən  tez  öləcəkdir” 
deyən ilə “Sən yaxınlarının hamısından çox yaşaycaqsan” 
deyənin  durumu  eyni  olurmu?  Birinci  yuxuyozan  cəza, 
digəri isə mükafat aldı. Halbuki eyni fikri ifadə etmişdilər.
ATA  NƏSİHƏTİ  İbn  Abbas  (radiyallahu  ənh)  rəvayət 
edir:  Atam  (Hz.Abbas)  mənə  dedi:  “Oğlum,  görürəm  ki, 
Möminlərin Əmiri (Hz.Ömər) səni özünə yaxın bilir, sənə 
hörmət göstərir, Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) 
səhabələri  ilə  yanaşı  sənin  fikirlərinə  də  müraciət  edir. 
(Onun  qəzəbini  çəkməmək  üçün)  bu  üç  nəsihətimi  yaxşı 
dinlə: Allahdan qorx, yalan danışma, xəlifənin sirlərini heç 
kimə açma və onun hüzurunda heç kimin qeybətini etmə.”
Ey oğul, Allahdan qorx, qorxanlar çox xəta etməz
O edən yaxşılığı övlada heç ata etməz.
İşlə və suç qazanma, qazansan haqq qazandırma
Suçda israr edənə Rəbbin tövbə əta etməz.
Ey oğul, bulunduğun hər peşənin ustası ol
Mahir fəhlə olmasan, Rəbbin səni usta etməz.
Muhəmməd ümmətini orta ümmət qıldı Allah
Gir işin düz içinə, yoxsa səni orta etməz.
Yüngül et yol yükünü, yəni Allah yolçusu ol
Haqq müsafir cahanı öz çiyininə çanta etməz.


90
Biz əmr sahibi yox, oğlum, əməl sahibiyik
Haqq əməllərdə tələs, haqq əmri qul asta etməz.
İnsanları  güldürmək,  şübhəsiz  ki,  qəzəbləndirməkdən 
daha  yaxşı  görünür.  Amma  rəhbərlərə  münasibətdə  bu 
durum  tərsinədir.  Çünki  müvəqqəti  hökmdarlar  qəzəb-
ləndikdə uzaqbaşı, bu dünya üçün təhlükəlidirlər. Mütləq 
Hökmdarın qəzəbi isə qəzəbə gələnin həm dünya, həm də 
Axirət həyatını puç edə bilər. O elə bir Hökmdardı ki, qul-
ları arasında saray təlxəklərini, yaltaqlarını əsla sevməz.  
İBRƏT Əlqamə ibn Vəqqas (radiyallahu ənh) rəvayət edir: 
“İşsiz və boş-boş gəzən bir adam vardı. Valilərin hüzuruna 
girib onları güldürürdü. Atam həmin adama dedi: “Niyə bu 
adamların  hüzuruna  girib  onları  güldürürsən?  Mən Allah 
Rəsulunun səhabəsi Bilal ibn Haris əl-Muzənidən eşitmiş-
dim.  Rəsulullahın  belə  buyurduğunu  nəql  edirdi:  “Qul 
Allahın razı olduğu bir söz deyərsə, Allah ona heç umma-
dığı dərəcələr verər. Və Allah-Təala o sözünə görə həmin qu-
lundan Qiyamət günü razı olar. Yenə insan Allahın qəzəbinə 
səbəb olan söz deyərsə, Allah-Təala o sözə görə ona Qiyamət 
Günündə əzab edər.”
İnsanlar müxtəlifdi, sadəlövhü, maymağı var
Çünki bir çoxlarının Məhşəri mif saymağı var.
Baxırsan bəzisinin bir quş qədər beyni də yox
Soruşsan, süfrəsində quş südü, quş qaymağı var.
Rəbbim axırda, yəni Axirətdə güldürəndi
Onun çox gülənləri ağlar günə qoymağı var.
Hər yuxu sanki ölüm, hər ölüm gerçək yuxudu
Gec ya tez hər yatanın o röyadan doymağı var.
Saray təlxəkləri, yaltaqları ən müdhiş olur
Çünki təlxəkliyi, yaltaqlığı tez yaymağı var.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə