Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

64 

 

Kəngərlərin Oğuzu hərbi səfərdə müĢayiət edən hissəsi nə (görünür 24-ə daxil 



olan hissəyə) on məsul vəzifələr tapĢırılır. Kitabda kanqlılar arabanın ilk ixtiraçıları 

kimi təqdim  olunur.  Onların  soy  adının  da  araba ilə  bağlı  olduğu  göstərilir  (kanqlı-

yəni arabalı). 

Onların  hələ  hərbi  səfərə  çıxmazdan  əvvəl  Talas  və  Sayramdan  baĢlamıĢ 

Mavəraünnəhr,  Buxara  və  Xarəzmi,  həmçinin  Qarçistanı  və  s.  yerləri  tutduğu 

göstərilir. Xəzərin cənub sahili ilə Orta Asiyaya qayıdan Oğuz Səmərqənd Ģəhərini 

səfərdə  ona  dəyərli  məsləhətlər  vermiĢ  YuĢu  Xosaya  iqta  kimi  bağıĢlayır  (Bu 

hadisəni biz Səmərqənd adını yada salmaq üçün xatırladıq). 

Mahmud QaĢqarlının sözlərini də yada salaq: «...Yenə beləcə «Semiz kənd» 

deyirlər.  Böyük  olduğundan  belə  deyilmiĢdir.  Farsiada  «Səmərqənd»  deyərlər»  (31, 

343). 

«  Semiz  »  kəlməsi  «Dədə  Qorqud»da  da  var.  Böyük,  yekə,  iri  mənasında 



qoyuna aid edilmiĢdir. 

Bütün  bu  ekskursdan  məqsəd  odur  ki,  türklər  eradan əvvəl  8-7-ci  əsrlərdən, 

bəlkə  daha  əvvəllərdən  Mavəraünnəhrin  və  Xorasanın  məskunları  olmuĢlar.  Və 

deyəndə  ki,  samanilər  sülaləsinin  birinci  hökmdarı  oğuz  Saman  Yavbudur,  bu 

inkaredilməz  bir  həqiqətdir.  X-XI  əsr  oğuzları  Xorasandan  keçib  Ġran  və  Kiçik 

Asiyaya  hərəkət  edərək  səlcuq  imperiyasını  qurmuĢlar.  Bunu  heç  də  indiki 

tarixçilərin,  xüsusilə  türk  tarixçilərinin  Ģərh  etdikləri  kimi  qəbul  etmək  olmaz! 

Oğuzlar  həmin  ərazilərə  babalarının  təxminən  onlardan  min  beĢ  yüz  il  əvvəl 

Ģimaldan  Xəzərin  baĢına  dolanaraq  Ġç  Oğuz  dövlətini  qurduqdan  sonra  gəldikləri 

yolla qayıtmıĢlar. Həmin min beĢ yüz il ərzində Kiçik Asiyada kimmerlər, iĢquzlar, 

daha  sonrakı  dövrlərdə  hunlar  məskunlaĢmıĢdılar.  Bu  müddət  ərzində  ən  qədim 

türklər  Kiçik  Asiyanın  siyasi həyatında  fəal iĢtirak  etməsələr də  öz  saysız-hesabsız 

heyvan sürüləri ilə həmin ərazinin iqtisadi həyatında mühüm rol oynamıĢdılar. Quru 

yerdə  (özgə  yeri  mənasında)  nəinki  imperiya,  heç  xanlıq  da  qurmaq  olmaz.  Səlcuq 

oğuzları Kiçik Asiyaya gələndə orada kifayət qədər türk soylu  əhali vardı və məhz 

onlar  da  səlcuq,  onun  davamı  Osmanlı  imperatorluğunun  zəmini,  dayaq  nöqtəsi  və 

arxası  oldular.  O  ki,  qaldı  Azərbaycana,  burada  artıq  e.  ə.  VII  əsrdə  ĠĢquz  dövlət 

qurumu  mövcud  idi  və  Azərbaycan  türkləri  yenidən  müstəqil  dövlət  yaratmaq 

yolunda uzunmüddətli mübarizə yolunu tutmuĢdular. Burada qədim türklük ənənələri 

daha  güclü idi.  Mahmud  QaĢqarlının  Qəzvin  və  Qum  Ģəhərlərini  Alp  Ər-Tonqa  ilə 

bağlaması təsadüfi deyildir. 

Sual olunur: Nə üçün Alp Ər-Tonqanın adı dəyiĢdirilib ona «Ģər» ilahələrinə 

verilən Əfrasiyab adı verilmiĢdir? Sağlığında misli görünməmiĢ rəĢadətlər göstərmiĢ, 

həm  də  görünür,  böyük  quruculuq  iĢləri  görmüĢ  Alp  Ər-Tonqa  ölümündən  sonra 

dastanlaĢmağa;  əfsanələĢməyə  baĢlamıĢdır.  Onun  ölümündən  sonrakı  «həyatı»  da 

düĢmənlərini  sarsıtmıĢ,  lərzəyə  salmıĢdır.  Ona  olan  ümumxalq,  ümumtürk 

məhəbbətini,  Midiya  ordusu,  sonralar  Əhəməni  qoĢunları  sıralarında  vuruĢan  iĢquz 



65 

 

əsgərlərinin  məhəbbətini  də  soyutmaq  üçün  hakimlər  atəĢpərəst  kahinləri  köməyə 



çağırmıĢ, onun adını Ģər allahları panteonuna saldırmıĢlar. Lakin qəribə tərəfi budur 

ki,  Alp  Ər-Tonqa  öz  mahiyyətilə  Ģər  formasını  da  Əfrasiyab  adını  da 

alicənablaĢdırmıĢdı.  Təkcə  ulu  Nizaminin  Alp  Ər-Tonqapı Əfrasiyab  adıyla  günəĢə 

bənzətməsi bu fikrin sübutuna kömək edə bilər. 

Alp  Ər-Tonqanın  Ģöhrət  və  qüdrət  iĢığı  o  qədər  güclü  olmuĢdur  ki,  onun 

fars  bürüncəyi  olan  Əfrasiyabı  içəridən  ĢəffaflaĢdırmıĢ,  özünün  türk  əsli  ilə 

görünməyə baĢlamıĢdır. 

Alp  Ər-Tonqa-Əfrasiyab  adı  türk  dünyasında,  xüsusilə  Orta  Asiyada 

misilsiz  bir  hörmət  və  Ģöhrətə  malik  olmuĢdur.  Onun  adının  Azərbaycandan  Orta 

Asiyaya  keçməsi  və  bu  qədər  Ģöhrətlənməsi  prosesi  də  müəyyən  izahat  tələb  edir. 

Belə ki, ĠĢquz, Midiya, Ġran dövlətləri tarixindən bəhs edən alimlər Madinin (Alp Ər-

Tonqa)  Misirlə,  Ġsraillə,  Babilistanla,  Assuriya  və  baĢqa  dövlətlərlə  əlaqə  və 

münasibətlərindən  dönə-dönə  danıĢmıĢ,  Orta  Asiya  əlaqələrindən  bir  kəlmə  də 

yazmamıĢlar.  Əgər  böyük  alim  Mahmud  QaĢqarlının  Alp  Ər-Tonqaya  «Mərv 

Ģəhərini  yapan  zatdır»  deməsini,  həmçinin  «QaĢqara  Ordukənd  deyilər-xanın 

oturduğu Ģəhər deməkdir; çünki Əfrasiyab havası yaxĢı olduğundan burada otururdu. 

Burası  aĢağı  Çindir»  məlumatını  əsas  götürsək  belə  güman  etməliyik  ki,  Alp  Ər-

Tonqanın böyük Azərbaycan dövlətində hökmdar olduğu dövrdə Orta Asiya da iĢquz 

hakimiyyətinin  təsir  dairəsində  olmuĢdur  və  vaxtaĢırı  Alp  Ər-Tonqa  oraya  da  baĢ 

çəkirmiĢ.  Bu,  tamamilə  mümkündür.  «Alp  Ər-Tonqa»  dastanında  Kanq  dövlətinin 

adı «türklərin o zamankı paytaxtı «Kanq Ģəhəri» kimi çəkilir. Eyni zamanda Kanqdiz 

Ģəhərinin  (qalasının)  adı  da  hallanır.  Həmçinin  Alp  Ər-Tonqanın  Alp  Aruz  adlı 

qardaĢı (yenə «Dədə Qorqud») olduğu da söylənilir. 

Bütün bunlar eradan əvvəl VII-VI-V əsrlərdə Türküstanla Azərbaycan, daha 

doğrusu  ĠĢquz  dövləti  ilə  Orta  Asiya  arasında  heç  bir  etnik  səddin  olmaması 

haqqında  bütöv  təsəvvür  hasil  etməyə  imkan  yaradır  və  türklərin  (oğuzların) 

Azərbaycan torpaqlarına yalnız IX-X əsrlərdə gəlmələri barədə mifi dağıdır. 

Ġndi  aydınlaĢdırmaq  mümkün  olur  ki,  B.  Q.  Qafurov  nə  üçün  Əfrasiyab 

adının qarĢısına «ParĢivan», «Parsiab» sözlərini çıxarır. 

Beləliklə,  biz  yenidən əsas mövzumuz  olan  Kanq dövlətinə,  onun  paytaxtı 

Səmərqəndə  və  ilk  adı  Əfrasiyaba  qayıdırıq.  Bütövlükdə  Orta  Asiyanı,  Qazaxstanı 

irandillilər  məskəni,  irandillilər  ərazisi  hesab  edən  iranpərəst  tarixçilər  Türküstanın 

ürəyi  timsalında  olan  Səmərqəndi  əsas  hədəf  götürmüĢlər.  Yəni  Səmərqəndin 

irandilliliyi  sübuta  yetmiĢ  kimi  göstərilir  (onlar  bunu  heç  həll  eləməyə  də  cəhd 

göstərmirlər.  Bunu  aksioma  kimi  götürürlər).  Onlar  qeyri-obyektivlikləri  ilə  türk 

alimləri  qarĢısında  «Türküstanın Türküstan  olması problemini həll  etmək  vəzifəsini 

qoymuĢlar». Beləliklə, irandilli orduların görə bilmədiyi iĢləri irandilli tarixçilər öz 

üzərlərinə  götürərək,  uzun  illər  ərzində  türk  torpaqlarını  «qələmlə  fəth  etmək» 

yolunu  tutmuĢlar.  Ġranpərəst  tarixçilərin  məqsədi  nə  olmuĢdur?  Bu,  elmi  məqsəd 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə