Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə104/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   98   99   100   101   102   103   104   105   106

217 
 
of  Agsu  Archaeology  Expedition  organized  in  History-Ethnography  Museum 
within one day. 
 
AĞSUDA ARXEOLOJĠ TƏDQĠQATLARIN YENĠ NƏTĠCƏLƏRĠ 
 
6  may  2010-cu  il  tarixdə  Ağsu  arxeoloji  ekspedisiyası  rayon  icra 
hakimiyyəti  ilə  birlikdə  “Ağsuda  arxeoloji  tədqiqatların  ən  yeni  nəticələri” 
mövzusunda tədbir keçirmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və 
mətbuat təmsilçiləri iştirak etmişlər. 
Tədbir iştirakçıları əvvəlcə Orta əsr Ağsu şəhəri və orada aparılan arxeoloji 
qazıntılarla  tanış  olmuşlar.  Ekspedisiya  rəhbərliyi  qonaqları  III,  IV  və  V  qazıntı 
sahələrində  aparılan  axtarışlar  və  aşkara  çıxan  ən  yeni  tapıntılarla  tanış  etmiş, 
onların coxsaylı suallarına cavab vermişlər. 
Qazıntılarla tanışlıqdan sonra rayon tarix diyarşunaslıq muzeyində arxeoloji 
tədqiqatların ən yeni nəticələrini əks etdirən sərginin açılışı olmuşdur. 
Sərgi ilə tanışlıqdan sonra mətbuat və ictimaiyyət nümayəndələri üçün geniş 
brifinq  keçirilmişdir.  Ağsu  rayon  İcra  Hakimiyyəti  başçısının  I  müavini  Rasim 
Novruzov brifinqi giriş sözü ilə açaraq demişdir: 
- Hörmətli xanımlar və cənablar! 
Bildiyiniz kimi Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə 
görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Çünki tarix boyu 
mədəniyyət abidələri xalqımızın milli sərvəti olmuşdur. 
Tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, 
epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binalar, 
xatirə yerləri, əşyalar, xalqın dini əqidəsi ilə bilavasitə əlaqəli olan dəyərlərdir. 
Bildiyiniz  kimi  Ağsu  rayonu  ərazisində  də  bir  çox  tarix  və    mədəniyyət 
abidələri  mövcuddur.  Belə  ki,  vaxtilə  arxeoloji  qazıntı  aparılmış  Nüydi  kəndi 
ərazisində  antik  dövrə  aid  qədim  qəbiristanlıq,  məbəd  və  yaşayış  yeri,  görkəmli 
sərkərdə  və  dövlət  xadimi  Cavanşirin  yaşayış  yeri,  Qırlar  kəndi  yaxınlığında 
Qırlartəpə  yaşayış  yeri,  Ərəbuşağı  kəndində  Xanyurdu  kurqanı,  Nuran  kəndi 
ərazisində eradan əvvəl III-I əsrlərə aid Qaraçıbulaq, Padar kəndi yaxınlığında orta 
əsrlərə aid Xəzinədağ və bu gün haqqında söhbət açacağımız Orta əsr Ağsu şəhəri 
kimi tanınan abidələr mövcuddur. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  2008-ci  ilin 
fevralında  imzaladığı  Sərəncam  Azərbaycanda  arxeologiya  elminin  inkişafında 
yeni  mərhələnin  başlanğıcı  oldu.  Bu  baxımdan  Respublikanın  digər  rayonları  ilə 
yanaşı,  Ağsu rayonunda da aparılan arxeoloji tədqiqatlar arxeologiya elminə  yeni 
töhfələr  verməkdədir.  Bu  ilin  mart  ayından  etibarən  rayonumuzun  Ülgüc  kəndi 
yaxınlığında  yerləşən  Orta  əsr  Ağsu  şəhər  yerində  arxeoloji  tədqiqatlar 
başlanılmışdır. 


218 
 
May  ayının  7-də  Ümummilli  liderimiz  Heydər  Əliyevin  anadan  olmasının 
87-ci ildönümünə həsr olunmuş “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər 
Əliyev  nümunəsi”  mövzusunda  keçirilən  silsilə  tədbirlərdə  iştirak  edən  alimlər, 
digər  qonaqlar  və  rayon  ictimaiyyətinin  nümayəndələri  orta  əsr  şəhər  yerində 
aparılan arxeoloji qazıntılar və oradan tapılmış materiallardan ibarət sərgi ilə tanış 
olmuş,  “Ağsu  şəhəri  orta  əsrlərdə”  kitab-albomun  və  Ağsu  arxeoloji 
ekspedisiyasının internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir. 
Rayon  icra  hakimiyyəti  rəhbərliyi  adından  deyə  bilərəm  ki,  bütün  bunlar 
Ağsu  ziyalıları,  bütövlükdə  rayon  ictimaiyyəti  tərəfindən  çox  böyük  maraqla 
qarşılanmış  və  yüksək  dəyərləndirilmişdir.  İnanın,  qısa  vaxt  ərzində  adamlarda 
tarixi-mədəni irsə maraq hiss olunacaq dərəcədə artmışdır. İndi Ağsuda az qala hər 
bir  evdə  ən  çox  müzakirə  olunan  məsələlərdən  birisi  rayonumuzda  aparılan 
arxeoloji  tədqiqatlar  və  bu  zaman  aşkar  olunan  nadir  maddi  mədəniyyət 
nümunələri barədədir. Uşaqdan böyüyədək hamının doğma diyarın tarixinə marağı 
artıb. Odur ki, fürsətdən istifadə edərək bu işdə böyük zəhməti olan Ağsu arxeoloji 
ekspedisiyasının  rəisi,  tarix  elmləri  doktoru  Qafar  Cəbiyevə  öz  adımdan  və  rayon 
ictimaiyyəti  adından  təşəkkür  edirəm.  Ekspedisiya  rəisinin  müavini,  tarix  elmləri 
namizədi,  həmyerlimiz  Fariz  Xəlillinin  bu  işdə  böyük  fəallığı  göz  qabağındadır. 
Fariz müəllimə də öz minnətdarlığımı bildirirəm. 
Hörmətli xanımlar və cənablar! 
Bugünki  tədbir  Ağsuda  arxeoloji  tədqiqatların  ən  yeni  nəticələrinə  həsr 
olunub.  Odur  ki,  ekspedisiyanın  əldə  etmiş  olduğu  ən  yeni  nəticələr  barədə 
danışmaq  üçün  sözü  tarix  elmləri  doktoru,  ekspedisiyanm  rəisi  Qafar  Cəbiyevə 
verirəm. 
Ekspedisiya  rəisi  Qafar  Cəbiyev  aparılan  arxeoloji  tədqiqatların  ən  yeni 
nəticələrindən bəhs edərkən əsasən aşağıdakı məqamlara toxundu: 
- Hörmətli xanımlar və cənablar! 
İcazə  verin,  hər  şeydən  öncə  tariximizə,  keçmişimizə,          keçmişin     
yadigarı          olan  abidələrin  öyrənilməsinə  olan  həssas  münasibətə  görə  bugünkü 
tədbirdə  iştirak  edən  bütün  insanlara  Ağsu  arxeoloji  ekspedisiyasının  kollektivi 
adından  öz  dərin  təşəkkürümü  və  minnətdarlığımı  bildirim.  Sizlərin  burada 
iştirakınızın özü bu həssas münasibətin göstəricisidir. 
Bu  bizim  Ağsu  ziyalıları  və  media  nümayəndələri  ilə  olan  növbəti 
görüşlərimizdən  biridir.  Mən  şadam  ki,  belə  görüşlər  artıq  ənənəvi  hal  alıb. 
Xatırladım  ki,  iki  ay  öncə,  daha  doğrusu,  may  ayının  7-də  Ulu  öndər  Heydər 
Əliyevin doğum günü münasibəti ilə biz rayon tarix diyarşünaslıq muzeyində Ağsu 
tapıntılarından ibarət ilk sərginin açılışı mərasiminə toplaşmışdıq. Bu gün isə artıq 
ikinci  sərginin  açılışını  etdik.  İki  ay  öncə  “Ağsu  şəhəri  orta  əsrlərdə”  kitab-
albomunun  təqdimatını  keçirmişdik.  Bu  gün  həmin  kitabın  ingilis  dilində  nəşrini 
sizlərə  təqdim  edirik.  İki  ay  öncə  ekspedisiyanın  internet  səhifəsini  təqdim 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə