Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

60 

 

quruma  çevrilmiĢdir.  Onun  dövründə  bütün  Ġran  yaylası  ĠĢquz  dövlətinə  tabe  idi. 



ĠĢquzlar  Misirdən  (Firon  Psammatexdən),  Ġsraildən,  Suriyadan  və  s.  ölkələrdən 

mütəmadi xərac alırdılar. Onlar həmin ölkələrə vaxtaĢırı yürüĢlər edirdilər. 

Kiçik  Asiyadakı  qədim  dövlətlər  də  iĢquzların  təsir  dairəsində  olurdular. 

Madi özunün çevik, sürətli Hərbi yürüĢləri ilə düĢmənləri lərzəyə salırdı. Təəssüf ki, 

Madinin  dastanlarda  söylənilən  böyük  quruculuq  iĢləri  barədə tarixdə  elə  bir  dəqiq 

məlumat  yoxdur.  Beləliklə,  Madi  də,  Alp  Ər-Tonqa  da  eradan  əvvəl  VII  əsrdə 

hökmdarlıq etmiĢlər. 

«Qızıl kitab»da onları daha dəqiq yaxınlaĢdıran baĢqa bir məlumat da var.. 

Alp Ər-Tonqaiın «idarəsindəki dövlətin saka türk imperatorluğu olduğunu söyləyən 

tarixçilər  çoxalmıĢdır.  Bu  dövlətin  adı,  bəlkə,  onun  adıyla,  ya  da  babası  Peçeneq 

Kazan adıyla söylənirdi» (25, 37). 

Burada  peçeneq  sözü  ĠĢquz  dövlətinin  türklüyünə,  Kazan  da  onun  «Dədə 

Qorqudla» bağlılığına əlavə dəlildir. 

Həmin  kitabdan  baĢqa  bir  məlumat:  «Alp  Ər-Tonqa  Ġran  (Med)  hökmdarı 

Keyxosrov tərəfindən bir ziyafətə çağrılaraq hiylə ilə öldürülmüĢdür» (25, 37). 

Burada  Madinin  Alp  Ər-Tonqa  və  ya  Alp  Ər-Tonqanın  Madi  olmasına 

(ĠĢquz hökmdarı) heç bir Ģübhə yeri qalmır.  

«Midiyalıların  özlərinin  dediklərinə  görə  onlar  iskidlərin  (iĢquzların) 

əlindən hiylə vasitəsilə qurtara bilmiĢlər. Fraortanın oğlu Kiaksar və onun adamları, 

deyilənə  görə,  iskidləri  (iĢquzları-M.  A.)  və  onların  rəisi  Madini  kef  məclisinə 

gətirib, kefləndirərək burada onları qılıncdan keçirmiĢlər. Lakin iĢquzların bir hissəsi 

Ģəxsi keĢikçi (qvardiya-M. A.) sifətində Kiaksarın yanında qalmıĢdır. O, iĢquzları öz 

döyüĢçülərinə  hərbi  iĢi,  xüsusilə  onların  çox  mükəmməl  malik  olduqları  oxatmanı 

Midiya  gənclərinə  öyrətməyə  məcbur  etdi.  Midiya  ordusu  yenidən  quruldu, əvvəlki 

qəbilə  bölgüsü  əvəzinə,  silahların  növünə  görə  bölündü;  bu  əhəmiyyətli  dərəcədə 

onların döyüĢ qabiliyyətini artırdı (14, 11). 

Midiyalılar 28 il ĠĢquz çarlarının vassalları olmuĢlar; onlar bu dövlətə tam 

tabe idilər. Oğuz alaylarının açıq döyüĢdərdə, qılınc gücünə, qan bahasına qurduqları 

böyük dövlət çox asan yolla itirilmiĢdi. 

Bu  səltənəti  ya  özündən  çox-çox  güclü  bir  dövlət,  yaxud  da  qəzəbli  xalq 

üsyanları yıxa bilərdi. Bunların heç birisi olmayıb. Nə ĠĢquz dövlətinin həndəvərində 

ondan  qüdrətli  dövlət  vardı,  nə  də  ĠĢquz  dövləti  öz  idarə-üsulu  ilə  hakim  olduğu 

ərazilərdəki  xalqları  üsyan  həddinə  çatdırmıĢdı.  ĠĢquz  dövləti  hiylə  və  xəyanət 

nəticəsində  öz  əvvəlki  qüdrətini  itirmiĢdi.  Midiyalıların  baĢçısı  Kiaksar  ĠĢquz 

hökmdarı  Madini  və  yaxın  adamlarını  ziyafətə  dəvət  edib  kefləndirdikdən  sonra 

qılıncdan keçirtdirmiĢdi. Hadisənin məhz belə olmasına Herodot da Ģəhadət verir. 

«Qızıl  kitab»da  mənbəyi  göstərilməyən  (hər  halda  fars  mənbəyidir) 

məlumatda tarixdə Midiya hökmdarı kimi məlum olan Kiaksar Ġran (Med) hökmdarı 

Keyxosrov  kimi  verilmiĢdir.  Burada  da  təəccüblü  bir  Ģey  yoxdur.  Sui-qəsd,  saray 



61 

 

çevriliĢi nəticəsində hakimiyyətə gələn iranlı fars Kir özünü Ġran və ya fars hökmdarı 



yox, məhz Midiya hökmdarı elan etmiĢdir. Zira həmin dövrdə Ġran və ya fars deyil, 

çox  böyük  ərazilərə  fütuhatlı  yürüĢlər  etmiĢ,  Assuriya  kimi  qədim  bir  dövlətin 

məhvinə  səbəb  olmuĢ  Midiya  dövləti  tanınırdı.  Beləliklə,  Rəfiq  Özdəyin  müraciət 

etdiyi mənbələr Midiya tarixini «özəlləĢdirib» Ġran tarixinə qatmıĢlar. 

«Qızıl  kitab»da  Alp  Ər-Tonqanın  ölum  hadisəsinin  tarixi  də  Madinin  qətl 

tarixi ilə eynidir. Kitabda deyilir: «Bu hadisə e. ə. 624-cü və ya 625-626-cı ildə baĢ 

verdi. Assuriya qaynaqlarında Maduva, Herodotda Madyəs kimi gedən qəhrəmanın 

da Alp Ər-Tonqadan baĢqası olmadığı anlaĢılır (25, 37-38). Q. Qeybullayev belə bir 

nəticəyə  gəlir:  «Ehtimal  ki,  Əfrasiyab  tarixi  Ģəxsiyyətdir  və  Midiyada  yaĢayan 

sakların-turların  baĢçısı  olmuĢdur.  Doğrudur,  mənbələrdə  onun  haqqında  məlumat 

yoxdur.  «Avesta»da  deyilir  ki,  tur  (sak)  tayfasından  olan  Franqrasian  iranlıların 

(arilərin)  ArvuĢayana  «ölkə»sini  tutmuĢ,  lakin  Ġran  Ģahı  Keyxosrov  onu  Çiçəst 

(indiki Urmiya) gölü yanında öldürmüĢdür» (8, 159). 

Q.  Qeybullayevin  ehtimal  və  məlumatı  baĢqa  mənbələri  tamamlayır. 

«Türkün  qızıl  kitabı»nda  deyilir:  «Alp  Ər-Tonqanın  adından  və  qəhrəmanlıqından 

müxtəlif  millətlərin  tarixlərində  söz  açılmasına  baxmayaraq  bu  mənbələr  onun 

baĢında durduğu dövlət haqqında yetərli məlumat vermir»

1



Alp  Ər-Tonqanın  türk  dünyasında  və  Yaxın  ġərqdə  bu  qədər  məĢhur 

olması, əlbəttə, hər Ģeydən əvvəl onun ĠĢquz dövlətini Ön Asiyada bu qədər qüdrətli 

etməsi, həmin dövlətin həsəd və heyranlıq doğuran uğurları olmuĢdur. ĠĢquz dövləti 

özündən  sonra  meydana  çıxmıĢ  iki  qüdrətli  dövlətin,  Midiyanın  və  Ġranın 

yaranmasında bəlkə də həlledici rol oynamıĢdır. 

Kiaksar  (Keyxosrov)  üsyan  qaldırmamıĢ,  iĢquzları  açıq  döyüĢdə  məğlub 

etməmiĢ, məkrli bir hiylə ilə onların baĢçılarını məhv etmiĢdir. Bu üsul Ön Asiyada, 

daha  doğrusu  həmin  regionda  sonralar  bir  dəb  halında  vaxtaĢırı  baĢ  verəcəkdir 

(məsələn, Midiya hökmdarı Astiağın Kir tərəfindən devrilməsi). 

E.  ə.  VII  əsrin  sonlarına  doğru  ĠĢquz  çarlığı  Misir,  Ġsrail,  Suriya 

regionlarında  da  sayılan,  ehtiyat  edilən,  bəzən  vahimə  doğuran  qüdrətli  bir  dövlət 

olmuĢdur.  Onlar  regiondakı  bütün  dövlətlərlə  müxtəlif,  o  cümlədən  diplomatik 

müiasibətlərdə olmuĢlar. Buraya Assuriya, Midiya, Manna, Urartu, Misir, Babilistan, 

Fələstin,  Ġsrail,  Lidiya  və  bir  sıra  adları  bu  günə  gəlib  çıxmayan  yarımmüstəqil 

knyazlıqlar daxildir. 

Bütün  alimlərin  etiraf  etdikləri  kimi  mövcudluğu  ərzində  ĠĢquz  dövləti 

regionda  həlledici  qüvvə  olmuĢ,  Ön  Asiyanın  xəritəsinin  dəyiĢməsində,  onun 

tarixində  yeni  mərhələnin  meydana  çıxmasında  yeni  qoĢun  növlərinin,  yeni  döyüĢ 

                                                             

1

A.  Məmmədovun  ĠĢquz  dövlətinə həsr  olunmuĢ  «Oğuz  səltənəti» adlı  kitabında  bu 



dövlət haqqında xeyli məlumat verilmiĢdir. - Bakı, AzərnəĢr. 1992. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə