Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə41/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   37   38   39   40   41   42   43   44   ...   106

86 
 
Cəhrədə ip əyirmək üçün cəhrə sağ əllə bulanır, sol əllə isə yun iyin ağzına 
verilirdi.  Bir  qayda  olaraq  ip  sağdan  sola  doğru  əyrildikcə  iyin  üzərində  dükcə 
şəklində  sarınırdı.  7c  kvadratından  tapılan  dəmir  millərin  cəhrə  mili  olmasını 
güman  edirik.  Etnoqrafik  müşahidələr  cəhrə  milinin  30-35  sm  uzunluğuna  malik 
olduğunu söyləməyə imkan verir. Haqqında bəhs olunan millərin isə uzunluğu 30 
sm-dir. 
Toxuculuq      sənətində      ip      əyrildikdən  sonra    növbəti    emal    prosesi  
qırtızlanma  əməliyyatıdır.  Qırtızlama  prosesində  hazır  ip  “qırtız”  (dəmir  mil) 
vasitəsilə  qırtızlanır,  yun  düyünü,  çöpük,  ilişik  və  s.-dən  təmizlənib  hamar  hala 
salınırdı.  Qırtız,  adətən  13-15  sm.  uzunluğunda  alət  idi.  Arxeoloji  qazıntı 
ərazisindən,  daha  dəqiqi  7-ci  kvadratdan  tapılan  mis  və  2-ci  kvadratdan  tapılan 
dəmir  alətin  bu  məqsədlə  istifadə  olunan  qırtız  olduğunu  güman  edirik.  Hər  iki 
materialın  uzunluğu  15sm-dir.  Dəmir  alətin  baş  hissəsi  manqal  şişləri  tərzində 
qatlanmışdır.    Bu  alətlərdən  başqa  məqsədlərlə  istifadə  ehtimalı  da  mümkündür. 
Maddi    mədəniyyətin  öyrənilməsində 
məişət 
qablarının  özünəməxsus  yeri 
vardır.  İbtidai  dövrlərdən  başlamış  bu 
günə  kimi  ərzaq  -  qida  məhsullarının 
saxlanması,  tədarükü,  bişirilməsi  və 
süfrəyə  verilməsində  qablardan  istifadə  
olunmuşdur.   Qabların dövrləri arasındakı 
fərq  isə  onların  hazırlandığı  materialdan, 
formasından  və  istifadə  təyinatından 
ibarət olmuşdur.  XVIII  əsrə qədər xalqın 
məişətində  saxsı  qablar  aparıcı  rol 
oynamışdır.  Öz  başlanğıcını  neolit 
dövründən  götürən  saxsı  qab  istehsalı 
zaman-zaman  təkmilləşərək  xalqın  qaba 
olan  tələbatını  tam  ödəmişdir.  Ağsu 
arxeoloji 
ekspedisiyasının 
qazıntılar 
nəticəsində  əldə  etdiyi  maddi  mədəniyyət 
nümunələri  içərisində  saxsı  məmulatların 
üstünlük təşkil etməsi bir daha sübut edir 
ki,  saxsı  qablar  XVIII  əsrdə  də  öz  hakim 
mövqeyini qoruyub saxlamış, məişətdə geniş istifadə edilmişdir. Ərazidən tapılan 
qabların  əksəriyyəti  uzun  əsrlər  boyunca  formasını  qoruyub  saxlamış  qablardır. 
Yalnız  saxsı  qəlyan  küplərinin  XVIII  əsrdən  etibarən  məişətə  daxil  olduğunu 
söyləməyə əsas verən bir neçə nümunə aşkarlanmışdır. 
Əldə  olunan  tapıntılar  arasında  mis  məişət  qablarının  azlıq  təşkil  etməsi 
misin  XVIII  əsrdə  də  məişətə  kütləvi  şəkildə  daxil  ola  bilmədiyini  təsdiqləyir. 
Bunu  hər  şeydən  əvvəl  misin  baha  olması,  bunun  əksinə  olaraq  saxsının  ucuz  və 


87 
 
tez  başa  gəlməsi  ilə  izah  etmək  olar.  Xalq  arasında  işlədilən  “Saxsıya  verə-verə 
çıxar  qazan  bahası”  atalar  sözünün  də  məhz  sorakı  dövrlərə,  yəni  XIX  əsrə  aid 
olduğu  aydınlaşır.  Məhz  bu  dövrdən  etibarən  mis  məişətə  kütləvi  surətdə  daxil 
olmağa başlayır. XVIII əsr abidəsindən aşkarlanan mis qabların çeşidi çox az olsa 
da dövr haqqında  müəyyən təsəvvür yaratmaq imkanı verir. Ərazidən tapılan mis 
qapaq qablama  qazanlara  aid  olduğundan  məişətdə  bu  qazanların  artıq  özünə  yer 
aldığından soraq verir. Qapaq sadə formada hazırlanmışdır ki, bu da onun ortabab 
ailədə  işləndiyinə  dəlalət  edir.  Zəngin  naxış  elementi  ilə  bəzədilmiş  qablar  yalnız 
əhalinin tavanalı təbəqəsinin məişətinə daxil ola bilirdi. Belə qablar sifariş yolu ilə 
hazırlanır  və  istehsalı  uzun  müddətə  başa  çatırdı.  Mis  nimçə,  qaşıq,  qəlyan 
küpünün hissələri öz bədii tərtibatı cəhətincə diqqəti cəlb edir. Aparılan qazıntılar 
nəticəsində  imkanlı  ailələrin  məişətində  istifadə  edilən  zəngin  bəzək  elementinə 
malik əşyaların əldə olunmaması IV sahədə əhalinin aşağı təbəqəsinin yaşamasına 
dəlalət edən faktlardandır. 
Ev  məişətində  mühüm  yer  tutan  alətlərdən  biri  də  daşdan  hazırlanan  “əl 
dəyirmanı”,  kirkirə  (əl  daşı)  idi.  Ondan  gündəlik  məişətdə  yarma,  duz  üyütmək 
üçün  istifadə  olunurdu.  Kirkirə  daşı  iş  prosesində  ovulub  tökülməyən  möhkəm 
məsaməli  daşlardan  -  qalınlığı  10-12  sm,  diametri  35-45  sm  olan  üst  daşından  və 
ondan bir qədər qalın olan eyni diametrli alt daşından ibarət olurdu. Bundan başqa 
məlumatçıların söylədiyinə görə kirkirə hazırlamaq üçün “kövşən” daşına üstünlük 
verilirdi.  Çünki  kövrək  karxana  daşına  nisbətən  kövşən  daşı  bərk  və  davamlı 
olurdu.  Arxeoloji  qazıntılardan  əldə  olunan 
kirkirələr  göstərilən  ölçülərə  uyğun  olaraq 
hazırlanmışdır.  Girdə  formada  yonulmuş  kirkirə 
daşının  (üst  daşının)  ortasında  “dənlik”  adlanan 
oyuq açılmışdır ki, bu dənlikdən üyüdüləcək qida 
tökülürdü.  Alt  daşın  ortasında  açılan  dənlik 
oyuğuna  mil  keçirilirdi  ki,  həmin  mil  ondan  4-5 
sm  kənara  çıxırdı.  Üst  daşın  kənarında  açılan 
deşik  dəstək  üçün  nəzərdə  tutulmuşdur.  Oraya 
ağac  tutacaq  keçirərək  kirkirəni  hərəkətə 
gətirirdilər. 
Arxeoloji qazıntı ərazisində şüşə məmulatı qalıqlarının çoxluq təşkil etməsi 
artıq  məişətdə  bu  qəbildən  olan  avadanlıqların  özünə  yer  almasının  təzahürüdür. 
Əsasən  tranzit  ticarəti  vasitəsilə  bölgəyə  ayaq  açan  şüşə  məmulatları  Şamaxının 
ticarət əlaqələrinin genişliyinə dəlalət edir. 
Arxeoloji  qazıntılardan  əldə  olunan  materiallar  bizə  deməyə  əsas  verir  ki, 
burada  mövcud  olan  maddi  mədəniyyət  elementləri  Ümumazərbaycan 
mədəniyyətinin  tərkib  hissəsi  olmaqla  öz  lokal  xüsusiyyətləri  ilə  seçilmiş 
Azərbaycan  və  Şərq  mədəniyyəti  fonduna  öz  dəyərli  töhfələrini  vermişdir. 
Ərazidən  aşkar  olunan  tapıntılar  burada  qaynar      şəhər      həyatının      yaşandığını,   


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə