Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə39/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

82 
 
Qadın bəzəklərinin vacib elementi kimi üzüklər xüsusi əhəmiyyət kəsb edir. 
Adətən  nişanlı  qızlara  xatircəmlik,  bəlgə,  nişan  üzüyü  verilirdi.  Ona  görə  də 
imkanından  asılı  olmayaraq  hər  bir  evdə  ən  azı  bir  üzüyün  olması  mümkün  idi. 
Əhalinin  varlı  təbəqəsi  müxtəlif  qiymətli  daşlarla  bəzədilmiş  qızıl  və  gümüş 
üzüklərdən,  iqtisadi  baxımdan  imkansız  təbəqəsi  isə  mis,  bəzi  hallarda  gümüş 
üzüklərdən  istifadə  edirdilər.  4c  kvadratından  tapılan  üzük  gümüşdən 
hazırlanmışdır.  Üst  hissəsi  yastı  və  dördbucaqlı  formadadır.  Geniş  yayılmış  üzük 
növlərindən  hesab  olunur.  7-ci  kvadratdan  tapılan  digər  üzük  nümunəsi  isə  qaşlı 
üzüklər sırasına daxil olub yenə də gümüşdən hazırlanmışdır. Künbəz-formalı qaş 
yuvasına malikdir. Lakin qaşı yoxdur. 
IV  sahədən  tapılan  zərgərlik  sənətinə  aid  çəki  daşı  xüsusi  maraq  doğuran 
tapıntılardandır. Muzey materialları ilə paralellər və müqayisələr sayəsində bu çəki 
daşlarının  misqal  tərəzilərdə  istifadə  edildiyini  müəyyənləşdirmək  mümkündür. 
Eyni  zamanda  tapıntı  muzey  materiallarının  dövrünü  müəyyəniəşdirmək  üçün 
vasitə  ola  bilər.  Bu  baxımdan  tapıntının  elmi  əhəmiyyəti  böyükdür.  Bu  növ  çəki 
daşları  tuncdan  hazırlanmaqla  böyükdən  kiçiyə  doğru  iç-içə  yığılaraq  sonda 
açılmış  qərənfil  təsiri  bağışlayır.  Etnoqrafik  müşahidələrdən  də  aydın  olur  ki, 
zərgər  emalatxanasının  əsas  istehsal  ləvazimatlarından  biri  misqal  tərəzi  və 
müxtəlif  çəkiyə  məxsus  daşlardır.  Çox  zaman  tədiyyə  vasitəsi  olan  müxtəlif 
sikkələrin  əyarı  və  çəkisi  zərgərlərə  yaxşı  bəlli  olduğundan,  adətən  sifarişçidən 
çilik-kütlə halında olan nəcib qızıl asma tərəzidə sifarişçinin öz yanındaca çəkilib 
götürülürdü. Qəbul olunmuş  xammal zinət şəklində  sifarişçiyə qaytarılarkən yenə 
də çəkilib qaytarılırdı. Zərgər tərəzisinin, ümumiyyətlə, zərgərlik sənətinin başlıca 
ölçü vahidi misqal və noxud hesab olunurdu. Qeyd edək ki, eyni irilikdə 24 noxud 
1 misqala, 1 misqal 4,68 qrama bərabər idi. 
Tapıntının  böyük  elmi  əhəmiyyətindən  biri  də  tapıldığı 
ərazinin  yaxınlığında  zərgər  dükanının  yerləşməsini  söyləmək 
imkanı  verməsidir.  Eyni  ərazidən  qaşsız,  yəni  istehsalı  başa 
çatmamış üzüyün tapılması da bu faktı təsdir edir. Məlum olduğu 
kimi,  hər  hansı  bir  sənət  sahəsi  ilə  məşğul  olan  sənətkar-usta 
müxtəlif  əmək  alətlərindən  və  dükandan  istifadə  edirdi.  Zərgər  dükanlarında  bir 
qayda  olaraq,  həm  istehsal-texniki  proseslər,  həm  də  satışa  hazır  məmulatların 
reallaşması əməliyyatı yerinə  yetirildiyindən, onlar şəhərin müştəri cəlbi gur olan 
mərkəzi  hissələrində  yerləşirdi.  Belə  bir  cəhət  Azərbaycanın  orta  əsrlər  dövrü 
sənətkarlığı  üçün  də  xas  olmuşdur.  Mikayıl  Heydərov  orta  əsr  tarixi  mənbələrinə 
istinad  edərək  yazır  ki,  əgər  istehsal  prosesi  xüsusi  təyinatlı  böyük  binaların 
olmasını tələb etmirdisə, onda istehsal və hazır məhsulun satışı bazarlarda yerləşən 
dükan-emalatxanalarda həyata keçirilirdi. Bu hal xüsusilə papaqçı, dərzi və zərgər 
sənətinə  aid  idi.  Ədəbiyyat  materiallarının  və  arxeoloji  qazıntılardan  əldə  edilən 
zərgərlik  sənəti  vasitələrinin  birlikdə  süzgəcdən  keçirilməsi  sayəsində  bu  ərazidə 
həqiqətən də zərgər dükanının yerləşməsi faktını təsdiq etmək olar.  


83 
 
Etnoqrafik  baxımdan  böyük  maraq  kəsb  edən 
materiallardan  biri  də  IV  sahədə  2-ci  kvadratdan  tapılmış 
başmaqların  daban  oturacağı  hissəsinə  vurulan  bəzək 
elementidir.  Elmi  ədəbiyyatda  öz  geniş  əksini  tapmamış  bu 
geyim  elementinin  yeganə  nümunəsi  Milli  Azərbaycan  Tarixi 
Muzeyinin  Etnoqrafiya  fondunda  mühüfizə  olunur.  Əsasən 
gəlinlik  xonçası  və  əsilzadə  xanımlar  üçün  dəbdəbə  xatirinə 
hazırlanan başmaqlarda istifadə olunan dabanlığın üzəri qızıl işləməlidir. Arxeoloji 
qazıntılardan  əldə  olunan  materiallar  oksidləşdiyindən  onların  bəzək  elementi 
olması haqqında  fikir söyləmək mümkün deyildir. Təkcə onu demək mümkündür 
ki,  belə  geyim  elementlərinin  üzəri  mütləq  qızıl,  gümüş  və  ya  qarasavad  işləməli 
olurdu.  Hər  iki  tapıntı  başmağın  daban  formasına  uyğun  olaraq  oval  quruluşa 
malikdir.  Arxa  hissəsində  başmaq  dabanına  vurulmasını  mümkünləşdirən  mıxı 
vardır.  Qeyd  olunan  məmulatlar  müxtəlif  istehsal  prosesindən  keçərək  ərsəyə 
gətirilir. Forma dəmirçilərdə sifariş yolu ilə hazırlanır, bəzək elementi isə zərgər və 
ya  nəqqaş  tərəfindən  icra  olunurdu.  Nəhayətdə  başmaqçının  əlinə  çatır  və  onun 
tərəfindən 
proses  başa  çatdırılırdı.  Materiallar  bölgənin,  ümumiyyətlə, 
Azərbaycanın geyim bəzəklərinin araşdırılmasında tutarlı mənbə hesab oluna bilər. 
Başmaqların uzunömürlülüyünü təmin etmək məqsədilə başmaq nallarından 
geniş  istifadə  edilirdi.  Başmaq  uzun  əsrlər  boyunca  milli  geyim  dəstinin  əsas 
ünsürlərindən biri olmuşdur. Orta əsr miniatürlərində bu geyim elementinə tez-tez 
rast  gəlmək  olar.  Keçmişdə  şəhər  əhalisinin  böyük  əksəriyyəti  başmaq  geyirdi. 
Başmaq  dükanları  bütün  şəhərlərdə  geniş  yayılsa  da  Şamaxı  və  Nuxa 
başmaqçılığın  inkişafı  baxımından  xüsusilə  fərqlənirdi.  Akademik  Əlisöhbət 
Sumbatzadənin  XIX  əsrin  ortalarına  aid  topladığı  statistik  məlumatlar  əsasında 
demək  olar  ki,  Bakı,  Gəncə,  Quba,  Şəki,  Şamaxı,  Şuşa  və  Naxçıvan  şəhərlərində 
çalışan  579  nəfər  başmaqçının  227  nəfəri  təkcə  Şamaxının  payına  düşürdü.  IV 
sahədə  8  və  2-ci  kvadratlardan  xeyli  başmaq  nalının  əldə  olunması  Şirvan 
bölgəsinin geyim mədəniyyəti fonunda  başmaqların  əsas yer tutduğunu söyləmək 
imkanı verir. Başmaq nalları  da  eynilə  “daban”  kimi dəmirçilərdə  sifariş  yolu ilə 
hazırlanırdı.  Başmağın  bütün  detalları  tikilib  hazırlandıqdan  sonra  ona  nal 
vurulurdu. XX əsrin ortalarına qədər qadınların istifadəsində olan tağ mili də tarixi 
əhəmiyyəti  baxımından  çox  maraqlıdır.  XVIII  əsr  Azərbaycan  qadınının  məişət 
tərzinə ekskurs etmək üçün bələdçilik edən bu tapıntının uzunluğu 9 sm olub kiçik 
mili  xatırladır.  Döyülüb  yastılanmış  baş  tərəfinin  bir  hissəsi  sınmışdır.  Bu 
millərdən qadınlar saçlarında tağ ayırmaq üçün istifadə edirdilər. Milli Azərbaycan 
Tarixi  Muzeyinin  Etnoqrafiya  fondunda  mühafizə  olunan  eyni  təyinatlı  millərlə 
müqayisə  nəticəsində  IV  sahədən  əldə  olunan  milin  də  vaxtilə  baş  hissəsinin 
müəyyən bəzək elementinə malik olduğunu söyləmək mümkündür. 
Ağsudan  güllə  qəliblərinin  əldə  olunması  da  elmi  baxımdan  böyük 
əhəmiyyətə  malikdir.  Metal  qəliblər,  qəlibləri  tutmaq  üçün  istifadə  olunan 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə