Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə38/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

80 
 
əsrin  geyim  fondu  haqqında  bunu  qətiyyətlə  söyləmək  mümkün  olmamışdır.  IV 
sahənin 8a kvadratından əldə olunan materiallar bu geyim bəzəyindən XVIII əsrdə 
də  istifadə  edildiyini  söyləmək  üçün  informator  rolu  oynamağa  qabildir.  Bəzək 
qəlibkarlıq  üsulu  ilə  misdən  hazırlanmışdır.  İki  yarımşar  formalı  döyməqəlib  bir-
birinə lehimlənərək kürə forması almışdır. Yuxarı hissəsində paltara tikmək və ya 
zəncirə  keçirmək  üçün  lehimləmə  üsulu  ilə  qulp  bəndlənmişdir.  Məmulatın  çox 
kiçik olması ətəklik kimi istifadə olunduğunu göstərir. Ətəkliyin ümumi uzunluğu 
1 sm, diametri 1 sm-dir. Digər materialın istehsalı başa çatmamışdır. 
Zərgərlik məmulatları içərisində qarmaqlar da təyinatları baxımından maraq 
doğuran elementlərdəndir. Qarmaqlardan həm baş bəzəyi kimi, həm də boxçaların 
bağlanması  üçün  geniş  istifadə  olunmuşdur.  Baş  bəzəyi  üçün  nəzərdə  tutulmuş 
qarmaq  III  sahədən,  boxça  üçün  nəzərdə  tutulmuş  qarmaqlar  isə  IV  sahədən  əldə 
olunmuşdur.  Qadın  baş  geyimi  olan  çalma  üçün  nəzərdə  tutulmuş  qarmaqlar 
həcmcə  nisbətən  böyük  olur  və  zəncirə  bəndlənirdi.  Boxça  üçün  nəzərdə  tutulan 
qarmaqlar  isə  kiçik  ölçüdə,  misdən  sadə  formada  hazırlanmışdır.  Yalnız  birinin 
üzərində  qəlibkarlıq üsulu ilə  6 ləçəkli gül nəqş edilmişdir. Qarmaqlardan birinin 
üzərində  isə  döymə  üsulu  ilə  həndəsi  naxış  elementi  həkk  olunmuşdur.  Hər  bir 
qarmağın  bir  ucu  qarmaqdan,  digər  ucu  isə  boxçaya  bəndləmək  üçün  deşikdən 
ibarətdir. Qarmaq boxçanın bir küncünə tikilirdi. Boxçanı bükmək üçün onun dörd 
küncü bir-birinin üstünə qatlanır, qarmaq olan künc üstdə qalır, həmin künc tarım 
çəkilir  və  qarmaq  münasib  bir  yerə  sancılaraq  boxçanın  açılmasını  əngəlləyirdi. 
Boxçaya  adətən  bayır-bacaq,  toyluq  (buna  xalq  arasında  boxçalıq  paltar  da 
deyilirdi),  xırda  cehizliklər  yığılaraq  sandığa  və  ya  taxçaya  qoyulur,  həmçinin 
hamama  gedərkən  dər-dəyişək  bükülürdü.  O  bir  növ  çantanı  əvəz  edirdi. 
Azərbaycanlıların  məişətində  XX  əsrin  əvvəllərinə  qədər  boxçalardan  istifadə 
olunması qarmaqlara da ehtiyac yaratmış və onun istehsalı davam etmişdir. 
XVIII  əsr  abidəsindən  qarmaqların  aşkar  olunması  bu  məişət  elementinin 
tarixini  izləmək  baxımından  çox  böyük  elmi  əhəmiyyət  kəsb  edir.  Xatırladaq  ki, 
muzey  fondlarında  mühafizə  olunan  bu  tip  qarmaqlar  XIX  əsrin  sonlarına  aid 
edilir.  Bu  materiallar  bizə  hər  iki  dövr  arasında  paralellər  aparmaq  imkanı 
verməklə qiymətli mənbə rolu oynayır. 
Milli geyim dəstində kəmərlər xüsusi yer tutaraq geniş yayılmışdı. Əhalinin 
yaşlı  təbəqəsini  çıxmaq  şərtilə  kişi,  qadın  və  uşaqların  əksəriyyəti  iqtisadi 
durumdan  asılı  olaraq,  qızıl,  gümüş  və  mis  kəmərlər  daşımışdır.  Kişilərdə  silah 
daşınmasını asanlaşdırmaq, qadınlarda isə geyimin əyində kip oturması və estetik 
gözəllik  bəxş  etmək  funksiyası  daşıyan  kəmərlərin  müxtəlif  növ  və  formaları 
mövcud olmuşdur. 6-cı kvadratdan tapılan kəmər toqqası gümüşdəndir. Uşaqların  
geyim dəstinə daxil  olan  belə kəmərlər bir-birinə millər vasitəsilə keçirilən və yə 
qayış  üzərinə  yığılan  lövhələrdən  ibarət  olaraq  hazırlanırdı.  Sonuncu  lövhədə 
toqqanın  ilgəyini  keçirmək  üçün  oyuq  açılırdı.  Toqqanın  üzəri  Azərbaycan 
zərgərlik  sənətində  geniş  yayılmış  qarasavad  üsulu  ilə  bəzədilmişdir.  Yeri 


81 
 
gəlmişkən  qeyd  edək  ki,  toqqanın  naxış  elementinin  aydınlaşması  üçün  bərpaya 
ehtiyacı  vardır.  Alt  hissədə  ilgək  lehimlənmişdir.  Ucu  üçkünc  formalı  olub,  əks 
tərəfində  digər  lövhəyə  keçirilməsi  üçün  törpü  vardır.  Uzunluğu  2,8  sm,  eni  1,5 
sm-dir. 
Geniş  yayılmış  kəmər  növlərindən  biri  də  pilək 
kəmərlərdir.  Bir-birinə  ilgək  və  qarmaq  vasitəsilə  birləşən 
toqqaya  malik  belə  kəmərlər  adətən  məxmər  parçadan 
hazırlanır, üzərinə döyməqəlib, tökməqəlib üsulu ilə ərsəyə 
gətirilmiş  müxtəlif  ornamentli  piləklər  düzülürdü  (hər 
kəmərə təxminən 6-8 pilək istifadə olunurdu). IV sahədə 3b 
kvadratından  tapılan  mis  pilək  tökmə  üsulu  ilə 
hazırlanmışdır. 
Lakin 
məmulatın 
istehsalı 
başa 
çatmamışdır.  Belə  qəliblərdən  həmçinin  yəhər  əsləhələrinin  hazırlanmasında  da 
geniş  istifadə  olunmuşdur.  Etnoqrafik  materiallar  əsasında  deyə  bilərik  ki, 
mücrülərin, hamam sandıqlarının qulp və cəftə oturacaqları da bədii cəhətdən belə 
bəzək  elementləri  ilə  tərtiblənirdi.  6-cı  kvadratdan  tapılan  və  “gəlincik”  adlanan 
bəzək elementi bir qayda olaraq cehizlik sandıqlara vurulurdu. 
Milli  qadın  bəzəkləri  sırasında  üzüklər  və  sırğalar  xüsusi  yer  tutur. 
Arxeoloji  qazıntılardan  əldə  olunan  bu  tip  bəzək  nümunələri  zəngin  olmasa  da 
müəyyən  fikir  söyləmək  imkanı  verir.  Daha  çox  antik  dövr  arxeoloji 
qazıntılarından  əldə  olunan zoomorf  formalı  sırğaların XVIII  əsrdə də  istifadə  də 
olması maraq doğurur. IV sahədə 8b və 8c kvadratından tapılan sırğalar zərgərlik 
sənəti  ənənəsinin  uzun  əsrlər  boyunca  davam  etməsini  sübut  edir.  Arxeoloji 
ədəbiyyatdan  məlum  olduğu  kimi  zoomorf  formalı  bəzək  əşyaları  hələ  tunc 
dövründən başlayaraq geniş yayılmışdır. Bu daha cox ibtidai dini inanclarla bağlı 
idi. İlkin dövrlərdə qədim insanların magik və mifik dünyagörüşünü ifadə etməyə 
yönəlmiş  bu  elementlər  sonralar  düşüncə  tərzinin  dəyişməsi  nəticəsində  bəzək 
vasitəsinə çevrilmişdir. 
Aparılan tədqiqatlardan Azərbaycanda qədim dini inanclar arasında marala 
sitayişin olduğu da  məlumdur. 8c  kvadratından tapılan sırğanın bir  ucunun  maral 
başı  forması  kəsb  etməsi  də  həmin  dini  inancla  bağlıdır.  Görünür  nəsildən-nəslə, 
əsrdən-əsrə  keçib  gələn  bu  sırğa  nümunəsi  də  öz  mahiyyətini  itirərərək  bəzək 
elementinə  çevrilmişdir.  8b  kvadratından  tapılan  sırğa  döymə  üsulu  ilə 
hazırlanmışdır. Sırğanın aşağı hissəsi pələng başını xatırladır. Üzərində kəsik xətlər 
döyülmüşdür. Hər iki sırğanın tək olması vaxtilə  xalq arasında  olan bir inama  da 
diqqətimizi  yönəldir.  Belə  ki,  bəzən  elə  hallar  olurdu  ki,  ailədə  oğlan  uşağı  ya 
olmur, olsa da çox yaşamırdı. Xalq inamına görə belə hallarda uşağı çoxuşaqlı bir 
ailəyə verir və ya qulağına sırğa taxırdılar. Bu yolla Əzraili aldadacaqlarını, uşağı 
ondan  qoruyacaqlarını  güman  edirdilər.  Hər  halda  sırğalar  həm  zərgərlik  sənəti 
tariximizi,  bu  sənətdə  baş  verən  genetik  ardıcıllığı,  həm  də  xalqımızın  estetik 
zövqünü, dünyagörüşünü tədqiq etmək baxımından əhəmiyyətlidir. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə