39
Biomüxtəlifliyin azalması səbəblərindən biri səhralaşmadır. Azərbaycan ərazisinin 42,5 %-i və ya 3,7
mln. ha sahəsi eroziyaya uğramışdır. Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər
yem bazası ilə təmin olunmaması, mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların,
meşə ərazilərinin həddən artıq otarılması səhralaşmaya səbəb olur.
Xəzər dənizinin Azərbaycana aid sularında biomüxtəliflik üçün əsas təhlükələr suyun zərərli kimyəvi
maddələrlə (neft karbohidrogenləri, karbonukleitidlər, xlor üzvi birləşmələri, ağır metallar və s.)
Volqa çayının axını ilə çirklənməsi və invaziv növlərin çoxalması hesab olunur. Antropoloji təsirlərin
ən kəskin nəticələri Azərbaycanın ixtiofaunasında, xüsusən onun əmtəəlik növlərində özünü
göstərmişdir. Volqa və Kür çayı axarlarının tənzimlənməsi və suvarma məqsədi ilə istifadəsi, qiymətli
balıq növlərinin (nərə, bölgə və qızıl balıq) təbii çoxalmasına öz mənfi təsirini göstərmişdir. Xəzər
hövzəsinə tökülən iri çaylar, xüsusilə Kür çayının üzərində su-elektrik stansiyalarının tikilməsi
qiymətli keçici balıqları öz təbii çoxalma yerlərindən məhrum etmiş və bu da onların say
dinamikasının kəskin azalmasına səbəb olmuşdur.
6.3.1.
Təsirlərin qiymətləndirilməsi
Ümumilikdə Strategiyanın qoyulan məqsədlərə çatması və hədəflərinin icrası ətraf mühitin ənənəvi
enerji mənbələri ilə müqayisədə çirklənmənin qarşısını alacağı, biomüxtlifliyə bu mənbələrdən olan
təsirlərin kəskin azalmasının müşahidə ediləcəyi gözlənilir. Digər tərəfdən bərpa olunan enerji
növlərindən istifadəyə dəstək veriləcək, yerli hakimiyyət orqanlarının bərpa olunan enerji layihələrinin
inkişafında biomüxtəlifliyin qorunmasına marağın artırmasını formalaşdıracaqdır.
Bununla yanaşı, Strategiya hədəflərinin icrası (tikinti və fəaliyyət dövründə) qiymətli təbiəti mühafizə
komplekslərinə mənfi təsirlər, heyvanların narahıtlığı, nadir bitki növlərinin itirilməsi təhlükəsi, fauna
növləri üçün qida mühitinin azadılması, növlərin çoxalmasına, təbii ekoloji mühitin dəyişməsi
əhəmiyyətli təsirlərə səbəb ola bilər.
Külək Elektrik Stansiyası
Qiymətləndirmə üzrə xüsusilə Külək enerjisindən istifadənin layihələndirilməsi, habelə fəaliyyətinin
əhəmiyyətli təsirlərinin olacağı müəyyən edilmişdir. Belə ki KES qurğularının ətraf mühitə olan
təsirlərinə səs-küy, vibrasiya və infrasəslərin yayılması, KES turbinləri quşların (dəniz quşları,
köçəri quşlar) digər ərazilərə miqrasiyasına və ya tələf olmasına səbəb ola bilər. Bu xüsusilə də
yaxınlıqda yerləşən mühafizə olunan təbiət zonalarına, mühüm ornitoloji ərazilərə və quşların
miqrasiya yollarına aiddir.
Külək enerjisi qurğularının dənizdə qurulması və demontajı (sökülməsi), kabellərin çəkilməsi zamanı
görülən işlər balıqların, dəniz məməlilərinin, dəniz tısbağalarının və quşların səs-küy, vibrasiya, vizual
təsirləri ilə, həmçinin suyun dibinin çöküntülərinin yayılması ilə suyun bulanıqlığının artması
nəticəsində öz qidalanma ərazilərini müvəqqəti tərk etmələrinə səbəb ola bilər. Külək elektrik
stansiyaları vizual təsir etmə (landşaft xüsusiyyətləri ilə uyğunsuzluq, səs-küy, vibrasiya, günəş
şüasının yanıb-sönmə effekti) qabiliyyətinə malikdirlər. Bu onların yerləşməsi və biomüxtəliflik
nümayəndələri ilə olan təmas xəttinin uzunluğundan, həm də təmas məsafəsindən asılı olaraq dəyişir.
Külək enerjisi qurğularının yerləşdirilməsi zamanı sahənin seçilməsində, ərazinin quşlar üçün
əhəmiyyətinin təhlil edilməsi və təbii həssas ərazilərdə bu qurğuların istismarı üçün istifadəsindən
yayınmaq təklif edilmişdir. Bu məqsədlə aşağıda hazırlanmış GİS xəritə əlavə olunur:
40
41
KSES
Düzənlik ərazilərlə müqayisədə qeyri-əlverişli mühəndis-geoloji şəraitə malik dağ rayonlarında
hidroenerji qurğularının yaradılması sahil massivlərinin dağılmasına və biomüxtəlifliyin təbii ekoloji
mühitinin pozulmasına səbəb ola bilər. Çaylarda və dağ çaylarında hidroenerji potensialından istifadə
təbii ekoloji mühitin dəyişməsi, axımın tənzimlənməsi, kimyəvi tərkibin, temperaturun və oksigen
rejiminin dəyişməsinə səbəb olur ki, bu da çayın aşağı axarında su ekosisteminə əhəmiyyətli təsir edə
bilər.
Çaylarda fraqmentasiyaların yaradılması kürüləyən balıqların miqrasiya yollarında təcridlər
yaratmaqla bu növlərin çoxalmasına qeyri-əlverişli təsir etməklə ekosistemə əhəmiyyətli neqativ təsir
göstərir. Ümumiyyətlə, hidroenerji potensialının inkişafı axınlarda suyun fiziki-kimyəvi
parametrlərinin (temperatur, axın rejimləri, həll olunmuş qazlar) dəyişməsinə səbəb ola bilər. Bu isə su
biomüxtəlifliyinə təzyiqə səbəb ola bilər.
KSES-lər derivasiya metodu ilə nəzərdə tutulsa da, dağ çaylarında bir neçə KSES-in layihələndirilməsi
çaylarda quraqlıq dövrlərində quruma təhlükəsinə yarada və çay ekosisteminə mənfi təsir edə, çayların
minimum axınlarını azalda və bu baxımdan su ilə bağlı bitki və heyvanlar aləminə təsir edə bilər
(məsələn, balıq populasiyası təşkil edən növləri dəyişdirə, balıqları yem mənbələrindən məhrum edə
bilər).
Biokütlə
Strategiya çərçivəsində biokütlə enerjisi olaraq əsasən bioqazdan istifadə nəzərə tutulmuşdur. Buna
baxmayaraq, biokütlə üzrə digər mənbələr istisna edilməmişdir. Bu baxımdan müxtəlif təsərrüfat
məqsədləri və enerji mənbəyi kimi bitki kütləsindən istifadənin təsirləri xüsusilə qiymətləndirilmişdir.
Aparılan baza təhlillərinə əsasən, Azərbaycanda torpaq ehtiyatları çox olmadığı üçün, habelə bitki
kütləsinin zəif olması səbəbiylə bu hədəf üzrə təsirlərin qiymətləndirilməsi zəruri hesab edilmişdir.
Belə ki, 5%-dən artıq bitki kütləsindən istifadə edilməklə enerji alınması, biosferdə maddələr
dövranında əhəmiyyətli dəyişikliyə səbəb ola, onların istehsalı prosesində yüksək məhsuldarlıq üçün
tətbiq edilən pesitisid və digər zərəvericilərin istifadəsi torpağın məhsuldarlığının azalmasına və bitki
örtüyünün tamamilə azalmasına səbəb ola bilər. Müxtəlif təsərrüfat məqsədləri və enerji mənbəyi
kimi bitki kütləsindən həddən artıq istifadə edilməsinin qarşısının alınması.
Digər mənbələr - GES, Geotermal enerji mənbələrindən istifadə üzrə təsirlərin zəif olacağı
qiymətləndirilmiş, layihələndirmə mərhələsində konkret ətraf mühitə təsirin qiymətləndirilməsinin
aparılması və yumşaldılma tədbirlərinin uyğun yer seçimi və biomüxtəlifliyin xüsusiyyətləri nəzərə
alınaraq, müəyyən edilməsi zəruri hesab edilir.
Bütün Biomüxtəliflik, flora və faunaya təsirlər və yumşaldılma təklifləri aşağıdakı cədvəldə
verilmişdir:
Dostları ilə paylaş: |