Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   69   70   71   72   73   74   75   76   77

281
İBRƏT Utbətul-Qulam həzrətləri nəfsini aclıq və susuz-
luqla tərbiyə edirdi. Anası: “Özünə bir az yazığın gəlsin” 
deyərək ona acıdı. Utbə: “Özümə yazığım gəldiyi üçün bir 
neçə günlük çətinliyə razı olub əbədi rahatlığa qovuşmaq 
istəyirəm” dedi.
Bu qədər naqis ikən nədən belə qürurluyuq
Halbuki məxluqatın hamısından şüurluyuq.
İşimiz zillət ikən işsizlikdir əndişəmiz
İçimiz zülmət ikən zənn edirik ən nurluyuq.
Şirkdəyik qurşağacan, nifaq köksə dirənibdir
Çirkdəyik xirtdəyədək, kimsə demir qüsurluyuq.
Qəsrlər tikmədəyik qəbirlərin üzərində
Həşrimiz öndə ikən nədən belə hüzurluyuq.
Cənnət ancaq cahanı sərmayə etməklə olur
Mayadan yeyə-yeyə zənn edirik uğurluyuq.
İbadətdən  yayınanların  ikinci  bəhanəsi  “İçimdən  gəl-
mir,  hələ  hazır  deyiləm”  etirafıdır.  Maraqlıdır  ki,  “Layiq 
de yi ləm”  yox,  “hazır  deyiləm”  ifadəsi  dəbdədir.  Çünki 
ləyaqət heysiyyata toxunan, nəfsi incidən məsələdir. Bəha-
nə çilər  onu  dilə  gətirmək,  ləyaqətsizlikləri  ilə  razılaşmaq 
istəmirlər. Dilə gətirsəydilər də dəyişən bir şey olmayacaq-
dı. Bəhanə bəhanədi, yəni gerçəyi gizləmək, bulunduqları 
duruma  haqq  qazandırmaq  məqsədi  daşıyır.  Başqa  sözlə 
desək, ibadətsizlər “Layiq deyiləm” söyləsəydilər belə sə-
mi mi  olmayacaqdılar.  Zatən  kim Allaha  layiq  ibadət  edə 
bilir  ki?  Məşhur  bir  deyim  var:  “Əmr  ədəbdən  irəlidir.” 
İbadət bütün insanlara və cinlərə ilahi əmrdir, təklif deyil. 
Rəy üçün yox, icra üçündür. İçlərin durumu, hazır və ya 
razı olub-olmaması önəm daşımaz. Məgər bütün insanlar 
ancaq  sevdikləri  rəhbərin  tabeliyində  və  yalnız  xoşladıq-


282
ları  işdə  çalışırlar?  Əlbəttə,  yox.  Bununla  belə  işləyirlər, 
rəhbərə də tabe olurlar. Başqa çarələri də yoxdu, işsiz qal-
maq istəmirlər. Amma məsələ ibadətə, ilahi əmrin icrasına 
gəldikdə, iç durumları, hazır olmamaları yada düşür. Hal-
buki işi də, ruzini də verən Allaha ibadətdən söbət gedir.
İçkiyə meyilli bir iş yoldaşım vardı. Yaşı əllini haqlamışdı. 
Hər dəfə onu tövbəyə dəvət edəndə “Əhdim var, 55 yaşım-
da tövbə edib ibadətə başlayacağam” deyirdi. O işimdən 
ayrıldığım üçün bir neçə il onu görmədim. Bir gün evimizə 
gəldi. Bir ildən bəridir ki, işdən çıxarıldığını, əməliyyatlar 
keçirdiyini, borca-xərcə düşdüyünü danışaraq xeyli ağladı. 
Yaşını  soruşdum.  56  olduğunu  söylədi.  Üzləşdiyi  sıxıntı-
ların əhdini yerinə yetirməməsindən qaynaqlandığı aydın 
idi. Bunu ona xatırladanda yenə ağladı. Bu dəfə 60 yaşında 
tövbə edəcəyinə söz verdi...
İçimiz pinti ikən pak ətrafdan danışmayaq
Vicdan çəkmirsə əzab, etirafdan danışmayaq.
Ey insan, saf-çürük eylə içini, içdiyini
Çürüyün üzdədisə içdə safdan danışmayaq.
Qərb tənəzzüldə ikən Şərq tərəqqi bəlkə eylər
Qəlb tənəzzüldə ikən inkişafdan danışmayaq.
Gündə beş vaxt namaza, ildə bir ay oruca uy
Fərzə səhlənkar isən itikafdan danışmayaq.
Söylə, saleh əməlin haqq üçün ya xalq üçündür?
İxlasdan yoxdusa iz, gəl insafdan danışmayaq.
Orta yol göstərilib, olanının haqqını ver
Əsla gəl simiclikdən ya israfdan danışmayaq.
Yaxşı söz düşməni dost, pis söz dostu düşmən edər
İttifaqdan danışaq, ixtilafdan danışmayaq.


283
Könül haqq bir Kəbədi, Kəbə özü haqq könüldü
Bu təvaf olmayınca, o təvafdan danışmayaq.
Əlahəzrət vaxt “hələ ibadətə hazır deyiləm” deyənlərin 
əleyhinə işləyir. Çünki hədisdə buyuruldu:
“Altmış yaşına qədər ömür sürmüş kimsənin Allahın hü-
zurunda üzür diləmək haqqı olmayacaq.”
Digər tərəfdən, altmış il yaşayacağını bilən kimdir? Ölüm 
Allahın əmridir. O, tövbədən sonra da gələ bilər, əvvəl də. 
Tövbə də Allahın nəsib etdiyidir. Lakin o, ancaq ölümdən 
əvvəl gəlməlidir.
“Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möh­
lət  versəydin,  sədəqə  verib  salehlərdən  olardım!”  de­
mə mişdən  əvvəl  sizə  verdiyim  ruzidən  infaq  edin”  (əl-
Münafiqun, 10).
“Günah  işlər  görməkdə  davam  edərək,  ölüm  yetişən 
anda “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq 
ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli 
bir əzab hazırlamışıq” (ən-Nisa, 18).
İBRƏT İsrail oğullarından çox günahlar işləmiş biri çox 
ibadətiylə məşhur olan bir abiddən: “Doxsan doqquz adam 
öldürdüm, Tövbəm qəbul edilərmi?” – deyə soruşdu. Abid: 
“Xeyr, olmaz” – deyə cavab verdi. Onu da öldürüb yüzə 
çatdırdı.
Sonra çox elmiylə məşhur olan bir alimdən: “Yüz adam 
öldürdüm, tövbəm qəbul olarmı?” – deyə soruşdu. Alim: 
“Olar, lakin olduğun məmləkət fəsad yeridir. Filan məm-
ləkətə get, ora yaxşıdır” deyə cavab verdi.
Adam oraya gedərkən yolda əcəli tamam oldu. Əzab və 
rəhmət mələkləri onu hansı məmləkətə aid etmək barədə ix-
ti lafa  düşdülər.  Allah  Təala  mələklərə  o  yerin  ölçülməsini 
buyurdu. Salehlərin məmləkətinə daha yaxın olduğunu gör-
dülər. Sonra rəhmət mələkləri onun ruhunu təslim aldılar.


284
Hər ömür haqq səfərdir, hələ müsafir deyilik
Bəlli bir bəhanəmiz budur ki, kafir deyilik.
Haqq yolun yolçuluğu haqqını verməklə olur
Ən kiçik haqqı tələsməkdi ki, mahir deyilik.
Hər gün hərracdı, behişt təklif olur, dünya tələb
Görünən təkcə budur ki, hələ tacir deyilik.
Ötsə də on dörd yüz il, hicrət davam etmədədir
Nəfsdən başlayır o, hələ mühacir deyilik.
Bizdən əvvəlkilər öz qəlblərini qoydu yola
Təpik döyməkdi bizimki, çoxa qadir deyilik.
Baxıram keçmişə, ah, əhli-könül onda idi
Təsəllim təkcə bu ki, çox da müasir deyilik.
Bəhanəçilərin  üçüncü  bəhanəsi  ibadət  əhli  ilə  bağlıdır. 
Namaz qılan, amma günah edən kimsələri misal gətirərək 
ibadət etməmələrinə haqq qazandırmağa çalışırlar. Bu bə ha-
nəçilərdən soruşuruq: “Məgər dünya işlərində hər işçi baca-
rıqlıdırmı? Məsələn, idarəçilərin, sənətkarların, ti ca rətçilərin 
hamısı  mahirdimi,  naşısı  yoxdumu?  Din  iş ləri  də  elədir. 
Yaxşısı da olacaq, yaxşı olmayanı da. Sən irəlidə gedənə bax, 
arxada  qalanı,  axsayanı  niyə  nümunə  götürürsən?”  Haqq-
Təala kamil örnəyi Öz Kitabında açıqlamışdır:
“And olsun ki, Rəsulullahda Allaha və Axirət Gününə 
ümid  bəsləyən  və  Allahı  çox  anan  kimsələr  üçün  gözəl 
örnək vardır” (əl-Əzhab, 21).
Adəm oğlu bəyənmədiyi iş adamları ilə birgə işləməyi 
qəbul  edirsə,  amma  bəyənmədiyi  ibadət  adamları  ilə 
bərabər  olmağı  qəbul  etmirsə  və  yaxud  dünya  əhlindən 
xoşlanmaması  onu  dünyadan  soyutmursa,  amma  Din 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə