Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

66 

 

deyil,  siyasi  məqsəddir.  Onlar  sonrakı  övladlarına  bir  növ  saxta  vərəsəlik  sənədi, 



«kupçi»  tərtib  etməklə  məĢğul  olmuĢlar.  Onlar  bilməli  idilər  ki,  belə  yalanlar 

doğruçu  müharibələrə  gətirib  çıxarır.  YaxĢı  ki,  Türkün  Mahmud  QaĢqarlı  kimi 

nəhəng, halal, vətənpərvər oğulları da varmıĢ. O özündən sonra müəyyən mətləbləri 

aça  bilmək  üçün  qızıl  açarlar  da  qoyub  getmiĢdir.  Onun  Səmərqənd  haqqında 

dediklərini, təkrar görünsə də, bir də yada salaq: «Səmərqəndə Simiz kənd» deyilir, 

ġaĢ  Ģəhərinə  DaĢkənd  deyildiyi  kimi,  Özkənd,  Tünkənd  adları  da  vardır.  Bu 

Ģəhərlərin  hamısının  adı  türkcə  olan  «kənd»  ilə  yapılmıĢdır.  Bu  Ģəhərləri  türklər 

yaparaq  adlarını  da  özləri  qoymuĢlar.  Bu adlar  indiyə  qədər  olduğu  kimi  qalmıĢlar 

Beləliklə, biz Əfrasiyabı Alp Ər-Tonqanın Ģərəfinə salınmıĢ Ģəhər kimi də qəbul edə 

bilərik. 

Ġndi ərəb, coğrafiyaĢünası Əl-Ġstəxrinin «Kitab məsalik əl-məmalik» (930 - 

933) kitabına müraciət edək. Çoxlu səyahətlər edən, Mavəraünnəhri də xeyli gəzən 

müəllif həmin ərazinin vilayət və bölgələrindəki Ģəhərlərin siyahısını da vermiĢdir: 

«ÜsröĢənə  Ģəhərləri:  Denfeqanket,  Binket,  Cinançeket,  Necaket,  Benaket, 

XaraĢket, Ərdalanket, Xudeynket, Nucuket, Faranket, AĢbinqu, Kəngərək, Kebernə, 

Cebuzan, Verduk, Qazak, Nekalik. 

Ġlək  Ģəhərləri;  paytaxt-Tunket,  Cümə  məscidləri  olan  Ģəhərlər:  Sakaket, 

Nuket,  Tukket,  Bisket,  Daxket,  Xarsanket,  BancexaĢ,  Balayan,  Ərbilik,  Namudlik, 

Xumrək, Kux-i-Sim, XaĢ. 

Xocənddə «Kənd»dən baĢqa Ģəhər yoxdur. 

Fərqanə - baĢ Ģəhəri Axsiket, ondan sonra Quba, Uzkend, OĢ» (Materialı по 

истории киргизов и Киргизии, t. 1, M., 1973, s. 19,20). 

Bu  adları  çəkilənlərdən  savayı  Mavəraünnəhr,  Orta  Asiya  həndəvərində 

daha onlarla, bəlkə daha çox eyni tipli Ģəhər adlarına rast gəlmək olar. Yenə qayıdaq 

Mahmud  QaĢqarlıya:  «Bu  yerlərdə  farslar  çoxaldıqca  sonralar  əcəm  Ģəhərləri  kimi 

olmuĢ, Bütün türk ölkəsinin sınırı Xəzər dənizi ilə çevrili olaraq Rum diyarından və 

Özçentdən  Çinə  qədər  uzanır.  Uzunluğu  beĢ  min  fərsəng,  eni  üç  min  fərsəngdir. 

Hamısı səkkiz min fərsəng edər» (22, III, 484). 

 

 

 




67 

 

SAMANĠLƏRĠN ETNĠK MƏNSUBĠYYƏTĠ 

 

Saman islamı qəbul etmiĢdi. Xorasan valisi ona himayədarlıq edirdi. Dörd 



nəvəsi  xəlifənin  yanında  xidmətdə  idi.  Xorasan  valisi  onları  dörd  vilayətə  hakim 

təyin etdi, o cümlədən Nuh Səmərqəndə hakim təyin olundu. 

B.  Q.  Qafurov  tacik  xalqı  və  onun  dövlətinin  yaranıb  formalaĢmasını, 

əsasən  samanilər  sülaləsi  ilə  bağlayır.  Buradan  belə  nəticə  çıxır  ki,  Mavəraünnəhr 

(Səmərqənd  də  daxil  olmaqla)  bütövlükdə,  həmçinnn  vaxtilə  samanilər  dövlətinə 

daxil edilmiĢ ərazilər Tacikistan imiĢ. «Özbəkistan SSR tarixi»ndə deyilir ki, saman 

tacik  mənĢəlidir.  Onun  hansı  nəslə,  hansı  tayfaya  mənsub  olması  barədə  heç  nə 

deyilmir. 

Orta  Asiyada  iranmənĢəli  xalqlara  üstünlük  verən  B.  Q.  Qafurovun  bu 

barədə  fikri  konkret  deyil:  «Samanilərin  əcdadı  saman,  ya  Bəlxdən  idi,  ya 

Səmərqəndin ucqarından, ya da Termezdən» (6, 337). «Oğuznamədə» isə baĢqa fikir 

vardır:  «Toquz  Yavqudan  sonra..,  Mavəraünnəhrdə  padĢah  taxtında  saman 

Yavqunu... əyləĢdirir və samanilər taxtında onu saman Xuda adlandırırlar. O, bütün 

samanilərin əcdadı idi» (31). 

Burada  iranĢünas  alimlər  tərəfindən  qarıĢdırılmıĢ,  qəsdən  dolaĢdırılmıĢ 

baĢqa düyünlər kimi, bu məsələnin də geniĢ Ģərhini vermək imkanı yoxdur. Yalnız 

bəzi faktlara diqqət yetirməyi lazım bilirik.   

«X  əsrin  baĢlanğıcında  Ġsmayıl  (Samani)  özünün  artıq  geniĢlənmiĢ 

dövlətində  hakimiyyətin  mərkəzi  aparatının  və  yaxĢı  silahlanmıĢ  böyük  ordusunun 

təĢkili  ilə  məĢğul  olmaq  imkanına  malik  idi.  O,  türk  qulamlarından  ibarət  olan 

qvardiyasının  təĢkilinə  xüsusi  diqqət  yetirirdi»,  (17,  192).  «Samanilərin  türk 

qvardiyası da etibarlı deyildi» (17,193). Bundan baĢqa dövlətin hakim dairələrindəki 

münasibətlər  ordunun  quruluĢu,  hökmdarlarla  qoĢun  baĢçıları,  həmçinin  ruhanilər 

arasındakı münasibətlərin vəziyyəti heç də samanilər sülaləsinin və dövlətinin tacik 

mənĢəyindən  niĢan  vermir.  «Taciklər»  və  «Özbəkistan  SSR  tarixi»  kitablarının 

müəllifləri Samanilər dövlətində saray qvardiyasının türklərdən ibarət olmasını dönə-

dönə vurğulayırlar. Müsəlman dövlətlərinin bəzilərində saray qvardiyaları türklərdən 

ibarət olmuĢdur. 

Samanilər  dövlətinin  ən  ağır  günlərində,  hətta  dehqanların  davranıĢı  da 

qaraxanilərin  uğurlarına kömək  edirdi  (yəqin  dehqanlar  da türk imiĢ!-M.  A.)  «hətta 

türk  qvardiyası  (qulamlar)  da  özlərini  az  etibarlı  qoĢun  kimi  göstərirdi»  (17,243). 

«Hakim  sinfin  hər  iki  qrupu-dehqanlar  və  «türk  generalları»  Samani  dövlətinin  ən 

kritik  məqamında  satqın  və  xain  çıxdılar.  Əgər  dehqanlar  Boqra  xanı  açıq  Ģəkildə 

Mavəraünnəhrə  dəvət  etmək  yolunu  tutmuĢdularsa,  qvardiyanın  baĢçıları  hələ 

məğlub edilməmiĢ dövlətin bölünməsi barədə gizli danıĢıqlar aparırdılar» (17,244). 



68 

 

«Öz  əllərinə  böyük  sərvət  taplamıĢ  Buxara  ruhaniləri  də  dövlətə  sadiq 



deyildilər (Görünür, hətta ruhanilər də türk imiĢlər!-M. A.). Onlar türk qvardiyasında 

özlərinə böyük dayaq tapdılar» (17,244). 

Bütün  bunların nəticəsidir  ki,  Boqra  xanın  992-ci ildəki  yürüĢündən əvvəl 

Samanilər  dövlətində  ən  sayılan  və  təsir  gücünə  malik  türk  hərbi  rəisi  Əbu-əli 

Simcuri  dövlətin  baĢçısı  Nuh  ibn  Mənsurdan  (978-997)  gizli  dövlətin  bölünməsi 

barədə  Boqra  xanla  danıĢıqlar  aparırdı.  Bu  danıĢıqlara  görə  Mavəraünnəhr  Boqra 

xana, Amudəryadan cənubdakı torpaqlar Əbu əli Simcuriyə keçməli idi» (17,244). 

Nuh istedadlı və lakin etibarsız «generallardan» biri olan Faiqə üz tutmağı 

qət  edir.  Faiq  böyük  bir  ordu  ilə  Xərcənq  əyalətində  Rabat-i-Məlikin  yaxınlığında 

Boqra  xanla  döyüĢə  girdi.  DöyüĢ  Faiq  tərəfindən  qəsdən  uduzuldu:  Bu  xidmətinə 

görə Boqra xan Faiqi Termez və Bəlxə hakim təyin etdi. 

Boqra  xan  xəstələndiyindən  uzun  müddət  Buxarada  qala  bilmir, 

Səmərqəndə  gedir  və  az  sonra  ölür.  Bundan  sonra  güman  etmək  olardı  ki,  vəziyyət 

Nuhun xeyrinə  dəyiĢib.  Lakin  Nuh  öz  yaxınları arasında  bir, nəfər  də  olsun  etibarlı 

və  bacarıqlı  sərkərdə  tapa  bilmir.  Nəticədə  Xorasan  Əbuəli  və  Faiqin  əlinə  keçir». 

(17,245). 

Nuhun  böyük  oğlu  I  Əbd-əl  Malikin  (954-961)  dövründə  xüsusi  türk 

qvardiyasının rəisi və iri feodal Alp Təkin böyük hacib vəzifəsinə təyin olunur: Bu 

Ģəxsin təsiri o qədər böyük idi ki, Əbd-əl Malik onun razılığı olmadan hər hansı bir 

Ģəxsi vəzir vəzifəsinə təyin edə bilməzdi. 

Əbd-əl  malik  Alp  Təkini  vəzifəsindən  kənarlaĢdırmağa  cəhd  etsə  də  bu 

xeyir vermir (17,195). Əbd-əl Malikin ölümündən sonra Buxara  əhalisi üsyan edir. 

Üsyançılar əmirin sarayını qarət edib yandırırlar. Taxt-tac uğrunda mübarizədə Alp 

Təkinin təsiri əhəmiyyətli dərəcədə zəifləyir. Bu mübarizənin nəticəsində Alp Təkin 

Qəznəyə gedir və orada tarixdə Qəznəvilər adı ilə məlum dövlətini yaradır. 

Samani  hökmdarlarının  hamısına  eyni  meyarla  yanaĢmaq  olmaz.  Bu 

dövlətin  qüdrətini  artıran,  onun  hüdudlarını  geniĢləndirən,  ölkədə  sabitlik  yaradan 

görkəmli hökmdarlar da olmuĢdur. «Ġsmayılın uğurlarının əsas səbəbi bundan ibarət 

idi  ki,  o,  ölkəni  xarici  əsarət  və  zülmdən  azad  etməyə  yollar  axtaran  və  yerli 

feodalların mənafeyi uğrunda mübarizə edən dairələrə istinad edirdi. Artıq Ġsmayılın 

birinci  varisi  olan  Əhməd  (907  -  914)  ərəb  dilini  bilən  məmurlara  himayədarlıq 

edərək,  dövlət  aparatında  ərəb  dilini  bərpa  edir.  Bu,  saray  əyanları  dairəsində, 

xüsusilə  türk  qvardiyası  arasında narazılıq  yaradır.  O  öz  qulamları  tərəfindən  qətlə 

yetirilir» (17,193). 

Biz  samanilər  dövləti  barədə  bir  qədər  ətraflı  danıĢdıq  və  gördük  ki,  bu 

dövlətlə  bağlı  məlumatların  heç  birində  «Tacik»  sözü  və  «Tacik  dili»  ifadəsi 

iĢlənmədi,  «Tacik  tayfası»,  yaxud  «Tacik  xalqı»  barədə  söz  deyilmədi,  saray 

qvardiyasını təĢkil edən türklərin adı tez-tez hallandı. Nə üçün türk qvardiyası dövlət 

aparatında  ərəb  dilinin  bərpasına  etiraz  etməli  idi?  Görəsən  sarayda,  dövlət 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə