Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə37/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   33   34   35   36   37   38   39   40   ...   106

78 
 
əkinçilik mədəniyyətinə və qaynar karvan ticarətinə malik bir bölgə olan Şirvanda 
belə zınqırovların istehsal olunması kütləvi hal almışdır. 
Metal  məmulatları  içərisində  elə  nümunələrə  rast  gəlinir  ki,  o  bir  neçə 
istehsal  üsulunun  nəticəsi  olaraq  hasilə  gətirilmişdir.  IV  sahədən  əldə  olunmuş  at 
sinəbəndi  bu  baxımdan  çox  maraqlıdır.  Ürək  formalı  sinəbənd  bir  neçə  istehsal 
mərhələsindən  keçirilərək  hasilə  gətirilmişdir.  Əvvəlcə  misdən  tökmə  üsulu  ilə 
forma  əldə  edilmişdir.  Lövhənin  arxa  hissəsinə  diqqət  yetirdikdə  məlum  olur  ki, 
mərkəzi  hissədəki  kiçik  gül  döyməqəlib  üsulu  ilə  hasilə  gətirilmişdir.  Növbəti 
istehsal  mərhələsində  həmin    gülün  ətrafında  sünbə  vasitəsilə  oyma  nəticəsində 
nisbətən iri gül əldə olunmuşdur.  Daha sonrakı texnoloji əməliyyatda   döymə yolu 
ilə  naxışsalma  üsulundan  istifadə  olunmuşdur.  Nəticədə  sinəbəndin  mərkəzi 
hissəsində  budaqlı  gül  və  onun  hər  iki  tərəfində  həyat  ağacı  təsviri  yaradılmışdır.  
Sinəbəndin  yuxarı  hissəsində  bir-birinə  paralel  düzbucaqlı  formalı  qulp 
lehimlənmişdir. 
At  sinəbəndlərində  sinə  qayışlarının  keçirilməsi  üçün 
adətən  iki  qulp  olurdu.  Sinəbəndin  orta  hisəsindən  aşağıya 
doğru  kənarları  boyunca  14  oyuq  açılmışdır  ki,  bu 
oyuqlardan  vaxtilə  sallamaların  asılması  şübhəsizdir.  Bu 
sinəbənd  gözəl  sənətkarlıq  nümunəsi  olmaqla  yanaşı, 
həmçinin  Azərbaycanın  digər  bölgələrində  olduğu  kimi, 
Şirvanda  da  ata  xüsusi  diqqət  yetirildiyini,  onun 
bəzədilməsinə 
böyük  önəm  verildiyini  sübut  edir. 
Azərbaycanlı  kişisi  üçün  at  namus,  qardaş,  silahdaş,  arxa  və  güvənc  yeri  hesab 
olunurdu.  Babalardan  bizə  yadigar  qalan  “At  igidin  qardaşıdır”,  “İgid  atı  ilə 
öyünər” kimi atalar sözləri də fikrimizi təsdiq edir. Atlının ictimai zümrəsini təyin 
etmək üçün onun atının bəzəyinə nəzər yetirmək kifayət edərdi. Material, həmçinin 
misgərlik sənətinin çoxşaxəliliyini göstərmək üçün də əhəmiyyətlidir. 
Ağsu  arxeoloji  ekspedisiyasının  qazıntı  nəticəsində  aşkar  etdiyi  maraqlı 
materiallardan  biri  də  dəmirdən  hazırlanmış  möhürdür.  Möhürün  üzərində  fars 
dilində  süls  xətti  ilə  möhür  sahibinin  adı  -  “Hüseynəlinin  qızı  Pərvin”  sözləri 
yazılmışdır.  Əşyanın  etnoqrafik  baxımdan  maraq  kəsb  edən  cəhəti  onun  üçkünc 
formalı  tutacağının  orta  hissəsində  açılmış  deşikdir.  Adətən  möhürlərin 
tutacağından  ya  qotaz  asılır,  ya  da  ip  keçirilirək 
boyundan  asılırdı.  Möhürlər  üçün  nəzərdə  tutulmuş 
qotazlar  güləbətin  işləmə  ilə  tərtiblənirdi.  Deşik 
məhz  həmin  funksiyanı  yerinə  yetirmək  məqsədilə 
qoyulmuşdur. 
Şirvan  bölgəsi  zərgərlik  sənətində  də  öz 
dəsti-xətti  ilə  seçilmiş,  bu  sənətin  inkişaf  edərək 
zənginləşməsində 
tarixi 
izlərini 
qoymuş, 
Ümumazərbaycan,  Ümumşərq  zərgərlik  sənəti 


79 
 
xəzinəsinə misilsiz töhfəsini vermişdir. 
Məlumdur ki,  şəhərlər sənətkarlığın inkişafında mühüm rol oynamışdır. Bir 
sıra  sənətkarlıq  sahələrindən  fərqli  olaraq  zərgərlik  sənəti  şəhər  sənətkarlığı 
sahəsinə aid idi. Metalişləmə sənətinin bu sahəsinin əsas alıcıları əhalinin tavanalı 
(imkanlı)  təbəqəsi  olurdu.  Yüksək  sosial  təbəqə,  zadəganlar  əsasən  şəhərlərdə 
yaşadığından zərgərlər də bir qayda olaraq şəhərlərdə toplaşaraq müştəri cəlbi gur 
olan  yerlərdə,  ad-san  qazanmış  sənətkarlar  isə  elə  öz  evindəcə  sənət  dükanlarını 
qururdular.  Ağsu  arxeoloji  ekspedisiyasının  əldə  etdiyi  zərgərlik  nümunələri,  o 
cümlədən  zərgərlik  alət  və  vasitələri  istər  bu  sənətin  istehsal  texnologiyasını 
öyrənmək baxımından, istərsə  də  ənənəvi  milli geyim  və  bəzəklərin tədqiqinə  bir 
daha  nəzər  salmaq  baxımından  olduqca  qiymətlidir.  IV  sahədən  əldə  olunan 
zərgərlik məmulatlarının hazırlanmasında gümüş, mis və hətta dəmirdən də istifadə 
olunmuşdur.  Bunlar  içərisində  geyim  bəzəkləri  xüsusilə  diqqəti  cəlb  edir.  Milli 
qadın geyimlərinin, xüsusən çəpkənlərin bədənə kip oturmasını təmin etmək, eyni 
zamanda estetik gözəllik vermək məqsədilə onlara müxtəlif elementlər bəndlənirdi 
(düymə, qoza, çarpaz, ip və s.). Bu funksiyanı əksər hallarda çarpaz adlanan geyim 
elementi daşımışdır. Bu məqsədlə çarpaz çəpkənin ön tərəfində bel hissədən qarşı-
qarşıya tikilir, ilgək yerlərindən ip keçirməklə tarım çəkilərək bağlanırdı. Arxeoloji 
qazıntılardan  əldə  olunan  çarpaz  nümunələri  misdən  hazırlanmışdır.  Bəzilərinin 
istehsal prosesi başa çatmamışdır. Bu isə onların tapıldığı ərazidə zərgər dükanının 
yerləşdiyinə  dəlalət  edir.  Çarpaz  hazırlamaq  üçün  sənətkar  əvvəlcə  misi  əridərək 
rəcə adlı istehsal ləvazimatına tökür, ərinti bir qədər soyuyub yumşaq kütlə halına 
düşdükdə  onu  simkeş  vasitəsilə  həddədən  keçirirdi.  Həddə  müxtəlif  ölçülü 
deşikləri olan istehsal ləvazimatıdır. Metal kütləsi böyükdən kiçiyə doğru bu alətin 
deşiklərindən  keçirildikcə  nazilib  ustanın  nəzərdə  tutduğu  lazımi  ölçünü  alırdı. 
Müəyyən  miqdar  tel  çəkildikdən  sonra  növbəti  istehsal  prosesinə  başlanırdı.  IV 
sahənin  3b  kvadratından  əldə  olunmuş  çarpaz  nümunəsinin  timsalında  bu  istehsal 
prosesini izləmək mümkündür. Təxminən 6 sm-lik tel ortadan qatlanmış və həmin 
hissə  8  mm  ölçüdə  birlikdə  qatlanaraq  qarmaq  əmələ  gətirmişdir.  Açıq  qalan  uc 
hissələr isə yana doğru  qatlanaraq   geyimə  tikilmək  üçün nəzərdə tutulmuş ilgək 
yerini  formalaşdırmışdır.  Çarpaz  azacıq  əzilsə  də  formasını  itirməmişdir.  Adətən 
geyimin  bir  tərəfinə  qarmaqlı,  digər  tərəfinə  ilgəkli  çarpaz  tikilərək  bir-birinə 
keçirilirdi. 4c kvadratından əldə olunan çarpaz nümunələrinin istehsal prosesi başa 
çatmasa  da  onlardan  ikisinin  məhz  ilgək  üçün  nəzərdə  tutulması  aydın  görünür. 
Çarpazlardan     birinin      hər    iki      tərəfində,  digərinin  bir tərəfində  ilgək  yerinin 
olması onun təyinatını tam müəyyən edir. 
Geyim  bəzəklərin  böyük  bir  qismini  yaxalıqlar  və  ətəkliklər  təşkil  edirdi. 
Bu tip bəzəklər bütün Azərbaycanda geniş yayılmışdı. Yaxalıqlar qadın üst geyimi 
olan arxalıqların yaxa kəsiyi boyunca, ətəkliklər isə qadın köynəyinin ön tərəfdən 
ətəyinə düzülürdü. Elmi ədəbiyyatda XIX- XX əsrin əvvəllərinə qədər qadın geyim 
kompleksində  ətəklik  və  yaxalıqların  geniş  yayılması  öz  əksini  tapsa  da  XVIII 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə