AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
150
əsərlər bütövlükdə sinktual dərketmə nəticəsində yaranan
nitq hesab edilir və bu tədqiqat çərçivəsində onlara
intellektual nitq deyirik.
Biz də bu monoqrafiyanı yazarkən bir çox alim və təd-
qiqatçıların elm aləminə artıq çoxdan bəlli olan fikir və
mülahizələrinə istinad etmişik. Şübhəsiz ki, həmin fikir-
lərlə bağlı qurduğumuz nitq total modullaşma yolu ilə
yaranan kommunikativ nitqdir. Tərkibində ünsiyyətə xid-
mət edən kommunikativ nitq nümunələrinin də olmasına
baxmayaraq “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlan-
dırdığımız bu tədqiqat əsəri ümumilikdə elmi yaradıcılıq
məhsuludur və həlledici əksəriyyət prinsipinə əsasən
intellektual nitqdir.
Dil aktiv sistem kimi.
İndi də:
Dil aktiv sistem mahiyyətini necə qazanır? -
sualına cavab verməyə çalışaq.
Dilin struktur vahidlərinin semiotikliyi, yəni həm for-
maya, həm də məzmuna malik olması onun dərk olunmuş
gerçəklik elementlərinin beynimizdəki intellekt obrazları
ilə bağlılığındadır. Əgər bir anlığa bu bağlılıq yox olsaydı,
o halda dil, nitq mənasız və məzmunsuz söz və ya səs
yığınından ibarət olardı. Yəni əgər bizim beynimizdə müs-
təvi formasında səthi və ayaqları olan masa kimi əşyaya
ekvivalent olan birinci intellekt obrazı olmasaydı, oxudu-
ğumuz və ya eşitdiyimiz “masa” sözü bizim üçün heç bir
məna ifadə edə bilməzdi.
Dil təzahürlərinin aspektlər üzrə bölgüsündə böyük
şərtilik olduğunu qeyd edən L.V.Şerba etiraf edir ki, dil
sistemi və dil materialı vahid nitq fəaliyyəti təcrübəsinin
müxtəlif aspektləridir. Eyni zamanda, anlama prosesindən
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
151
kənarda mövcud olan dil materialı ölüdür, təşkil olunmuş
dil materiallarından (yəni, dil sistemindən) kənarda isə
onu anlamaq mümkün deyil
1
.
L.V.Şerbanın bu fikrini bir qədər də inkişaf etdirərək
belə deyə bilərik ki, ümumilikdə dil beyin məhsuludur və
öz funksiyasını yalnız dərketmə ilə əlaqəli şəkildə icra edə
bilər. Beyindən kənarda aktiv sistem xüsusiyyətinə malik
olan dil mövcud deyil, yalnız onun yazılı və ya şifahi nitq
şəklində təzahür edən fraqmentləri və ya struktur vahidləri
mövcuddur. Nitq yenidən beyinlə, yəni təfəkkür prosesləri
ilə birləşincəyə qədər bizim üçün heç bir məna ifadə etmir
və ya bizim üçün onun heç bir mənası olmur. Nitqin bu
cəhəti ilə biz gündəlik həyatımızda dəfələrlə rastlaşırıq.
Bilmədiyimiz dildə olan mətni anlamırıq. Bunun ən azı
iki səbəbi var. Birincisi, həmin dildəki yazıda gördü-
yümüz və ya eşitdiyimiz nitqin struktur vahidlərini ayrı-
ayrı gerçəklik elementləri kimi mənimsəməmişik. İkincisi,
dilin hər bir struktur vahidinin hansı gerçəklik elementini
əks etdirdiyini bilmirik.
İlk dəfə eşitdiyimiz sözü anlamırıq. Öz doğma dilimizdə
olan yeni sözləri belə, ilk dəfə eşitdikdə onu başa düşmü-
rük. Çünki onun hansı gerçəklik elementi ilə bağlı oldu-
ğunu bilmirik. Həmin sözü, yalnız onun bağlı olduğu
gerçəklik elementini gördükdən, duyduqdan və ya həmin
sözlə bağlı izahatla tanış olduqdan, başqa sözlə desək,
həmin sözün bağlı olduğu ilkin gerçəklik elementini dərk
etdikdən sonra anlayırıq.
Sözün mənasını izah etmək, əslində, həmin sözün bağlı
olduğu və ya əks etdirdiyi gerçəklik elementinin obrazını
1
Şerba L.V, göstərilən əsəri, s 26.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
152
yaratmaqdır. Dərketmədən danışarkən qeyd etdiyimiz
kimi, dərketmənin birinci fazasında gerçəklik elementi ilə
bağlı məlumat müxtəlif formalarda, o cümlədən, nitq
formasında da qəbul oluna bilər. Nəzərə almaq lazımdır
ki, hər hansı bir sözün izahı, həmin sözün bağlı olduğu
gerçəklik elementi haqqında mətn formasında məlumat
almaq və ya verməkdir.
Bəzən bizə elə gəlir ki, əcnəbi dilləri öyrənərkən əzbər-
lədiyimiz əcnəbi sözləri hafizəmizə həkk etmək üçün yal-
nız həmin sözün ana dilimizdəki dil struktur vahidinə (yə-
ni, dil vahidinə ekvivalent olan ikinci intellekt obraz-
larına) istinad edirik və bu prosesin gerçəklik element-
indən və onun birinci və ya əsas intellekt obrazından heç
bir asılılığı yoxdur. Belə düşünmək, əlbəttə ki, yanlışdır.
Əvvəla, ona görə ki, bir dildə olan bəzi sözlərin digər
dildə qarşılığı olmaya bilər. Məsələn, sinxrofazatron sözü
Azərbaycan dilinə gəldiyi zaman onun dilimizdə tam qar-
şılığı olmamışdır. Belə sözlərin öyrənilməsi doğma dil-
dəki sözlərə istinadən baş verə bilməz, çünki nümunədən
də göründüyü kimi, bəzi hallarda sözlərlə bağlı belə bir
istinad nöqtəsi, ümumiyyətlə, mövcud olmur.
İkinci bir tərəfdən, ana dilindəki dil struktur vahidinin
(və ona ekvivalent olan ikinci intellekt obrazlarının) özü
də məhz gerçəklik elementindən, onun birinci və ya əsas
intellekt obrazından yaranır, ona istinadən qavranılır və ya
dərk olunur.
L.V.Şerba ikinci dilin öyrənilməsinin təmiz və qarışıq
öyrənmə kimi iki yolunun olduğunu göstərir. O, qeyd edir
ki, qarışıq öyrənmə doğma dilə əsaslanmaqla, onun
bazasında digər dilin öyrənilməsidir. Bu zaman doğma
dilin təsiri ilə öyrənilən dilin sistemində müəyyən defor-
Dostları ilə paylaş: |