Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə34/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

72 
 
Evlərin  qızdırılması  bütün  dövrlərdən  ən  aktual  problemlərdən  olmuşdur. 
Naxçıvan və Abşeron  bölgəsi  ilə yanaş,  Şirvanda  da evləri isitmə vasitəsi kimi 
kürsülərdən  geniş  istifadə  olunurdu.  Qış  aylarında  istifadə  edilən  bu  məişət 
elementi döşəmə üzərində qazılmış dayaz çaladan ibarət idi. Çalanın üzərinə alçaq 
kətil qoyulur, onun üzərinə isə kürsü yorğanı” adlanan   xüsusi   yorğan salınırdı. 
Ailə üzvləri kürsünün ətrafında oturaraq ayağını yorğanın altına salırdı. 
Həm III, həm da IV qazıntı sahəsində aşkar olunmuş evlərin içərisində belə 
ocaq yerlərinin izləri qalmaqdadır. Evlərin qızdırılması məqsədilə gil kürələrdən də 
geniş istifadə edilirdi. Ağsu qazıntıları zamanı aşkar olunmuş çoxsaylı kürələr buna 
əyani sübut ola bilər. Evlərdə bəzi hallarda kürsü kürəsi) yanaşı xörək kürəsindən 
də istifadə edilmişdir. 
Tarixi  inkişaf  prosesində  istehsalın  təkmilləşməsi  nəticəsində  istilik 
vasitəsinin  daha  təkmil  nümunələri  meydana  gəlsə  də  ondan  yalnız  kübar 
cəmiyyətə  aid  şəhər  evlərində  istifadə  olunurdu.  Bu  istilik  vasitəsi  tuncdan 
hazırlanmış  manqallar  idi.  Dekorativ  bəzək  ünsürlərinə  malik  olan  bu  manqallar 
tökmə  üsulu  ilə  hazırlanır  və  daha  çox  tranzit  ticarəti  vasitəsilə  Azərbaycana 
gətirilirdi. Arxeoloji qazıntılar əldə olunan çuğun  manqal qalığı artıq XVIII əsrdə, 
bəlkə də ondan da əvvəl Şirvanda bu tip istilik vasitələrindən istifadə olunduğunu 
sübut  edir.  Manqalın  quruluşu  mümkün  olmasa  da  müfəssəl  məlumat  vermək 
hissəsinin  hündürlüyünün  12  sm  olması  əsasında  deyə  bilərik  ki,  manqal  çox  da 
böyük  həcmə  malik  olmamışdır.  Belə  manqallar  adətən  8  ayaq  və  bu  ayaqları 
birləşdirən tökmə üsulu ilə hazırlanmış 12 lövhədən ibarət olur. Lövhələr bir-birinə 
halqalar  vasitəsilə  birləşdirilirdi.  Manqalın  ortasında  dəmirdən  hazırlanmış  içlik 
yerləşdirilərək  içinə  közərdilmiş  kömür  tökülürdü.  Manqal  ya  kürsünün  altına 
qoyulur,  ya  da  ailə  üzvləri  sadəcə  evin  ortasına  qoyulan  manqalın  ətrafına 
toplaşırdı.  Manqalda  közdən  daha  çox  istilik  almaq  üçün  onu  ara-sıra  maşa  ilə 
eşirdilər. Xalq arasında tez-tez işlədilən “Hər kəs közü öz qabağına eşir” məsəli də 
öz mənşəyini ailə məişətinə dair bu elementdən götürmüşdür. 
Arxeoloji qazıntılardan əldə olunan çuğun qəliblərdə dekorativ manqalların 
istehsalında  istifadə  olduğunu  güman  edilir.  Qəliblərin  forması  və  ölçüsü 
manqalların yan hissələrinə uyğun gəlir. Bu isə bizə məişətimizə geniş daxil olmuş 
çuğun  manqalların  yerli  istehsala  məxsus  olduğunu,  xüsusən  də  Ağsu  şəhərində 
istehsal  olunduğunu  söyləmək  imkanı  verir.  Doğrudan  da  manqallar  ağır  çəkiyə 
malik olduğundan onun dəmir yollarının olmadığı bir dövrdə, XVIII əsrdə karvan 
ticarəti  vasitəsilə  Azərbaycana  gətirilməsi  ağlabatan  ola  bilməzdi.  Məhz  bu 
baxımdan  tapıntının  çox  böyük  elmi  əhəmiyyəti  vardır.  Demək  manqallar  yerli 
istehsala məxsus olmaqla əhalinin ona olan tələbatını ödəmişdir. 
Keçmiş  məişətdə  geniş  yayılmış  istilik  vasitələrindən  biri  də  buxarılar  idi. 
Buxarılar  kürsülərlə  müqayisədə  daha  praktik  əhəmiyyətə  malik  idi.  Kürsülərdən 
fərqli  olaraq  buxarılarda  həm  qızınmaq,  həm  də  xörək  hazırlamaq  mümkün  idi. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  şirvanlıların  (həmçinin  qarabağlıların)  dilində 


73 
 
işlədilən  “xörəyi  asdım”,  “qəfədanı  üstünə  asdım”  ifadəsi  buxarılarla  bağlı 
yaranmışdır.  Çünki  buxarıda  xörək  hazırlamaq  üçün  qazan  bu  məqsədlə  nəzərdə 
tutulmuş  xüsusi  haçadan  və  ya  zəncirdən  asılırdı  (ola  bilsin  ki,  təndirlərdə  də  bu 
üsuldan  istifadə  edilib).  Arxeoloji  qazıntılar  ərazisindəki  buxarı  qalıqları  XVIII 
əsrdə Ağsu şəhər sakinlərinin ocaq yeri, təndir, kürə, manqal kimi istilik vasitələri 
ilə yanaşı buxarılardan da geniş istifadə etdiyini düşünməyə əsas verir. 
Əksər  evlərdə  buxarı  kəllə  divarın  ortasında  yerləşdirilirdi.  Bəzən  evlərin 
plan  quruluşundan  asılı  olaraq  otağın  künclərində  açılmış  buxarılara  da  rast 
gəlinirdi.  IV  qazıntı  sahəsində  açılan  evlərin  künc  hissəsində  ocaq  yerinin  olması 
da bu fikri təsdiq edə bilər. 
Evlərin  işıqlandırma  vasitələri  də  etnoqrafik  baxımdan  maraq  doğuran 
məsələlərdəndir.  Evlərin  işıqlandırılmasında  tarixən  müxtəlif  vasitələrdən  -  orta 
ocağından,  ucu  alovlu  kösövdən,  məşəllərdən  istifadə  olunurdu.  Tarixi  inkişafın 
sonrakı  gedişində  məişətə  neftlə  yanan  çıraqlar  daxil  olmağa  başladı.  Artıq  VII-
VIII  əsrlərdən  etibarən  saxsıdan  hazırlanmış,  elmi  ədəbiyyatda  “durna  çırağı”  adı 
ilə  tanınan  neft  çıraqları  meydana  çıxdı.  Əfsanəyə  görə  dumalar  yolu  azarkən  bu 
çıraqlarla  onlara  bələdçilik  edilmiş,  guya  ona  görə  də  bu  çıraqlara  belə  ad 
verilmişdir. Əslində isə çırağın itehsal texnologiyası onun zoomorf, durna boğazına 
bənzər  formada  hazırlanmasını  tələb  etmiş  və  bu  xüsusda  onlar  formasına  uyğun 
olaraq durna çırağı adlanmışdır. Durna çıraqlarının aşağı borusu və ya boğazı fitil 
qoymaq, yuxarı borusu isə neft tökmək üçün nəzərdə tutulmuşdur. 
Arxeoloji qazıntılardan xeyli miqdarda saxsı çırağın əldə 
olunması (inv. № 16, 66, 75, 105, 144, 197, 254, 277, 282, 287, 
319 və s.) göstərir ki, uzun əsrlər boyunca bu çıraqlar məişətdə 
digər işıqlandırma vasitələri ilə müqayisədə üstün yer tutmuş və 
XVIII  əsrdə  də  bu  mövqeyi  qoruyub  saxlamışdır.  Hətta  misin 
məişətə  geniş  daxil  olması  da  onu  sıxışdırıb  aradan  çıxara 
bilməmişdir. Durna çıraqlarının məişətdəki üstün mövqeyi XIX 
əsrin  ortalarına  qədər,  yəni  şüşədən,  misdən,  tənəkədən 
hazırlanmış  yerli  və  xarici  istehsala  məxsus  çıraqların 
Azərbaycana  gətirilməsinədək  davam  etmişdir.  Bununla  belə  durna  çıraqları 
tamamilə sıxışdırılmamış, XX əsrin əvvəllərinə, elektrik lampasının tətbiqinə qədər 
xalqın istifadəsində olmuşdur.  
Məişətdə  geniş  yayılmasa  da  mis  şamdanlar  da  işıqlandırma  vasitəsi  kimi 
özünəməxsus  yer  tutmuşdur.  Müxtəlif  forma  və  quruluşa  malik  olan  mis 
şamdanlardan orta əsrlər boyunca istifadə olunmuşdur. IV sahədən əldə olunan mis 
şamdan sadə quruluşa malik olub oturacaq kasası və onun mərkəzinə lehimlənmiş 
şamdandan ibarətdir. Şamdanın oturacağının diametri 10 sm, hündürlüyü 6 sm-dir. 
Belə şamdanlardan XX əsrin əvvəllərinə qədər məişətdə istifadə olunmuşdur. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə