Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
153
 
 
masiyalar,  dəyişkənlik  və  əvəzlənmələr  baş  verir.  Təmiz 
öyrənmə dedikdə isə L.V.Şerba bu və ya digər xarici dilin 
öz  mühitində,  doğma  dilin  heç  bir  iştirakı  olmadan 
öyrənilməsini  nəzərdə  tutur.  Onun  fikrincə,  dili  tam  öy-
rənmənin yeganə düzgün yolu budur
1
. Dolayısı ilə də olsa, 
L.V.Şerbanın bu fikri əsas intellekt obrazının aparıcı rolu 
ilə bağlı bizim mülahizələrimizi təsdiq edir. 
Bəzən bizə elə gələ bilər ki, əzbərlədiyimiz şeir parçası, 
yaxud da dram əsərlərində hər hansı personajın rolu, onun 
nitqi yaddaşımıza yalnız sözlərlə həkk olunur.  
Belə düşünmək, əlbəttə ki, yanlışdır.  
Əvvəla,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  gerçəklik  ele-
menti şəklində dərk olunmayan əşya, varlıq və s. haqqında 
söz, yəni dil struktur vahidi yarana bilməz. Əgər bu və ya 
digər gerçəklik elementi haqqında dil struktur vahidi varsa 
(mənimsənilibsə)  və  ya  indi  mənimsənilirsə,  deməli, 
onunla bağlı olan gerçəklik elementi də ya əvvəldən dərk 
olunmuşdur,  ya  da  ən  azı  dil  struktur  vahidi  ilə  eyni 
vaxtda dərk olunur.  
Müşahidələr göstərir ki, klassiklərin şeirləri və ya dram 
əsərlərindəki  rollar  əzbərlənərkən  ən  çətin  məqamlar 
mənası (yəni, gerçəklik elementi) həmin ana qədər məlum 
olmayan  hissələrdir.  Həmin  sözlərin  mənasının  aydınlaş-
dırılması, yəni gerçəklik elementi ilə əlaqənin yaradılması 
müvafiq parçanın əzbərlənməsi prosesini asanlaşdırır.  
Onu da qeyd  edək  ki,  gerçəklik  elementini əks etdirən 
intellekt  obrazının  beynimizdə  mövcud  olmasına  baxma-
yaraq, onunla bağlı olan söz dili tərk edə, yeni sözlə əvəz 
oluna  bilər.  Sözlərin  arxaikləşməsini  və  dildən  çıxmasını, 
                                                           
1
 Şerba L.V, göstərilən əsəri, s  40-42. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
154
 
 
neologizmlərin və yeni sinonim cərgələrin yaranmasını da 
məhz bu baxımdan izah etmək mümkündür.  
Dilin sistemləşməsi  deyərkən,  əksərən, ədəbi dilin for-
malaşması nəzərdə tutulur. Bu, ilk növbədə dildə mövcud 
olan  fonetik  səslərin  və  onların  qarşılığı  olan  hərflərin 
müəyyənləşməsi,  əlifbanın  tərtib  olunması
1
  ilə  başlayır. 
Dildə istifadə olunan qrammatik normaların vahid qayda-
sını  əks  etdirən  qrammatika  kitabları  yazılır  və  bunların 
əsasında dilin lüğət tərkibini əks etdirən orfoqrafiya lüğəti
izahlı  lüğətlər  tərtib  olunur.  Beləliklə,  dil  sistemləşmiş 
hesab edilir. Dilin sistemləşməsi ilə dialektlərdə müşahidə 
olunan fərqlər azalır
2
, amma bir anda yox olmur. 
Müasir dövrdə, doqquz və on bir illik icbari təhsilin tət-
biq  olunduğu  bir  vaxtda  gənc  nəsil  arasında  dili  tam  sis-
temləşdirilmiş halı ilə, yəni ədəbi dil səviyyəsində mənim-
səyə bilməyən, savadsız şəxslərin olduğunu düşünmək bir 
qədər haqsızlıq və bir qədər də məsələyə səthi yanaşma ki-
mi  dəyərləndirilir.  Yəni  aid  olduğu  regionun  dialekti  ilə 
danışmaq, bəzi dialekt sözlərini işlətmək belə, savadsızlıq 
kimi qəbul edilmir. Bu, danışıq vaxtı tez-tez eyni ifadə və 
sözlərin  (məsələn,  cümlə  başı:  deyirəm  axı,  canım  sənə 
desin  tipli  ifadələrin,  müraciət  forması  olaraq:  bacıoğlu
xalaoğlu,  qardaşolğu  tipində  sözlərin)  təkrarı  kimi 
alışqanlıq əlaməti olaraq qəbul edilir.  
Amma bütün dil daşıyıcıları tərəfindən eyni standartlara 
uyğun  yazılı  və  şifahi  nitq  yaradılmasının  tələb  edilməsi 
daha doğru və düzgün olardı. Çünki şifahi nitqə verilən bu 
qədər sərbəstlik, əslində, izahı olmayan paradokslardan və 
                                                           
1
 Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı, “Maarif”, 1984, s. 13. 
2
 Zеynalov F.R. Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü. Bakı, “Maarif”, 
1957, s. 34. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
155
 
 
bizcə,  yanlışlıqlardan,  sistemi  əngəlləyən  xaosdan  başqa 
bir şey deyil. Əvvəldə də qeyd etdiyimiz kimi, şifahi və ya 
yazılı  formada  olmasına  baxmayaraq,  istənilən  nitqyarat-
ma  prosesi  bu  şəkildə  baş  verir:  başlanğıc  rezonansının 
qəbulu,  rezonansa  uyğun  birinci  intellekt  obrazlarının 
aktivləşməsi  və  məntiqi  sıralanması,  onların  ikinci  intel-
lekt obrazlarına transformasiyası, mətn formasında modul-
laşması,  mətnə  emosional,  ekspressiv  tonun  verilməsi  və 
nitq  söyləminin  çıxışı.  Şifahi  nitqə  verilən  bu  sərbəstlik, 
əslində,  “yazılı  nitq  bu  sxemə  tam  uyğun  şəkildə  forma-
laşır,  şifahi  nitqin  formalaşması  isə  bu  modeldən  kənara 
çıxa bilər” demək qədər yanlış və qəbuledilməzdir. 
Sinergetikanın  yaradıcılarından  biri  olan  Nobel  müka-
fatı  laureatı  İ.Priqojin  yazır:  “Biz  açıq  texnoloji  və  yara-
dıcı  dünyada  yaşayırıq,  klassik  elmlərə  əsaslanan  dünya 
modelinə  müasir  mövqedən  yanaşdıqda  görürük  ki,  onu 
əsl təkamülün sadəcə karikaturasına bənzətmək olar”
1
.  
Eyni mövqedən dilin mahiyyəti haqqında mövcud olan 
klassik nəzəri müddəalara yanaşdıqda, onların da dilin əsl 
mahiyyətinin sxematik modelindən və ya karikaturasından 
başqa bir şey olmadığını görürük. 
Artıq qeyd etdiyimiz kimi, dil sisteminin vahidliyi eyni 
məzmunla  bağlı  bənzər  reaksiyaların  yaranmasını  tələb 
edir.  Yəni  ümumi  və  aktiv  dil  sisteminin  dərk  olunan, 
yaradılan,  ötürülən,  qəbul  edilən  və  mənimsənilən  bütün  
tərkib  hissələri,  eləcə  də  bu  proseslərin  reallaşmasını 
təmin edən beyin fəaliyyətləri eyni dil daşıyıcılarında bən-
zər  və  ya  identik  olmalıdır.  Dil  ilə  bağlı  istifadə  edilən 
                                                           
1
  Пригожин  И.  Неравновесная  статистическая  механика.  (Пер.  с  английского 
В.А. Белоконя и В.А.Угорова, под редакцией Д.Н. Зубарева), Москва, “Мир”, 
1964, с. 34. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə