Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə36/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

76 
 
“Asiya  nalları”  da  deyilirdi)  və  Avropa  tipli  at  nallarından  istifadə  edildiyini 
göstərir. Yerli ustalar tərəfindən hazırlanan Asiya tipli nal bütöv olub, atın ayağının 
dırnağını bütünlüklə tuturdu. Belə nalların dairəsi boyunca açılan deşiklər onu atın 
dırnağına  xüsusi  mıxlar  vasitəsilə  bərkitməyə  imkan  verirdi.  XIX  əsrin  70-ci 
illərinə  kimi  yerli  əhali  belə  bütöv  yastı  at  nallarına  üstünlük  verirdi.  Çünki  bu 
nalın  bir  çox  müsbət  keyfiyyətləri  onun  yayılmasını  xeyli  sürətləndirmişdir.  Belə 
ki,  bu  cür  nal  atın  dırnaqlarını  bütövlükdə  tutur,  oraya  zədəverici  əşya  və  xırda 
daşların təsir etməsinə mane olur, atın dırnağının sərbəst inkişafına imkan verirdi. 
Bu  nalı  atın  dırnağına  elə  bərkidirlər  ki,  oraya  hava  və  sudan  başqa  heç  nə  keçə 
bilmirdi.  Avropa  nallarından  bu  nalların  bir  fərqləndirici  xüsusiyyəti  də  ondan 
ibarətdir ki, bu cür nalların  mismarlarından  hər biri dayaq rolu oynayaraq (adətən 
belə  mıxlar  hər  nala  7-8  ədəd  olmaqla  vurulur)  atın  buzlu-sürüşkən  yollarda 
hərəkətinə  əlverişli  şərait  yaradır.  Adətən  atı  nallayarkən  sənətkar  nalbəndlər  iri 
başlıqlı mıxlardan (buna “papaqlı kora” deyilirdi) istifadə edirdilər. 24 ədəd mix, 4 
ədəd nal bir “ifçin” adlanırdı. Yəni bir atın dəsti idi. Yumşaq dəmirdən hazırlanmış 
belə  yerli  mıxlar  başlıq  tərəfdən  enli,  uca  doğru  getdikcə  nazikləşən  formada 
düzəldilirdi. Nalı dırnağa bərkidən zaman bu mıxların baş hissəsini qırmır, sadəcə 
olaraq  bir  əl  burub  yerində  saxlayırdılar.  Bu  mıxların  ucları  da  dayaq  vəzifəsini 
görürdü və atı sürüşməyə qoymurdu. Arxeoloji qazıntılardan əldə olunan mıxların 
bir hissəsi nalbəndlik sənətində istifadə olunan mıxlardır. 
Sonralar  Rusiya  manufaktura  və  kapitalist  sənayesinin  istehsal  etdiyi  ucuz 
nal  nümunələri kütləvi surətdə Azərbaycana  gətirildiyindən yerli nalları sıxışdırıb 
aradan  çıxarmış,  hətta  nal  istehsalı  ilə  məşğul  olan  emalatxanaları  da  tənəzzülə 
uğratmışdı.  Avropa  tipli  nallar  isə,  bir  qayda  olaraq,  aypara  şəklində  (qövsvari) 
düzəldilir,  ayparanın  qurtaracağında  dayaq  rolu  oynayan  dəmir  barmaqlar  (hər 
tərəfində  bir  ədəd  olmaqla)  qoyulurdu.  Ayparanın  içəriyə  doğru  batıq  hissəsində 
mıx vurmaq üçün deşiklər olurdu. Belə nallar adətən at ayağının dırnaq hissəsinin 
uclarını tutur və işləmə cəhətdən uzunömürlü olurdu. Lakin burada mübahisəli bir 
məqam  ortaya  çıxır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  Avropa  tipli  nallar 
Azərbaycanda  XIX  əsrin  70-ci  illərindən  sonra  kütləvi  şəkildə  yayılmağa 
başladığından XVIII  əsr abidəsində  belə  bir nalın tapılması ikili  fikir  yaradır. Ya 
nal  XIX  əsrin  sonlarına  aiddir,  ya  da  XVIII  əsrdə  tranzit  ticarəti  vasitəsilə 
Şamaxıya gətirilmişdir. 
Ərazidən  uzunqulaq  nalının  əldə  olunması  şəhər  əhalisinin  nəqliyyat 
vasitəsi  kimi  uzunqulaqdan da istifadə etdiyini əsaslandırır. IV qazıntı sahəsindən 
aşkarlanan  nallardan  biri  Avropa  tipli  nalların  təsvirinə  uyğundur  və  uzunqulaq 
ayağı  üçün nəzərdə  tutulmuşdur. Nalın uzunluğu 8 sm, eni isə  7 sm-dir. Üstündə 
mıxların olması onun heyvanın ayağından düşdüyünü sübut edir. 
Tapılan  nallardan  birinin  uzunluğu  7,5  sm,  eni  isə  7  sm-dir.  Uzunqulaq 
ayağının ölçüsünə uyğun gəlsə də, bu nalın üzərindəki mıxlar qadaxlanmışdır, yəni 
heyvan ayağına deyil hansısa başqa bir materiala vurulmuşdur. Xalq inamına görə 


77 
 
bəd nəzərdən qorunmaq, uğura nail olmaq məqsədilə həyət qapılarının başından və 
ya  ayaq  altından  nal  vurulurdu  (bu  müasir  dövrümüzdə  də  müşahidə  edilir).  Ola 
bilsin ki, bəhs olunan nal nümunəsi elə həmin  məqsədlə də istifadə olunmuşdur. 
Dəmirçilər tərəfindən istehsal edilən “fırlanqıc” adlanan əşya geniş istifadə 
təyinatına  malik  olan  əşyalardandır.  Fırlanqıc  əsasən  heyvanları  bağlamaq 
məqsədilə  istifadə  olunmuşdur.  Onun  baş  hissəsini  elə  hasil  edirdilər  ki,  ona 
bağlanmış ip heyvan hərəkət etdikcə dolaşmırdı. Nənnilərin, qəssabxanalarda ətin 
və  s.  asılmasında  fırlanqıca  praktik  əhəmiyyətinə  görə  üstünlük  verilirdi.  Bəzi 
kəndlərdə bu məişət ləvazimatından istifadəyə bu gün də rast gəlmək mümkündür. 
Arxeoloji  qazıntı  ərazisindən  tapılan  fırlanqıc  nümunəsi  XVIII  əsr  məişətində  də 
belə  dəmirçilik  məmulatlarından  istifadə  olunduğunu  göstərməklə  onun  məişətə 
daxil olma tarixini bir əsr də dərinləşdirmək imkanı verir. 
Azərbaycanın  təsərrüfat  məişətində  “buxov”  adlanan 
əşyadan də geniş istifadə olunmuşdur. Atları örüşə buraxarkən 
qabaq  ayaqları  buxovla  bağlanırdı  ki,  at  uzaq  məsafəyə 
getməsin.  IV  qazıntıdan  əldə  olunan  buxov  nümunəsi 
oksidləşsə də formasını tamamilə itirməmişdir. İçərisində  olan 
açar yeri hələ də özünü büruzə verir. 
Azərbaycan  xalqının  təsərrüfat  məişətində  dəvə,  öküz 
və  atların  boynundan  asmaq  üçün  istifadə  olunan  zınqırovlara  da  geniş  yer 
verilirdi.  Dəmir,  mis,  bəzən  tuncdan  hazırlanmış  zınqırovlara  rast  gəlinir. 
Zınqırovlar bir qayda olaraq sərraclar tərəfindən qayış üzərinə 10-15 ədəd olmaqla 
tikilirdi.  Heyvan  hərəkət  etdikcə  tərpənən  zınqırovlar    melodik  səs  verirdi.  Bəzən 
zəncirlərə  düzülmüş  zınqırova  da  rast  gəlinir.  Belə   
zınqırovlar  isə  dəmirçi  və  ya  misgər  tərəfindən  istehsal 
olunurdu. Zınqırovun  yuxarı hissəsində zəncirə və ya qayışa   
bəndlənməsini  təmin  etmək  məqsədilə  qulp  lehimlənir,  içəri 
hissəsində  hərəkət  edə  bilən  əlavə  kiçik  bir  kürəcik  də  əlavə 
olunurdu  ki,  məhz bunun üst hissəyə toxunması nəticəsində 
səs  yaranırdı.  Zınqırovun  üst  hissəsinin  ağzı  göz  formasında 
açıq  saxlanırdı  ki,  bu  da  səs  rezonansını  gücləndirmək  məqsədi  daşıyırdı.  Xalq 
arasında  “Zınqırovlu  dəvə  itməz”  zərb  məsəlinin  işlənməsi  zınqırovun  əməli 
əhəmiyyəti olduğunu təsdiqləyir. Aparılan elmi tədqiqatlar sübut edir ki, heyvanlar 
(xüsusən  dəvələr  və  ilanlar)  musiqiyə  çox  meyillidirlər.  Görünür,  təsərrüfat   
məişətinin  sirrlərinə  dərindən  bələd  olan  babalarımız  heyvanlardakı  bu  əlaməti 
duymuş və zınqırovları istehsal edərkən heyvanlara məxsus bu keyfiyyətləri nəzərə 
almışlar. Çox güman ki, metal hissəciklər bir-birinə toxunduqca yaranan melodiya  
heyvanların  rahat,  yedəyə  yatımlı  olmasına  təminat  verməklə  daha  bir  əməli 
əhəmiyyət  kəsb  edirmiş.  Arxeoloji  qazıntıların  IV  sahəsindən  tapılan  zınqırov 
nümunəsi  də  haqqında  bəhs  olunan  zınqırovlardandır.  Heç  şübhəsiz  ki,  zəngin 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə