Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

54 

 

B.  Q.  Qafurov  Mərkəzi  Asiya  əĢyalarının  (bəzək  Ģeyləri  qablar,  silahlar) 



Orta Asiyaya V - VI əsrlərdə gətirildiyini iddia edir. O yazır ki, qəbirlərin bəziləri (?) 

türklərlə əlaqələndirilə bilər. Qəbirdə tapılan bir bürünc üzükdə dörd iĢarədən ibarət 

qədim  türk  runi  yazısı  ilə  sahibinin  adı  həkk  olunub.  Fərqanədə  tapılmıĢ  runi 

yazılarının  sayı  artmaqdadır.  Onlar  Fərqanənin  Tacikistan  hissəsində  (Qaraməzar 

dağlarında və Ġsfarin vadisində) də var. Runi yazı abidələri yazılı mənbələrlə yanaĢı 

türklərin ilk orta əsrlərdə Fərqanənin siyasi və etnik tarixində böyük rol oynadıqlarını 

göstərir.  Bu  mənbələrdəki  məlumatlar  yaxın  vilayətlər  olan  Çaça,  daha  çox 

Semireçiyə da aiddir (6,295). 

Orta  Asiyada  sənətkarlığın  inkiĢafında  göytürklərin  rolu  barədə  B.  Q. 

Qafurov  deyir  ki,  arxeoloji  materialların  göstərdiyi  kimi  türklərin  Orta  Asiyaya 

gələnə  qədər  yüksək  dərəcədə  inkiĢaf  etmiĢ  peĢə-sənət  istehsalı  vardı.  Onların 

zərgərlik  məmulatları  və  bəzəkləri  yüksək  səviyyədə  idi  və  müxtəlifliyi, 

rəngarənkliyi,  zənginliyi,  özünəməxsusluğu  ilə  seçilirdi.  Türk  sənətkarlığının  təsiri 

altında  yerli  prototiplər  bazasında  Soğd  və  Fərqanə  keramikasının  bir  sıra  spesifik 

formaları  tərtib  olunurdu  (məsələn,  gözəl  gil  parçlar).  «VII  -  VIII  əsrlərdə  türk 

ünsürü Orta Asiya cəmiyyəti tərkibinə möhkəm daxil olur. Nəticədə Orta Asiya hərbi 

iĢi  türklərin  gətirdikləri  silahlar,  taktiki  fəndlər  hesabına  zənginləĢərək  əhəmiyyətli 

dərəcədə impuls (təkan) alır. MəiĢətin müxtəlif sahələrinə türk təsiri olduqca böyük 

idi. O dövrün incəsənət əsərlərində türk (obrazı) təsvirinə tez-tez rast gəlmək olurdu. 

Türk  xalq poeziyası  və  eposu,  Orta  Asiya  xalqlarının  epos  və  ədəbiyyatı  bir-birinə 

qarĢılıqlı  təsir  edirdi.  Orta  Asiyaya  gəlmə  türklər  dini  həyatda  mədəni  dəyərlər 

yaradılmasında fəal iĢtirak edirdilər» (6,630). 

Müəllifin  türklərin  mədəniyyəti,  hərbi  taktikaları  və  onların  Orta  Asiya 

xalqlarına  təsir  gücü  haqqında  mülahizələrinə  heç  kəs  irad  tuta  bilməz.  «Xalqlar 

dostluğu»  konsepsiyasından  çıxıĢ  edilərək  deyilən  bu  sözlərdən  çox  böyük  bir 

mətləbi malalamaq üçun istifadə edildiyinə hər adam sezə bilməz. Axı burada türklər 

VII  əsrdən  əvvəlki  Türküstandan  açıq-aĢkar  təcrid  olunur,  yerli  hesab  edilmir,  öz 

doğma yurdlarına «gəlmə» elan edilir. Və bir də Orta Asiya (Türküstan) ilə türklər 

arasında  qara,  qalın  xətt  çəkilir.  Bu  xətt  eranın  VI  -  VII  əsrlərindən  keçir  və  Orta 

Asiya türkləri bir xalq kimi XI əsrdə bələkdən açılır. Eranın əvvəlinin adı çəkiləndə 

isə türklərin Orta Asiyaya gəlməsi yox, «sızması» qəbul edilir. 

B.  Q.  Qafurov  VI  -  VII  əsrlərdə  belə  türklərin  çoxluq  təĢkil  etdikləri  Orta 

Asiyanı Türküstan hesab etməyi mümkün saymır. Biz bir anlığa Kəngər türklərinin 

hakim olduqları Səmərqənd dövlətini bir kənara qoyub Çin səyyahlarının Orta Asiya 

haq-qındakı məlumatlarına nəzər salaq. Xuttalyanda əhalinin yarıeı «yerli», yarısı da 

türkdur;  Fərqa-nədə  iki  çarlıqdan  birinin  çarı  türkdür;  739-cu  ildə  və  sonralar 

Fərqanə  türk  Arslan  Tərxan  tərə-findən  idarə  olunurdu;  ĠsrövĢənə  hakimi  türk 

olmuĢdur;  ġuman  çarı türk  olmuĢdur;  Toxarıstanı  türk  Yaqbusu  (türk  titulu-M.  A.) 

idarə edirdi; Xuttalyan çarı türkdür; Çaqanian hakimi türkdür. 



55 

 

Təkrar  edirik  ki,  bu  məlumatları  və  onların  əsasında  B.  Q.  Qafurovun 



konsepsiyasını  belə  baĢa  düĢmək  lazımdır:  mənbələrdə  «Türklər»  dedikdə  özlərini 

«türk»  adlandıranlar  və  VI  əsrdə  Türk  xaqanlığını  yaradanlar  nəzərdə  tutulur. 

Əlbəttə, yalnız bu mənada türklər (yəni özünü «türk» adlandıran etnos) Orta Asiyada 

VI əsrdən məlum ola bilərdi. «Türküstan» anlayıĢı da bu əsrdə yaranır. Ondan əvvəl 

isə Orta Asiyada türkmənĢəli etnoslar yaĢayırdı və onların ərazisi hələ e. ə. VII əsrdə 

Turan adı ilə məlumdur. Bədbəxtlik də ondadır ki, «türk» etnonimi ilə «Türk dilləri 

ailəsinə mənsub» anlayıĢı indiyədək tarixĢünaslıqda ayırd edilmir və nəticədə özünü 

«türk» adlandıranlardan (yəni VI əsrdən) əvvəlki türkmənĢəli etnoslar (Orta Asiyada 

saklar, massagetlər, kuĢanlar, eftallar (ağ hunlar) və b. iranmənĢəli sayılmıĢdır. B. Q. 

Qafurov  da  bunu  baĢa  düĢməkdə  çətinlik  çəkir;  «Qafurov  kopsepsiyası» 

tərəfdarlarının  nəzərinə  aĢağıdakı  fikri  çatdırmaq  yerinə  düĢər.  «Türk  xalqları 

Mərkəzi Asiya çöllərindən çıxmıĢlar. Köçəri həyat sayəsində onlar hələ bizim eradan 

əvvəl  I  minilliyin  ortalarında  sürətlə  Avro-Asiya  çöl  zonasına  yayılmıĢlar. 

Arxeoloqların  məlumatlarına  görə  türkdilli  monqoloidlər  Orta  Asiyanın  antik 

Xarəzmində  bizim  eradan  əvvəlki  dövrün  IV  əsrindən  də  əvvəl  üstünlük  təĢkil 

edirdilər.  Beyük  türkoloq  s.  Y.  Malovun  fikrincə  «türklər  eradan  əvvəl  V  əsrdə 

harada  yaĢamıĢlarsa,  əsasən  (kiçik  istisnalarla)  indi  də  həmin  yerlərdə 

məskundurlar». O təsdiq edir ki, «türk dilləri hazırda bizə məlum olan indiki tərkibdə 

və  indiki  quruluĢda  bizim  eradan  beĢ  əsr  əvvəl  də mövcud  olmuĢdur».  Beləliklə,  S. 

Y. Malova görə antik dövrdə Çindən Dunaya qədər Avro-Asiya köçəri tayfalarının 

skif-sarmatlar da  daxil  edilməklə  dilləri türk  dili idi  - həm də  «özünün  bu  gün  bizə 

məlum olan tərkibində və indiki quruluĢunda» (1, 3-4). 

Lakin  bu  mülahizə  də  qaneedici  deyil.  Eradan  əvvəl  XV-XIV  əsrlərdə 

mütəĢəkkil süvari, ordulara malik qədim hunların Çinə qarĢı apardıqları müharibələr, 

dinamik  həyat  tərzləri  onların  e.  ə.  V  əsrdən  deyil,  bəlkə  daha  qabaqkı  dövrlərdən 

adları çəkilən ərazilərə yayılıb məskunlaĢdıqlarını söyləməyə imkan verir. 

Müəllifin  skif-sarmatları  haqlı  olaraq  türk  etnosları  kimi  götürməsi  ən 

qədim  türklərin  (dəqiqi  türkmənĢəlilərin)  ġərqi  Avropaya  və  Ön  Asiyaya  eradan 

əvvəl VIII əsrdə yayıldığına Ģəhadət verir. 

Biz  yuxarıda  B.  Q.  Qafurovun  «Taciklər»  əsərində  qədim  türk  etnosları 

barədə fikirlərinə bəlkə də bir qədər çox yer ayırdıq. Bu heç də onun tədqiqatçı kimi 

Ģəxsiyyətinə ehtiramımızı azaltmır. Onun əsəri böyük əməyin məhsuludur. Biz yalnız 

demək istəyirik ki, türk xalqlarına qarĢı mənfi emosiya tarixi tədqiqatlara da sirayət 

etmiĢdir  və  bir  iranĢünas  kimi,  B.  Q.  Qafurov  da  bu  xəstəlikdən  azad  ola 

bilməmiĢdir.  Bir  cəhəti  də  nəzərə  almaq  lazımdır:  türklərin  tarixi  ilə  indiyədək 

əsasən iranĢünaslar və onların məktəbinə mənsub türkĢünaslar məĢğul olmuĢlar. 

 

 

 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə