Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə24/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

52 
 
görə  fərqlənirlər.  Dördkünc  butulkalar  qısaboğazlı,  dairəvi  butulkalar  isə 
uzunboğazlı olurlar. 
Uzunboğazlı  butulkalardan  birinin  boğazının  hündürlüyü  8  sm-dir.  Onun 
kənara açılmış ağzının diametri daxildən 2 sm, bayırdan isə 4 sm-dir. Orta ölçülü 
boğaza  malik  butulkalardan  birinin  boğazının  hündürlüyü  6  sm-dir.  Butulkanın 
ağız hissəsinin düzəldilməsi üçün şüşə çubuqdan istifadə olunmuş, çubuq boğazın 
yuxarı  qurtaracağına  dolanmışdır.  Səliqəli  hazırlanmadığı  aydın  izlənilir. 
Butulkanın ağzının diametri 1,7 sm-dir. Çubuğun qalınlığı 0,5 sm-dir. Tünd yaşıl 
rəngli bu butulkaların gövdələri getdikcə genişlənir, beləliklə də qabın tutumunun 
artmasına xidmət edirdi. 
Uzunboğaz  butulkalardan  biri  ağız  hissəsinin  genişliyi  ilə  fərqlənir.  Onun 
ağzının  diametri  daxildən  4  sm-dir.  Şüşənin  divarının  qalınlığı  0,4  sm-dir. 
Boğazının  hündürlüyü  8  sm-dir.  Açıq-yaşıl  rəngli  bu  butulka  hələ  ki,  qazıntı 
sahəsində az rast gəlinən nümunələrdəndir. 
Qısaboğazlı şüşə butulkalar istər IV, istərsə də əvvəlki III qazıntı sahəsində 
çox rast gəldiyimiz şüşə qab nümunələrindən olub, istehsal yerləri də bəllidir. Belə 
ki,  artıq  3  nümunədə  şüşə  butulkaların  üzərinə  istehsal  olunduğu  yerin  adı  – 
“London” damğası vurulduğu qeydə alınmışdır. 
XVIII  əsrdə  İngiltərə,  xüsusilə  London  dünyanın  şüşə 
istehsalı  mərkəzlərindən  idi.  XVII  əsrin  sonlarında  incə  və 
kövrək  Venesiya  şüşəsi  tədricən  alıcıların  gözündən  düşmüş, 
İngiltərə,  Almaniya  və  Bogemiyada  istehsal  olunan  möhkəm 
və  qalın  şüşələr  daha  çox  axtarılmağa  başlanmışdı.  Londonla 
yanaşı,  Storbric,  Bristol,  Şeffild  və  daha  bir  neçə  yerdə  şüşə 
fabrikləri  qurulmuşdu.  1745-ci  ildə  İngiltərədə  şüşə  vergi 
qanunu çıxdıqdan sonra şüşə istehsalında bir durğunluq olsa da 
istehsalı  davam  etmişdir.  Bizim  aşkar  etdiyimiz  bir  çox 
nümunələrdə olduğu kimi, Bristol şüşə fabrikləri bənövşəyi, mavi, yaşıl və ağ saya 
şüşə istehsalında məşhur olmuşdur. 
Qısaboğaz,  dördkünc  şüşə  butulkalardan  birinin  hündürlüyü  3,2  sm-dir. 
Onun  ağzının  diametri  2  sm  olub,  başqalarına  nisbətən  darboğazlıdır.  Şüşənin 
divarının  qalınlığı  0,2  sm-dir.  Ümumilikdə  qısaboğaz  butulkaların  divarı, 
uzunboğaz butulkaların divarından iki dəfə nazikdir. Qısaboğaz butulkaların digər 
nümunəsində boğazın hündürlüyü və ağzının daxildən diametri eyni olub, 2,5 sm-
dir. 
Tapıntılar içərisində iri həcmli butulkalarla yanaşı, kiçik həcmli butulkalara 
da  qazıntı  sahəsində  tez-tez  rast  gəlinir.  Kiçik  həcmli  butulkalar  uzun  və  orta 
ölçülü  boğaza,  nisbətən  geniş  gövdəyə  malik  olub,  ağzının  formasına  görə 
fərqlənir. Belə butulkalardan birinin salamat qalmış hissədə boğazının hündürlüyü 
6  sm,  ağzının  daxildən  diametri  1,7  sm-dir.  Düz,  uzun  boğazı  olan  bu  şüşə 
butulkanın  ağzının  kənarına  şüşə  məftil  keçirilmişdir.  Şüşə  istehsalçıları 


53 
 
butulkaların  ağız  hissəsini  bir  qayda  olaraq  şüşə  məftillə  hazırlayırdılar.  Səliqəli 
nümunələrdə  bu  hiss  olunmasa  da  kobud  nümunələrdə  aydın  seçilir.  Maraqlı 
boğaza malik butulkalardan biri kiçik həcmli olub, ağız hissəsi kənarlara doğru şar 
formada  çıxarılmışdır.  Həmin  butulkanın  salamat  qalmış  hissəsinin  hündürlüyü  6 
sm, ağzının daxildən diametri 1,5 sm-dir. Butulkanın divarının qalınlığı 0,2 sm-dir. 
Maraqlı  şüşə  butulka  boğazlarından  ikisi  yivli  olması  ilə  fərqlənir.  Orta 
həcmli  bu  butulkalar  mavi  rəngli  olub,  geniş  ağızlıdır.  Üzərindəki  yivlər  nazik 
(0,08  və  0,1  sm  qalınlıqda)  çubuqdandır  və  sarınmasının  sıxlığına  görə  fərqlənir. 
Yivləri sıx sarınmış butulka boğazının salamat qalan hissəsinin hündürlüyü 9,5 sm, 
ağzının  diametri  2  sm-dir.  Yivləri  nisbətən  geniş  sarınmış  butulka  boğazının 
hündürlüyü 6,5 sm, ağzının diametri 2,3 sm-dir. 
Çox  maraqlı  şüşə  butulka  boğazlarından  biri  incə  işlənməsi  ilə  fərqlənir. 
Onun dar boğazı, geniş ağızı vardır. Uzun boğazının salamat hissəsinin hündürlüyü 
10 sm, ağzının diametri 4 sm, boğazının diametri 1,5 sm, divarının qalınlığı 1 sm-
dir. Ağzı kənara qatlanmış, boğazı boğmalıdır. 
IV qazıntı sahəsindən ağ şüşə butulkalardan birinin boğaz 
hissəsi  aşkar  olunmuşdur.  Butulkanın  boğazına  üzəri  kəsmə 
naxışlarla bəzədilmiş şüşə lövhəcik yapılmışdır. Şüşə butulkanın 
salamat qalmış hissəsinin hündürlüyü 4 sm, ağzının diametri 3,6 
sm-dir. 
Ağsu  sakinləri  içkilərin  saxlanması  məqsədilə  şüşə 
balonlardan geniş istifadə etmişlər. Tünd rəngli balonların əsasən 
oturacaq  hissələri  tapılmışdır.  Onlar  dairəvi  və  dördkünc 
olmasına  görə  fərqlənir.  Dairəvi  oturacaqlı  balonların  divarları 
dördkünc balonların divarlarından qalındır. Oturacaqları qabın yaxşı oturması üçün 
içəriyə  doğru  qabarıqdır.  Bu  həm  də  başa  çatmış  işin  çox  vaxt  kobud  qalan  son 
mərhələsinin  görünməməsi  üçündür.  Tünd  yaşıl  rəngli  dairəvi  balonlardan  birinin 
oturacaq  hissəsinin  diametri  14  sm,  salamat  qalmış  hissəsinin  hündürlüyü  11  sm, 
divarının qalınlığı 0,8-1 sm-dir. 
Ağsuda  IV  sahənin  qazıntıları  zamanı  aşkar  olunmuş  daha  bir  ədəd 
dördkünc  formalı  balonun  oturacağı  içəriyə  qabarıq  olub,  diametri  15,5  sm, 
salamat qalmış hissəsinin hündürlüyü 7,5 sm, divarının qalınlığı oturacağında 0,6 
sm-dir. 
İngiltərədə  Georq  Ravenskroft  adlı  şüşə  istehsalçısı  uzun  təcrübələrdən 
sonra  1676-cı  ildə  möhkəm  şüşə  istehsal  etməyə  başladı.  Qurğuşun  şüşə  adı  ilə 
tanınan bu çox ağır və parlaq şüşə Venesiya şüşəsindən daha duru, kəsilməsi daha 
asan idi. Kəsmə şəffaf şüşələr XVIII əsrin ikinci yarısında ingiltərə və İrlandiyada 
çox yayılmış və Avropada geniş bir alıcı kütləsi tapmışdı. 
Şəffaf  şüşə  məmulatı  içərisində  qrafin  qapaqlarını  xüsusilə  qeyd  etmək 
lazımdır. Onlardan birinin salamat hissəsinin hündürlüyü 5 sm, diametri alt hissədə 
2,8  sm-dir.  İncə  kəsmə  naxışlarla  bəzədilmiş,  ortadan  boğmalı  qapaq  XVIII  əsr 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə