16
3.4 Ətraf mühit məsələləri üzrə əlaqədar qurumlar
4
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə miqyasında ətraf mühitin mühafizəsi, təbii
sərvətlərin davamlı istifadəsi və bərpası, habelə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün
cavabdeh icra orqanıdır. Yerli səviyyədə isə ETSN özünün
regional yerli idarələri – Ekologiya və
Təbii Sərvətlər şöbələri vasitəsilə fəaliyyət göstərir.
Bununla yanaşı ətraf mühit məsələləri üzrə digər əlaqədar nazirliklər və agentliklər aşağıda
göstərilmişdir:
Havanın mühafizəsi - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,
Nəqliyyat Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi;
Biomüxtəliflik,
Meşəçilik, Balıqçılıq – ETSN
Torpaqlar - ETSN, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Üzrə Dövlət
Komissiyası
Su - Fövqəladə Hallar Nazirliyi, ETSN, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Səhiyyə
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
Neftləçirklənmə - ARDNŞ, ETSN , FHN
Təhlükəli tullantılar - FHN,ETSN,SN
Tullantı - İSN, ETSN , İcra hakimiyyəti orqanları vəbələdiyyələr
Mineral
resurslar - ETSN, İSN
İqlim
dəyişikliyi - ETSN, İSN, EN
4
Avropa Qonşuluq və Əməkdaşliq Aləti- Birgəekoloji Informasiya sistemi layihəsi. Ölkə üzrə Hesabat-2014
17
3.
“Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Strategiyası 2015-
2020”
3.1.
Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
(ABEMDA)
Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə
ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə
yaradılmışdır.
ABEMDA Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə
olunması sahəsində dövlət siyasətini həyata keçirir. Dagentlik bu istiqamətdə dövlət tənzimlənməsini,
ABEM-dən istifadə üzrə fəaliyyəti əlaqələndirən və dövlət nəzarətini həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanı olub, bu istiqamətdə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir, bu
siyasətin həyata keçirilməsini təmin edir, sahənin inkişafını və infrastrukturunun yaradılmasını,
iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABEM üzrə enerji
istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə
üzrə dövlət uçotunu və dövlət kadastrını aparır və fəaliyyətini həyata keçirir.
4.2 Azərbaycan Respublikasında ABEOM-dən istifadə fəaliyyəti
Azərbaycan Respublikasında ABEOM-dən istifadə üzrə cari fəaliyyət
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı"na əsaslanır. Proqram üzrə faktiki olaraq, bir çox layihələr həyata
keçirilmiş və ya icra edilməkdədir. Proqramın qəbulundan sonra 2009-cu ildə Respublikada 14,4 MVt,
o cümlədən ümumi gücü 12,2 MVt olan 9 kiçik su elektrik stansiyaları və 2,2 MVt gücündə 2 külək
elektrik stansiyaları istifadəyə verilmişdir.
2014-cü ildə ölkədə qoyuluş gücü 1245 MVt olan bütün bərpa olunan enerji mənbələri hesabına
1480,0 milyon kVt.saat elektrik enerjisi istehsal olunmuşdur. Bu da təqribi hesablamalara görə 298,5
min ton mazuta və ya 429,2 milyon kub metr təbii qaza qənaətlə yanaşı, müvafiq olaraq 919,4 min ton
və ya 763,9 min ton karbon dioksidin (CO
2
) atmosferə atılmasının qarşısını alır.
Bakı şəhərində hər birinin layihə gücü
2,8 MVt olan
Suraxanı və Pirallahı günəş elektrik
stansiyalarının (GES), 3 MVt olan Qaradağ-Sahil GES-in və 9 MVt olan Qaradağ-Sanqaçal
GES-in tikinti-quraşdırılma işləri davam etdirilir. Birinci mərhələdə Suraxanı və Pirallahı günəş
elektrik stansiyalarında müvafiq olaraq 1,4 və 1,0 MVt güclər mərkəzi şəbəkəyə qoşularaq enerji
istehsalına başlanmalıdır.
Sumqayıt şəhərində layihə gücü
2,8 MVt olan GES-də hesabat dövründə 1,7 MVt generasiya gücü
quraşdırılmış və onun ümumi enerji sisteminə qoşulması işləri davam etdirilir.
Samux rayonundakı Aqroenerji kompleksində layihə gücü 2
,8 MVt olan GES üzrə 1,0 MVt
generasiya gücü quraşdırılmış və ümumi enerji sisteminə qoşulmuşdur. Həmçinin, kompleksdə 3
mərtəbəli idarəetmə mərkəzi və dispetçer xidmətinin binasının tikintisi də davam etdirilir.