Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə27/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

58 
 
1783 years in Agsu town shows trade relations with Nuremberg. It is supposed that 
window-glasses  found  from  Agsu  buildings  are  produced  in  Nurnberg 
manufactories gaining reputation in this field. 
Masters were specialized on production of mosque chandeliers and various 
glass things in Mesopotamia, centre of glass production of east. Eastern production 
mode  of  dark  blue  twisted  bangle  (5-centimeter  length)  displayed  from  one  of 
rooms  adjacent  to  central  street  in  IV  excavation  site  is  known  from  the  whole 
medieval  cities.  Information  about  spred  of  such  bangles  from  glass  production 
centres of Near East is come across in official documents. 
There  is  no  any  written  information  about  glass  production  and 
archaeological  finding  about  industrial  process  in  Agsu.  Thus,  supposedly 
numerous glass products entered Shirvan khanate through trade relations. 
 
Ağsuda sikkə zərbi və pul tədavülü 
  
Ağsu  arxeoloji  ekspedisiyasının  orta  əsr  Ağsu  şəhər  yerində,  IV  qazıntı 
sahəsində  apardığı  arxeoloji  tədqiqatlar  zamanı  mədəni  təbəqədən  dəfinə  və  tək 
halda  288  nüsxə  mis  və  gümüş  sikkə  aşkara  çıxarılmışdır.  Əldə  edilən  sikkələr 
laboratoriya şəraitində kimyəvi üsul ilə təmizlənmiş, qruplara bölünərək tədqiqata 
cəlb edilmişdir. 
Araşdırmalar zamanı məlum olmuşdur ki, mis sikkələrin əksəriyyəti Şamaxı 
zərbxanasının istehsalı olan mis fuluslardır. Bu sikkələr tərəfimizdən bir neçə tipə 
bölünmüşdür. 
Birinci  tip  sikkələr  ənənəvi  dairəvi  formada  olub, 
diametri  18-23  mm,  çəkisi  27-35  qr  ölçü  ilə  zərb  edilib. 
Sikkənin  aversində  (üzü)  nöqtəvari  və  düzxətli  çərçivənin 
daxilində  nəbati  naxışlarla  əhatələnmiş,  əyri  qılınc  təsvir 
edilib.  Sikkənin  reversində  (tərs  üzü)  nöqtəvari  və  düzxətli 
çərçivənin  daxilində,  iki  sətirlik  ərəb  xətti  ilə  yazı  verilib: 
“Şamaxı/zərb”.  Sikkələr  anonim  zərb  edilib,  üzərində  zərb 
tarixi  və  hökümdarın  adı  verilməyib.  Mis  fulus  fikrimizcə 
XVIII  əsrin  əvvəllərində  zərb  edilmişdir.  Belə  ki,  XVIII 
əsrin  əvvəllərində  Səfəvilər  dövləti  dərin  sosial-siyasi  və 
iqtisadi  böhranla  üzləşmişdir.  Uzun  sürən  Səfəvi-Osmanlı 
müharibələri  nəticəsində  zəifləmiş  Səfəvi  dövləti,  daxili  çəkişmələr,  yerlərdə 
üsyanlar, əfqan, rus təcavüzü ilə daha da dərin böhrana düşmüşdür. İş o yerə gəlib 
çatmışdır ki, 1722-ci ildə əfqanlar İsfahana hücum edərək Səfəvi hökümdarı Sultan 
Hüseyni  (1694-1722-ci  illər)  ailəsi  və  hökümət  adamları  ilə  birlikdə  əsir  aldılar. 
Sultan  Hüseynin  oğlu  II  Təhmasib  (1722-1731-ci  illər)  İsfahandan  qaçaraq, 
Astrabada  gələrək  özünü  şah  elan  etdi.  Yeni  şah  sərkərdəsi  Nadir  xan  Əfşarın 
köməkliyi  ilə  əfqanlara,  osmanlılara  və  ruslara  qarşı  uğurlu  mübarizəyə  başladı. 


59 
 
Lakin  bir  qədər  sonra  Nadir  xanın  artan  nüfuzundan  qorxuya  düşən  şah  onunla 
mübarizəyə  başladı  və  nəticədə  1731-ci  ildə  Nadir  xan  tərəfindən  hakimiyyətdən 
uzaqlaşdırıldı.  Nadir  onun  az  yaşlı  oğlu  III  Abbası  (1731-1736-cı  illərdə)  taxta 
çıxararaq,  özünü  şahın  vəkili  elan  etdi.  Faktiki  olaraq  bütün  hakimiyyət  Nadir 
xanın  əlində  cəmləşdi.  Nadir  xan  osmanlıları  və  rusları  Azərbaycandan  qovub 
çıxartdı,  Şirvanda,  Dağıstanda,  Muğanda,  Təbrizdə  və  Xorasanda  baş  vermiş 
üsyanları yatırtdı. 
1736-cı    ilin  mart  ayında  Nadir  xan  (1736-1747-ci  illər)  Suqovuşanda 
(Muğan)  özünü  şah  elan  etdi  və  beləliklə  Səfəvilər  dövlətinin  varlığına  son 
qoyuldu. 
Nadir  şah  qısa  bir  müddətdə  Səfəvilər  dövlətinin  tarixi  sərhədləri 
çərçivəsində  mərkəzləşmiş  dövlət  qura  bildi.  O  üsyanları  qətiyyətlə  yatıraraq, 
bəylərbəylik sistemini ləğv edib, Azərbaycanı vahid vilayət şəklində birləşdirdi və 
qardaşı İbrahim xanı bura hakim təyin etdi. Vilayətin mərkəzi Təbriz şəhəri oldu. 
Daxildə yaranmış sabitlikdən istifadə edən Nadirşah 1737-1739-cu illərdə Mərkəzi 
Asiyə və Hindistana yürüş etdi. 
1747-ci  ildə  sui-qəsd  nəticəsində  Nadir  şəh  qətlə 
yetirildi. Onun ölümü ilə yaratmış olduğu imperiya dağıldı. 
Nadir  şahın  ölümündən  sonra  Azərbaycanda  feodal 
dağınıqlığı  yenidən  vüsət  aldı.  Ölkədə  kiçik  feodal 
dövlətlər, xanlıqlar yarandı. 
Nadirin ölümündən sonra yaranmış xanlıqlardan biri 
də,  Şirvan  xanlığı  idi.  Şirvan  xanlığının  özünəməxsus 
xüsusiyyətlərindən  biri,  burada  iki  hakimiyyətliliyin 
mövcud  olması  idi.  Belə  ki,  Köhnə  Şamasıda  Xançobanlı 
Allahverdi bəy Sərkərin oğlanları Məhəmməd Səid  xan  və 
Ağası xan qardaşları, Yeni Şamaxıda (Ağsuda) sərdar Hacı 
Məhəmmədəli xan Zərnavalı xanlıq edirdi. 
Əldə  edilən numizmatik  materiallar  əsasında  məlum 
olur  ki,  hər  iki  hakimlər  öz  sikkələrini  Şamaxı  zərbxanası 
adı ilə, anonim zərb edirdilər. 
İkinci  tip  mis  fuluslar  dairəvi  formaya  məlik, 
diametri 20-23 mm, çəkisi 4-4,5 qr olan, aversində (üzündə) 
tovuzquşu,  xoruz,  reversində  (tərs  üzündə)  “Şamaxa/zərb” 
sözü  verilən  sikkələrdir.  Bir  sıra  numizmatların  fikrincə 
sikkənin  üzərində  tovuzquşu,  xoruz  və  s.  quş  təsvirləri 
qədim  türklərin  12  illik  heyvani  təqvimi  ilə  əlaqədardır. 
Yuxarıda  qeyd  edilən  quş  təsvirləri  bu  təqvimin  xoruz  ili  ilə  bağlıdır.  Yəni  adı 
çəkilən sikkələr xoruz ilində zərb edilmişlər. 
Üçüncü tip sikkələr uzunsov formaya malik, diametri 17-29 mm, çəkisi 4,5-
6,9  qr,  aversində  (üzü)  iki  düzxətli  və  nöqtəvari  çərçivənin  daxilində  nəbati 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə