Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
150
 
 
əsərlər bütövlükdə  sinktual dərketmə  nəticəsində  yaranan 
nitq  hesab  edilir  və  bu  tədqiqat  çərçivəsində  onlara 
intellektual nitq deyirik.  
Biz də bu monoqrafiyanı yazarkən bir çox alim və təd-
qiqatçıların  elm  aləminə  artıq  çoxdan  bəlli  olan  fikir  və 
mülahizələrinə  istinad  etmişik.  Şübhəsiz  ki,  həmin  fikir-
lərlə  bağlı  qurduğumuz  nitq  total  modullaşma  yolu  ilə 
yaranan  kommunikativ  nitqdir.  Tərkibində  ünsiyyətə  xid-
mət  edən  kommunikativ  nitq  nümunələrinin  də  olmasına 
baxmayaraq “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlan-
dırdığımız  bu  tədqiqat  əsəri  ümumilikdə  elmi  yaradıcılıq 
məhsuludur  və  həlledici  əksəriyyət  prinsipinə  əsasən 
intellektual nitqdir
 
Dil aktiv sistem kimi. 
İndi  də:
  Dil  aktiv  sistem  mahiyyətini  necə  qazanır?  - 
sualına cavab verməyə çalışaq. 
Dilin  struktur  vahidlərinin  semiotikliyi,  yəni  həm  for-
maya, həm də məzmuna malik olması onun dərk olunmuş 
gerçəklik  elementlərinin  beynimizdəki  intellekt  obrazları 
ilə bağlılığındadır. Əgər bir anlığa bu bağlılıq yox olsaydı, 
o  halda  dil,  nitq  mənasız  və  məzmunsuz  söz  və  ya  səs 
yığınından ibarət olardı. Yəni əgər bizim beynimizdə müs-
təvi  formasında  səthi  və  ayaqları  olan  masa  kimi  əşyaya 
ekvivalent  olan  birinci  intellekt  obrazı  olmasaydı,  oxudu-
ğumuz və ya eşitdiyimiz “masa” sözü bizim üçün heç bir 
məna ifadə edə bilməzdi.  
Dil  təzahürlərinin  aspektlər  üzrə  bölgüsündə  böyük 
şərtilik  olduğunu  qeyd  edən  L.V.Şerba  etiraf  edir  ki,  dil 
sistemi  və  dil  materialı  vahid  nitq  fəaliyyəti  təcrübəsinin 
müxtəlif aspektləridir. Eyni zamanda, anlama prosesindən 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
151
 
 
kənarda mövcud olan dil materialı ölüdür, təşkil olunmuş 
dil  materiallarından  (yəni,  dil  sistemindən)  kənarda  isə 
onu anlamaq mümkün deyil
1
.  
L.V.Şerbanın  bu  fikrini  bir  qədər  də  inkişaf  etdirərək 
belə deyə bilərik ki, ümumilikdə dil beyin məhsuludur və 
öz funksiyasını yalnız dərketmə ilə əlaqəli şəkildə icra edə 
bilər.  Beyindən  kənarda  aktiv  sistem  xüsusiyyətinə  malik 
olan dil mövcud deyil, yalnız onun yazılı və ya şifahi nitq 
şəklində təzahür edən fraqmentləri və ya struktur vahidləri 
mövcuddur. Nitq yenidən beyinlə, yəni təfəkkür prosesləri 
ilə birləşincəyə qədər bizim üçün heç bir məna ifadə etmir 
və  ya  bizim  üçün  onun  heç  bir  mənası  olmur.  Nitqin  bu 
cəhəti ilə biz gündəlik həyatımızda dəfələrlə rastlaşırıq. 
Bilmədiyimiz dildə olan mətni anlamırıqBunun ən azı 
iki  səbəbi  var.  Birincisi,  həmin  dildəki  yazıda  gördü-
yümüz  və  ya  eşitdiyimiz  nitqin  struktur  vahidlərini  ayrı-
ayrı gerçəklik elementləri kimi mənimsəməmişik. İkincisi, 
dilin hər bir struktur vahidinin hansı gerçəklik elementini 
əks etdirdiyini bilmirik.   
İlk dəfə eşitdiyimiz sözü anlamırıq. Öz doğma dilimizdə 
olan yeni sözləri belə, ilk dəfə eşitdikdə onu başa düşmü-
rük.  Çünki  onun  hansı  gerçəklik  elementi  ilə  bağlı  oldu-
ğunu  bilmirik.  Həmin  sözü,  yalnız  onun  bağlı  olduğu 
gerçəklik  elementini  gördükdən,  duyduqdan  və  ya  həmin 
sözlə  bağlı  izahatla  tanış  olduqdan,  başqa  sözlə  desək, 
həmin sözün bağlı olduğu ilkin gerçəklik elementini dərk 
etdikdən sonra anlayırıq. 
Sözün mənasını izah etmək, əslində, həmin sözün bağlı 
olduğu və  ya əks etdirdiyi gerçəklik elementinin obrazını 
                                                           
1
 Şerba L.V, göstərilən əsəri, s  26. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
152
 
 
yaratmaqdır.  Dərketmədən  danışarkən  qeyd  etdiyimiz 
kimi, dərketmənin birinci fazasında gerçəklik elementi ilə 
bağlı  məlumat  müxtəlif  formalarda,  o  cümlədən,  nitq 
formasında  da  qəbul  oluna  bilər.  Nəzərə  almaq  lazımdır 
ki,  hər  hansı  bir  sözün  izahı,  həmin  sözün  bağlı  olduğu 
gerçəklik  elementi  haqqında    mətn  formasında  məlumat 
almaq və ya verməkdir. 
Bəzən bizə elə gəlir ki, əcnəbi dilləri öyrənərkən əzbər-
lədiyimiz əcnəbi sözləri hafizəmizə həkk etmək üçün yal-
nız həmin sözün ana dilimizdəki dil struktur vahidinə (yə-
ni,  dil  vahidinə  ekvivalent  olan  ikinci  intellekt  obraz-
larına)  istinad  edirik  və  bu  prosesin  gerçəklik  element-
indən və onun birinci və  ya əsas intellekt obrazından heç 
bir asılılığı yoxdur. Belə düşünmək, əlbəttə ki, yanlışdır.  
Əvvəla,  ona  görə  ki,  bir  dildə  olan  bəzi  sözlərin  digər 
dildə qarşılığı olmaya bilər. Məsələn, sinxrofazatron sözü 
Azərbaycan dilinə gəldiyi zaman onun dilimizdə tam qar-
şılığı  olmamışdır.  Belə  sözlərin  öyrənilməsi  doğma  dil-
dəki sözlərə istinadən baş verə bilməz, çünki nümunədən 
də  göründüyü  kimi,  bəzi  hallarda  sözlərlə  bağlı  belə  bir 
istinad nöqtəsi, ümumiyyətlə, mövcud olmur.   
İkinci  bir tərəfdən, ana dilindəki dil struktur vahidinin 
(və  ona  ekvivalent  olan  ikinci  intellekt  obrazlarının)  özü 
də  məhz  gerçəklik  elementindən, onun  birinci və  ya  əsas 
intellekt obrazından yaranır, ona istinadən qavranılır və ya 
dərk olunur.  
L.V.Şerba  ikinci  dilin  öyrənilməsinin  təmiz  və  qarışıq 
öyrənmə kimi iki yolunun olduğunu göstərir. O, qeyd edir 
ki,  qarışıq  öyrənmə  doğma  dilə  əsaslanmaqla,  onun 
bazasında  digər  dilin  öyrənilməsidir.  Bu  zaman  doğma 
dilin  təsiri  ilə  öyrənilən  dilin  sistemində  müəyyən  defor-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə