Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

107
Hz.Davud  (əleyhissalam)  dedi:  “Ya  Rəbb!  Səni  sevirəm, 
Səni sevənləri də sevirəm. Ancaq Səni qullarına necə sev-
dirə bilərəm?”
Allah Təala buyurdu: “Qullarıma ehsan Sahibi olduğu-
mu, onlarla gözəl rəftar etdiyimi anlat. Mənim nemətlərimi, 
ehsanımı zikr et və bunları qullarıma xatırlat. Çünki onlar 
Mənim haqqımda ancaq gözəl olan şeyləri bilirlər.”
Biz nə Leyla dəlisi, nə də Məcnun aşiqiyik
Onları xəlq edən var, bizlər Onun aşiqiyik.
Eşq mərifətdi bütün, Böyük, kiçik olmalıdır
Hər işdə əxlaq-ədəb, qayda-qanun aşiqiyik.
“Hüsn ondur və onun doqquzu dondur” dedilər
İç həqiqətdi hüsn, sanma donun aşiqiyik.
Dünya, ey qul, ikidir, ikinciyə çoxmu qalıb?
Vüsal əvvəldə deyil, bizlər sonun aşiqiyik.
“Qul Hu Vəllahu Əhəd”, Vahid Allah, yəni, Odur
Üç ismin: Allah, Əhəd, bir də “Hu”nun aşiqiyik.
Allah  haqqında  hüsnü-zənn  bəndənin,  əsasən,  Axirət 
həyatıyla bağlıdır. Bunu dünya həyatıyla, maddi rifah və ra-
hatlıq ilə əlaqələndirmək hüsnü-zəndən daha çox sui-zənn 
olur. Çünki dünya həyatı müvəqqətidir və əbədi nemətləri 
əldə etmək üçün bir sınaqdır. Qulun sınanmaması, sıxın-
tılarla üzləşməməsi onun xeyrinə deyil, ziyanınadır. Allah 
isə qullarının xeyrini özlərindən çox istəyir. Sadəcə, bunu 
anlamayanlar, pislə yaxşını qarışdıranlar vardır.
İBRƏT Peyğəmbərlərdən biri iyirmi il sıxıntılara mübtəla 
oldu. Bunların birindən Rəbbinə şikayətdə bulununca vəhy 
gəldi:


108
“Məndənmi şikayət edirsən? Məndən həya etməzmisən? 
Mənə görə sənin xeyirin bundadır ki, sənə təqdir etdim. Elə 
isə nədən sənə təqdir edilmiş qəzama qarşı gəlirsən? Yoxsa 
istəyirsən ki, sənə görə dünyanı dəyişdirim və ya nəfsinin 
istəyinə uyaraq Lövhi-Məhfuzu pozum və Mənim iradəm 
deyil, sənin muradın üzrə davranım? Mənim sevdiyim şey 
yox,  sənin  sevdiyin  şey  olsun  və  bütün  arzularına  qovu-
şasan? İzzətimə and içərək söyləyirəm ki, əgər bu pozuq 
fikirlər  bir  daha  könlündə  dolaşarsa,  adını  peyğəmbərlər 
dəftərindən silərəm.”
Nəfsin hər istədiyi, şübhəsiz ki, ziyan deyil
Fəqət ariflər üçün çox istəmək şayan deyil.
Rəbbindən ummayana umduğu şey fayda verməz
Rəbbinə uymayana Rəbbi Özü həyan deyil.
Dinə üz tutmaq üçün, dünyadan üz dönsün gərək
Dünyadan dönən asi, dönmək isə üsyan deyil.
Şeytanı güldürənlər Axirətdə ağlayacaq
Şeytanı ağladanlar o dünyada giryan deyil.
Ey nəfs, dörd qulaq ol, ilk oxucum özgəmidi?
Demirəm vəhydi sözüm, amma axı hədyan deyil.
Allaha və Axirət Gününə bütün varlığıyla inananlar da-
ima  cəza  qorxusu  ilə  mükafat  ümidi  arasında  çapalayar-
lar. Ömür azaldıqca çoxlarında qorxu daha da artar. Allah 
Rəsulunun (salləllahu əleyhi və səlləm)“Hər biriniz Allaha, 
hüsnü-zənn edərək ölsün” buyurduğu rəvayət olunur. Bir 
Hədisi-qüdsidə isə bildirildi:
“Mən  qulumun  zənni  üzrəyəm.  O  Məni  andıqca  Mən 
onunla bərabərəm. O Məni içində (xəlvətdə) anarsa Mən də 
onu içimdə (xəlvətdə) anaram. O, Məni bir camaat içində 
xatırlayarsa, Mən də onu daha xeyirli bir camaat içində xa-
tırlayaram. Əgər o Mənə bir qarış yaxınlaşarsa, Mən ona 
bir  zira  yaxınlaşaram.  Əgər  o  Mənə  bir  zira  yaxınlaşar-


109
sa, Mən ona bir qulac yaxınlaşaram. Kim Mənə yeriyərək 
gələrsə,  Mən  ona  qaçaraq  gedərəm.  Kim  Mənə  şirk  qoş-
madıqca ərz dolusu günahla gəlsə, Mən də onu bir o qədər 
məğfirətlə qarşılayaram.”
Bir qul Rəbbindən qorxsa da xeyirdədir, Rəbbinə ümid 
etsə  də.  Çünki  qorxusu  da,  ümidi  də  başqasıyla  deyil, 
Rəbbiylə  bağlıdır.  Lakin  Rəhman  və  Rəhim  olan  Allah 
rəhmətinə  sığınmanı,  yəni  hüsnü-zənni  daha  çox  sevər. 
Şübhəsiz ki, bu sevgi əql sahiblərinə, yəni Axirətini dünya-
sından, Rəbbini nəfsindən üstün tutanlara, varlanmaqdan 
çox bağışlanmağı diləyənlərə aiddir. Hədisdə buyuruldu:
“Ağlın  əlaməti  nəfsə  qalib  və  hakim  olmaq,  öldükdən 
sonra  lazım  olanları  hazırlamaqdır.  Axmaqlığın  əlaməti 
nəfsə uyub Allahdan əfv, mərhəmət gözləməkdir.”
İBRƏT Allah dostlarından Bişr Hafi həzrətləri vəfatından 
sonra  röyada  görüldü.  Ondan:  “Allah  Təala  səninlə  necə 
rəftar etdi?” deyə soruşulduqda bu cavabı verdi:
“Məni  əfv  etdi  və  mənə:  “Ey  Bişr,  Məndən  bu  qədər 
qorxmaqdan utanmırsanmı (Dost dostdan ümidsiz qalacaq 
şəkildə bu dərəcə qorxarmı)” buyurdu.”
* * *
Ustad Əbu Səhl Suluki, Əbu Səhl Zəccacini vəfatından 
sonra  röyada  gördü.  Zəccaci,  böyük  günah  işləyənlərin 
əfv edilməyib cəhənnəmdə əbədi qalacağı görüşündə idi. 
Suluki ondan: “Allah Təala səninlə necə davrandı?” deyə 
soruşdu. O da: “Burada iş, bizim zənn etdiyimizdən daha 
asanmış” buyurdu.
* * *
Ustad Əbu Səhl Sulukini vəfatından sonra gözəl bir hal-
da röyada görüb: “Bu halı nə ilə buldun?” deyə soruşdular. 
“Rəbbimə qarşı bəslədiyim gözəl zənnim sayəsində” cava-
bını verdi.


110
* * *
Xanım  övliyalardan  Rəbiə  Ədəviyyə  duasında:  “İlahi, 
Sən  Səni  sevən  bir  qəlbi  atəşdə  yandırarsanmı?”  deyərək 
inlədi.  Bu  zaman  gizli  bir  səs  eşidildi:  “Biz  elə  bir  şey 
etmərik. Bizim haqqımızda sui-zəndə bulunma.”
Dində, dünyada uğur rəhmət ilə hasil olur
Rəhmətdən ayrı düşən cəhənnəmə vasil olur.
Rəhmandan qeyri kimə bağlasan bel, ey könül, şirk
Rəhmətdən qeyri nəyə etsən ümid, batil olur.
Hüsnü-zənn haqqadısa, zənni qulu qurtaracaq
Hüsnü-zənn nəfsədisə, nəfsə uyan qafil olur.
Mürşidi Allah olan, qulluğa qəbul edilir
Mürşidi İblis olan şeytanlığa qabil olur.
Qulu təqvalı edən doğru-dürüst tərbiyədir
Tədrisdən, tərbiyədən qəflət edən qatil olur.
Elm azlıq edəcək, haqqı mərifət ilə bul
Sanma, ey qul, Cəhənnəm əhli ancaq cahil olur.
Ubeydullah ibn Muhəmməd həzrətləri rəvayət etmişdir: 
“Çox  ibadət  edən  bir  qadının  belə  dediyini  və  ağladığını 
eşitdim:  “Allaha  and  içirəm  ki,  həyatdan  usandım.  Əgər 
ölümün  satıldığını  görsəm,  Allaha  qovuşma  şövqümdən 
dolayı onu satın alardım.”
Ona dedim: “Əməlinə güvənirsənmi?”
O da bu cavabı verdi: “Xeyr, Vallahi, bu ancaq Onu sev-
diyim üçün və Ona olan hüsnü-zənnimdən dolayıdır. Mən 
Onu sevərkən Onun mənə əzab edəcəyinimi sanırsan?”
Sanma ki, bu cahanı, o cahanı dilər könlüm
Aləmlər Rəbbi olan o Sübhanı dilər könlüm.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə