Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

50 

 

Küteybənin  qəddarlığı  islamın  türk  dünyasında  yayılmasına  mane  olurdu. 



Burada ərəblərin  Orta  Asiyadakı  qəddarlıqlarına  aid  bəzi nümunələr  verməyi  zəruri 

hesab  edirik.  Xilafətin  Orta  Asiyada  ağalığı  onun  əhalisinin  üzərinə  ağır  yük  kimi 

düĢmüĢdü.  Səmərqəndin  istilasından  sonra  geri  qayıdan  Küteybə  ərəb  qarnizonuna 

baĢçılıq edən qardaĢına belə bir göstəriĢ vermiĢdi: «Bir nəfər də olsun çoxallahlıya 

əlinə  gil  möhür  vurulmayınca  Səmərqəndin  hər  hansı  darvazasından  içəri  girməyə 

icazə  verməyin  və  əgər  o  gil  möhür  onun  Ģəhərdən  çıxmasından  əvvəl  quruyarsa 

öldürün  onu,  əgər  üstündən  dəmir  bıçaq  tapılarsa  öldürün  onu  və  əgər  darvazalar 

bağlanandan sonra kimi görsəniz öldürün onu» (6,317). 

Ərəb orduları Türküstanı və həndəvərini fəth edə bilmədilər. Bu yerləri, bu 

yerlərin  əhalisinin  ürəklərini  ərəb  orduları  yox,  islam,  Quran  fəth  etdi,  özü  də  elə 

türklərin vasitəsi ilə. 

Küteybələr  nə  biləydilər  ki,  bir-iki  əsr  sonra  məhz  türklər  ümumbəĢəri 

yüksək insani keyfiyyətlərinə görə mənəvi yaxınlıq duyduqları islamı qəbul edəcək 

və bu beynəlmiləl dinin yayıcıları, qoruyucuları, nəzəriyyəçiləri olacaqlar. 

O  ki  qaldı  Küteybənin  aqibətinə,  bu  ibrətamiz  bir  əhvalatdır.  Ġslamda  ən 

qorxunc və zülmkar vali kimi ad çıxarmıĢ, zülmkarlıq simvoluna çevrilmiĢ həssasın 

(Nizami deyir: zülmkarlıqda həssası keçən...) «partiyasına» mənsub olan Küteybənin 

taleyi  insanları  bir  daha  ədalətli  olmağa  səsləyir.  Səmərqənddəki  dini  atributları 

tonqala  atan  Küteybəyə  Kəngər  hökmdarı  Qürəyin  və  Səmərqəndlilərin  «allahlar 

sənə  cəza  verəcəklər»  xəbərdarlığı  çin  çıxdı:  o  xəlifə  Süleymanın  (715  -  717) 

hakimiyyətini qəbul etmək istəmədiyi üçün ərəb əsgərləri tərəfindən 715-ci ildə qətlə 

yetirildi. 

 

HANSI TÜRKLƏR? 

 

Görkəmli  qorqudĢünas  ġamil  SəmĢidov  türklüyə  həm  daxildən,  həm 



xaricdən müntəzəm və məqsədli hücumlar edildiyini göstərərək yazır: «Bu hücumlar 

SSRĠ-də  tacik  Qafurovun  Asiya-Afrika  institutuna rektor  gəlməsi ilə  sonralar  daha 

da gücləndi. Elmi mətbuatda qədim sak-skif tayfalarının mənĢəcə fars olması ideyası 

daha  da  qol-qanad  açdı.  Bu  münasibət  «sovet  ensiklopediyası»nın  baĢında  duran 

erməni  ġaumyanın  türkə  qarĢı  tarixi  düĢmənçiliyi  ilə  üst-üstə  düĢmüĢ  oldu...  sonra 

meydana gələn oğuzlar, türklər isə tarix boyu iĢğalçı, hətta SSRĠ ərazisində yaĢayan 

türkdilli  xalqların  hamısının  tarixi  düĢməni,  Azərbaycanı,  Türkmənistanı, 

Özbəkistanı və s. bütün türk xalqlarını qıran, qarət edən iĢğalçı kimi sonsuz təhqirlə 

damğalandı» (27). 

CəmĢidovun  B.  Q.  Qafurov  barədə  dediklərində  həqiqət  çoxdur.  Lakin 

Qafurov  türk  xalqlarına  münasibət  məsələlərində  yuxarı  sferalarda  yaradılmıĢ 

doktrinanı  heç  də  çılpaq  Ģəkildə,  birbaĢa  həyata  keçirmirdi.  O,  bunları  «ustalıqla», 

«xalqlar dostluğuna» aid ritorik ifadələrin qızılı örtüyünə büküb təqdim edirdi. Hətta 



51 

 

özünü  türk  xalqlarının  tarixinə  yanlıĢ  münasibətlərə  qarĢı  çıxıĢ  edən  «obyektiv  bir 



alim  kimi»  göstərməyi  də  bacarırdı.  Özbək  xalqının  tarixini  də  «elmi  əsaslar  üzrə 

öyrənməyi tələb edirdi». Ġnqilaba qədərki rus, həmçinin xarici  ədəbiyyatda belə bir 

nöqteyi-nəzər  hakim  idi  ki,  bu  baxıĢa  görə  «Özbək  xalqının  tarixini  Orta  Asiyada 

«özbək»  adını  daĢıyan  istilaçı  tayfaların  buraya  gəldikləri  XV  -  XVI  əsrlərdən 

baĢlamaq  lazımdır.  Bu  sahədə  yeni  prinsipial  anlayıĢın  əsası  A.  Y.  Yakubovski 

tərəfindən  qoyulmuĢdur.  O,  bu  nəticəyə  gəlmiĢdir  ki,  gkəlmə,  istilaçı  özbəklər 

Mavəraunnəhrin  yerli  türk  əhalisi  daxilində  ərimiĢdir.  «Köçəri  özbəklər  müasir 

Özbəkistanın əgər bütün ərazisi olmasa da, hər halda onun olduqca böyük hissəsini 

sıx türkdilli, baĢqa sözlə, türk və türkləĢdirilmiĢ əhalisi olan yerə gəlmiĢlər, bu əhali 

uzun  illər  (birgə)  mədəni  həyatla  yaĢamıĢ,  ən  qədim  dövrlərdən  burada  olan  daha 

qədim xalqlara qarıĢmaq prosesində formalaĢmıĢdır» (6,542). 

B.  Q.  Qafurov  Yakubovskinin  bu  fikirlərini  qəbul  edir,  vaxtilə  məhz  bu 

mövqedən  əsər  yazdığını  söyləyir  və  özündən  sitat  gətirir.  «VI  əsrdən  baĢlayaraq 

Orta  Asiyaya  türkdilli  tayfaların  və  xalqların  get-gedə  artan  gəliĢi  baĢlanır». 

Beləlikli.  Yakubovskidə  qeyri-müəyyənliklə  ifadə  olunan  zaman  anlayıĢı  B.  Q. 

Qafurovda  «VI  əsrlə»  konkretləĢdirilir.  VI  əsr  böyük  türk  xaqanlığının  yarandığı 

əsrdir.  Eyni  kökdən  boy  atmıĢ  bir  çox  tayfa  və  tayfa  ittifaqlarının  ümumi 

özünüadlandırmasına  çevrilmiĢ  türk  sözü  eyni zamanda  saxtakar  tarixçilərin əlində 

tarixi həqiqəti təhrif etmək üçün məkrli vasitəyə çevrildi. 

Onların arqument və iddiaları təxminən belə formalaĢır: Türk adlı ilk dövlət 

VI  əsrdə  yaranıb.  Biz  də  həmin  əsrdən  baĢlayaraq  türklərin  tarixini  tədqiq  edirik. 

BaĢa düĢmürlər ki, bir var etnik adı «türk» olan etnos, bir də var Altay dil ailəsinin 

türk qoluna mənsub olan, lakin etnik adları müxtəlif cür, (kəmər, iskit, sak, sarmat, 

alan, hun, usun, kəngər və s.) olan etnoslar. Özlərini «türk» adlandıranlar VI  əsrdən 

məlumdur,  lakin  türkmənĢəli  tayfalar  e.  ə.  III  -  II  minilliklərdə  Ön  Asiyada  və 

Azərbaycan  ərazisində  (kuti,  lulubi,  kas,  kaspi,  maday,  manqa,  alban  və  b.) 

məlumdur (bax 8). Mövzumuza qayıdaq. 

Kəngərlərin  Fərqanə  çar  sülaləsi  bir  neçə  yüzillik  ərzində  (görünür,  bu 

sülalə kəngərlərin paytaxtlarını Səmərqəndə köçürəndən, yəni e. ə. I əsrdən baĢlanır) 

fasiləsiz davam etmiĢdir. Bununla belə 630-cu ilə doğru Fərqanə bir müddət mərkəz 

hakimiyyətdən mərhum olmuĢdu. Mənbənin verdiyi məlumata görə ayrı-ayrı baĢçılar 

bir-birinə  tabe  olmurdular.  720-ci  illərdə  Fərqanədə  ərəb  mənbələrinin  Alutar 

adlandırdıqları  olduqca  güclü  hökmdar  vardı.  Fərqanə  hakimləri  «iĢxid»,  yaxud, 

«iĢxad» titulunu daĢıyırdılar. Bir qədər sonra 726-cı ildə Fərqanədə artıq iki hökmdar 

vardı:  çaydan  cənubdakı  torpaqların  hökmdarı  ərəblərə  tabe  idi:  çaydan  Ģimaldakı 

ərazilər  isə  türklərdən  asılı  olan  hökmdarın  hakimiyyəti  altında  idi.  739-cu  ildə  və 

sonralar Fərqanə türk Arslan Tərxun tərəfindən idarə olunurdu. Fərqanənin paytaxtı 

o dövrdə bir mənbəyə görə Kasan, digərinə görə Axsiket Ģəhəri idi (6.293). 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə