Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə32/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

68 
 
nəticəyə gəlməyə imkan verir ki, yaşayış evlərində ağac materialdan geniş istifadə 
olunmuşdur.  Bildiyimiz  kimi  Şirvanın  sıx və  zəngin  meşə  örtüyünə  malik olması 
ağacdan inşaat materialı kimi istifadə üçün əsaslı zəmin yaradırdı. Məsələn, dəmir 
əşyalardan  bəziləri  iki  ağac  parçasını  bir-birinə  bəndləmək  üçün  istifadə  edilirdi. 
Bu cür əşyalar dəmirçilər tərəfindən istidöymə yolu ilə hazırlanırdı. Taxta parçaları 
üst-üstə  qoyulduqdan  sonra  bəhs  olunan  törpü  birləşmiş  taxtanın  bir  tərəfinə 
qoyulur,  digər  tərəfdən  isə  ucları  qatlanaraq  taxtaları  bir-birinə  pərçimləyir  və 
bununla da onların kipliyini təmin edir.  
Arxeoloji qazıntılar XVIII əsr evlərində taxta döşəmədən istifadə olunduğu 
haqqında  heç  bir  dəlil  vermədiyinə  görə  iri  həcmli  mıxlardan  darvazaların 
hazırlanmasında istifadə olunduğunu söyləyə bilərik. IV qazıntı sahəsindəki 2, 2b, 
3c  və  4a  kvadratlarından  tapılan  mıxlar  7-12  sm  uzunluğundadır.  Papaqlarının 
diametrləri də müxtəlif olub  ən böyüyü 3 sm-ə  yaxındır. Belə  mıxlarla qalın ağac 
tirlərinin  mıxlanması  şübhəsizdir.  Damların  belində  və  darvazaların  asılmasında 
belə tirlərdən geniş istifadə olunmuşdur. 
Azərbaycanda 
geniş  yayılmış  təsərrüfat  tikililərindən  biri  olan 
təndirxanalara  demək  olar  ki,  əksər    həyətlərdə      rast      gəlmək  mümkün  idi.  Arif 
Mehdiyevin  yazdığına  görə  təndirlərdən  həm  də  evlərin  qızdırılmasında  geniş 
istifadə edilmişdir. Bu məqsədlə təndir evin içində, dəhlizində qoyulur, onda çörək, 
xörək  bişirilir,  eyni  zamanda  evlər  qızdırılırdı.  Demək,  təndir  təkcə  təsərrüfat 
tikilisi  kimi  yox,  həm  də  evlərin  istilik  vasitəsi  olmuşdur.  Ham  III,  həm  də  IV 
sahədəki təsərrüfat tikililəri arasında təndirlərin çoxluq təşkil etməsi də buna misal 
ola  bilər.  Bu  onu  göstərir  ki,  XVIII  əsrdə  Ağsu  şəhər  yerində  evlərin 
qızdırılmasında təndirlərdən də geniş istifadə olunmuşdur. Arxeoloji materiallardan 
da göründüyü kimi evlərin qızdırılması məqsədilə istifadə olunan təndirlər nisbətən 
kiçik ölçüdə olurdu. 
Təndirlər  təsərrüfat  tikilisi  kimi  istifadə  olunduqda  onun  üzərində  4 
dirəkdən  ibarət  çardaq  qurulurdu.  Aşkar  edilən  təndirlərin  yanındakı  ağac 
çürüntüsünün  qalıqları  həmin  ərazidə  təndirxananın  olduğunu  təsdiqləyir.  Elmi 
ədəbiyyatda  müxtəlif  növ  təndirlər  qeydə  alınmışdır:  daş  təndir,  döymə  təndir, 
badlı təndir (yeraltı və yerüstü) və kərpic təndir. Ağsu şəhər yerində isə 3 tip təndir 
müşahidə olunur: 1) döymə təndir, 2) badlı təndir, 3) saxsı təndir. 
Uzun  əsrlərin  şahidi  olan  təndirlərin  ilk  nümunəsi  hələ  eneolit  dövründə 
təşəkkül  tapmış  döymə  təndirlərdir.  Sonrakı  dövrlərdə  də  bu  təndirlərdən  istifadə 
edildiyi haqqında məlumatlar vardır. Ağsu tapıntıları bir daha sübut edir ki, döymə 
təndirlər  əsrlər  boyu  xalqın  istifadəsində  olmuşdur.  Etnoqrafik  materiallar  döymə 
təndirlərin maldar elatların məişətində bu günədək istifadə olunduğunu təsdiqləyir. 
Müşahidələr göstərir ki, döymə təndiri ərsəyə gətirmək üçün münasib yerdə quyu 
qazılır,  quyu  su  ilə  doldurulur,  su  tamam  çəkiləndən  sonra  divar  daşla  döyülüb 
bərkidilir. Başqa bir üsulda isə qazılmış quyunun divarlarına kül və duz qarışıqlı su 
səpilərək döyülüb bərkidilir. Beləliklə, döyülmüş torpaq sıxılıb bərkiyir, içərisində 


69 
 
od qalanaraq bişirilirdi. Bu tip təndirlər külbəsiz olurdu. IV sahədəki  təndirlərdən 
biri bu tip təndirlərə aiddir. Təndirin oturacağının diametri 70 sm, qalınlığı 0,6 sm-
dir. Təndirin külbəsi yoxdur. 
Azərbaycanda  ən  geniş  yayılmış  təndir  növü 
olan badlı təndirlər hələ tunc dövründən bəllidir. Bu 
təndirlər  bütün  orta  əsrlər  dövrü  boyunca  istifadə 
olunmuş 
və  bu  günədək  öz  əhəmiyyətini 
itirməmişdir.  Görünür,  digər  təndirlərlə  müqayisədə 
asan və  ucuz başa gəlməsi bu təndirlərin uzun  əsrlər 
boyunca yaşamasına təminat vermişdir. 
Badlı təndirlər xalq arasında “təndir torpağı”, 
“sarı  torpaq”  adlanan  torpaqdan  hazırlanır.  Emprik 
biliklər sisteminə söykənən, nəsildən-nəslə ötürülən təndirin hazırlanma prosesi ev 
peşəsi  səciyyəsi  daşıyıraq  adətən  qadınlar  tərəfindən  icra  olunurdu.  Bir  qayda 
olaraq  təndiri  hazırlamaq  üçün  torpaq,  doğranmış  saman,  keçi  qəzili  və  ya  at 
yalının  tükü,  bəzən  bişmiş  kərpic  ovuntusundan  ibarət  tərkibdə  palçıq  tutulur. 
Hazır  palçığın  acıdılması  üçün  üstü  palaz,  keçə  və  başqa  qalın  bir  materialla 
örtülür. Bir neçə gün ərzində palçığın acıdılması prosesi davam etdirilir. Təxminən 
3-4  gündən  sonra  hamar  bir  yerdə  acımış  palçıqdan  badlar  tutulur.  Badlar 
əvvəlcədən  təyin  olunmuş  dairə  boyunca  düzülür.  Yaş  palçığın  ağırlığını  və 
sürüşkənliyini  nəzərə  alaraq  badların  növbəti  sıraları  tədricən  formalaşdırılır. 
Çünki  üst-üstə  yığılan  badlar  bir-birinə  ağırlıq  salaraq  sürüşkənlik  yarada  bilər. 
Badlar  quruduqca  yastı  daşla  döyülüb  bərkidilir,  növbəti  bad  sırası  düzülürdü. 
Badlı təndirlərin hasilə gəlməsi təxminən bir həftəyə qədər vaxt aparırdı. Əsrlərin 
ənənəsini  özündə  mühafizə  edib  saxlayan  belə  təndir  nümunələrindən  Ağsu 
sakinləri də istifadə etmişlər. 
Etnoqrafik  ədəbiyyatda  qeydə  alındığı  kimi  təndirlə  çala  arasında  qalan 
boşluğa peyinlə qarışdırılmış palçıq və xırda daşlar dolduruluraq sıxılırdı. Bu həm 
nəmliyin qarşısını alır, həm də istliyin təndirdə uzun müddət qalmasını təmin edir. 
Ağsu  qazıntıları  zamanı  qeydə  alınan  təndirlərin  əksəriyyətində  isə  bu  məqsədlə 
çay  daşları  ilə  yanaşı,  saxsı  qırıntılarından 
da 
geniş 
istifadə 
edilmişdir. 
Elmi 
ədəbiyyatda  hələlik  qeydə  alınmamış  bu 
cəhəti lokal xüsusiyyət kimi göstərmək olar. 
Bu  texnoloji  ənənənin  varisliyinin  hansı 
bölgədə  qorunduğunu  araşdırmaq  isə  elmi 
cəhətdən maraqlı ola bilərdi. 
Arxeoloji  qazıntılar  ərazisində  rast 
gəlinən  III  təndir  tipi  saxsı  təndirdir.  Belə 
təndirlər  gil  qabları  bişirmək  üçün  nəzərdə 
tutulmuş təndirlərdə bişirilərək hazırlanır.   


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə