Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

62 

 

üsullarının,  monolit  süvari  ordunun  yaranmasında  mühüm  rol  oynamıĢdır.  Eradan 



əvvəl 673-cü ildə Qafqaz sıra dağlarından Urmiya gölü ətrafına qədər indiki Təbriz 

ərazisini ehtiva edən ĠĢquz çarlığı Ön Asiya regionunun bütün hakimləri tərəfindən 

rəsmən  bir  dövlət  kimi  tanınır.  Onun  nüfuzu  böyük  idi,  ətrafdakı  dövlətlər  onunla 

razılaĢmalı  idilər.  Lazım  gələndə  onlar  Kiçik  Asiyanın  dərinliklərinə  qədər  hərbi 

reydlər  edirdilər.  Er.  əv.  653-652-ci  illərdə  midiyalılar  Assuriyaya  hücum  edirlər. 

Qədim Assuriya uçün olduqca təhlükəli vəziyyət yaranır. Assuriyanın müttəfiqi olan 

ĠĢquz  dövləti  onun  köməyinə  gəlir.  Həmin  müharibədə  həlledici  rolu  Madinin 

(Əfrasiyab,  Alp  Ər-Tonqa)  baĢçılıq  etdiyi  ĠĢquz  ordusu  oynayır.  Midiya 

məğlubiyyətə  uğrayır.  Onun  baĢçısı  Fraort  (KaĢtarati)  döyüĢdə  həlak  olur.  Midiya 

Assuriyanın  deyil,  ĠĢquz  dövlətinin  hakimiyyəti  altına  keçir.  Bundan  sonra  ĠĢquz 

dövləti imperiya tipli quruma çevrilir və bu dövr 625-ci, yaxud 626-cı ilə qədər, yəni 

Madinin  -  Alp  Ər-Tonqanın  xəyanət  yolu  ilə  həlak  olduğu  ilə  qədər  davam  edir. 

Həmin  illərdən  sonra  ĠĢquz  ikinci  dərəcəli  dövlətlər  sırasına  keçir.  Bu  dövlət  öz 

varlığını  er.  əv.  593-cü  ilə  qədər  saxlaya  bilir.  Həmin  il  Kiaksarla  ĠĢquz  baĢçıları 

arasında  ĠĢquz  çarlığının  tam  ləğvi  ilə  nəticələnən  münaqiĢə  baĢ  vermiĢ  və  bu  da 

Lidiya-Midiya  müqharibəsinin  baĢlanması  ilə  nəticələnmiĢdir.  Vaxtilə  iĢquzlar 

Lidiya  dövlətini  məhv  olmaq  təhlükəsindən  xilas  etmiĢdilər.  Lidiyalılar  iĢquzların 

yaxĢılığını unutmamıĢdılar. Onlar Lidiyaya pənah gətirmiĢ ĠĢquz baĢçılarını Midiya 

hökmdarının təkidli tələblərinə  baxmayaraq  öz himayələri altına  aldılar.  Midiyanın 

doğrudan  müstəqil  dövlət  kimi  yaranmasını  da  625-ci  ildən,  yəni  Madinin  həlakı 

ilindən  götürmək  lazım  gəlir.  ĠĢquz  dövlətinin  bütün  döyüĢ  ənənələrini 

özunünküləĢdirən Midiya Ön Asiyada qüdrətli imperiyaya çevrilir. Bu dövlət 550-ci 

ilə  qədər  davam  edir.  Həmin  ildən  Ön  Asiyada  Əhəmənilər  dövləti  ustün  mövqeyə 

malik  olur.  Əvvəllər  midiyalılar,  daha  sonra  isə  farslar  klassik  dövlətlərə  xas  olan 

cəhətlərlə  ĠĢquz  dövlətinə  məxsus  üstün  cəhətləri  sintez  yolu  ilə  qüdrətli  və  çevik 

dövlətlər yarada bilmiĢlər. 

ĠĢquzların  müəyyən  hissəsi  Madinin  ölümündən  sonra  gəldikləri  yolla 

(Dərbənd  keçidi  ilə)  Qara  dəniz  sahillərinə  qayıtmıĢ,  Qara dəniz  ətrafı  Ġskid  (iĢquz) 

dövləti yaratmıĢlar. Ġkinci qol Kiaksarla münaqiĢədən sonra Kiçik Asiyaya köçmüĢ, 

Lidiyada məskunlaĢmıĢlar. 

Üçüncü  qism  iĢquzlar  Qafqaz  sıra  daqlarından  Urmiya  gölünü  də  ehtiva 

edən  böyük  bir  ərazidə,  daha  doğrusu,  vətənlərində  qalmıĢ,  baĢqa  satraplıqlardan 

fərqli müəyyən muxtar  statusa  malik  olmuĢ,  əvvəl  Midiya,  sonra  Ġran  dövlətlərində 

əsas süvari ordunu təĢkil etmiĢ, bir sıra hallarda sərkərdəlik mövqeyində olmuĢlar. 

Bəs dördüncü qism? Bu barədə nə Ġ. M. Dyakonovun, nə Ġ. Əliyevin, nə də 

baĢqa alimlərin yazılarında bir söz deyilmir. 

Herodotda  iskidlərin  (iĢquzların)  e.  ə.  VII  əsrin  əvvəllərində  Mərkəzi 

Asiyanın  dərinliklərindən  çıxıb  Xəzər  sahili  (Dərbənd  keçidi)  ilə  Ön  Asiyaya 

gəlmələri,  buradakı hərəkət  və  fəaliyyətləri  eradan  əvvəl  VII  əsrdə həmin  yolla  Ön 



63 

 

Asiyaya  gəlmiĢ  oğuzların  fəaliyyətləri  ilə  bir  sıra  hallarda  sinxron  Ģəkildə  izlənir 



(hətta Misirdən xərac alınması da) (23). 

ĠĢquzların  Azərbaycanda  qalan  hissəsinin  eradan  əvvəl  593-cü  ilədək  öz 

dövlətlərini yaĢatmaları, onların müəyyən qüvvəyə və kifayət saya malik olmalarına 

dəlalət edir. 

«Oğuznamə»də  isə  göstərilnr  ki,  oğuzlar  Ana  yurdlarından  çıxandan 

təxminən 50 il sonra bu dəfə Xəzərin cənubu ilə Orta Asiyaya qayıtmıĢlar. ĠĢquzların 

Azərbaycandakı dövlətlərinin yaĢını (təxminən 80) yada salsaq, iĢquzların-oğuzların 

Azərbaycana  gəlib  dövlət  qurmalarının,  «Oğuznamə»  oğuzlarının  (heç  bir  itki 

vermədən  əfsanəvi  Oğuz  baĢda  olmaqla)  Orta  Asiyaya  getmələrinin  50  il hesabı  ilə 

Madinin  (Alp  Ər-Tonqa,  Əfrasiyab)  ölümü  ilə  təxminən  bir  vaxta  duĢdüyü 

müəyyənləĢir;  yəni  onlar  Madinin  ölümündən  sonra  getmiĢlər.  Burada  ikinci  bir 

mülahizə üçün də yer qalır. ĠĢquzların böyük bir hissəsi Azərbaycanı tərk edib Orta 

Asiyaya  getdikdən  sonra  ĠĢquz  dövlətinin  ordu  sarıdan  əvvəlki  qüdrəti 

qalmadığından  Keyxosrov  (Kiaksar)  Madini  xəyanətkarlıqla  öldürməyə  cəsarət 

etmiĢdir. 

Beləliklə,  oğuzlar  Orta  Asiyaya  özləri  ilə  Madi  -  Alp  Ər  -Tonqanın 

igidlikləri,  müdrikliyi,  quruculuq  iĢləri  ilə  bağlı  əfsanələĢməyə  baĢlayan  əhvalatlar 

gətirmiĢlər. 

«Oğuznamə»nin yazı tərzindən, üslubundan, Ģərhlərindən, hətta ayrı-ayrı türk 

sözlərinin  məna  izah  hından  tam  aydın  olur  ki,  müəllif  (RəĢidəddin)  əsəri  qələmə 

alarkən əlinin altında kifayət qədər yazılı mənbə və məlumatlar, həmçinin rəvayət və 

söyləmələr olmuĢdur. Əhatə etdiyi uzun bir dövrə görə «Oğuznamə»ni zəngin xalq 

müdrikliyi  hopmuĢ.  vətənpərvərlik  və  təəssübkeĢlik  duyğuları  ilə  dolu  (hətta 

müəyyən mənada məqsədyönlü) dahiyanə bir əsər adlandırmaq olar. Ġyirmi dörd boy 

(tayfa) birliyindən təĢəkkül tapmıĢ oğuzlar, həmin iyirmi dördə daxil olmayan tayfa 

və  tayfa  ittifaqlarını  qətiyyən  özlərindən  kənarlaĢdırmaq  istəmirlər.  Əksinə,  onlar 

uyğurları  da,  qıpçaqları  da,  kəngərləri  də  (kanqlı),  qarluqları  da,  xalacları  da 

özlərininki  hesab  edirlər.  «Oğuznamə»də  birlik  meyli  çox  güclüdür.  Orada  iyirmi 

dördə daxil olan beçenə tayfasının adı çəkilmir (cədvəldən baĢqa), lakin kəngərlərin 

baĢqa adı (kanqlı) bir neçə yerdədir. Oğuz uyğurları və kanqlıları (kəngərləri) özü ilə 

əlli  illik  hərbi  səfərə  aparmamıĢ,  onlara  yurdu  qorumaq  vəzifəsini  həvalə  etmiĢdi. 

Dastanın bir neçə yerində kanqlıların hadisələrdə iĢtirakı onların müəyyən qisminin 

səfərdə  olmasına  dəlalət  edir,  beçenenin  sinonimi  olan  kəngər-kanqlının  bir  hissəsi 

nin iyirmi dördə daxil olmasını göstərir. 

Kitabın tərcüməçisi, tərtibçisi və Ģərhçisi R. M. ġükürova müqəddimədə Əbu-

l-Qaziyə  istinadən  deyir  ki,  Oğuz  sülaləsinin  hakimiyyətdə  olduğu  dövrlərdə 

oğuzlardan  asılı  olmayaraq  uyğurlar  və  kanqlılar  (kəngərlər)  mövcud  idilər.  «Oğuz 

haqqında dastanda deyilir ki, kanqlı (kəngər) və uyğur tayfaları Oğuza qədər mövcud 

idilər» (31, 16). 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə