Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə35/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

74 
 
Digər  bir  çıraq  nümunəsi  isə  misdən  hazırlanmaqla 
üzərində  döymə  üsulu  ilə  arpaya  bənzər  naxış  elementi 
tərtiblənmişdir.  Ağız  hissəsindəki  dilikli  köbə  əsas  hissəyə 
lehimlə 
birləşdirilmişdir. 
Məmulatın  yalnız  qırıntıları 
qaldığındn onun çıraq və ya qəndil hissəsi olduğunu müəyyən 
etmək  çətindir.  Hər  halda  materiallar  XVII  əsr  Ağsu  şəhəri 
ərazisində  yaşayan  əhalinin  istifadə  etdiyi  işıqlandırma 
vasitələri,  eyni  zamanda  sənət  istehsalı  ilə  bağlı  müəyyən 
təsəvvür yaratmaq imkanı verir. 
Məlum  olduğu  kimi,  Azərbaycan  xalqı  özünün  çoxəsrlik  tarixi  ərzində 
olduqca  zəngin  sənət  irsi  yaratmış,  empirik  biliklər  və  vərdişlər  hesabına  onları 
təkmilləşdirilmiş,  bir  çoxlarını  ənənələr  hesabına  nəsildən-nəslə  keçirərək 
dövrümüzə  qədər  gətirib  çatdırmışdır.  XIX  əsrin  sonlarına  qədər  mövcud  olmuş 
yüzdən çox ev peşəsi və sənət  növləri həm xalqın özünün daxili tələbatını (maddi, 
mənəvi və məişət ehtiyaclarını ödəmiş, həm də əmtəəlik məhsula çevrilərək bir çox 
xarici  və  daxili  bazarlara  çıxarılmışdır.  Bu  sənət  növlərinin  əksəriyyəti  Şirvan 
tarixi-etnoqrafik  bölgəsində  geniş  yayılmış,  həm  özünün  sənətkarlıq  məhsulları, 
həm  də  bu  peşələrin  səriştəli  ustaları  və  davamçıları  ilə 
şöhrətlənmişdir. Çoxsaylı ədəbiyyat materialları belə bir fikir 
söyləməyə  imkan  verir  ki,  Azərbaycan  Respublikasının 
Şirvan bölgəsi müstəqil tarixi-coğrafi-inzibati ərazi və ayrıca 
tarixi-etnoqrafik  bölgə  kimi  öz  spesifikası  və  sənətkarlıq 
növlərinin  müxtəlifliyi  ilə  diqqəti  cəlb  edərək  etnoqrafik 
bölgələrimiz  içərisində  özünəməxsus  yer  tutmuşdur.  Burada 
sosial-iqtisadi,  mədəni-tarixi  və  təbii-coğrafi  amillərin 
qarşılıqlı  təması,  biri  digərini  tamamlaması  nəticəsində  Ümumazərbaycan 
sənətkarlıq  mədəniyyətinin  məhəlli  bir  variantı  yaranmış,  zaman-zaman  təkamül 
tərzi keçirərək özünün lokal xüsusiyyətləri, texnologiyası ilə fərqlənmişdir. 
Şəhərlər sənətkarlığın inkişafında daim amillərdən biri olmuşdur. Tacirlərin 
və  əhalinin  alıcılıq  qabiliyyətinin  yüksək  olan  hissəsinin  şəhərlərdə  toplanması 
sənətkarların  şəhərlərə  axınını  şərtləndirmişdir.  Şamaxının  bütün  orta  əsrlər 
boyunca gur-gur guruldayan qaynar ticarət və sənətkarlıq mərkəzi olduğunu nəzərə 
alsaq,  Ağsu  yaradılarkən  bu  ab-havanın  da  əhali  ilə  birlikdə  oraya  köçməsi 
şübhəsizdir. 
Şirvanda  geniş  intişar  tapmış  sənət  sahələrindən  biri  metalişləmə  sənəti 
olmuşdur.  Elmi  ədəbiyyatdan  məlum  olduğu  kimi  bölgədə  dəmirçilik,  misgərlik, 
zərgərlik  əsas  metalişləmə  sənəti  sahələri  kimi  yüksək  zirvəyə  qalxmışdı.  Yerli 
sənətkarların  istehsal  etdiyi  misgərlik,  zərgərlik  sənəti  nümunələri  dünya 
muzeylərinin  bəzəyinə  çevrilmişdir.  Şirvanın  Lahıc  kəndi  nəinki  Azərbaycanın, 
Cənubu 
Qafqazın  misgərlik  sənətinə  liderlik  edirdi.  Ağsu  arxeoloji 
ekspedisiyasının  arxeoloji  qazıntılardan  əldə  etdiyi  sənətkarlıq  nümunələrinin 


75 
 
əksəriyyətinin  Lahıc  sənətkarları  tərəfindən  hazırlandığına  şübhə  yoxdur.  Hətta 
misdən hazırlanmış zərgərlik məmulatlarının da məhz Lahıc sənətkarları tərəfindən 
istehsal edildiyini söyləmək olar. 
Bölgədə  atın  əsas  nəqliyyat  vasitəsi  olması  burada  sərraclıq  və  nalbəndlik 
sənətinin də inkişafını şərtləndirmişdir. Ağsu qazıntıları zamanı tapılmış bəzi metal 
əşyalar  sərraclıq  sənəti  nümunələri  hesab  edilə  bilər.  Sərraclıq  sənətində 
halqalardan  atın  yüyəninin,  sinəbəndinin  formalaşdırılmasını  təmin  etmək, 
həmçinin  yəhər  qaltağına  qancığa  bağlarını  bənd  etmək  məqsədilə  istifadə 
olunurdu.  Buna  görə  də  sərracın  əlinin  altında  digər  ləvazimatlarla  yanaşı 
dəmirçilərdə  sifariş  yolu  ilə  hazırlanmış  müxtəlif  ölçülü  halqalar  olmalı  idi.  3a 
kvadratından  tapılan  dəmir  halqalar  yəhər  qaltağına  bəndlənən  qancığa  bağları 
üçün nəzərdə tutulmuş halqalardır. 
Yəhəri  hasilə  gətirmək  üçün  digər  bir  ləvazimat 
toqqa  və  törpülərdir.  Atın  belində  yəhərin  möhkəm 
dayanmasını  təmin  etmək  məqsədilə  tapqır,  quşqun  və 
sinəbənddən istifadə edilirdi. Yəhərin hər iki tərəfində, arxa 
və qabaq hissədə bunları bağlamaq üçün ucunda toqqa olan 
xüsusi  qayışlar  tikilir.  Tapqır  atın  qarnının  altından 
keçirilərək  yəhərin  sağ  və  soluna,  quşqun  yəhərin  arxa 
hissəsinin  sağ  və  sol  tərəfindən  atın  quyruğuna,  sinəbənd 
isə  üç  hissədən  ibarət  olmaqla  bir  hissə  atın  qabaq 
qıçlarının  arasından  keçirilərək  qarnının  altında  tapqıra  və  boynunun  hər  iki 
tərəfindən  keçməklə  yəhərin  qabaq  hissəsində  qaltağa  toqqa  vasitəsilə  bağlanır. 
Tapqır və yüyən hissələrinin lazım gəldikdə böyüdülüb kiçildilməsi üçün törpüdən 
istifadə  olunurdu.  Bütün  bu  hissələr  dəmirçixanalarda  sifariş  yolu  ilə  hazırlanırdı. 
IV sahənin 3, 3a və 4c kvadratından tapılan toqqa və törpülərin yəhər əsləhələrinə 
aid  olduğunu  söyləmək  mümkündür.  Eyni  kvadratdan  həmin  ləvazimatlarla 
birlikdə  əldə  olunmuş  dəmir  qıyıq  bu  ərazidə  vaxtilə  sərrac  dükanının  mövcud 
olduğunu əsaslandırmaq üçün tutarlı dəlil rolu oynayaraq qənaətimizi dəqiqləşdirə 
bilər. 
Metalişləmə  sənətinin  zərgərlik,  misgərlik 
sahələrindən fərqli olaraq nalbəndlik sənəti həm kənd, 
həm  də  şəhər  sənətkarlığına  məxsus  bir  sənət  sahəsi 
idi. Kənd yaşayış məntəqələrində nalbəndlik sənəti ilə 
dəmirçi 
ustalar  məşğul  olurdularsa  şəhərlərdə 
nalbəndlər  müstəqil  fəaliyyət  göstərərək  adətən 
karvansara  və  bazar  meydanı  ətrafında  yerləşirdilər. 
Hələlik  arxeoloji  qazıntılardan  nalbəndlik  sənəti  ilə 
bağlı  cüzi  material  əldə  olunsa  da  bu  materiallar 
onların  tapıldığı  2b  kvadratında  nalbənd  dükanının 
olduğunu  söyləməyə  əsas  verir.  Etnoqrafik  tədqiqatlar  Azərbaycanda  yerli  (buna 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə