1
ç
ALXAN BAYRAMOĞLU
MİRZƏ ƏLƏKBƏR SABİR
(qısa tərcümeyi-hal)
Bakı, “Nurlan”, 2001
Azərbaycan Milli Elmlər Akademiyası,
Nizami adına Ədəbiyyat İnstitutu
Elmi redaktoru: Əziz MİRƏHMƏDOV
ALXAN BAYRAMOĞLU. MİRZƏ ƏLƏKBƏR
SABİR
(qısa tərcümeyi-hal). Bakı, "Nurlan” , 2001, 139 səh.
Filologiya elmləri doktoru Alxan Bayramoğlunuıı monoqrafi-
yasında böyük Azərbaycan şairi M. Ə.Sabirin həyat və yaradıcılıq
yoluna milli ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq, klassik sə-
nətkarın elmi tərcümeyi-halının yazılması prinsipləri əsasında nəzər
salınır. Ona görə də həm sabirşünaslığın nailiyyətləri, həm də
müəllifin üzə çıxartdığı bir sıra yeni faktların elmi-nəzəri şərhi
əsasında yazılan bu əsər Sabirin həyat və yaradıcılıq yoluna orijinal
yanaşma tərzi diqqəti cəlb edir.
Monoqrafiyanın sonunda şairin poeziyasından bir neçə nümunə də
verilir.
46020000
M -------------
N-98-2001
© “Nurlan" - 2001
4
Həmişə bizimlə olan şair
Şairəm, əsrimin ayinəsiyəm,
Məndə hər kəs görür öz qaş-gözünü...
Bu sözləri böyük şairimiz Sabir özünün, öz poeziyasının
mə'na, məzmun və fikir tutumu, sənətkarlıq məziyyətləri haqqında
deyərkən necə də haqlı idi. Şairin müdrikliklə söylədiyi həmin
fikirlər özünü bu gün də doğrultmaqdadır; doğrudan da, Sabirin
satiralarını hər dəfə nəzərdən keçirəndə və ya fikrimizdə
dolandıranda orada hazırkı vəziyyətimizin və ya sosial-mə'nəvi
problemlərimizin hansısa səhifəsini görür və şair uzaqgörənliyinə,
şair müdrikliyinə, onun incə və həssas müşahidə qabiliyyətinə,
psixoloji təhlil bacarığına, vətəndaşlıq cəsarətinə, milli təəssüb
hissi ilə həmvətənlərinin tərəqqisi uğrunda yorulmadan apardığı
mübarizədə sabitqədəm olmasına heyranlığımızı saxlaya bilmirik.
Çünki Sabir hər şeydən əvvəl vətəndaş şairdir. Onun öz xalqına,
vətəninə bəslədiyi vətəndaşlıq yanğısı ürəyinin qanı ilə qələmə
aldığı satiralarına hopmuşdur. Nəticədə həmin yanğı bir tərəfdən
şairin soydaşlarını tərəqqi və inkişafa yönəltmək üçün ürəklərə
istilik, hərarət verirsə, digər tərəfdən də bu inkişafa mane olan
ictimai-milli və mə'nəvi-psixoloji eybəcərlikləri öz alovu ilə
qarsalayır, yandırır. Bu alovun şiddətindən dəhşətə gələn ictimai
tiplər, köhnəlik və ətalət qalıqları, tərəqqi və yenilik buxovları
sanki səs-səsə verərək həyəcanla deyirlər:
5
Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə...
Cümlə dolaşdı, qoymayın!
İşyavalaşdı, qoymayın!
El uyuşub azanlara,
Gündə qəzet yazanlara.
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddidən aşdı, qoymayın!
Bu ictimai tipləri narahat edən millətdaşiarının oyanıb öz
haqlarını anlamağa başlamaları idi. Çünki bu, onlara sərf eləmirdi.
Əlləri hər şeydən üzülüb əlacsızlıqla başlarına döyməli olanda isə
öz günlərinə ağlayan həmin tiplər belə nalə çəkirdilər:
Vay, vay! Nə yuman müşkülə düşdə işim, allah!
Fəryadimə yet kim, yanıram atəşə, billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,
İstərlər ola bəndələrin taği və gümrah,
Etdim nə yaman əsrə təsadüf, aman, ey valı!
Lahövla vəla qüvvətə illa
VE
billah!
Başqa bir zümrə isə öz xeyrini başa düşməyib, övladının işıqlı
gələcəyinin hansı istiqamətdə olduğunu dərk edə bilmədiyi üçün
üzünü qəzəblə yenilik carçılarına tutaraq “Oğul mənimdir əgər,
oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər. oxutmuram, əl çəkin!”
-deyə qızğınlıqla e’tiraz edilirsə, “Bəxtəvər" satirasında oğlunun
tərbiyəsizliyindən və azğın hərəkətlərindən vəcdə gələn atanın
nadanlığı, dargözlüyü ifşa olunur. Satirada nadan ata oğlunun
dırnaqarası qəhrəmanlığı haqqında öz arvadına vəcdlə belə mə
lumat verir:
6
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Durmuş idim küçədə, bir də nə görüim, həman
Ağrısını aldığını Feyzi gəlir lap piyan.
Çatcaq urub bir qoca saili qusdurdu qan,
Gözlərinə döndüyüm sanki bir aslan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Övladının bu cür azğınlıqlarında, ictimai faydalı əməllərdən
yayınıb sözün əsl mə'nasında uçuruma doğru yönəlməsində öz
xidmətlərindən də həvəslə danışır:
Yaxşı olııb mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim,
Qonşumuzun oğlutək ınəktəbə göndərmədim,
Doğrusu, məktəb demək guşeyi-zindan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Təəssüflər olsun ki, bu cür atalara, valideynlərə yenə təsadüf
edirik. Elə adamlar da var ki, öz bacarığı olmadığı halda iş gö-
rənlərin hərəsinə bir qulp qoyur, onların qaralarına olmazın böh-
tanlar yağdırırlar. Ancaq həmin böhtanladıqları adamlarla üz-üzə
gələn kimi başqa şəklə düşüb onlara yalmanırlar. Belələri özlərinin
simasızlıqları, hər cür yeniliyə qarşı çıxmaları ilə həmvətənlərini
də uçuruma yuvarladırlar. Sabirin ifşa hədəfinə çevirdiyi bu cür
zümrələr özlərini oxuculara belə təqdim edirlər:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz.
Doludur lə'nət ilə, qeybət ilə söhbətimiz.
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfır edərik!
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürsək, ona qarşı olarıq,
Bə'zinə diş qıcadıb, bə'zinə quyruq bularıq,
Dostları ilə paylaş: |