Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

111
Yoxdan var eyləməyə qeyri kimin qüdrəti var?
Hamı qul ya kənizdi, o Sultanı dilər könlüm.
Vaxtın və varlığın fövqündədi biz umduğumuz
Nə məkan var gözümdə, nə zamanı dilər könlüm.
Quran var könüllərdə, Quran da var rəflərdədir
Taxtını qəlbdə quran o Quranı dilər könlüm.
Fani hicrə dözənə baqi vüsal müjdəsi var
Müjdəli, müvəqqəti o hicranı dilər könlüm.
O elə Alidi, xəlq adi və aciz görünür
Rəhmə möhtacdı xilqət, o Rəhmanı dilər könlüm.
Bəndə barəsində hüsnü-zənn Allah haqqındakı hüsnü-
zənn  kimi  deyildir.  Haqq  Təala  nöqsansız  olduğu  halda, 
insan qüsurludur. Qulun öz Din qardaşı ilə bağlı sui-zənn 
nə qədər pisdirsə, hüsnü-zənni bir o qədər gözəldir deyə 
bilmərik. Həm yaxşı, həm də yaxşı olmayan tərəfləri vardır.
Məsələ  burasındadır  ki,  Adəm  oğlu  pis  zənn  etdiyi 
kimsələri pisləməyə və bu zaman əndazəni aşmağa həvəsli 
olduğu kimi, yaxşı zənn etdiyi şəxsləri də yaxşı cəhətdən ta-
nıtmağa və bu zaman şişirtməyə meyillidir. Halbuki hər iki 
halda zənnə uyur. Zənn həqiqət olmadığına görə pislərkən 
də, təriflərkən də yanılmalar mümkündür. Bu isə həmişə 
ziyansız ötüşmür.
HƏDİS Rəsulullahın (salləllahu əleyhi və səlləm) yanında 
birini  təriflədilər.  O  Həzrət  (salləllahu  əleyhi  və  səlləm)  bu-
yurdu: “Sənə yazıqlar olsun! Qardaşının boynunu qırdın. 
Hökmən bir adamı tərifləmək istəyirsinizsə “filankəsi belə 
zənn edirik, Allaha qarşı kimsəni təmizə çıxaran deyilik. 
Hər  kəsin  nəzarətçisi  Allahdır.  Allah  da  belə  qəbul  etsə, 
yaxşıdır” deyin.”


112
İBRƏT  Hz.Əbu  Bəkr  (radiyallahu  ənh)  ölüm  yatağında 
ikən qızı Hz.Aişəyə (radiyallahu ənhə): “Ömərdən daha çox 
sevdiyim  bir  insan  yoxdur”  dedi.  Ardınca  da  qızından: 
“Mən necə dedim?” deyə soruşdu.
Hz.Aişə  (radiyallahu  ənhə)  eşitdiklərini  təkrar  etdikdə 
Möminlərin Əmiri: “Nəzərimdə Ömərdən daha dəyərli bir 
kimsə yoxdur” söyləyərək sözünə düzəliş verdi.
Ey qul, qardaş arasan, qardaşlığın qaydası var
O qula qardaş de ki, Qiyamətdə faydası var.
Elə bağdır ki, qardaş, mövsümə bağlantısı yox
Elə dağdır ki, qardaş, dərhal əks-sədası var.
Dünya qardaşlarının dünyası var, qardaşı yox
Yalnız Din qardaşının qardaşa haqq sevdası var.
Qardaşlar bir-birinə aşna deyil, ayna olur
Qardaş qardaşda görünməzsə əgər, vidası var.
Ey qul, qardaşlıq əsil qulluğun bir parçasıdır
Bəndə olmayanların, olsa-olsa, bandası var.
Anladığımız  budur  ki,  bəndə  barəsindəki  hüsnü-zənn 
də  nəfs  üçün  deyil, Allah  üçündür  və  dünya  həyatından 
çox  Axirət  həyatı  ilə  əlaqəlidir.  Belə  ki,  bir  qul  Din  qar-
daşının  xətalarını  dəfələrlə  görsə  də,  eşitsə  də  onu  itiril-
miş saymamalı, “Düzələn deyil” deyərək yaxasını kənara 
çəkməməli,  islahı  üçün  daima  dua  və  fəaliyyətlərdə  bu-
lunmalı, tövbəsindən ümidini üzməyib qardaşının Axirəti 
üçün  çalışaraq  qardaşlığını  axıra  qədər  sürdürməlidir. 
Əgər hüsnü-zənn budursa nə gözəl zəndir. Əks təqdirdə, 
sui-zəndən elə bir ciddi fərqi yoxdur.
İmam Cəfər Sadiqin (əleyhissalam) belə buyurduğu rəvayət 
olunur:  “Bir  mömin  qardaşına  dair  bir  şey  eşitsən,  birdən 
yetmişə qədər üzür qapısını araşdır. Tapa bilməsən “Bəlkə 
mənim anlamadığım bir üzür qapısı vardır” de və qapa.”


113
İBRƏT Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) arxa-
sında namaz qılan bir cavan vardı. Onun günah əməllərlə 
məşğul olduğunu Hz.Peyğəmbərə (salləllahu əleyhi və səlləm) 
xəbər verdikdə o Həzrət buyurdu:
“Namazları onu təmizləyər.”
Həqiqətən  də,  cavan  çox  keçmədən  günahlarına  tövbə 
edərək salehlərdən olur.
Ey qul, Din qardaşını nə İblis, nə ilah eylə
Düzdüsə, Dininə uy, əyridisə islah eylə.
Qırma qardaşlığı ta qəbrə, hətta, həşrə qədər
İslamdan çıxmadıqca, insanlığı izah eylə.
Şirki tərk etsə bəşər, Şeytanı tərksilah edib
Silah imansız olur, imanı sən silah eylə.
Xeyir ağ, şər qaradır, həyat rənglər davasıdı
Könlünü bəm-bəyaz qıl, nəfsini sim-syah eylə.
Subaylıq umsan əgər, bu dünyaya üç təlaq ver
Evlilik umsan əgər, hurilərlə nikah eylə.
Dünyada yaxşıyla pis gecəylə gündüz kimidir
Tam rahatlıq arasan Behiştlərdə rifah eylə.
Hüsnü-zənn nə qədər gözəl, sui-zənn nə qədər pis sa-
yılsa  da,  bu  baxış  başqaları  barəsində  keçərlidir.  Qulun 
özündən söhbət gedəndə durum tərsinə olur. Yəni mömi-
nin  özü  haqqında  sui-zəndə  bulunması  hüsnü-zəndə  bu-
lunmasından xeyirli görünür. Hər halda, Din böyüklərimiz 
nəfslərini  qınamaqla,  özlərini  özgələrdən  aşağı  görməklə 
yüksək məqamlara yetişmişlər.
Adəm oğlu Axirətdəki yeri bəllənincəyə qədər ümid və 
qorxu arasında çapalayan nəfsli məxluqdur. Onun bu dün-
yada özü barədə sui-zənn etməsi nə qədər ümidvericidisə, 


114
hüsnü-zənn  etməsi  bir  o  qədər  qorxuludur.  Çünki  Allah 
Rəsulu (salləllahu əleyhi və səlləm) buyurdu:
“Heç bir günah etməsiniz, daha böyük günaha düçar ol-
mağınızdan qorxaram. O da özünü bəyənməkdir.”
İBRƏT  Həssas  ibn  Əbi  Sinan  həzrətləri  bir  adam-
la gedərkən cahil biri ilə qarşılaşdı. Həzrət ondan xoş bir 
məsələni soruşdu. Ayrılandan sonra yoldaşı ona dedi: “Bu 
cür adamdan bu məsələni soruşursan, o da özünü bir şey 
zənn edir.”
Həzrət buyurdu: “Nə bilirsən, bəlkə onda Allahın sevdi-
yi bir xislət vardır və səndə də Allahın sevmədiyi bir xislət 
vardır?”
–  Ey  Abdullahın  atası,  ondakı  Allahın  sevdiyi  xislət 
nədir? Və məndə Allahın sevmədiyi o xislət nədir?
– Bəlkə o səni gördüyü zaman içində: “Bu adam məndən 
daha yaxşıdır” demiş, sən də onu gördüyün zaman içində: 
“Mən ondan daha yaxşıyam” demişsən.
Kim desə “Mən də varam”, ilk öləsi axmaq odur
Heç zaman ölməyən kimdirsə, Diri ancaq Odur.
Kimsənin mərtəbəsi niyyətini üstələməz
Xalqa üstdən aşağı kim ki, baxar, alçaq odur.
Zəngin olmaq kimi qorxutmasa, təqvalı deyil
Fağır düşmək kimi qorxutsa əgər, qorxaq odur.
Söz nəfsin yeddi qatından keçə ki, qədri ola
Nəfsə xoş gəlməyi hər kim düşünür, yaltaq odur.
Nəbiyə, siddiqə, ey qul, şəhidə, salehə uy
Qalsa hər kim geri onlardan əgər, axsaq odur.
Şirkin mövcudluğunu axtarma çox gendə, könül
Nəfsin istəklərinə “yox” deməsən, ortaq odur.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə