Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   27   28   29   30   31   32   33   34   35

103 
 


104 
 
BİR MƏCLİSDƏ 
ON İKİ KİŞİNİN SÖHBƏTİ 
Vekil 
Həqsizə həqli deyib, bir çox günaha batmışam. 
Həkim 
Dərdi təşxis
1
 etməyib, qövm-əqrəba ağlatmışam. 
Tacir 
Mən həlal ilə həramı bir-birinə qatmışam. 
Rövzəxan 
Ümmətin pulun alıb, mən gözlərin islatmışam. 
Dərviş 
Nerdə bulsam soq
 2 
 açıb, min-min yalan söz satmışam. 
Səfi
 
Ruzü şəb
3
 həq-həq deyib, mən hər kəsi oynatmışam. 
Molla
 
Gündə bir fitva verib, məxluqu çox aldatmışam 
Elm
 
Qət'i-ümmid
4
 etmişəm, yeksor
5
 bu qövmi atmışam. 
Cehl
 
Ortada keyf eyləyib, mən həm məramə çatmışam. 
Şair 
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. 
Əvam 
Anlamam hərgiz, cəhalət bəstərində
6
 yatmışam. 
Qəzetəçi 
Mən cəridəm
7
 dolmaq üçün mətləbi uzatmışam. 
 1
 Təşxis—xəstəliyin növünü düzgün müovyən etmə, 
diaqnoz. 
2.
 
Soq (sovq)— bazar, meydan

3.
 
Ruzü şəb—gücə-gündüz 
4 Qət i-ümmid— ümidi kəsinə, əl üzmə. 
5.
 
Yeksər— başdan-başa, büsbütün, tamamilə. 
 6. Bəstər— yorğan-döşək. 
3.
 
Cəridə—qəzet. 


105 
 
             MİLLƏT NECƏ TARAC 
             OLUR-OLSUN, NƏ İŞİM VAR?! 
Millət necə tarac olur-olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur-olsun, nə işim var?!  
Qoy mən tox olum, özgələr ilə nədi karim. 
Dünyavü cahan ac olur-olsun, nə işim var?! 
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, 
Yatmışları razı deyiləm kimsə oyatsın. 
Tək-tək ayılan varsa da, həq dadıma çatsın.  
Mən salim
1
 olum, cümlə cahan batsa da, batsın; 
Millət necə tarac olur-olsun, nə işim var?! 
Düşmənlərə möhtac olur-olsun, nə işim var?! 
Salma yadıma söhbəti-tarixi-cəhani, 
Əyyamı-sələfdən
2
 demə söz bir də, filani,  
Hal
3
 isə gətir meyl eləyim dolmanı, nani,
4
 
Mustəqbəlı
5
 görmək nə gərək, ömrdü fani; 
                 Millət necə tarac olur-olsun nə işim var?! 
Düşmənlərə möhtac olur-olsun, nə işim var? 
Övladı-vətən qoy hələ avarə dolansın 
Çirkabı-səfalətlə əli, baş, bulansın, 
1.
 
Salim— sağ, salamat 
2.
 
Əyyami-sələf -keçmiş     
zamanlar,  
3.
 
Hal— ındı, bu gün.
 
4.
 
Nan— çörək. 
5.
 
Müstəqbəl— gələcək. 


106 
 
Dul övrət isə sailə
6
 olsun, oda yansın, 
Ancaq mənim avazeyi-şə'nim
7 8
 ucalansın, 
Millət necə tarac olur-olsun nə işim var?! 
Düşmənlərə möhtac olur-olsun, nə işim var?! 
Hər millət edir səfheyi-dünyadə' tərəqqi.  
Eylər hərə bir mənzili-mə’vadə tərəqqi, 
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,  
Biz də edərik aləmi-rö’yadə tərəqqi; 
Millət necə tarac olur-olsun nə işim var?! 
Düşmənlərə möhtac olur-olsun, nə işim var.! 
6. Sailə— dilənçi qadın. 
7. Avazeyi-şən— 
$öhrət,  ad-san 
sədası. 
8. Səfheyi-dünya— yer üzü. 


107 
 
ADƏTIMIZ DAŞ IDI
 
DƏ VA GÜNÜ 
Adətimiz daş idi də'va günü, 
Tullandıq əldə sapan qıjhaqıj! 
Hər kəsə dəysəydi edərdi haman 
Bir neçə gün ahü fəğan, ufhauf! 
Mərhəm olurdu, sağalırdı yara, 
Əldə qalırdı yenə can sapbasağ. 
İmdi revolverdi, dönüm başına, 
Nagəh olur gülləfəşan partapart! 
Onda görürsən yıxılıb yanbayan 
Bir neçə növrəstə cəvan laybalay! 
Tüf belə dövranə ki, bədtər olur 
Seyri-fələk, dövri-zəman ilbəil! 
Milləti-islam qırır bir-birin, 
Allah, aman, bu nə yaman qırhaqır! 
Qardaşa bax, qardaşını öldürür, 
Vəhşi olub əhli-cahan sərbəsər! 
Milləti gördükcə belə hərcü mərc 
Könlüm olur dopdolu qan 
qatbaqat. 


108 
 
Böylə gedərsə, Bakı əldən gedər,  
Qalmaz o mə'vadə' aman hiç, hiç! 
Bari, xudaya, özün islah qıl, 
Ta edələr pirü cəvan sülh, sülh! 
UŞAQLARA 
Ey millətin ümmidi, dilü canı, uşaqlar! 
Validlərinin sevgili cananı, uşaqlar! 
Madərləriniz
 1
 etdi sizə mehrü məhəbbət, 
Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət, 
Validələriniz xərcinizə etdi kəfalət
2

Əlminnətü-lillah, sizə yar oldu səadət, 
Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə 
gəzin indi bu dünyanı, uşaqlar! 
Siz sərv
2
 kimi sərgəş

 olub boylə boy atdız, 
İllik beçə tək banlıyaraq xəlqi oyatdız, 
Şad oldu pədər
5
, madəriniz— bu boya çatdız, 
Bəsdir sizə gəhvareyi-naz
6
 içrə ki, yatdız, 
* Mə'va—yer, yurd, məkan, sığınacaq. 
* Pirücəvan— qoca və gənc. 
1.
 Madər 
— ana 
2.
 
Kəfalət 
— zamin olmaq, Məs’uliyyətini öhdəsinə almaq
 
3. Sərv  —  sərv  ağacı  -  bədii  ədəbiyyatda  gözəlin  ucaboylu  olmasına 
i,saraldır 
4. Sərgəş — baş qaldıran, itaətsiz 
5. Pədər — ata 
6.  Kəhvarə — beşik; gəhvareyi-naz —körpələrin əzizlənərək yatdıqları beşik 


109 
 
İndi buraxın balışı, yorğanı, uşaqlar! 
Hom tərk eləyin xaneyi-viranı
7
, uşaqlar! 
Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz, 
Hərcayi
8
 gəzib, hər yeri seyran edəsiz siz, 
Cəngü cədəlü qarətü talan edəsiz siz, 
Hər cildə girib, aləmi viran edəsiz siz, 
Gündə atasız bir neçə patranı, uşaqlar! 
Ta öyrənəsiz şiveyi də'vanı
9
, uşaqlar! 
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə, 
Tə lim alasız hər nə ki, aləmdə betərsə, Xeyri 
buraxıb, əxz edəsiz hər nə zərərsə, Mail 
olasız hər işə kim, fıtnəsə, şərsə, 
Adət qılasız hərzəvü hədyanı, uşaqlar! 
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar! 
Vəqt oldu vurub yıxmağa müştaq
10 
 olasız siz, 
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz, Həm 
validə
11
, həm validəyə
12
 ağ olasız siz, 
Dincəlmiyələr ta nə qədər sağ olasız siz, 
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar! 
Ta uf deməyə qalmıya imkanı, uşaqlar! 
7. Xanə  -  ev;  xaneyi-vmran  -  dağ,İmiş,  xarabaya 
dönmüş ev 
8. Hərcayi —avara, sərgərdan, vcyl. 

9.Şiveyi-dəva-dava eləməy'n yolu, qaydası 
10
.
 Müştaq —şövqlü, 
həvəsli.
 
11
. Valid — ata 
12
. Validə—ana 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə