7
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Təəssüf ki, bu cür ictimai-mə'nəvi eybəcərliklər cəmiyyəti-
mizdə çoxdur. Çox olduğu üçün də Sabir satiralarının mövzu və
problematika dairəsi genişdir, rəngarəngdir.
Yuxarıda misal gətirdiyimiz satiralarda da, “Anyaları, sonya-
ları yanlayan”, ancaq “Zalxalar daxmasına çöksə qaranlıq bizə nə!”
—deyən, pulu Məkkəsi, Mədinəsi, izzəti, şanı, şövkəti bilən,
əlsiz-ayaqsızları qapıdan qovan, onları adam yerinə qoymayan bir
çox başqa zümrələr də öz danışıqları ilə daxili aləmlərini, həyata
baxışlarını, düşüncələrini oxucunun gözü qarşısında açırlar. Özü
də bu “danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi
olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdirlər...
Sabirin satirik ifşa üsulları dialoqlarla, qarşı tərəfə müraciət
şəklində giley-güzarla, bə'zən öyüd, nəsihətlə olur. Müşahidələr
göstərir ki, bu üsulların da hər birini tipin xarakteri, mövzuya
uyğun seçilən fikrin ifadə forması müəyyənləşdirir. Məsələn,
“Əhval-pürsanlıq, yaxud qonşuma” satirasındakı
—Nə xəbər var, məşədi?
—Sağlığın!
—Az-çox da yenə?
—Qəzet almış Hacı Əhməd də...
—deyə baş-başa verən ictimai tiplərlə, “Bura say!” satirasın-
dakı Zilli Soltanla camaatın dialoqunu, “Vah, bu imiş dərsi-üsu-
li-cədid?”—deyən köhnəlik tərəfdarı ilə “Çatlayır, Xalbacı
qəmdən ürəyim”—deyə giley edən avam qadının danışığını ey-
niləşdirmək olmaz. Eyni zamanda “Millət necə tarac olur, olsun, nə
işim var?!”— deyən satirik tiplə “Mən bilməz idim bəxtdə bu cür
nikbət olurmuş”,— deyənləri yan-yana qoymaq mümkün deyil.
Çünki onların hər birinin öz siması, öz düşüncəsi, öz
8
danışıq tərzi var.
Sabirin “Səttarxana” şe'ri ilə Məhəmmədəli şaha həsr etdiyi
“Doğrudan, Məmdəli, qeyrət həlal olsun sənə!” satirası arasındakı
fərq milli azadlıq qəhrəmanı Səttarxanla despotluq nümunəsi
Məhəmmədli şahın arasındakı fərq qədərdir”.
Sabirin poeziya sərvətində uşaqlara, onların geniş dünyagö-
rüşlü, ayıq vətəndaş kimi böyümələrinə qayğı və diqqət də özgün
yer tutub. Şair bir tərəfdən körpə balalarımızın dili ilə “Gəl, gəl, a
yaz günləri”,— deyə təbiəti oyanmağa səsləyir, bir tərəfdən onun
məktəb yoluna çıxıb irəliləməsinə mane olan buzu təhdid edirsə,
digər tərəfdən də üzünü onlara tutub qayğıkeşliklə belə nəsihət
edirdi:
... Vəqfdən daim istifadə edin;
Elm təhsilini iradə edin,
Çalışın, hiniyaz olun, çalışın!
Elm ilə sərəfraz olun, çalışın!..
Sabir heç vaxt islam dininin əleyhinə olmamışdır. Əksinə,
dindən öz kisələrini doldurmaq üçün istifadə edib xalqı soyan,
əməlləri ilə islamı və müsəlman dünyasını hörmətdən salıb,
dindaşlarını ətalət və cəhalətə sürükləyən mollaların, ruhani adına
ləkə olan din vaizlərinin əməlləri ilə barışa bilmirdi. O, dindən,
islamdan uzaq öyrənilən elmin zərərini, xalqa, vətənə xeyirdən
çox ziyan gətirə biləcəyini yada salaraq taziyanələrinin birində
yazırdı:
Dinsizlik ilə kəsb olunan bir mədəniyyət,
İnsanlığın olduqca bəlayası deyilmi?
Məhdi-mədəniyyət ki, deriz mülki-firəngə
Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?
Sabir cəmiyyətdə rast gəldiyimiz ictimai tiplərin, zümrələrin
hamısını bir yerə yığıb özünün odlu satira qırmadan ilə döyəc-
9
lədikcə onlar səs-səsə verib bu satira sahibinə lə'nətlər yağdırmağa
başladılar. Lakin şair həmin tə'nələr selinin önündə məğrurluqla
dayanaraq deyirdi:
Seyli-tə'n öylə təməvvüclə alıb (lövri-bərim—
Bənzərəm bir qocaman dağə ki, dəryada durar!
Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zöyrəqi-himmətim əvvəlki təmənnada durar!
...Nə qəm, uğratsa da bir giin məni ifnayə zaman,
Mən gedərsəmsə məramını yenə dünyadə durar!
Doğrudan da, sadiq dostu, vətənpərvər şair Abbas Səhhətin
yazdığı kimi, mövzuları və təsvir, ifadə üsulları ilə “köhnə şe'rlə
yeni şe'r arasında bir əsrlik uçurum yaradan”, satiralarının tənqid
və ifşaçılıq pafosu ilə şüurlarda inqilab edən Sabirin məramı,
amalı, dərdləri, ağrıları bu gün yenə bizim yol yoldaşımızdır.
Bütün bunlan nəzərdə tutaraq hər ilin may ayında Şamaxı
rayon məktəblərində şairə həsr edilmiş silsilə tədbirlər keçirir,
Sabir irsinin gəne nəslə daha geniş çatdırılması üçün xüsusi
proqramlar hazırlayırıq. Bundan əlavə Şamaxı rayon İcra
Hakimiyyəti Sabirin qəbirüstü abidəsini, onun özünə layiq şəkildə
yenidən qurulması məqsədilə layihələşdirmişdir.
Şairin “Hophopnamə”si onun 100 illik yubileyindən sonra tam
halda çap edilməyib. Həm “Hophopnamə”nin nəşri, həm də ali
təhsil müəssisələrində Sabir təqaüdlərinin tə’sis olunması şairin
irsinin daha geniş yayılmasına kömək olardı...
Akif Əliyev, Şamaxı rayon icra Hakimiyyətinin
başçısı.
MAY 2001
10
11
zərbaycan ədəbiyyatının Ə.Xaqani, N.Gəncəvi,
İ.Nəsimi, M.Füzüli, M.P.Vaqif, M.F.Axundov... kimi
klassik sənətkarları sırasında Mirzə Ələkbər Sabirin
də özgün yeri var. Çünki öz sələfləri kimi o da yaradıcılığı ilə
ədəbiyyat tariximizdə yeni mərhələ açmışdır. Bu mərhələ də şairin
əsasını qoyduğu inqilabi satira ədəbi məktəbidir.
Sabirə qədər də Azərbaycan şifahi və yazılı ədəbiyyatında
satira olmuş, hətta XIX əsrdə Q.Zakir və S.Ə.Şirvaninin yara-
dıcılığı ilə bu satira ictimai məzmun kəsb etmişdir. Lakin onların
tənqid hədəfləri cəmiyyətin ayrı-ayrı ictimai bəlalarına yönəlsə
də, xalqın ictimai dərdlərini bütövlükdə əhatə edə bilmirdi. Belə
bir işi M.Ə.Sabir gördü. Hər şeydən yazmağa başlayan Sabirin
(C.Məmmədquluzadə) satiraları xalqın ictimai bəlalarını bütün
xırdalıqlarına və incəliklərinə qədər əhatə etməklə bərabər, ona
inqilabi məzmun aşıladı. Yə'ni, xalq Sabir satira güzgüsündə
özünə baxanda mövcud olan sosial- mə'nəvi çatışmazlıqları bütün
çılpaqlığı və qabarıqlığı ilə görərək xəcalət çəkməyə başladı. Bu
xəcalət getdikcə insanın öz-özünə qarşı çevrilmiş qəzəbə döndü
və o, içində çabaladığı sosial-psixoloji çirkabdan çıxmaq,
təmizlənmək üçün silkələnib ayağa durmağa çalışdı. Demək,
Sabir satiraları cəmiyyətin, xalq həyatının ictimai-milli
naqisliklərinə
bütövlükdə,
özü
də
açıq-aydın,
fəal
vətəndaş-müəllif tendensiyalılığı o nüfuz etməklə inqilabi
məzmun kəsb etdi. Çünki, K.Marksın dediyi kimi, “xəcalət də bir
növ inqilabdır. Xəcalət—qəzəbdir. Ancaq insanın özünə qarşı
çevrilmiş qəzəl. Həqiqətən bütöv bir millət xəcalət çəksəydi,
sıçramağa hazırlaşaraq
Dostları ilə paylaş: |