Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

103
Rəhmanın qullarının baxma səfil görkəminə
Ruhuna eylə nüfuz, səfalətdən yuxarıdı.
Bədbəxtlər bədbəxtidir həşrə üzü qarə gələn
Xoşbəxt o kimsədi ki, xəcalətdən yuxarıdı.
Din  qardaşı  haqqında  sui-zəndən  qurtula  bilməyən 
kim sənin  gözəl  bir  niyyətlə  o  qardaşının  yanına  gedərək 
məsələni  ona  açması  daha  uyğundur.  Bu  isə  iki  xeyirin 
birindən  və  ya  hər  ikisindən  məhrum  deyildir.  Əgər  pis 
zənn etdiyi adam zənn etdiyi kimidirsə ona nəsihətdə bu-
lunmuş  və  islahına  kömək  etmiş  olar.  Əgər  zənn  etdiyi 
kimi deyilsə, özü şəkdən qurtulub qəlb rahatlığı əldə edər.
İBRƏT  Türk  yazarı  Əhməd  bəy  Şahinin  bir  kitabın-
da  belə  bir  hadisəyə  yer  verilmişdir.  Vəhbi  bəy  zöhr  na-
mazından  sonra  Caminin  həyətində  köhnə  bir  dostu  ilə 
söhbətləşib ayrılarkən bir tanışı yaxınlaşıb ona deyir: “Sən 
bu  sapıqla  səmimi  olma.  Etiqadı  pozuqdur.  Namazlarını 
dəstəmazsız qılır.”
Vəhbi bəyi inandıra bilməyib belə bir təklifdə bulunur: 
“İstəyirsən əsr namazına erkən gəl, həyətdə gözlə, mənim 
gördüyümü  sən  də  gör. Ayaqyoluna  girəcək,  sonra  çıxıb 
dəstəmaz almadan camiyə yönələcək.”
Vəhbi bəy elə də edir və tanışının dediyi təsdiq olunur. 
İşin  əslinə  varmaq  üçün  əsr  namazından  sonra  tanışıyla 
birgə köhnə dostuna yaxınlaşır və ümumi sözlərdən sonra 
soruşur: “Suyunuz gəlirmi? Dəstəmaz məsələsini necə yo-
luna  qoyursan?”  Dostu  dərindən  köks  ötürüb  deyir:  “Heç 
soruşma.  Dəstəmazda  vəsvəsəyə  qapılıram.”  Ardınca  da 
səbəbini  açıqlayır:  “Bir  müddətdir  ki,  göbəyimin  altında 
bir çiban çıxıb. Yaxşılaşmaq bilmir. Yol boyu çibanın qana-
mış  ola  biləcəyindən  dolayı  dəstəmazın  pozulmasını  dü-
şünüb vəsvəsəyə uyuram. Vəsvəsəni yenmək üçün camiyə 
girməzdən öncə ayaqyoluna keçir, açıb baxıram. Çibanın qa-


104
namadığını, namazımın pozulmadığını görür, bundan son-
ra arxayın bir şəkildə camiyə girib rahat namazımı qılıram. 
Məlum məsələdir ki, dəstəmazsız nə namaz olur, nə niyaz.”
Vəhbi bəyin yanında dayanmış tanışı da bu sözləri eşi-
dirdi.  Göz  yaşlarını  tuta  bilməyib  söhbətə  qarışır,  etiraf 
və  üzrxahlıqda  bulunur:  “İndi  xətamı  anlayıram.  Mən 
də zahirə görə hökm verməyib Vəhbi bəy kimi soruşmalı 
idim... Abi, ver əlini öpüm, mənə haqqını halal et. Səndən 
üzr diləyirəm.”
Qucaqlaşıb halallaşırlar. Halbuki sui-zənnə uğrayan zat 
olanlardan bir şey anlaya bilməmişdi.
Elmin yoxdursa, könül, hər isrardan, inaddan qaç
Elmin vardırsa əgər, hər gümana isnaddan qaç.
Demirəm hər zənn zərər, hər güman da günahdı, yox
Deyirəm bilməsən də, bilsən də hər cür anddan qaç.
Sən bu dünyanı satın alsan əgər, udduğun nə?
Ya dəmirdi, ya kağız, qəpikdən qaç, manatdan qaç.
Səni haqq məqsədə vasil eləyən vasitə bul
Yarı yolda qırılandırsa, qoşa qanaddan qaç.
Fitnə ifratə varan zənn və gümandan doğulur
Haqqa uymuşsan əgər, fitnəçidən, fanatdan qaç.
Sui-zənnə uyanlar özləri haqqında yüksək yaxud yaxşı 
fikirdə olan və ya ən azından, pis zənn etdikləri şəxsdən üs-
tün olduqlarını düşünən kimsələrdir. Belələri şeytan kimi 
düşünür, amma bunun fərqinə varmırlar. Çünki o da özü-
nü insandan şərəfli sanaraq demişdi:
“Mən ondan xeyirliyəm. Məni oddan yaratdın, onu isə 
palçıqdan xəlq etdin” (Sad, 76).


105
Sui-zənn  xəstəliyinin  qabarıq  xüsusiyyətlərindən  biri 
budur  ki,  sui-zənnə  uyanlar  uğrayanların  bir  fənalığını 
yadda saxlayır, çoxsaylı fəzilətlərini isə yaddan çıxarır ya-
xud  inkar  edirlər.  Halbuki  o  fənalıq  bir  zəndir  və  yanlış 
da ola bilər. Üstəlik, zənn sahibinin özündə də bulunması 
mümkündür. Fəqət bu cür xəstələr özgələrin fənalıqlarını, 
özlərinin isə fəzilətlərini görməyə meyilli olurlar.
İBRƏT  Biri  Rəsulullahın  (salləllahu  əleyhi  və  səlləm)  hü-
zuruna gələrək dedi: “Ya Rəsulallah, filan kimsə arxamdan 
danışmış, Allah üçün mənə qəzəb etdiyini söyləmişdir. Onu 
Hüzurunuza çağırın, mənə qəzəbinin səbəbi olan qüsurumu 
açıqlasın. Əgər o qüsur məndə varsa, özümü islah edim.”
O  adam  hüzura  gələrək  nə  üçün  çağırıldığını  biləndə 
deyilənləri təsdiqlədi. Rəsulullah (salləllahu əleyhi və səlləm) 
ondan soruşdu: “Nəyə görə qəzəb edirsən, qüsuru nədir?”
Adam  bu  cavabı  verdi:  “Mən  bu  adamın  vaxtıyla 
xidmətçiliyini etmişəm. Bütün hallarını bilirəm. Ona görə 
qəzəb edirəm.”
Şikayət  edən  şəxs  müdaxilədə  bulundu  və  aralarında 
belə bir söhbət keçdi:
–  Ya  Rəsulallah,  soruşun  bundan,  namazımda, 
dəstəmazımda, rüku və səcdəmdə bir qüsur gördümü?
– Xeyr, bunlarda bir qüsurunu görmədim. Amma qıldığı 
da bundan ibarətdi. Əsla artığını qılmazdı.
– Soruşun bundan, ya Rəsulallah, zəkatımda bir qüsur 
gördümü?
– Xeyr, görmədim. Amma verdiyi də zəkatından ibarətdi. 
Daha çox verdiyini heç görmədim.
– Soruşun, ya Rəsulallah, orucumda bir qüsurumu gör-
dümü?
– Xeyr, heç görmədim, amma tutduğu da, sadəcə Rama-
zan orucundan ibarətdi.
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) Din qardaşı haq-
qında sui-zəndə bulunanı məzəmmət edərək ona buyurdu: 
“Bəlkə sənin qəzəb etdiyin insan səndən xeyirlidir!”


106
Zaman işlərmi bizə, biz zamana işləməsək?
Məkan işlərmi bizə, Asimana işləməsək?
Xeyir İslama sarılmaq və daha sapmamaqdır
Şər müzəffər görünür müsəlmana işləməsək.
Müşrikdən, münafiqdən müqəddəslər düzəltməyin
Yaman yaxşı olmazmı biz yamana işləməsək?
Haqqı zənn etməz əvəz, bu Allahın kəlamıdı
Haqq bizə işləməzmi biz gümana işləməsək?
Yazıq olsun Dini dərd, dünyanı dərman edənə
Dərd bizə dəstək olur, biz dərmana işləməsək.
Bu yola dağ-dərə yox, çən və duman maneədi
Dağ bizə bələdçidi, biz dumana işləməsək.
Tərki-dünya olana verdi bu dünyanı o Rəbb
Dünya işlərmi bizə, biz Rəhmana işləməsək?
Sui-zənnin  ziddi  hüsni-zəndir,  yəni  yalnız  yaxşı  şeyləri 
düşünməkdir. Bu isə biri Xaliq, digəri məxluq haqqında ol-
maqla iki cürdür. Birinci, yəni Allah barəsində hüsni-zənn 
Onun  cəlal  sifətlərindən  daha  çox  camal  sifətlərini,  başqa 
sözlə, bağışlayan, rəhm edən, tövbələri qəbul buyuran, du-
alara cavab verən olduğunu anaraq ümidlənmədir. Əslində, 
Rəbbimizdə gözəl olmayan heç nə yoxdur. Sadəcə, bəzən cəlal 
sifətləriylə rəftar edərək günahkar qullarını cəzalandırarar, 
əksər hallarda isə camal sifətləriylə davranaraq yaxşı əməl 
işləyənləri mükafatlandırar. Hər ikisi xeyirdir.
HƏDİSİ­QÜDSİ Allah Təala Hz.Davuda (əleyhissalam) 
buyurdu: “Ya Davud! Məni sev, Məni sevənləri də sev. Və 
Məni qullarıma sevdir.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə