Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

99
əhli olmayan bəndədən gedəndə durum dəyişir. Bu dün-
yada sui-zənnə uymayan, yəni özü kimi birisi barədə pis 
düşünməkdən  nəfsini  gözləyən,  qəlbini  qoruyan  çox  az 
adam tapılar. Hətta, iman və təqva da köməyə yetmir. Fəqət 
qorxulu olan, bu deyil. Çünki hədisdə buyuruldu: 
“Qəlbə  gələn  pis  şeylər  söylənmədikcə  və  buna  uyğun 
hərəkət edilmədikcə əfv olunur.” 
Əsas  təhlükə  bir  qulun  başqası  haqqında  pis  düşün-
mə sinin  pis  şey  olduğunu  düşünməməsi  yaxud  düşünə 
bilməməsidir.  Gerçək  mömin  pis  düşüncələrdən  qəlbini 
qoruya bilməsə də, qəlbinə gələn şeylərin pis olduğunun 
fərqinə varmalı və bunlardan qurtulmağa cəhd etməlidir.
HƏDİS  Səhabələr  bir  dəfə  Rəsulullahdan  (salləllahu 
əleyhi və səlləm) soruşdular: “Ya Rəsulallah! Qəlbimizə pis 
şeylər gələrsə, nə edək?”
O Həzrət (salləllahu əleyhi və səlləm) buyurdu: “Qəlbə yax-
şı şey də gəlir, pis şey də. Pis şeylərin pis olduğunu bilmək 
və anlamaq da imandandır.”
Haqqı, ey qul, arasan, yalandan qorx, gümandan qaç
Zənnin yaxşı-pisi var, yaxşıdan qorx, yamandan qaç.
Uyma hər gördüyünə, görüntüdür çünki çoxu
Görsən cənnətdi cahan, huridən qorx, qılmandan qaç.
Dünya bir dərddi ki, xalq dərman onu zənn eləyər
Canda su varsa hələ, dərdlidən qorx, dərmandan qaç.
Fani nemətlərə şəhvət qula xoş göstərilib
Uyma nəfsin umana, uyandan qorx, umandan qaç.
İçi boş, üstü duman, sahibi kor qəlblərə vay
Birdimi korla görən? Dərədən qorx, dumandan qaç.
Sən məkansız və zamansız olana uymağa bax
Vaxt əcəl, yer məzardı, məkandan qorx, zamandan qaç.


100
Sui-zənn yalan, qeybət, böhtan, söz gəzdirmə, eyib araş-
dırma  kimi  bir  çox  böyük  günahlara  yol  açan  gizli  qəlb 
xəstəliyidir.  Üzə  çıxarılarsa,  yəni  zənn  söz  və  ya  əməldə 
özü nü biruzə verərsə, o günahlardan birini yaxud bir ne-
çə sini  qazanmaq  qaçılmaz  olur.  Odur  ki,  Allah  Rəsulu 
(salləllahu əleyhi və səlləm) buyurdu:
“Sui-zənn etdikdə buna uyğun hərəkətə yol verməyin.”
İBRƏT Hz.Ömər (radiyallahu ənh) bir gecə evindən çıx-
mışdı.  Hz.Talha  (radiyallahu  ənh)  onu  görüb  təqib  etməyə 
başlayır. Xəlifənin bir evə girdiyini, sonra oradan çıxıb bir 
başqa evə girdiyini görür.
Səhər  açılınca  Hz.Talha  həmin  evlərdən  birinə  gedir. 
İçəridə  gözləri  kor  və  yerindən  qalxa  bilməyən  qoca  bir 
qadını görüb ondan: “O adam niyə gecələri sənin yanına 
gəlir” deyə soruşur. 
Qadın: “Bu qədər vaxtdır o, mənim yanıma gəlir, ehti-
yaclarımı  aradan  qaldırır,  təmizliyimi  edib  gedir”  –  deyə 
cavab verir.
Hz.Talha bu cavabı eşidəndə: “Anan matəminə əyləşsin, 
Talha! Sən Ömərin sirlərini araşdırırsan?!” – deyərək özü-
nü danlayır.
Sui-zənn adlı mərəz, ey könül, qəlb qeybətidir
Qula, ey qul, yaraşan xalqa hüsn-rəğbətidir.
Götürər ilğıma zənn, Məhşərdə də təşnə qılar
Götür haqq badəsi, nuş eylə, behişt şərbətidir.
Zikrdir zər-zibası, zinəti qəlbin, lisanın
Zikr gündüz və gecə Rəbb ilə qul söhbətidir.
Bədbəxtlər müxtəlifdi, münasibi, müdhişi var
Xalqı bədbəxt eləyən xalqın ən bədheybətidir.


101
Ruhu aclıq çəkən insanların həmsüfrəsi ol
Nəfsi aclar ilə üns müsəlmanın qürbətidir.
Haqdan qəflət edənin qəlb gözünə pərdə enər
Dünya axsaq dəvə və korlar onun nalbəndidi.
Mömin  qul  Din  qardaşı  barədə  zənnə  uyar  və  bunu 
başqaları ilə paylaşarsa, ən azı iki xoşagəlməz haldan biri 
ilə  üzləşmiş  bulunur  ki,  hər  ikisi  onun  əleyhinədir.  Əgər 
zənnində yanılarsa böhtan, yanılmazsa qeybət sahibi olur. 
Çünki  Din  qardaşının  gizli  ayıbını  açmaq Allah  Təalanın 
sevmədiyi bir şeydir.
“Ey iman edənlər! Zənnin çoxundan çəkinin! Həqi qə­
tən, zənnin bəzisi günahdır. Bir­birinizin qüsurunu araş-
dırmayın. Biriniz digərinizin qeybətini etməsin. Sizdən 
biriniz  ölmüş  qardaşınızın  ətini  yeməkdən  xoşlanırmı? 
Bundan diksindiniz. O halda Allahdan qorxun!” (əl-Hü-
curat, 12).
HİKMƏT  Rəvayətə  görə,  Din  böyüklərindən  biri  qar-
daşlığını ziyarət edir. Söhbət zamanı hər ikisinin tanıdığı 
bir  yoldaşları  haqqında  ev  sahibinin  məmnun  qalmadığı 
bəzi zənlərini də bölüşür. Ev sahibi ona deyir:
“Qardaşım,  qeybət  etdin,  ziyarətimə  üç  suçla  gəldin: 
1) ardaşıma qarşı məndə kin doğurdun; 2)Qəlbimi məşğul 
edib  rahatlığımı  qaçırdın;  3)Sənin  haqqındakı  güvənimi 
sarsıtdın.”
Zəndən, ey qul, qurtuluş, haqq qulluğun zinətidir
Qul əgər qurtuldusa, Rəbbinin bir minnətidir.
Haqqa uy, zənnə deyil, bildiyini söylə yəni
Bəzən, hətta, bildiyi, sonda qulun möhnətidir.
Quran Haqdır və bütün ins və cinə Haqla gəlib
Qulu Haqqa götürən gətirənin sünnətidir.


102
Ərzə biganə olan əhli-behiştdən sayılar
Cahan cinlər ilə cur cənabların cənnətidir.
Könülsüz hər əməldən, ey könül, Allaha sığın
Çünki ixlas qulun oddan bəraət sənədidir.
Haqq bu ki, haqqa səbir salehlərin haqq şüarı
Amma ki, haqqa riza sadiqlərin sənətidir.
Qəlbin xətası dilin yaxud digər əzaların xətasına çevril-
məməlidir. Bu gerçəkliyi nəzərə almayanlar böyük günah-
lara bulaşmaqla yanaşı nöqsanlarının da ifşasına zəmin ha-
zırlayırlar. Hədisdə buyuruldu:
Ey dili ilə iman etdiyi halda, qəlbi ilə iman etməyənlər! 
Müsəlmanların  qeybətini  etməyin,  ayıblarını  araşdırma-
yın.  Çünki  kim  qardaşının  ayıbını  araşdırarsa, Allah  da 
onun  ayıbını  araşdırar. Allah  kimin  ayıbını  araşdırarsa, 
onu evinin içində rüsvay edər.”
HİKMƏT  Bir  donuz  Hz.İsanın  (əleyhissalam)  yanından 
keçdi. Heyvana xitabən: “Salamat get!” buyurdu.
“Ya Ruhullah! Donuza da belə deyilərmi?” – deyənlərə bu 
cavabı verdi: “Dilimi yaxşılıqdan başqa bir şeyə öyrətmək 
istəmirəm.”
Qul o vaxt arifdi ki, qəlb qəflətdən yuxarıdı
Qəlb o vaxt huşyardı ki, dil qələtdən yuxarıdı.
Elmə hər vaqif olan, sanma elmin əhli olur
Alim o kimsədi ki, cəhalətdən yuxarıdı.
Hakim o kimsədi ki, zülm ondan aşağıda
Həkim o kimsədi ki, ədalətdən yuxarıdı.
Azmaq imkanı qulun qəbrə qədər daima var
Yalnız zəndən qurtulan zəlalətdən yuxarıdı.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə