Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

62
* * *
Xanım  övliyalardan  Hz.Rəbiyənin  yanında  Cənnətdən 
söz açdıqda buyurdu: “Əvvəl ev Sahibini, sonra evi düşün-
mək lazımdır.”
Möminə layiq olan Allah üçün məhəbbətdir
Bunun da örnəyi Allah Rəsulu Muhəmməddir.
Qeybi Allahdı bilən, bildiyimiz bir şey vardır:
Qəbrə nifrət daşımaq, qəbrə qədər məşəqqətdir.
Allah aşiqlərinə məlakələr xidmət edər
Şeytan məşuqlarına cin-şəyatin müsəllətdir.
Nəfsini islah edən mələkdən də sədaqətli
Nəfsini ilah edən şeytandan da müxənnətdir.
Nifrət qəlbin kilidi, sevgi onun açarıdı
Açmamaq Dosta qapı, ah, nə müdhiş məzəmmətdir.
Ey könül, gerçək əməl Allah üçün olanlardı
İxlasa zidd nə ki, var, ya batil, ya mücərrəddir.
Allah Rəsulu (salləllahu əleyhi və səlləm)“Hər kəs (Axi-
rətdə) sevdikləri ilə bərabərdir” – buyurdu, “Hər kəs sev-
mə dik ləri ilə bərabərdi” – buyurmadı. Bu o deməkdir ki, 
kim dünyada Allahın sevdiklərini sevəcəksə Axirətdə on-
larla,  kim  də  Allahın  sevmədiklərini  sevəcəksə  bunlarla 
olacaqdır. Seçim insana düşər.
Qarşılıqlı sevgi sevginin ən gözəlidir. Çünki nifrətə, ay-
rılığa  yer  qoymur.  Qarşılıqlı  nifrət  nifrətin  ən  çirkinidir. 
Çünki sevgiyə, sülhə yer saxlamır. Bu bəladan qurtulmaq 
üçün onu əvvəlcə qarşılıqsız, yəni birtərəfli hala gətirmək 
gərəkdir. Bir-birinə nifrət edən iki nəfərdən biri ilk addımı 
atmasa, xoşagəlməz nəticələr qaçılmazdır. Allah Rəsulunun 


63
(salləllahu əleyhi və səlləm) qəlbində bir kimsəyə qarşı kin-
nifrət yox idi. Ən barışmaz düşmənini də asanlıqla bağrına 
basa bilirdi. Ona nifrətlə gələnlər sevgiylə qarşılandıqların-
dan bir anın içində dəyişir, düşməndən dosta çevrilirdilər.
İBRƏT  Bəladəviyyə  qəbiləsindən  bir  nəfər  Mədinəyə 
gəlişini, Hz.Peyğəmbərlə (salləllahu əleyhi və səlləm) görüşü-
nü, müsəlman oluşunu belə nəql edir: “Ondan: “Bir şəxs 
haqqında  “İnsanları  zəlalətə  sürükləyir,  onları  atalarının 
dinindən uzaqlaşdırmağa çalışır” deyirlər. O sənsənmi?” – 
deyə soruşdum. “Bəli” dedi.
– İnsanları nəyə dəvət edirsən?
– Allahın qullarını Allaha dəvət edirəm.
– Başqa nələri təbliğ edirsən?
– Allahdan başqa ilah olmadığına və mənim Allahın El-
çisi olduğuma, Onun mənə nazil etdiklərinə inanmağı, Lat 
və Uzzanı inkar etməyi, namazı doğru-dürüst qılmağı, ma-
lın zəkatını verməyi təbliğ edirəm.
– Zəkat nədir?
– Varlılarımızın kasıblara verdiyi maldır.
– Sən nə gözəl şeyə dəvət edirsən!..
Ona iman gətirdim. İnan mənə, bundan əvvəl yer üzü 
sakinləri içində ən çox ona nifrət edirdim. Amma o andan 
etibarən o, mənə anamdan, atamdan, övladlarımdan və bü-
tün insanlardan daha sevimli oldu.”
Çəkən, ey saqi, bizi nə Məkkə, nə Mədinədir
Rəbbinin, Rəsulunun ətriylə qul məstanədir.
Nəfs ilk insanı və nəslini yer əhli qılıb
Qulu göy əhli edən sevgi deyil, başqa nədir.
Elə bir Məhbubu sevdik ki, bizə bənzəri yox
Elə Vahiddi ki, O, hər kəs üçün yeganədi.
Şübhə var əqlinə Rahməndən həya etməyənin
Qəhhardan qorxmayanlar, yox şübhə ki, divanədir.


64
Hamı şair doğulub sonda bəstəkar gömülür
Həyat ahəstə şeir, ölüm həzin təranədir.
Səni var Eyləyənə vasitəsiz varini ver
Eşqə axtarma səbəb, hər nə bulsan bəhanədir.
Birinə  sevgi  başqasına  nifrət  üzərində  ola  bilməz.  Ola 
bilirsə,  demək,  sevən  öz  sevgisində  səmimi  deyil,  yəni 
Rəbbi üçün yox, nəfsi üçün sevmişdir. Nəfslər dəyişkən ol-
duğundan şeytani vəsvəsəyə asanlıqla uyur. Rəbbani sevgi 
isə  sabitdir  və  Rəbbi  dilərsə  bu  ehsanını  daha  da  artırar. 
Allahı sevən yaxud Allah üçün məxluqu sevən Onun əxlaqı 
ilə zinətlənir. Bu əxlaqda isə çirkin, napak heç nə yoxdur. 
Cüneyd Bağdadi həzrətlərindən məhəbbətin tərifi soruşu-
landa bu cavabı verdi: “Məhəbbət, sevənin (pis) sifətlərinin 
gedib,  onların  yerinə  sevgilinin  (gözəl)  sifətlərinin 
gəlməsidir.”
Bir qəlbə Allah sevgisi yerləşincə ondan başqalarına da 
pay düşər, yəni ancaq sevgi saçılar, kin-nifrət saçılmaz.
İBRƏT Əbu Səid Xarraz həzrətlərindən rəvayət edilmiş-
dir:  “Röyamda  Hz.Peyğəmbəri  (salləllahu  əleyhi  və  səlləm) 
gördüm. Ona: “Ey Allahın Rəsulu, məni üzürlü sayın, Allahın 
məhəbbəti  məni  sizin  məhəbbətinizdən  uzaq  saldı”  de-
dim.  O  zaman  Hz.Peyğəmbər  (salləllahu  əleyhi  və  səlləm)
“Ey mübarək, Allahı sevən kimsənin məni sevmiş olacağını 
bilmirsənmi?” buyurdu.
Külli aləm sənə pislik eləsə, ehsanı sev
Nə çıxar bir damcıdan, ey qul, seli, leysanı sev.
Bil ki, insan və əməl, can və cəsəd eyni deyil
Sən nə naqislərə nifrət elə, nə nöqsanı sev.
Nifrətdə bir sevgi bul, sevgidə nifrət arama
Asilər fərqli olur, nəfsə qarşı üsyanı sev.


65
Hər mahir sənətkarın şah əsəri, şəksiz, olur
İnsan kamil əsərdir, insan oğlu, insanı sev.
Sevgi şöhrətdi, onun saxtası var, gerçəyi var
Əsil ad-san diləsən, nə adı sev, nə sanı sev.
İnsan ərzə gələli əfsanələr yurdudu yer
Həqiqət umsan əgər hər səmavi dastanı sev.
Dinimizdə nifrət etmək pislənildiyi kimi, nifrət oyatmaq 
da bəyənilməmişdir. Allah Rəsulu (salləllahu əleyhi və səlləm) 
buyurdu:
“Asanlaşdırın, zorlaşdırmayın; müjdələyin, nifrət etdir-
məyin.”
Yer  üzündə  Firondan  zalimi,  bəlkə  də  yoxdur.  Fəqət 
Allah  Təala  Hz.Musaya  (əleyhissalam)  Misir  hökmdarıyla 
yumşaq danışmağı tövsiyə etdi. Hz.Muhəmmədə (salləllahu 
əleyhi və səlləm) isə Haqqa dəvət edərkən hər cür insanlarla 
gözəl ünsiyyəti buyurdu:
“Rəbbinin yoluna gözəl öyüd­nəsihətlə çağır və onlar-
la ən gözəl şəkildə mübahisə et” (ən-Nəhl, 125).
Şübhəsiz ki, sevimli həqiqətlə sevimsiz həqiqət, sevgiylə 
aşılananla nifrətlə aşılanan eyni olmaz. İnsan fitrət etibarilə 
sevgiyə  möhtacdı.  Ona  fitrətinə  uyğun  şeylərlə  daha  çox 
təsir  etmək  mümkündür.  İstər  söz,  istər  hərəkət  ilə  bez-
dirmək,  usandırmaq,  diksindirmək,  ikrah  yaratmaq  ən 
azından sünnəyə tərsdir.Hədisdə buyuruldu:
“Qəlblər yaxşılıq edənlərə meyil etmək üzrə yaradılmışdır.”
Əshabdan Abdullah  ibn  Məsud  (radiyallahu  ənh)  cümə 
axşamları insanlara moizə edərdi. Ondan hər gün gəlməsi 
üçün xahişdə bulundular. Buyurdu ki: “Hz.Peyğəmbər də 
(salləllahu əleyhi və səlləm) bizi usandırmasın deyə müəyyən 
günlərdə öyüd-nəsihət edərdi.”


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə