Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə76/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   69   70   71   72   73   74   75   76   77

297
mişdir. Məsələn, Rəsulullah (salləllahu əleyhi və səlləm) Dinin 
hökmlərini təbliğ edərkən bəzi müsəlmanlar ona: “Raina , ey 
Allahın Rəsulu” deyə xitab edərdilər. Ərəb dilində “Bizi qoru, 
bizi  gözlə,  bizə  nəzər  sal”  anlamına  gələn  bu  kəlmə  ibrani 
dilində söyüş, təhqir mənasında işlənirdi. Yəhudilər də bunu 
fürsət bularaq həmin sözdən Peyğəmbərə və müsəlmanlara 
qarşı bir istehza vasitəsi kimi istifadə edir dilər. Bu səbəbdən 
Allah Təala “raina” sözünü ərəbcə eyni mənanı daşıyan “un-
zurna” kəlməsi ilə əvəz etməyi buyurdu:
“Ey iman edənlər! “Raina” deməyin, “unzurna” söylə­
yin!” (əl-Bəqərə, 104)
“Yəhudilərin bir qismi kəlmələrin yerini dəyişdirərək, 
dillərini əyərək və Dinə tənə vuraraq: “Eşitdik və asi ol-
duq; eşit, kar olasan və “raina” deyirlər. Əgər onlar: “Eşit-
dik və itaət etdik; eşit, bizə nəzər yetir” desəydilər, əlbəttə, 
onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah 
küfrlərinə görə onlara lənət etmişdir” (ən-Nisa, 46).
Rəsulullah (salləllahu əleyhi və səlləm) isə, hətta, yanlış anla-
şıla  biləcək  adları  da  dəyişdirirdi.  İbn  Ömərdən  (radiyallahu 
ənh)  rəvayət  edilmişdir:  “Rəsulullah  (salləllahu  əleyhi  və 
səlləm) Asiyə (asi, üsyançı) şəklindəki ismi dəyişdirdi və ad 
sahibinə: “Sən Cəmiləsən” buyurdu.”
İstehzada insanı özünə və ya soyuna görə aşağılamaq, 
xor görmək vardır. Bu isə İslam ruhu və əxlaqı ilə daban-
dabana ziddir. Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir 
kimsəyə istehza etməmiş və əshabını, ümmətini də bundan 
qətiyyətlə çəkindirmişdir.
İBRƏT Əbu Zərr (radiyallahu ənh) rəvayət etmişdir: “Bir 
gün  biri  ilə  (onun  Bilal  Həbəşi  olduğu  deyilir)  mübahisə 
edərkən  ona:  “Ey  zənci  qadının  oğlu”  dedim.  Rəsulullah 
(salləllahu  əleyhi  və  səlləm)  bunu  eşidəndə  mənə  buyurdu: 
“Ya Əbu Zərr! Həddini aşdın, həddini aşdın! Ağın oğlunun 
qaranın oğlundan heç bir üstünlüyü yoxdur.”


298
Bu sözlərdən sonra yerə uzandım və adama: “Gəl ayağı-
nı üzümə qoy” dedim.”
Digər rəvayətdə Rəsulullahın (salləllahu əleyhi və səlləm)
“Səndə hələ cahiliyyə dövrünün əlamətlərimi var?” buyur-
duğu bildirilir.
* * *
Rəsulullah (salləllahu əleyhi və səlləm) birinin mübahisə et-
diyi adama “Mən filan kimsənin oğluyam, sən kimsən?” de-
diyini eşidərək buyurdu: “Musanın (əleyhissalam) yanında 
iki kimsə öyündü. Biri: “Mən filankəsin oğluyam” deyərək 
doqquzuncu babasına qədər saydı. Musaya (əleyhissalam) 
vəhy  gəldi:  “Ona  söylə,  doqquzu  da  cəhənnəmdədir.  Sən 
onuncu susan!”
Haqqa rişxənd eləyən, şüurlu şeytan kimidir
Xalqa rişxənd eləyən, şüursuz heyvan kimidir.
Ən gözəl surəti də istehza mənasız edər
Baxışı ya duruşu çox da ki, ceyran kimidir.
Nəfsinə qarşı çıxan pəhləvan az-az görünür
Halbuki kürreyi-ərz sulanmış meydan kimidir.
Nəfsin axsatdığını nəsəb götürməz irəli
Nədən insan soyuna, zatinə heyran kimidir?
Xoş üz, xoş söz, xoş əməl insanı xoşbəxt edəcək
Yerdə bir damla savab göylərdə leysan kimidi.
İstehza insanın sifətini çirkinləşdirdiyi kimi könlünü də 
bayağılaşdırar.  Abdullah  ibn  Məsud  (radiyallahu  ənh)  de-
mişdir: “Əgər bir köpəyi ələ salsam, köpəyə dönəcəyimdən 
qorxaram.”


299
İstehza, məsxərə bir çox qəlb xəstəlikləri ilə sıx bağlıdır 
ki, bunların da başında qeybət gəlir. Çünki bu illətə düçar 
olanlar, adətən, insanları üzünə deyil, arxasınca çəkişdirib 
ələ salmaqla camaatı əyləndirməyə çalışırlar.
“Qeybət  edib  tənə  vuran  hər  kəsin  vay  halına!”  (əl-
Huməzə, 1)
İnsanlara  gülmək,  onların  qəlblərinə  toxunmaq  dillə 
yanaşı  əl,  göz,  qaş  kimi  digər  əzaların  da  vasitəsilə  olur. 
Zatən yuxarıda xatırladılan ayə, ilk növbədə, məhz hərəkət 
və  işarələrlə  edilən  qeybət  və  tənələri  ehtiva  edir.  Kimisə 
gülüş,  əyləncə  hədəfinə  çevirmək  məqsədilə,  onun  bəzi 
hərəkətlərini yamsılamaq, hansısa qüsuruna dair işarələrdə 
bulunmaq, digər dinləyicilərə xəlvətcə göz vuraraq onunla 
guya  ciddi  bir  söhbəti  etmək  həmin  qəbildəndir.  Bunların 
çoxu qeybət mahiyyətlidir. Çünki məsxərəyə qoyulan şəxs 
öz  yanında  edilən  o  işarət  və  hərəkətlərdən  xəbərsiz  olur. 
Möminlər bu cür davranışlardan qətiyyətlə çəkinməlidirlər. 
Qeybət çəkiniləsi, qorxulası qəbahətlərdəndir. Böyük günah-
lardan olmaqla yanaşı günahkardan savabları da silə bilir.
İBRƏT Hz.Aişə (radiyallahu ənhə) rəvayət etmişdir: “Ya-
nımıza bir qadın gəlmişdi. Gedəndə əlimlə boyunun bala-
calığına işarə etdim. Rəsulullah (salləllahu əleyhi və səlləm) 
buyurdu: “Onun qeybətini etdin.”
Söhbətin ən gözəli ürəklərin söhbətidir
Söhbətin ən çirkini erkəklərin qeybətidir.
Hər gülün tikanları, hər arının neştəri var
İynəsiz, tikansız söz bal və ətrin şərbətidir.
Qaş-gözü oynayanın dil-ağızsız nitqindən qorx
Çünki natiqlərin ən, bəlkə də, bədheybətidir.


300
Ən böyük faciə, sözsüz, könül oynarsa olur
Oynama, ey qul, oyan, qəlb Mövlanın məbədidir.
Qəlbi haqqa gətirən ruhla rəfiq olmasıdır
Qəlbi haqdan ayıran nəfsə onun rəğbətidir.
Qəlb var mədən kimidir, qəlb də var ki, mədə kimi
Bu sərvət sandıqçası, o da gübrə səbətidir.
Ey bu dünyanı seçən, o dünyanı gördünmü heç?
Görmədən seçmə ki, bu, damla-dəniz nisbətidir.
Bəzən istehza və məsxərənin fərdlərlə yanaşı toplumla-
ra da yönəldiyini mövzumuzun əvvəlində qeyd etmişdik. 
Allah  hər  ikisini,  yəni  həm  ayrı-ayrı  insanların,  həm  də 
qövmlərin  araya  qoyulmasını  möminlərə  yasaqlamış,  bu 
əməlin fasiqlik, zalımlıq olduğunu bildirmişdir.
“Ey iman gətirənlər! Bir qövm başqa qövmə məsxərə 
etməsin.  Bəlkə  də  onlar  bunlardan  daha  xeyirlidirlər. 
Qadınlar da qadınlara (lağ etməsinlər). Bəlkə onlar bun-
lardan daha xeyirlidirlər. Bir­birinizi ayıblamayın və bir­
birinizi pis ləqəblərlə səsləməyin. İmandan sonra fasiq-
lik nə pis isimdir. Kim tövbə etməzsə, məhz onlar zalım-
lardır” (əl-Hücurat, 11).
İnsan irqini, millətini, nəslini, cinsini özü seçmir. Buna 
görə  heç  bir  məsuliyyət  daşımır.  O  biri  dünyada  Adəm 
oğlundan hansı irqə, millətə, tayfaya, bölgəyə, cinsə deyil, 
hansı Dinə mənsub olduğu soruşulacaqdır. Çünki bunu şü-
urlu bir məxluq kimi özü seçir. Allahın seçimi isə bəllidir.
“Həqiqətən,  Allahın  yanında  yeganə  Din  İslamdır” 
(Ali-İmran, 19).


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə