28
kamül prosesi keçmişdi. Eyni zamanda, “Lisan bəlası” da meydana
çıxanadək təxminən belə bir dövr keçimşdi. Deməli, tarixi-ictimai
şəraitə uyğun olaraq Sabiranə və mollanəsrəddinanə üslub paralel,
daha doğrusu, qovuşuq şəkildə formalaşmış, kamala çatmışdır.
“Molla Nəsroddin”i zəmanə özü yaratdığı kimi Sabiri də zəmanə
yaradıb, “Molla Nəsrəddin”ə yoldaş və silahdaş vermişdi
(M.Arif)- Lakin onu da nəzərə almaq lazımdır ki, “Bir məclisdə...”
şe'ri “Lisan bəlası”ndan iki aya yaxın əvvəl (birincisi 1906-cı il
fevralın 10-da, ikincisi isə həmin il aprelin 7-də) çıxmışdır. Odur
ki, Sabirin “Molla Nəsrəddin”i oxuduqdan sonra bu üslubda şe'rlər
yazmağa başlaması fikrinə düşmək faktik cəhətdən doğru olmazdı.
Sabir satira üslubunun “ağırlıq mərkəzi” on iki kişinin məclisinə
düşür. Ancaq bu yaradıcılıq manifesti elə proqram olaraq qala
bilər, bəlkə də unudulardı. “Molla Nəsrəddin” öz gəlişi ilə hələ
yenicə yaranmağa başlayan, bərkiməli bir ədəbi-bədii yaradıcılıq
proqramına tərəfdar və homməslək olmaqla, özünün də çoxdan
bəri belə bir proqram üzərində çalışdığını göstərərək onun pərvəriş
tapmasını, sürəkli inkişafını şərtləndirdi.
“Bir məclisdə on iki kişinin söhbəti” və “Millət necə tarac olur
olsun, nə işim var?!” satiraları arasındakı mövzu, ideya-bədii və
üslub əlaqələri möhkəmdir. Hər iki şe'rin satirik dil və ifadə
xüsusiyyətləri, ifşa üsulu eynidir. Hər iki əsərdə satirik tiplər
danışıqları ilə özləri özlərini ifşa edirlər. Burada Sabirin hadisəyə,
tiplərin daxili aləmlərinin açılmasına heç bir müdaxiləsi görünmür.
Müəllif tendensiyası qabarıq olmaqla bərabər, müəllif “mənfi
zahirən arxa plandadır. Bütün hadisələr, ifşa hədəfinin daxili alənıı
özünün bütün eybəcərlikləri ilə satirik tipin dialoq və monoloqları
ilə açılır. Hər iki satiradakı
1
1. Bax: Mir Cəlal. Sabirin surətlər aləmi. "Ədəbiyyat və incəsənət" qəz.. 16.
23 dekabr 1960.
29
tiplərin ictimai mövqeləri, təfəkkür və danışıq tərzləri də eynidir.
Mövzu və ideya, ifşa üsülu və bədii sənətkarlıq cəhətdən
bir-birindən demək oar ki, fərqlənməyən bu əsərlər (“Bir
məclisdə...” və “Millət necə...”) eyni poetik təfəkkürün məh-
sullarıdır.
Bu danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi
olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdirlər...
Sabirin satirik ifşa üsulları dialoqlarla, qarşı tərəfə müraciət
şəklində giley-güzarla, bə'zən öyüd, nəsihətlə olur. Müşahidələr
göstərir ki, bu üsulların da hər birini tipin xarakteri, mövzuya uyğun
seçilən fikrin ifadə
forması
müəyyənləşdirir.
Məsələn,
“Əhval-pürsanlıq, yaxud qonşuma” satirasındakı
—Nə xəbər var, məşədi?
—Sağlığın!
—Az-çox da yenə?
—Qəzet almış Hacı Əhməd də...
—deyə baş-başa verən ictimai tiplərlə, “Bura say!” satira-
sındakı Zilli Soltanla camaatın dialoqunu, “Vah, bu imiş dərsi-
üsuli-cədid?"—deyən köhnəlik tərəfdarı ilə “Çatlayır, Xalbacı
qəmdən ürəyim”—deyə giley edən avam qadının danışığını
eyniləşdirmək olmaz. Eyni zamanda “Millət necə tarac olur,
olsun, nə işim var?!”— deyən satirik tiplə “Mən bilməz idim
bəxtdə bu cür nikbət olurmuş”,— deyənləri yan-yana qoymaq
mümkün deyil. Çünki onların hər birinin öz siması, öz düşüncəsi,
öz danışıq tərzi var.
Sabirin “Səttarxana” şe'ri ilə Məhəmmədəli şaha həsr etdiyi
“Doğrudan, Məmdəli, qeyrət həlal olsun sənə!” satirası ara-
sındakı fərq milli azadlıq qəhrəmanı Səttarxanla despotluq nü-
munəsi Məhəmmədi şahın arasındakı fərq qədərdir
30
Qeyd etdik ki, biı ədəbi məktəb olmaqla Sabir poeziya məktəbi
“Molla Nəsrəddin“in səhifələrində formalaşmış, kamala çatmışdır.
Bu işdə Cəlil Məmmədquluzadə həm jurnalın redaktoru, həm
də mütəfəkkir kimi mühüm rol oynamışdır. O, “Molla Nəsrəddinin
ideya-bədii cəbhəsinin öz məsləkdaşlarına aydın olmasına
çalışmaqla bərabər, jurnala yeni müəlliflərin cəlb olunması üçün
də aza əmək sərf etmirdi. Digər məsələlərdə olduğu kimi, bu
məsələnin həllində də, yə'ni jurnalın ideya-bədii cəbhəsinin
qüwətləndirilməsi və müəlliflər kollektivinin yaranmasında Sabir
satiralarının tə'sir gücü xeyli iş görmüşdür. Təsadüfi deyil ki, Əli
Nəzmi kimi şairlərin bir neçəsinin poetik ilhamı məhz Sabir
iste'dadının tə'siri ilə hərəkətə gəlmiş və ya onlar
mollanəsrəddinanə, sabiranə üslubda yazıb-yaratmağa başla-
mışlar. Çox keçmədi ki. Sabir ədəbi məktəbinin əhatə dairəsi
“Molla Nəsrəddin” səhifələrindən xeyli kənara çıxaraq ölkənin
müxtəlif guşələrində çıxan mətbuat orqanlarına da sirayət etdi.
Sabir öz inqilabi satira məktəbi ilə “Molla Nəsrəddin”in müdafiə
etdiyi demokratik cəbhənin möhkəmləndirilməsində aparıcı
simalardan olmuşdur. C.Məmmədquluzadə ilə yanaşı, Sabir də
“Molla Nəsrəddin”in ideya cəbhəsinin qüvvətlənməsində, mübariz
inqilabi mövqe tutmasında, bir sıra məsələlərin qoyuluşu və
həllində çox iş görmüşdür. “Molla Nəsrəddin” Sabiri bütün Yaxın
Şərqdə tanıtdığı kimi. Sabir poeziyası da jurnalın oxucular
arasında geniş yayılıb şöhrət qazanmasında mühüm rol oyna-
mışdır.
31
Ümumiyyətlə, “Molla Nəsrəddin”lə Sabiri ayrı-ayrılıqda tə-
səvvür etmək mümkün deyil. Onlar eyni sosial-ictimai inkişafın
yetişdirdiyi və biri digərini tamamlayan ekizlər timsalındadırlar.
Sabirin “Molla Nəsrəddin”də çıxan ilk şe'ri kimi, sonrakı satira-
larının bir çoxunun da jurnalda C.Məmmədquluzadənin felye-
tonları ilə alt-alta çap olunması hər iki müəllifin qələm məhsul-
larının mövzu və ideya baxımından bir-birin tamamlamaqla yanaşı,
ictimai məzmun və müəllif mövqeyi cəhətdən vəhdət təşkil
etməsindən irəli gəlirdi. Məsələn, C.Məmmədquluzadənin “Niyə
mən dərsdən qaçdım?”, “Tərəqqi əlamətləri”, “Qoloşapovun geri
çağırılması”, “Qamıyoğunlar”, “Həmşəri”, “Həqiqət” adlı
felyetonları ilə Sabirin “Ol gün ki,...”, “Bilməm nə görübdür bizim
oğlan oxumaqdan?!”, “Cəhd eylə sən ancaq...”, “Etdi bu fələk...”,
“Hər nə versən, ver.. ”, "Nolur şirinməzaq etsə...”, “Zahida, gəl
soyunaq bir kərə paltarımızı” kimi satiraları tənqid və ifşa hədəfi,
ideya-məzmun cəhətdən bir-birini tamamlayıb inkişaf etdirən,
qarşılıqlı əməkdaşlığın məhsulu kimi meydana çıxan əsərlərdir.
1
Burada diqqəti cəlb edən odur ki, hər iki yazıçı ictimai həyatda olan
eybəcərliklərə eyni mövqedən və eyni vasitələrlə— ictimai satira
ilə atəş açır. Hər iki müəllifə xas olan qüvvətli satirik iste'dad
tərəqqi və inkişafa mane olan ictimai mənfiliklərə qarşı mübarizədə
bu silahın, yə'ni satira silahının tə’sir gücünün daha da artmasına
səbəb olmuşdur.
Sabirlə C.Məmmədquluzadə arasındakı dostluq və yaradıcılıq
əlaqələri şəxsi görüş, yazışma və fikir mübadiləsi yolu ilə də davam
edirdi. Bütün bunların izi ayrı-ayrı məktub, sənəd və xatirələrdə,
eləcə də “Molla Nəsrəddin” jurnalının poçt qutusu, teleqraf
xəbərləri və s. bölmələrində qalmışdır. Faktlardan aydın olur ki,
C.Məmmədquluzadə Sabirin iste'dad və
bacarığıda
də
1. Ətraflı bax: Məmməd Məmmadov. İdeal qardaşları. Bakı Azərnəşr
1967.
Dostları ilə paylaş: |