Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə40/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

84 
 
sancaqlar,  mis  qaşıq,  qurğuşun  güllə  ayrı-ayrı  kvadratlardan  əldə  olunsa  da  eyni 
istehsal prosesinə,  yəni güllə  hazırlanmasına  xidmət edən ləvazimatlardır. Verilən 
məlumatlara görə Lahıc ustalarının hazırladıqları odlu silahlar bütün Şirvana, Şəki, 
Quba, Bakı, Qarabağ əyalətlərinə, həmçinin Dağıstan və İrana yayılmışdı. Bu fakta 
əsasən  Ağsudan  əldə  olunan  qəliblərin  və  güllənin  Ağsuda  yaşayan  Lahıc 
sənətkarları  tərəfindən  istehsal  olunduğunu  söyləmək  olar.  Lahıc  sənətkarlarının 
əhalinin  sıx  yerləşdiyi  şəhərlərdə  məskunlaşaraq  sənət  fəaliyyəti  ilə  məşğul 
olmaları geniş hal almışdı. 
Arxeoloji  materiallar  arasında  müxtəlif  ölçü,  forma  və 
material  malik  muncuqların  olması  da  təsadüfi  olmayıb  bölgə 
əhalisinin  dini-mifik  dünyagörüşü  və  təfəkkür  tərzinin  ifadəsi 
kimi  istifadə  olunmuşdur.  Belə  muncuq  və  asmaların  hər  biri 
dəfələrlə sınaqdan çıxarılmış və onlara güclü inam yaranmışdı. 
Uzaq əsrlərdən keçib gələn həmin inamların qalıqlarına bu gün 
də  rast  gəlmək  mümkündür.  Etnoqrafik  ədəbiyyatda  qeyd  olunduğu  kimi  xalq 
inamına  görə  şəvə  muncuğu  uşağı  qarabasmadan,  sarılıq  muncuğu  sarılıq 
xəstəliyindən,  göz  muncuğu  və  balıqqulağı  (bölgə  əhalisi  arasında  buna  itqusdu 
deyilir)  bədnəzərdən,  hal  anasından,  ümumiyyətlə,  şər  qüvvələrdən,  möhrə 
muncuğu  mədə  ağrısından  mühafizə  etmək  qabiliyyətinə  malikdir.  Bu  muncuqlar 
uşaq anadan olduğu ilk andaca onun paltarına bəndlənir və  ya biləyinə, boynuna, 
ayağına  asılırdı.  Bəzən  bir  neçə  amulet  sapa  yığılaraq  uşağın  üstündən  birlikdə 
asılırdı.  IV  sahədən  tapılan  qoruyucu  muncuqlar  (amuletlər)  ola  bilsin  ki,  vaxtilə 
bir  yerdə  olmuş,  sonralar  qırılıb  ətrafa  səpələnmişdir.  Etnoqrafik  çöl  materialı 
toplayarkən  2a  və  2b  kvadratından  tapılan  2  ədəd  muncuğun  Şirvan  bölgəsində 
“haqqı”  adı  ilə  tanındığı  məlum  oldu.  Verilən  məlumata  görə  bu  muncuğa  inam 
böyük olmuşdur. Xalq inamına görə muncuq insanı şər qüvvələrdən qoruyur, eyni 
zamanda  müalicəvi  xüsusiyyətə  malikdir.  Belə  ki,  burun  qanaxmaları  zamanı  bu 
muncuq  əzilərək  ələkdən  keçirilir  və  tozu  buruna  tökülür.  Bunun  nəticəsində 
qanaxma  dərhal  dayanırdı.  Bundan  başqa  xalq  arasında  deyildiyi  kimi  dünyadan 
“ağzı  açıq”  gedən ölülərin ağzına  haqqı  muncuğu atmaqla  onun ağzını  yummağa 
nail  olurdular.  Əks  təqdirdə  ölünün  öz  dalınca  kimisə  aparmaq  təhlükəsi  ola 
bilərdi. 
Xalq  inamında  özünə  geniş  yer  alan  daşlardan  biri  də 
şəvədir.  İnama  görə  şəvə  qarabasmadan,  bəd  ruhlardan 
qorunmaq  üçün  ən  gözəl  vasitələrdən  biridir.  Onu  uşaqların, 
zahı  qadırıların  üstünə  asır,  bəzən  balışının  altına  qoyurdular. 
Şəvədən  hazırlanmış  təsbehlərə  də  geniş  yer  verilirdi.  IV 
sahənin  8-ci  kvadratından  tapılan  18x8  sm  ölçüyə  malik  olan 
daş  şəvədən  hazırlanmış  təsbeh  dənəsidir.  Daşın  iki  paralel 
künclərində  sap  keçirmək  üçün  qoşa  deşikləri  vardır.  Üzərində  açılmış  9  oyuğun 
bəzək xarakterli olduğunu hesab edirik. 


85 
 
Şirvan  hələ  qədim  dövrlərdən  Azərbaycanın  aparıcı  toxuculuq 
bölgələrindən biri olmuşdur. Burada toxunan xalçalar nəinki yerli tələbatı ödəmiş, 
həmçinin  rəvac  ticarət  məhsulu  kimi  dünya  bazarlarına  çıxarılmışdır.  Dünyanın 
yüzlərlə  muzey  və  şəxsi  kolleksiyalarının  bəzəyinə  çevrilmiş  Şirvan  xalçaları 
özünün  tarixi  və  bədii  əhəmiyyətinə  görə  dünya  mədəniyyəti  xəzinəsini 
zənginləşdirməyə  qadir  sənət  əsərləridir.  Arxeoloji  qazıntılardan  əldə  olunan  yun 
darağının  dişləri  də  tarixi  əhəmiyyəti  baxımından  qiymətlidir.  Ərazidən  yun 
darağına  aid  hissənin  tapılması  olduqca  təbii  haldır.  Çünki  Şirvanlı  ailəsini 
xalçasız, xalçaçılıq sənətini isə daraqsız təsəvvür etmək mümkün deyildir. 
Xalçaçılıq 
sənətinin 
əsas 
istehsal 
ləvazimatlarından 
biri 
olan 
darağın 
hazırlanmasında  dəmirçilər  tərəfindən  hasilə 
gətirilən  dəmir  dişlərdən  istifadə  olunurdu.  Dişlər 
oturacaq taxtası üzərində baş-başa oturdulmuş qoşa 
taxta  parçasının  arasına  3  sıra  olmaqla  bənd 
edilirdi.  Daha  sonra  dişlərin  taxta  üzərində 
möhkəmliyini  təmin  etmək  üçün  ona  dəmirdən 
hazırlanmış qalpaq oturdulurdu. Qalpağın üzərində 
dişlərin  sayına  və  ara  məsafəsinə  uyğun  deşiklər 
açılırdı. Qalpaq dişlər üzərində ifçin oturduqdan sonra 
darağın  taxta  hissəsinə  hər  tərəfdən  mıxlanırdı. 
Daramaq  üçün  yun  çəngə  ilə  götürülüb  əl  ilə 
hamarlandıqdan  sonra  darağın  dişlərinə  çəkilir  və 
bundan  sonra  yun  hər  iki  tərəfdən  yanlara  dartılırdı. 
Arxeoloji  qazıntılardan  əldə  olunan  yun  darağının 
dəmir  dişləri  vəqalpaq  təsvirini  verdiyimiz  daraqla 
eyniyyət  təşkil  edir.  IV  sahənin  4-cü  kvadratından 
tapılan  dəmir  dişlər  və  qalpaq  torpaq  altında  qaldığından  oksidləşərək  formasını 
itirmiş,  ağac  hissə  isə  çürüyərək  məhv  olmuşdur.  Daraq  hissələri  həm  xalçaçılıq 
sənətinin  tarixini,  həm  də  onun  texnologiyası  və  yayılma  arealını  izləmək 
baxımından əhəmiyyətlidir. 
Ağsu  arxeoloji  ekspedisiyasının  əldə  etdiyi  materiallar  arasında  iki  milin 
cəhrəyə  aid  olduğunu  güman  edirik.  Toxuculuq  üçün  hazırlıq  prosesinin  mühüm 
bir  mərhələsi  yunun  əyirilməsi  mərhələsi  hesab  olunurdu.  Etnoqrafik  materiallar 
yun əyirmə vasitəsinin tarixən iki növünün (əl iyi və cəhrə) mövcudluğundan soraq 
verir. Bəsit ipəyirmə vasitəsindən - əl iyindən  fərqli olaraq mükəmməl əmək aləti 
olan cəhrə toxuculuq ipinin hazırlanmasında daha məhsuldar idi. 
Cəhrənin  əsas  hissəsi  palıd  ağacından  hazırlanırdı.  Cəhrədə  yeganə  metal 
hissə  iydir.  İy  oturacaq  taxtasının  baş  tərəfində  yerləşdirilir  və  ona  qarqara 
(tağalaq) keçirilir. Cəhrəni hərəkətə gətirən kiriş də eyni zamanda iyə keçirilir. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə